… Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm … (Sad surəsi, 32)
Bu ayədə hz. Süleyman sahib olduğu ehtişamlı malları nəzərində tutaraq Allah’ı tərif edərək ucaltdığı xəbər verilmişdir, mala olan sevgisinin qaynağının Allah’ı zikr etmək olduğu vurğulanmışdır. Hz. Süleyman sahib olduğu malları ona Allah’ın verdiyinin fərqindədir və buna görə zövq alır və şükür edir.
Quranın digər bəzi ayələrində mal sevgisinin insanları yolundan döndərə bildiyi göstərilmişdir. Bəzi insanlar əllərindəki malı sahiblənərək buna görə qürurlanırlar. Allah’a möhtac olduqlarını unudur və daha çox mal əldə etmək üçün ehtirasa qapılarlar. Allah’a qulluq etmək üçün yaşamaq əvəzinə zənginlik üçün yaşayırlar.
Hz. Süleyman hekayəsi bizə möminlərin mal və mülkə bu cür insanlardan daha fərqli baxdığını, bunları yalnız Allah’ı zikr etmək üçün bir vasitə olaraq gördüyünü göstərmişdir. Möminlər bütün malın və mülkün Allah’a aid olduğunu, Onun verdiyini və yenə Onun istəməsi ilə yox olacağını çox yaxşı bilirlər.
Onlara verilən zənginlik üçün qürurlanmır və əllərindəkini itirməkdən qorxmurlar. Allah’ın verdiyi bütün imkanlara şükür edir və bu imkanları Onun razılığı üçün Onun yolunda xərcləyirlər. İman edən bir insan Allah ona böyük bir mülk, ehtişam və iqtidar nəsib etdiyində də bunların hamısını bir nemət və imtahan vasitəsi olaraq görür, Allah’a olan hörmət, qorxu və sevgisi daha da artır. Hz. Süleyman heç kimə nəsib olmayan bir iqtidarı əlində tutmasına baxmayaraq, hər zaman Allah’a qarşı dərin hörmət göstərmiş və bütün imkanları ilə Onun dininə xidmət etmişdir.
Hz. Süleyman malı Allah rızası üçün sevmişdir. Quranda hz. Süleymanın Allah’dan onun yolunda xərcləmək üçün ona böyük bir mülk nəsib etməsini istəmişdir. Hz. Süleyman kainatdakı bütün elmlərin, mülkün və hökmün əsl sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu hər zaman bilmiş və hər işində Allah’a yönəlmişdir (Sad surəsi, 30). Rəbbimizə boyun əymiş və təslim olmuşdur. Sahib olduğumuz zənginliklərdən Allah’ın razılığını qazanacaq işlərdə istifadə etsək, bu etdiklərimizdən Allah məmnun olar.