Adnan Oktarın 24 iyul 2010 tarixli HarunYahyaTv reportajından
ADNAN OKTAR: "Heç bir şey haqqında: "Mən bunu sabah mütləq edəcəyəm" demə. Ancaq: "Allah diləsə" (inşaAllah edəcəyəm de)." Mehdi (ə.s)-ın tələbələri də, ən çox "inşaAllahı Mehdi (ə.s)-ın tələbələrində eşidəcəyik. "İnşaAllah”ı, "maşaAllah”ı ən çox istifadə edənlər bu kilid sözlərlə dünyaya hakim olacaqlar. Dünyanın sirridir; "inşaAllah", "maşaAllah". Dünya hakimiyyətinin sirridir. Mehdi (ə.s) tələbələrinin sirridir. Kilid sözdür. Bu, Kəhf surəsində açıqlanmışdır. "Unuttuğun zaman Rəbbini zikr et." Deməli, Axırzamanda unutqanlıq yayılacaq. İnsanlar bir çox şeyi xatırlaya bilməyəcəklər. Bədiüzzaman nə deyir? "Axırzamanda unutqanlıq artacaq" deyir, hədis var. Mehdi (ə.s)-ın dövrünün xüsusiyyətidir. Quranda nə deyir, bax; "Unutduğun zaman Rəbbini zikr et." Deməli, Allahı zikr edənlər unutmağa qarşı beyinlərini daha güclü tutacaqlar. Allahı zikr edənin beyini daha sağlam olacaq. Yoxsa unutqanlıq daha da yayılacaq. "De ki: "ümid edilər ki, Rəbbim məni bundan daha yaxın bir müvəffəqiyyətə yönəldər." Qısa zamanda dünya hakimiyyəti olacaq. Bax, nə deyir? "Məni bundan daha yaxın bir müvəffəqiyyətə yönəldər " Yəni 309 il deyil, çox qısa zamanda. 1980-də başlayacaq, 2020-də bitəcək. İnşaAllah. Bax, Allah Peyğəmbər (s.ə.v)-ə belə dua etdirir. "Bundan daha yaxın bir müvəffəqiyyətə yönəldər." Qısa müddətdə dünya hakimiyyəti, inşaAllah. "Üç yüz il qaldılar," 300 sayını xatırlayırsanmı, Berkerim? 313, 300.
ALTUĞ BERKER: Əstağfirullah, hocam. Hz. Mehdi (ə.s)-ın köməkçilərinin sayıdır, hocam, inşaAllah.
ADNAN OKTAR: "Sənə Rəbbinin kitabından vəhy ediləni oxu. Onun sözlərini dəyişdirən yoxdur." Deməli, Mehdi (ə.s)-ın tələbələri Qurana çox sadiq olacaqlar, buna işarə var. Quranı çox oxuyacaqlar, şərhlərini Qurana əsaslandıracaqlar, inşaAllah. "Sən də səhər axşam Onun razılığını istəyərək Rəblərinə dua edənlərlə birlikdə səbir et." Deməli, Mehdi (ə.s)-ın tələbələri də səhər də, axşam da Allaha dua edəcəklər, inşaAllah. "Rəblərinə dua edənlərlə birlikdə səbir et. Dünya həyatının (aldadıcı) bəzəyini istəyərək gözlərini onlardan yayındırma." Yəni iylənmiş babanın malı üçün, iylənmiş əminin yeməyi üçün; alçaq, özünü, malını, mülkünü küfr yolunda istifadə edən üçün deyil. Allah üçün çalışanlara baxacaq. "Bəzəyini istəyərək gözlərini onlardan yayındırma. Ürəyini Bizi zikr etməkdən qəflətə saldığımız, öz "istək və ehtiraslarına" yəni yemə-içmə, yatıb-qalxma, "(istəyinə)" uyan və işində həddini aşanlara itaət etmə." "Onlara uyma" deyir. "Bir-birinizə sadiq olun" deyir Allah. "Və de ki: "Haqq Rəbbinizdəndir; artıq diləyən iman etsin, diləyən inkar etsin." Bu demokratiya deyilmi? Bax; "diləyən iman etsin, diləyən inkar etsin." Təzyiq yoxdur. "Şübhəsiz, Biz zalımlara bir atəş hazırlamışıq, onun divarları özlərini ətraflı əhatə etmişdir." "Onlar; altından çaylar axan Ədn cənnətləri onlarındır, orada qızıl bilərziklərlə bəzənərlər, yüngül ipəkdən və ağır işlənmiş atlasdan yaşıl paltarlar geyinərlər və taxtlar üzərində oturarlar." "Bağına girdiyin zaman, "maşaAllah, Allahdan başqa qüvvət yoxdur" deməyin lazım deyildimi?" Bax, Quranda sırf Kəhf surəsində var; "inşaAllah" və "maşaAllah". 39-cu ayə. "Bəlkə, Rəbbim mənə sənin bağından daha xeyirlisini verər." Deməli, Mehdi (ə.s) tələbələrinin olduğu yerlər belə bağlıq, bağçalıq, gözəl yerlərdə olacaq. Xoş yerlər olacaq. Bir şeylər izah edilir Quranda, inşaAllah. "(Səninkinin) üstünə göydən "yandırıb-yaxan bir fəlakət" göndərər, sürüşkən bir torpaq olar" deyir Allah. "Sürüşkən torpaq". Eroziya Axırzamanda mı oldu?
OKTAR BABUNA: Bəli, hocam.
ADNAN OKTAR: Eroziya deyilmi? Böyük bir təhlükə olmadımı? Quran bax, eroziyaya diqqət çəkir. Axırzamana diqqət çəkir. Bax; "sürüşkən bir torpaq olar" deyilmi? "Və ya onun suyu dibinə çəkilər və beləliklə, onu axtarıb-tapmağa gücün çatmaz." Yerin altı su ilə doludur. Peyğəmbərimiz (s.ə.v)-in zamanında qazma alətləri yox idi. Yerin altından bu qədər dərindən su çıxdığı bilinmirdi. Quyudan çıxarırdılar, məsələn ən çox 20 metr, 30 metr, 40 metr. Amma indi qazma alətləri 250 metr, 300 metr, 400 metrdə, 500 metrdə su tapır. Bax, deyir ki, Allah; "və ya onun suyu dibə çəkilər və beləliklə, onu axtarıb-tapmağa gücün çatmaz." Yəni Allah; "Mən istəsəm, onu edə bilərsiniz" deyir. Yerin altındakı suyu çıxara bilərsiniz. Allah yerin dərinliklərində su olduğunu söyləyir. "Mal və uşaqlar, dünya həyatının bəzəyidir." Münafiqlər həmişə mal və uşaq üçün namərdlik edərlər. Ən xoşladıqları şeydir, mal və uşaq. "Daimi olan "saleh davranışlar" isə, Rəbbinin qatında savab baxımından daha xeyirlidir." Allah səmimi ibadətləri məqbul sayır. Allah mal və uşaqlar üçün imanını satmağı alçaldıcı bir rəftar olaraq göstərir. "Beləcə ikisi, iki (dəniz)in birləşdiyi yerə çatınca" əbcədi 1984 edir. Nə deyirsən, Oktar?
OKTAR BABUNA: maşaAllah, hocam.
ADNAN OKTAR: Kim görüşdü 1984-də, iki dənizin birləşdiyi yerdə görəsən?
OKTAR BABUNA: İnşaAllah, hz. Mehdi (ə.s).
ADNAN OKTAR: Ola bilər. Allah-u aləm. Bax, həmişə keçir. "İki səddin arasına qədər çatdı," 2015. "Həqiqətən, Biz ona yer üzündə sağlam bir iqtidar verdik." Əbcədi 2017-dir. Həmişə Kəhf surəsindədir. "Dedi ki: "Rəbbimin məni özündə möhkəm bir iqtidarla məskun etdiyi (güc, nemət və imkan), daha xeyirlidir." Əbcədi 1987-ci ili verir.