AYƏ İZAHI
Şeytandan Allaha sığınıram. Saff surəsi 4-cü ayədə Allah buyurur; “Şübhəsiz Allah, Öz yolunda, sanki bir-birlərinə birləşmiş bir bina kimi səff bağlayaraq mübarizə edənləri sevər”. Bu nədir? Camaat. Rəsulullah (s.ə.v) xütbədə minbərdə bunu söyləyir; “Allahın əli camaat ilə bərabərdir”. Tırmızidə Fitən hissəsində var. “Allahın köməyi, əli camaat üzərindədir. Şeytan camaata müxalif çıxanla birlikdə hərəkət edər”. Yəni şeytan camaatları dağıtmaq istəyən, camaata qarşı olanlarla bərabərdir. Bunu kim söyləyir? Peyğəmbər (s.ə.v) söyləyir. “Camaatda rəhmət, ayrılıqda isə əzab vardır”. Müsnəddə keçir. “Allahın əli camaat ilə bərabərdir. Şeytan isə camaatı parçalayanlar ilə bərabərdir. Camaata qarşı olanlarla bərabərdir”. Amma bu bəzilərinin çaşdığı nöqtədir. Dəccalın da camaatı var. Süfyanın da camaatı var. O zaman müsəlmanların da camaatı olmasın deyir. Qardaşım bu sənin dediyin ağıldan kənar bir şeydir. Şeytanın da camaatı var, nə edəcəksən? O zaman müsəlmanların camaatı olmasın deyəcəksən. Olmaz. Şeytan da camaat halındadır. Müsəlmanlar da camaat halındadır.