Hud surəsi, 32-34 (Razı olmayan inkarçı Nuh qövmü)
ucgen

Hud surəsi, 32-34 (Razı olmayan inkarçı Nuh qövmü)

1012

Adnan Oktarın 29 oktyabr 2009-cu il Çay Tv və Maraş Aksu Tv-dəki reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Ey Nuh, dedilər…" Allah deyir, "bizimlə çəkişdin" yəni mübahisə etdin, daima izah etdin. "Bu mübahisədə irəli getdin." Yəni o izahatından, haqqı izah etdiyin üçün çox narahat olmuşlar. "Əgər doğru söyləyirsənsə, bizə vəd etdiyini gətir (görək.)" Yəni o zaman bir bəla gəlsin ki, anlayaq deyirlər. Haşa. "Dedi ki: "Əgər diləsə, onu sizə Allah gətirər və siz (Onu) aciz buraxacaq deyilsiniz. " "Əgər Allah sizi azdırmağı diləmişsə, mən sizə öyüd vermək istəsəm də, öyüdümün sizə faydası olmaz. O sizin Rəbbinizdir və Ona döndəriləcəksiniz." Deyir. Bilirsiniz, o dövrdə də o dövrün insanları hz. Nuha qarşı uzun müddət dirəndilər, heç cür razı olmadılar. Nuh onlara deyir ki; "gizli də, açıq da yaxınlaşdım, Ya Rəbb". "Məni heç bir şəkildə dinləmirlər" deyir. Allah o zaman sən gəmini hazırlamağa başla dedi. Taxtadan çox böyük bir gəmi düzəltdi, bilirsiniz. Əlbəttə, 950 il yaşamışdır. Sonradan ömürlər yavaş-yavaş qısaldı. İnsanların ömrü çox uzun idi. Düzəltdiyi gəmiyə ehtiyac olan heyvanlardan da bir cüt, bir dişi bir erkək; onları da götür dedi. İnsan zənn edir ki, bütün heyvan növlərindən, elə deyil. Ehtiyac olan heyvan növlərindən götürmüşdür. İnşaAllah. Və Nuh tufanı bütün dünya səviyyəsində olmamışdır, müəyyən bir bölgədə olmuşdur. Allah onları gəminin içərisinə qoydu, tufan başlayınca gəmi üzməyə başladı. Necə də gözəl! Bütün qapaqları bağladılar, müsəlmanlar onun içərisində idilər. Müəyyən bir müddət sonra tufan dayandı, gəmi bir dağın üstündə dayandı, bilirsiniz . O dövrdə yeməkləri də çox qalmamışdır, bir az üzüm, bir az noxud, yarma. Hz. Nuh hamısını gətirin demiş, bir qazana hamısını doldurdular.

APARICI: Aşura oradan çıxmış deyil mi, hocam?

ADNAN OKTAR: Bəli… Aşuranı qaynadırlar, orada son yeməkləri məhz odur, onu birlikdə yeyirlər. Ondan sonra oradan yenidən dünyaya dağıldılar. Hz. Nuhdan etibarən…

PAYLAŞIN
logo
logo
logo
logo
logo