A9 TV, 31 may 2015 Xoş Söhbətlər
Allahın “Rəhman və Rəhim” Adları qullarına qarşı sevgisini ifadə edən sözlərdir
Kəhf surəsi “Rəhman və Rəhim olan Allahın adı ilə”
Nə gözəl, “Rəhman” da “Rəhim” də sevgini vurğulayan sözlərdir. Rəhim qoruyucu sevgili, sevən mənasını verir. Bədiüzzaman, pişiklərin belə: “Ya Rəhim, ya Rəhim” deyə zikr çəkdiklərini deyir. Kiçik pişiklər “Ya Rəhim” deyə mırıldayarlar, deyir. Xoşbəxtliyində sevgi sözcüyünü çıxardar. Sevgi deyərkən, yəni pişik orada xoşbəxt olur. Xoşbəxt olması nədir? Sevgidən xoşbəxt olur. Bədiüzzaman “Ya Rəhim” deyə zikr çəkdiklərini deyir.
“Həmd” sevgi ifadəsidir
“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (Kəhf surəsi, 1)
Allah həmd ilə başlayır. Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ya Rəbbi Səni çox sevirəm, Sənə təşəkkür edirəm. Həmdin mənası budur; Səni dəlilər kimi sevirəm. Sənə sonsuz təşəkkür edirəm.
Quranın endirilməsi Allahın bizi sevməsindən qaynaqlanan bir rəhmətdir
“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (Kəhf surəsi, 1)
Kitab, Peyğəmbərimiz (s.ə.v)-ə nazil olmuşdur. Təbii ki, biz dünyaya yeni doğulduğumuzda nə edib-etməcəyimizi bilmirik. Allah bizə bildirməsə ağılalmaz anormallıq olar, haşa. Axirəti anlaya bilmərik, cənnət-cəhənnəmi bilmərik. Heç bir şeyi bilmərik. Din olmasa çox qorxunc olar. Hər cür təhlükə, hər cür alçaqlıq, hər cür cinayət olar. Adam bilə bilməz, ürəyim belə istədiyi üçün etdim deyər. Adamı nəyə görə günahlandıracaqsan? Kitabı endirməsi Allahın bizi sevməsindən qaynaqlanan bir rəhmət və nemətdir. Əksi halda havalanarıq, ağlımız gedər yəni. Ucsuz-bucaqsız kainatda nə olduğumuzu da bilmərik. Beynimizin içində görüntü seyr edirik , insan ağlını itirər. Allah bildirdiyi üçün hər şey sakit olur. Çox rahat oluruq.
Allah Quranın bir çox ayəsində Quranı tərifləyərək, əskiksiz olduğunu bildirmişdir
“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (Kəhf surəsi, 1)
Baxın, “onda heç bir nöqsana yol verməyən” Quranda heç bir nöqsan yoxdur. Bir çox müşrik beyinli adamlar deyirlər: “nöqsan var, onu biz hədislə düzəldirik”. Müşrik düşüncəli adamlar “Quranda nöqsan var, biz onu hədislə düzəldirik” –deyirlər. Bax, başları yaxşıca işləsin deyə Allah Quranı davamlı tərifləyir, amma adamlar inanmır. Heç cür Quranın kafi olduğuna inanmırlar.
“... bu Kitabı dopdoğru şəkildə nazil etdi”. (Kəhf Surəsi, 2)
Allah “Dopdoğru bir kitabdır” -deyir. Yəni mükəmməl əskiksiz qüsursuz kitabdır.
“Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, ...” (Kəhf surəsi, 2)
Yəni Allah: “Əgər rahat dayanmasanız, dünyada anarxiya, terror, müharibə meydana gətirərəm, zəlzələlər olar, iqtisadi böhran meydana gətirərəm, sürünərsiniz” -deyir. Axirətdə də cəhənnəm deyir. Bax nə deyir? “Şiddətli bir əzabla”. Normal bir əzab deyil, şiddətli bir əzab deyir. Hal-hazırda İslam aləmində şiddətli bir əzab var.
Səmimi insan sevgini ən gözəl şəkildə yaşayan insandır
Allah deyir; “yaxşı işlər görən”. Saleh, yəni səmimi. Səmimi nə deməkdir? Gözəlliyi ən gözəl şəkildə yaşamaqdır. Sevgini ən gözəl şəkildə yaşayana saleh deyilir.
Allahın “Qəhhar” adında da gizli bir sevgi ifadəsi vardır
Baxın “Rəhman, Rəhim” sözləri məsələn fərahladıcı kəlimədir. Yalnız sevgi ifadə edir. Amma, məsələn, Allahın “Qəhhar” adında isə sevgi ifadəsi gizlidir. Belə ki; küfrü qəhr edər, mömini qurtarar. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. O da Allahın bir sevgi nümayişidir. Allahın küfrü qəhr etməsi möminlərə sevgisindəndir. Onun içində də gizli bir sevgi vardır.
Hz. İsa (ə.s), hz. Mehdi (ə.s) tərəfindən imamlıqla təltif ediləcək
“yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün”
Müjdə. Harada? Dünyada, axirətdə. Dünyada nə ilə? İslam Birliyi, imam Mehdi, Seyidinə İsa Məsih. Çünki o da hz. Mehdi (ə.s) tərəfindən imamlıqla təltif edilir. Çünki ilk başda hz. İsa Məsih (ə.s) deyir: “Sən imamsan. Mən sənə tabe oldum”. “Mən sənə beyət etdim”. Hz. İsa Məsih (ə.s), imam Mehdiyə: “Beyət etdim” deyincə, imam Mehdi “xeyr, sənin beyətini qəbul etmirəm” deyə bilməz. Beyət etdikdən sonra hz. Mehdi (ə.s) onu imam təyin edə bilər. Necə ki, imam təyin edir. Ondan sonra da hz. İsa Məsih (ə.s)-ın hz. Mehdi (ə.s)-ı önə keçirib qıldırdığı namazlar var. Çünki, bir dəfə o ifadəylə imam Mehdinin imamlığı sabitləşir. Dəqiqləşir. Dəqiqləşdikdən sonra bir şəxsi imam olaraq seçib namazını qıldıra bilər. Mütləq hz. İsa (ə.s) də şərt deyil, hər hansı birini də, sevdiyi birini imam olaraq təyin edə bilər.
İsa Məsih (ə.s) eyni zamanda imamdır. İmamlıq xüsusiyyəti var. Məsələn, hafizdir eyni zamanda. Hacı hafizdir. Həmdə hacıdır, həccə gedəcək, çünki hədisdə açıqca keçir.
Peyğəmbərimiz (s.ə.v) hz. İsa (ə.s)-ın iki adam arasında həcc ibadətini yerinə yetirəcəyini bildirir
Peyğəmbər (s.ə.v) hz. İsa Məsih (ə.s) üçün: “İki adamın çiyininə söykənərək” -deyir. Peyğəmbər (s.ə.v) yuxusunda “Hz. İsa (ə.s)-ın iki adamın çiyininə söykənmiş olaraq həcc ibadətini yerinə yetirdiyini, iki adamın arasında Kəbə ətrafında döndüynü” gördüyünü deyir. Hz. İsa (ə.s)-ın yanındakı iki adamdan biri imam Mehdidir. O birisi də kim bilir hz. Xızır (ə.s)-dır. Biz dünyada baxdığımızda iki adam olaraq görə bilərik; Hz. Mehdi (ə.s) ilə hz. İsa (ə.s) kimi. Amma peyğəmbər baxdığında üç adam olaraq görür. Daha da başqa cür baxdıqda daha sıxlıq görər. Cəbrayıl, Mikayıl, böyük mələklər, ulul əzm mələklər. Minlərlə mələklə birlikdədirlər.
“... möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün ...” (Kəhf surəsi, 2)
Cənnət. Amma cənnət çox bağlı olaraq keçir imtahanın gərəyi olaraq. Bax bu böyük dünyada neçə peyğəmbərin adı zikr edilir? Çox azının adı zikr edilir. Təbii ki, 124 min peyğəmbərdən bəhs edilir, amma indiyə qədər gəlmiş-keçmiş 124 min də dünyanın hazırkı vəziyyətinə görə çox azdır, elə deyilmi? Hal-hazırda dünyada 7 milyard insan var. 124 min çox azdır.
Cənnətin əbədi olmadığını iddia edən bəzi mövhumatçılar doğru söyləmir
“Möminlər orada əbədi qalacaqlar”. (Kəhf surəsi, 3)
Allah, cənnəti nəzərdə tutduğunu vurğulayır. Əbədi. Bunu da mövhumatçı müşriklər həzm edə bilmirlər. Deyir: “Əbədi qalmayacağıq”. Nə qədər? “Bir müddət”. Sonra? “Allah hamısını cənnətdən çıxaracaq” -deyir. Sənin heç ağlın fikirin yoxdurmu mübarək? Necə bir insansan sən? Bu zülm olar. Çünki zaman deyə bir şey yoxdur ki. Allah cənnətdən niyə çıxarsın? Məsələn, düşünək ki, insanlar cənnəttə 700 trilyon il qaldı, 701 trilyon ilin başında Allah “haydı hamınız çıxın” deyəcək. Niyə desin? Adamlar hara gedəcək? O zaman Allah “Hamınızı yox edəcəyəm” deyəcək. Onsuz da sonsuz yoxluq yoxdur. Allah Qatında bir şey yox olmaz. Yəni bu ənənəçilərin fikri düşüncəsi çox pisdir. Çox-çox pisdir. Məntiqə bax. Allah Qatında 700 trilyon il saniyə belə deyil. An yəni. Niyə sən adama cənnəti çox görürsən? Niyə çıxması lazımdır? Niyə Allahı haşa zülm edəcək bir varlıq olaraq göstərməyə qalxırsan? Nalayiqliyə baxın. Bu dəlilikdir. Baxın Allah nə deyir? “Möminlər orada əbədi qalacaqlar”. (Kəhf surəsi, 3) Adam isə deyir: “yox, “əbədini” səhv anlayırsınız”. Allah məhz bir neçə min ili nəzərdə tutur deyir. Qardaşım onsuz da bir neçə min il olduqda söyləyir. Allah, 70 min il, 100 min il, rəqəm olaraq verir. Allah əbədi olana da “əbədi” -deyir. Bu qədər açıqdır. Bunlar ağıllarını itirmiş tiplərdir.
“... Allah vədinə xilaf çıxmaz”. (Zumər surəsi, 20) deyə buyurur Uca Rəbbimiz.
Allah vadindən niyə dönsün ki? Allah üçün bir gözəllikdir. Nə gözəl, Allah sonsuza qədər qullarıyla birlikdə olur. Niyə qullarından ayrılsın? Allah sonsuza qədər deyir. Allah belə bir şeyi niyə etsin? Allah təkliyi istəmir, onun üçün qullarını yaradır.
Kitab Əhli Quranda bildirilən səhv istiqamətlərini düzəltsələr doğru yolda olarlar
Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi. (Kəhf surəsi, 4)
Demək ki, Quran, xristianların: “Allah Özünə övlad götürmüşdür!” demələrini düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr, doğru yolda olarlar. Allah deyir: “namaz qılsınlar, zəkat versinlər, şirk qoşmasınlar, yetər”. Bu halda, xristian da müsəlman olmuş olur. Baxın, Allah, zəkat versinlər, namaz qılsınlar deyir. İki şərt söyləyir. Bir də şirk qoşmayacaqlar. Bu qədər. O zaman Allah onların haqq yolda olduğunu söyləyir. Bir də, peyğəmbəri inkarı etmək olmaz. Bura musəvi ravvinlər gəlmişdi, “Bizim üçün hz. İbrahim (ə.s) nədirsə, hz. Məhəmməd (s.ə.v) da odur” –dedi. “Bizim üçün bir insan peyğəmbəri rədd etdiyində dindən çıxmış sayılır” -dedi. “Musəvi ola bilməz” -dedi. “Biz hz. İbrahim (ə.s)-ı necə qəbul ediriksə, hz. Məhəmməd (s.ə.v)-i də elə qəbul edirik. Amma biz musəviyik” -dedi. “Amma hz. Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul edirəm” -dedi. Bu halda, Məhəmmədi musəvi olmuş olur. Məsələn, desə ki mən filan peyğəmbəri qəbul etmirəm, məsələn, hz. Yusuf (ə.s)-ı qəbul etmirəm desə, bitdi. Dini imanı qalmaz. Bir xristian və musəvi hz. Məhəmməd (s.ə.v)-i də inkar edə bilməz. Yenə musəvi ol, yenə xristian ol, amma hz. Məhəmməd (s.ə.v)-i inkar edə bilməzsən. Vicdanla baxdıqda onun peyğəmbər olduğunu anlamırsanmı? Anlayırsan. Heç bir xristian hz. Məhəmməd (s.ə.v)-in həyatını oxuyub da, bu adam peyğəmbər deyil deyə bilməz. Mənə bir adam belə göstərə bilməzsiniz. Mümkünü yox inkar edə bilməz, peyğəmbər deyil deyə bilməz. O zaman bütün peyğəmbərləri inkar edər, Allah əsirgəsin.
“Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar”. (Kəhf surəsi, 5)
Yəni səhv danışırlar. Bunu etməyəcəklər. “Allah Özünə övlad götürmüşdür” deməyəcəklər. Baxın, hz. İsa (ə.s) peyğəmbərdir desələr doğru yolda olarlar. Çünki İncildə namaz var. Allah: “Zəkat da versinlər, şirk qoşmasınlar yetər” -deyir. Məhəmmədi xristian olmuş olur.
Peyğəmbərimiz (s.ə.v)-in dövründə də Quranın kafi olduğunu qəbul etməyən müşrik zehniyyətli kəslər var idi
Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən? (Kəhf surəsi, 6)
Peyğəmbərimiz (s.ə.v) inanmayanlar üçün çox kədərlənir. İndiki xurafatçılar kimi Quranın kafi olduğuna inanmırdılar. Əlavə etmək istəyirlər. Onsuz da, Quranda inkar edənlərin: “Sən özündən bir şeylər söylə, bir şey əlavə et” dedikləri keçir. Xüsusilə qadınların məscidlərə gəlməsi, eyni yerdə namaz qılması; O dövrün müşrikləri buna dəli olurlar. Cin, ifrit olurlar. Onun üçün Dırar məscidini qururlar. Bax: “Bura heç bir qadın gəlmir. Bura təqva üstünə qurulmuş bir məsciddir” -deyirlər. “Amma orada baxın qadınlar var, birlikdə namaz qılırlar. Amma bura qadın addım belə atmaz” -deyirlər. “Ona görə bura gəlin” -deyirlər. Peyğəmbərimiz (s.ə.v)-a xəbər çatır, Peyğəmbərimiz (s.ə.v) də vəhylə xəbər aldığı üçün, yerlə bir edin deyir. Dırar Məscidini dümdüz tarla halına salırlar. Peyğəmbərimiz (s.ə.v) onlar oradan çıxsın, biz istifadə edək demir, binalarını uçurdur. Allah Peyğəmbər (s.ə.v)-ə oranı uçurtmasını vəhylə söyləyir.
Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? (Kəhf surəsi, 9)
Kəhf. Təbii ki, bu hərflərə tək-tək baxmaq lazımdır. Digər yerlərdə necə istifadə edilir ona baxmaq lazımdır. Ərəbcə şeirlərdə keçirmi? Onlara baxmaq lazımdır. Kəhf və Rəqim. İki qrup, açıq şəkildə görünür.
Yusif surəsindən açıqlamalar
Rəhman və Rəhim olan Allahın adı ilə
“Əlif, Lam, Ra. ...” (Yusif surəsi, 1)
“Əlif, Lam” Kim bilir mənası nədir? Məhz zamanı gəldiyində bilinəcək. Bir ehtimal var ki, bu batin əhli üçün, yəni ledün əhli üçün bir şifrə ola bilər. Yəni Qurandan işarə çıxartmaları üçün, hz. Xızır (ə.s) və qrupu üçün ola bilər.
“... Bu, açıq-aydın Kitabın ayələridir”. (Yusif surəsi, 1) Allah Quran üçün “Açıq-aydın” -deyir. Allah Quranın açıq-aydın olduğunu tez-tez xatırladır.
“Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz”. (Yusif surəsi, 2) “Başa düşə biləsiniz”. Çünki ərəblərin içərisinə gəlib. Xarici bir dildə deyil, ərəbcədir. Allah “başa düşə biləsiniz” -deyir. Oxuyub, anlayarsınız deyir. Bunu bütün xalqa söyləyir. Yəni bir qisminiz anlayar demir. Bütün möminlər üçün bunu söyləyir.
“Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq”. Allah nəyi izah edirmiş? Quranı. Xurafatı, zənni deyil, Quranı. “... Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin”. (Yusif surəsi, 3) Bəs hanı peyğəmbərlərə qeyb xəbəri verilmirdi? Baxın, Allah qeyb xəbəri deyir.
“Bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm”. Nə gözəl mübarək bir atası var; Hz. İsrail (ə.s) -hz. Yaqub (ə.s). Hz. Yusif (ə.s) nə gözəl övladdır. Adamlar: “Məhv olsun İsrail” deyə bar-bar bağırırlar. “İsrail” peyğəmbər adıdır. Ağılınızı başınıza alın. İsrail dövləti başqadır, İsrail dövləti deyə söyləyin. “... Onların mənə baş əydiyini də gördüm”. (Yusif surəsi, 4) Nə gözəl yuxudur. Peyğəmbər yuxusu çox gözəldir. On bir ulduz, Günəşlə birlikdə on iki. Necə səcdə edirlər o da maraqlıdır. Yuxusunda görəsən nə şəkildə gördü? Çünki səcdə tamamən ayrı bir şeydir. Onlar yuxusunda insan surətində ola bilərlər.
“O dedi:” Hz. İsrail (ə.s) -hz. Yaqub (əs). “Oğlum!” Baxın, nə gözəl, o atasına “Atacan” deyə müraciət edir, söhbətin gözəlliyinə baxın, atası da “Oğlum” deyə başlayır. “Yuxunu qardaşlarına danışma,” Gözəl olan şeyi izah edərsə həsəd edərlər. Xəstə adamlara deyilməz. Ancaq bir mömin, səmimi, saleh bir mömindirsə deyilər, onun içi açılar, amma təhlükəli, münafiq xarakterli adama izah edilməməlidir. İzah etmədiyində ibadət olar. Ağızını tutacaqsan, dilsiz olacaqsan. Başqa şeylər danışacaqsan. Hər izah etdiyini o şeytanı yaddaşına alar, istifadə etmək üçün yaddaşında saxlayar. Çünki iblislə əlaqəlidir. Sən izah edirsən, amma kimə izah etdiyini bilirsənmi? Həqiqi üzünü görsən, qanın qaçar, diksinərsən. Şeytana izah edirsən. İblis insan surətinə girir, ona izah etmiş olursan. İzah etməyəcəksən. Çünki başına bəla olar, 3 il sonra 5 il sonra başına bəla olar. Və yaxud 10 dəqiqə sonra başına bəla olar. Amma dostdursa, mömindirsə izah et, çünki o sevinər. “Yoxsa sənə bir hiylə qurarlar”. Əxlaqsız olduqlarını bilir. Bax, deyir: “... Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. (Yusif surəsi, 5) Yəni onlar şeytanın adamlarıdır və yaxud insi şeytandırlar demək istəyir. İşarə edir.
“Beləcə, Rəbbin səni seçəcək,” Hələ dünyada ikən hz. Yusif (ə.s) -a verilən bu gözəlliyə baxın. “... sənə yuxuları yozmağı öyrədəcək”. Yəni çox gözəl şərh edəcəksən. “... və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də”, yəni İsrail ailəsinə də “tamamlayacaqdır ...”. (Yusif surəsi, 6) Bu kiminlə tamamlanır? İmam Mehdi ilə. Son olaraq dünya hakimiyyəti ilə nəticələnir. Məhz bu Allahın vədidir. Bədiüzzaman da buna, bu ayəyə diqqət çəkir. Necə tamamlanır? İmam Mehdinin zühuru, hz. İsa Məsihin nuzulü ilə. İsa Məsih də Yaqub soyundandır. Hz Mehdi (ə.s) da yəhudi bir mənşədən gəlir. Peyğəmbərimiz (s.ə.v) deyir: “Onun görünüşü bəni İsrail görünüşündədir”. Niyə? Genetik olaraq İsrail mənşəyindən gəldiyi üçün. Peyğəmbərimiz (səv) deyir: “İstanbulu Yaquboğulları fəth edər”. Yəni İsrail soyundan övladları olan Mehdi. “Nemətini tamamlayacaq”. Allah şanına uyğun tamamlayar. “... Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. (Yusif surəsi, 6) Gərəksiz və ağılsız şəkildə İsrail soyuna qarşı bir nifrət var. Halbuki, bu bəla, uğursuzluq gətirər. Bu halda Quranın bu ayələrinə hücum etmiş olursan. Ağılını başına al. İsrailoğullarının hamısı müqəddəs deyil, amma təmiz və günahsız olanları, mömin olanları, müttəqi olanların da günahını almış olursan. Peyğəmbər soyunun günahını almış olursan. O zaman Allah bəlanı verər, ağılını başına al. Bu uğursuzluğa bizlər mane oluruq. Yəni İsrailoğullarına qarşı nifrət çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər soyuna qarşı nifrət bəsləmək, Allahın heç xoşlanmadığı bir şeydir. Xeyr, zalımından nifrət et, bəs günahsızından, mömin olandan niyə nifrət edirsən? Hamısına topdan nifrət edirlər. Bele şey olmaz.
“Sözsüz ki, Yusuf və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”. (Yusif surəsi, 7) “Yusuf və qardaşları” ifadəsi Mehdi (ə.s) və tələbələrinə işarə edir. 7-ci ayə. Yusuf ilə 7 rəqəmi əlaqəlidir. Mehdi ilə də 7 rəqəmi əlaqəlidir. 7, 9 rəqəmi çox mübarək rəqəmlərdir. “soruşanlar üçün” -deyir, soruşmayanlar üçün deyil. “ibrətlər vardır”. İbrət, yəni nümunə deməkdir. Yəni həyatda yaşanacaq şeylər. İbrət niyə alınar? Həyata keçirmək üçün alınar. Həyata istiqamətli dəlillər vardır. Allah “Siz bu hadisələrin bənzərlərini yaşayacaqsınız” -deyir.
“Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir””. Baxın, həsəd aparırlar. Xurafatçı dəstəsinin ən böyük dərdi həsədlik, qısqanclıqdır. Hal-hazırda da, Axırzamanda da böyük fitnənin səbəbi Mehdi (ə.s)-a qarşı həsəddir. Süni mehdilərin çıxması, süni mehdilərin öz arasında qarşıdurması, mehdi olmadıqları halda insanları mehdi elan etməyə qalxmaq, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə qalxmaq və s. “Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq””. Onsuz da xurafatçılar elədir. “... Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir”. (Yusif surəsi, 8). Bunu Peyğəmbərə söyləyirlər. Bu söz bəlaya laiqdir. Sən Allahın sevdiyi bir peyğəmbərə belə deyirsənsə, demək ki, bəlanı axtarırsan.
“Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ...”. Canım mənim, Allah onu vəlayət dərəcəsinə yüksəldir. Öldürülməyə çalışdılarsa, nə olar? O da vəlayət dərəcəsinə yüksələr. Çünki bu əziyyətdir. “... ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. Qısqanclıq insanı necə bir dəliliyə sürükləyir görürsənmi? Hz Yusif (ə.s)-ı qadın qısqanır, həbsə atdırmaq istəyir. Qardaşları da Yusif (ə.s)-ı qısqanır, öldürməyə, quyuya atmaq istəyirlər. Baxın, qısqanclığın bəlalarını görürsünüzmü? “... və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 9) -deyir. Qısqanc bir insanın saleh bir birlik olması mümkündürmü? Qısanc bir insan nə olar? Fəlakətə, bəlanın içinə sürüklənər.
“Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin ...”. Baxın, qədərdə görürsünüzmü? Yəni qədərin işarələri; ilk, ön işarələri müəyyən olur. Qədərdə olacaq hadisələrin ön işarələri bəzən belə gəlməyə başlayar. “... və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusif surəsi, 9) Baxın, xurafatçı ağlına görə həm əxlaqsızlıq edəcək, həm də saleh olacaq, seçmə, səmimi biri olacaq.
“Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” (Yusif surəsi, 10) “Quyuya atın”. Məhz bu şiə qardaşlarımızın səhv düşüncələrinin qaynaqlarından biri də budur. Hz. Yusif (ə.s) quyunun dibində. Şiələr də deyir: “Bu halda ayədəki işarəyə görə, demək ki, Mehdi (ə.s) quyunun içindən çıxacaq”. Çox qəribə bir məntiq irəli sürürlər.
“Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq”. (Yusif surəsi, 11) Yaxşılıq istəmədikləri aydındır. Amma xurafatçılar çox dilbazdır. Aldatmağı, demaqoqluğu, saxtakarlığı, hiyləgərliyi, aktyorluğu yaxşı bacarırlar. Üzə gülərlər, lakin çox namərddirlər. Sistemli bir şəkildə plan hazırlayarlar. Lakin axırda Allah bəlalarını verər. Öz oyunları öz başlarına keçər. Hz Yusif (ə.s)-a da etdikləri oyun sonunda öz başlarına keçir. Allah hamısının bəlasını verir.
“Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!” (Yusif surəsi, 12) Özlərini yaxşılıq edən kimi göstərirlər. Soruşsan, “Biz onu mütləq qoruyarıq!” deyirlər. Amma gizlicə müsəlmanların əleyhinə olarlar. Əxlaqsızlıq edər, hər yerdən müsəlmanları əzməyə çalışar. Bu xurafatçının xüsusiyyətidir.
O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”. (Yusif surəsi, 13) Baxın, qədərin işarələri başlayır, görürsünüzmü? Allah onu ona dedirdir. Halbuki burada o zəifliyini söyləmiş olur. Adamlara yol göstərmiş olur. Amma ağızından bir dəfə çıxmış. Zəiflik deyilməz. Amma nə olacağına aid qədərin ilk işarələri gəlir.
“Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq””. (Yusif surəsi, 14) Bu da yenə xurafatçı demaqoqluğudur. Xurafatçılar pislik edəcəkləri vaxt heç sezdirməzlər.
“Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən””. (Yusif surəsi, 15) Allah hz. Yusif (ə.s)-ın qəlbinə ilham edir. Peyğəmbərlik hələ verilməmişdi. Amma hələ verilməməsinə baxmayaraq Allah ürəyinə ilham edir. Yəni onu ona hiss etdirir.
“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib” (Yusif surəsi, 16) Niyə axşam? Çünki, akşam qaranlıq çökdüyünə görə axtarış edilməsi mümkün deyil. O oyunlarını gücləndirmək üçün edir. “Ağlaya-ağlaya” ağlamaq xurafatçıların xüsusiyyətidir. Ağlamaqla insanları aldatmaq, razı salmağa çalışmaq, and içərək danışmaq xurafatçıların, yəni münafiqlərin xüsusiyyətidir. Amma bəzi insanlar təbii ki, Allah qorxusundan, Allah sevgisindən ağlaya bilər. Onları tənzih edirik.