Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq. (Zuxruf surəsi, 55)
Allah bütün cəmiyyətləri şirk və degenerasiyadan xilas etmək üçün seçdiyi elçiləri ilə xəbərdar edir. Həmin cəmiyyətlər bu xəbərdarlıqları dinləmədikdə və hətta azğınlıqlarını daha da artırdıqda Allah intiqam alır. Allah`ın intiqamı isə, əlbəttə, insanlarınkına bənzəmir:
Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allah`ın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Mömin surəsi, 10)
Allah xəbərdar edilən və gerçəyi öyrənən insanlardan çox vaxt dərhal intiqam almır. Onlara iman etmələri və günahlarından təmizlənmələri üçün müəyyən bir müddət verir. Halbuki, insanların çoxu özlərinə verilən bu müddəti əleyhlərində istifadə etməklə daha azır və üsyan edirlər. Beləliklə də əzab onlara haqq olur. Allah ayədə belə buyurur:
Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Bəlkə, insan özbaşına qoyulacağını güman edir? (Qiyamət surəsi, 34-36)
Şübhəsiz, insanın Rəbbimizi inkar etməsi, üsyan etməsi, nankorluq etməsi və bu davranışlarını davam etdirməsi ən böyük günahlardandır. Məhz burada Allah inkarçılardan intiqam alaraq daha əvvəl heç qarşılaşmadıqları əzablarla onları tanış edir. Çünki buna layiqdirlər. Allah bir ayəsində intiqam alan olduğunu belə bildirir:
(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün Biz intiqam alacağıq. (Duxan surəsi, 16)
Bununla yanaşı, Allah Quranın bir çox ayəsində Rəhman və Rəhim sifətlərini və insanlara qarşı sonsuz əsirgəyici olduğunu göstərir. İnkarçıların axirətdə qarşılaşacaqları bu əzab yalnız inkara davam etmələrinə görədir. Allah bunu Quran ayələrində insanlara xatırladır və qullarına əzab və zülm etmədiyini bildirir:
Bu sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! (Ənfal surəsi, 51)
...Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz! (Ənfal surəsi, 33)
Budur Allah`ın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz. (Ali-İmran surəsi, 108)
Bağışlayıcı olan Rəbbimiz bütün qullarını doğruya yönləndirmək və üzərilərindəki neməti tamamlamaq istədiyini isə ayələrdə belə bildirir:
Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir! (Nisa surəsi, 26)
... Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 6)