Qadınları dəyərsiz görən və onlara müxtəlif formalarda şiddət tətbiq edən cəmiyyətlər tarix boyunca mövcud olmuşdur. Quranda qadınları çiçəyə bənzədən, dünyanın ən gözəl bəzəyi olaraq göstərən, qoruyan, dəyər verən bir çox ayə olmasına baxmayaraq, hamımızın bildiyi kimi, qadınlara qarşı şiddət İslam ölkələrində də geniş yayılıb.
İslam ölkələrində qadına qarşı edilən cinayətlərin ən dəhşət verici olanı isə daşqalaqdır… Bu Quran və İslamdan kənar hərəkətin ən son nümunəsi bu yaxınlarda Pakistanda baş verdi. 25 yaşındakı Farzana İkbal adlı gənc qadın ailəsinin istədiyi insan əvəzinə sevdiyi ilə evlənməyə üstünlük verdiyi üçün daşqalağın qurbanı oldu. Ailəsi tərəfindən qaçırıldığı iddiası ilə məhkəməyə verilən qadın qaçırılmadığını, əksinə sevdiyi insanla ailə qurduğunu bildirmək üçün getdiyi məhkəmə binasının önündə aralarında atası, iki qardaşı və daha əvvəl zorla nişanlandırıldığı xalası oğlu da olmaqla 20 nəfər kişi tərəfindən kərpiclərlə hücuma məruz qaldı. Üç aylıq hamilə olan qadın başından aldığı zərbələrdən vəfat etdi.
Pakistanda hər il yüzlərlə qadını qurban edən və Quranda olduğu iddia edilən daşqalaq adlı cəzalandırma forması əslində bir çox İslam ölkəsində mövcuddur. Dünya, namus cinayəti olaraq guya haqlı səbəb yaratmağa çalışılan daşqalaq cəzasının dəhşətli tətbiqinə “Sorayanı Daşlamaq” adlı filmlə şahid oldu. İslam deyə göstərilməyə çalışılan bu vəhşi hərəkətin mavi ekrandakı görüntüləri İslama zidd olan çevrələrin istifadə etdikləri simvola çevrildi. Bu filmi izləyən insanlar “din budursa, mən dindar deyiləm” deyə düşünməyə başladılar və Allah’ın İslam dinində bildirdiyi şəfqət və mərhəmət anlayışını bilmədiklərindən İslam dinindən uzaqlaşdılar. Halbuki, nifrətin, hücumların, sui-qəsdlərin, hirsin, musəvi və xristian düşmənçiliyinin İslam əxlaqı ilə əlaqəsi olmadığı kimi, əsəbi, keyfiyyətsiz və mədəniyyətsiz insanların, qadını alçaldıb ikinci dərəcəli insan olaraq göstərməsi, onları öz vəhşi üsulları ilə cəzalandırmalarının da həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Bu cəzalandırma formasının mənbəyi həqiqi İslamın anladıldığı Quran deyil, xurafatçı zehniyyətdir. Eyni xurafatçı düşüncəyə sahib olan insanlar Quranda daşqalaq cəzasını əmr edən bir hökm olmadığını bildikləri üçün dünyanın ən şəfqətli, mərhəmətli və sevgi dolu insanı olan Peyğəmbərimizin (səv) bu dəhşətli cəzanı tətbiq etdiyini, bu səbəbdən sünnət olduğunu iddia edirlər. Halbuki, dünyanın nuru olan Peyğəmbərimiz (səv) daima xəta edən mömin qardaşlarına tövbə etmələrini tövsiyə etmiş və uca Allah'ın Quranda bildirdiyi hökmlərdən əlavə bir cəza tətbiq etməmişdir.
Peyğəmbərimiz (səv) dövründə bir qadının özü üçün daşqalaq istədiyi və Peyğəmbərimizin (səv) bu istəyi yerinə yetirdiyi yönündəki rəvayətlər isə xurafatçı zehniyyətin düşüncələridir. Tam əksinə bu cəzalandırma forması Peyğəmbərimiz dövründə Məkkə, Misir, Suriya müşriklərinin atalarından öyrənərək tətbiq etdikləri batil inancın dəhşət verici öldürmə üsuludur.
Müşriklər bir qadının kişi ilə eyni otaqda olması, hətta bir kişiyə baxması kimi səbəblərdə belə, qısqanclıq hissləri ilə hərəkət etmiş, onların zina etdiklərini iddia edərək faciəli şəkildə öldürülmələrinə zəmin hazırlamışlar. Şeytani ruh halına bürünərək sanki dəliyə çevrilən müşriklər ancaq kəsərək, biçərək, asaraq, daşlayaraq öldürdüklərində rahat olacaqları yol tapmışlar. Şeytani nifrətlərinin ən son həddi isə kiçik daşlarla işgəncə edərək uzun müddətdə ödürməni hədəf almalarıdır.
“Səhər başladıq, axşama qədər daşqalaq etdik ölmədi. Baxdıq ki, ölmür, orada dəvənin çənə sümüyü var idi. Vura-vura, vura-vura öldürdüm” kimi ifadələr bu insanların içindəki kin və nifrət alovunun söndürülməsinin nə qədər çətin olduğunu göstərir. Əlbəttə ki, bunları edən, bu ifadələri söyləyən insanlar Allah qorxusu olmayan insanlardır və əsla həqiqi müsəlman deyil. Qeyd edilən ifadələr və tətbiqlər müsəlmanları vəhşi göstərən xurafatçı zehniyyətin nəticəsidir. Daşqalaq cəzası ilə cəzalandırılan insanın bu üsulla günahlarından təmizləndiyini iddia edən xəstə zehniyyətli insanlar, əslində özlərini Allah qatında zalım üsullarla cinayət törədən bir qatil olduqlarını unutmamalıdırlar. Allah’ın bu mövzudakı əmri çox açıqdır. Allah ayədə insan öldürməyin cəzasının ağır olacağını bildirmişdir.
Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! (Nisa surəsi, 93)
İslam cəmiyyətlərinə tarix boyunca ən çox zərəri xurafatçı zehniyyətə sahib olan insanlar vermişdir. Ancaq bu bir həqiqətdir ki, qadını insanla bərabər tutmayan zehniyyətdəki birini alçaldıb qınamaq heç bir nəticə verməz. Bu insanın düzgün məlumatlandırılmağa, İslamı Qurandan öyrənməyə ehtiyacı var.
Müsəlman cəmiyyətlərini dəyərdən salan saxta inancları aradan qaldırmaq üçün keyfiyyətli, müasir görünüşlü, sevgini, şəfqəti və sülhü ayaqda tutan xurafatçı zehniyyətə qarşı fikri mübarizə aparan və Quran hökmlərini izah edən, haqqı və doğrunu müdafiə edən səmimi müsəlmanlara ehtiyac var. Həll yolu həqiqi Quran əxlaqının yayılmasıdır. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə digər bütün ictimai problemlərdə olduğu kimi, qadınların çətin vəziyyətdə qalmaları, alçaldılmaları, çətinlik çəkmələri, vəhşi üsullarla qətl edilmələri kimi problemlər olmaz.
Adnan Oktarın Daily Mail-də nəşr olunan məqaləsi: