İndiki vaxtda darvinist düşüncəyə sahib olan insanların bir çoxu mehdiyyət mövzusuna lağ edici bir rəftarla yaxınlaşırlar. Yaşadığımız dövrün axırzaman olduğuna və həzrəti Mehdi (ə.s)-ın çıxışına dair, hədislərdə bildirilən yüzlərlə əlamətin reallaşmış olmasına qarşı, bəhs olunan kəslər bu xüsusiyyətləri şübhəçi və lağedici bir dünyagörüşüylə qiymətləndirir. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in yüzlərlə hədisində həzrəti Mehdi (ə.s)-ın fiziki və mənəvi xüsusiyyətləri, onun dövründə meydana gələcək təbii, tarixi və siyasi hadisələr çox ətraflı təsvir edilir. Bunların hamısı indiki vaxtda ard-arda reallaşır.
Darvinizmi sanki ilah etmiş olan bəzi kəslərin mehdiyyət mövzusuna qarşı bu lağ edici yanaşmalarının mənşəyində, bu insanların darvinizm mövzusunda məğlub olmuş olmaları yatır. Öz ağıllarına görə dinlə, Allahın varlığı və yaratması ilə, mehdiyyət ilə lağ edən bu tərz insanlar, bu əsrdə mehdiyyətin işığı ilə darvinizm mövzusundakı iddialarını artıq qoruya bilməyəcək vəziyyətə gəlmişlər, elmlə və məntiqlə heç bir əlaqəsi olmayan bir nəzəriyyəni bu qədər vaxtdır dəstəklədiklərindən ötəri gülünc və acınacaqlı bir mövqeyə düşmüşlər. Ancaq darvinizm mövzusundakı məğlubiyyətlərinin ağrısıyla mehdiyyətə hücum edən bu kəslər, nə etsələr etsinlər hz. Mehdi (ə.s)-ın gəlişini dayandıra bilməzlər: mehdiyyətin kölgəsi hər kəsi olduğu kimi onları da əhatə etmişdir.
İnsanlar qəbul etsə də, etməsə də çox dəqiq bir həqiqət vardır: hz. Mehdi (ə.s)-ın çıxışı və Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəlindən müjdələdiyi İslam əxlaqının dünyanın dörd bir yanına hakim olacağı və darvinizm cəfəngiyyatının artıq tarixə qarışacağı axırzaman və hz. Mehdi (ə.s)-ın dövrü, yaşadığımız bu əsrdədir.