HZ. MEHDİ (Ə.S.) DƏCCALİYYƏTİN İKİ QOLU OLAN DİNSİZLİYİ VƏ XURAFATI ELMİ VƏ İDEOLOJİ BAXIMDAN ARADAN QALDIRACAQ
Peyğəmbərimiz (s.ə.v.) axırzamandan bəhs edən bir çox hədisində dəccalın qiyamətin ən əsas əlamətlərindən biri olduğunu bildirmişdir. Hədislərdə dəccalın insanlar arasında qarışıqlıq və çaxnaşma salacağı, kütlələri əxlaqsızlığa və pisliyə sürükləyəcəyi, inkara və üsyana yönləndirəcəyi, terrorun və zorakılığın mənbəyi olacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v.) insanları din əxlaqından uzaqlaşdırıb yer üzündə böyük qarışıqlıq və zülmə sürükləyən dəccalın fitnəsinin xurafat və dinsizlik olduğunu bildirmişdir.
Hədislərdə hz. İsa (ə.s.) və hz. Mehdinin (ə.s.) dəccalın fitnəsini ideoloji cəhətdən zərərsizləşdirəcəyi bildirilmişdir. Hz. Mehdi (ə.s.) Allahın varlığını və birliyini dəlillərlə izah edəcək, dinsizliklə ideoloji mübarizə aparacaq, insanları səmimi imana dəvət etmək üçün cəhd edəcək və həqiqi din əxlaqını bütün dünyaya yayacaq.
“Axırzamanda mütləq məğrib məmləkətinin ən uzaq yerindən hz. Mehdi (ə.s.) adlı bir şəxs çıxacaq. Yeriyərkən qarşısında qırx mil məsafə olacaq. HZ. MEHDİNİN (Ə.S.) BAYRAQLARI AĞ VƏ SARIDIR. İÇİNDƏ İSƏ XƏTLƏRİ VAR. BAYRAQLARINDA ALLAHIN İSMİ-ƏZƏMİ YAZILMIŞDIR. Onun bayrağı altında olan heç bir toplum məğlub edilə bilməz.” (İmam Şarani,Ölüm Kıyamet Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti’l Kurtubi), səh. 438) hədisində açıqlandığı kimi, hz. Mehdinin (ə.s.) dəccalın dinsizlik fitnəsinə qarşı aparacağı ən təsirli ideoloji mübarizə metodlarından biri imani əsərlər qələmə almasıdır.
Hədisdəki izahdan hz. Mehdinin (ə.s.) “ağ-sarı bayraqlarının, bu bayraqların içindəki şəkillərin və Allahın adının zikr edildiyi yazıların” insanlara İslam əxlaqını təbliğ edən kitablara işarə etdiyi başa düşülür. Bu kitabların ağ səhifələri, sarı-qızılı rəngli bəzəkləri olacaq və kitabın içində bu yazıları əhatə edən çərçivələr və rəsmlər olacaq. Allahın adı kitabın hər yerində yazılacaq, Allahın böyüklüyü və ucalığı bu kitablarda hərtərəfli izah ediləcək. Bundan əlavə, hədisdə “bayraq” bənzətməsi ilə vurğulandığı kimi, bu kitablar sanki bir ordunun bayraqları kimi getdiyi hər yeri mənəvi cəhətdən fəth edəcək. Beləliklə, hz. Mehdi (ə.s.) dəccalın dinsizlik fitnəsini, yəni ateizmi mənəvi və elmi yolla məğlub edəcək, Allah qorxusu və Quran əxlaqını yenidən hakim edəcək. Hz. Mehdi (ə.s.) bu əsərlər ilə dünyanı fəth edəcək və İslam dininin bütün dünyada sürətlə yayılmasına səbəb olacaq:
HZ. MEHDİ (Ə.S.) DÜNYANIN ŞƏRQİNİ VƏ QƏRBİNİ FƏTH EDİB İSLAMI (İslam əxlaqını) DÜNYANIN HƏR YERİNDƏ HAKİM EDƏCƏK… ALLAH-TƏALA insanlara elə bir güc verəcək ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcək və HZ. MEHDİ (Ə.S.) İSLAMA HƏYAT VERƏCƏK… (Bihar’ul-Envar, 52-ci cild, səh. 279 ve 53-cü cild, səh. 12 İkmal’ud- Din, 2-ci cild, səh. 367)
Hz. Mehdi (ə.s.) imani əsərləri ilə əvvəlcə öz tələbələrinin hidayətinə səbəb olacaq:
Əli ibn Əbu Talib (ə.s.) belə buyurur: “Hz. Peyğəmbər (s.ə.v.) uzun vəsiyyətində mənə belə buyurdu:
“Ya Əli! İman dərinliyi baxımından ən böyük insanlar axırzamanda gələcək şəxslərdir. Onlar Peyğəmbərimizi (s.ə.v.) görməyib və imam da (h.z Mehdi (ə.s.) da) onlardan gizlidir. BUNA BAXMAYARAQ ONLAR AĞ SƏHİFƏLƏRƏ HƏKK OLUNMUŞ QARA XƏTLƏR VASİTƏSİLƏ (YAZILI ƏSƏRLƏRLƏ) İMAN GƏTİRƏCƏKLƏR.” (Men La Yehzuruhu’l Fakih, 1-ci cild, səh. 269) hədisində diqqət çəkildiyi kimi, axırzamanda ağ səhifələrdə qara hərfləri olan kitabların nəşr olunacağı və hz. Mehdinin (ə.s.) tələbələrinin də hz. Mehdinin (ə.s.) rəhbərliyi altında hazırlanan bu əsərləri oxuyacaqları xəbər verilmişdir. Bu əsərləri ancaq Mehdinin (ə.s.) tələbələri oxumayacaq, eyni zamanda onlar bütün dünyaya yayılacaq. Belə ki, Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdinin (ə.s.) bütün dünyanı elmlə fəth edəcəyini açıqlamışdır.
Hz. Mehdi (ə.s.) Allahın varlığını və yaradılışı çox güclü dəlillərlə izah edəcək, dinsizlər ona qarşı dəlil gətirə bilməyəcəklər
Hz. Mehdi (ə.s.) Allahın varlığını, kainatın və yaradılışın dəlillərini Quran ayələri ilə açıqlayacaq. Axırzaman hadisələrini çox güclü dəlillərlə insanlara açıqlayıb sübut edəcək, başda xurafatçılar və dinsizlər olmaqla heç kim onun bu dəlillərinə qarşı çıxa bilməyəcək.
ŞEYX TUSİ: “HZ. MEHDİNİN (Ə.S.) HAKİMİYYƏTİ (ÜSTÜNLÜYÜ) ALLAHIN BÜTÜN YARATDIQLARI HAQQINDAKI DƏLİLLƏRDƏNDİR. BU DƏLİLLƏR O QƏDƏR ÇOXDUR Kİ, onun (Hz. Mehdinin (ə.s.)) dəlilləri bütün insanlara təsir edəcək və heç kimin ona qarşı əsası olmayacaq. (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 70)
Hz. Mehdi (ə.s.) dəccalın ən böyük dinsizlik fitnəsi olan darvinizm və materializmi elmi cəhətdən məhv edəcək
QAİM (HZ. MEHDİ (ə.s.)) DAHA SONRA HƏQİQƏTLƏRLƏ SİZİN İÇİNİZDƏN ÇIXACAQ, SİZƏ HƏQİQƏTLƏRİ GÖSTƏRƏCƏK VƏ DƏLİLLƏRLƏ HƏRƏKƏT EDƏCƏK… (El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, səh. 65, Al-Bihar 51: 131)
Hz. Mehdi (ə.s.) insanlara yaradılışı fosillərlə (daşlaşmış qalıqlarla) sübut edəcək
“MİN İLDƏN ÇOX YAXŞI OLAN QƏDİM SÜMÜKLƏR İMAM MEHDİ (Ə.S.) İLƏ DANIŞACAQ.” (Mikyaal al-Makaarem, 1-ci cild, səh. 223-224)
Hədisdə verilən məlumat hz. Mehdinin (ə.s.) fosillərlə (daşlaşmış qalıqlarla) maraqlanacağını, yaradılışı fosillərlə sübut edəcəyini, bu qədim fosillərlə inkarı və dəlaləti, dinsiz, materialist və darvinist sistemi aradan qaldıracağını göstərir.
HZ. MEHDİNİN (Ə.S.) materializmin və darvinizmin əsassızlığını sübut edərkən min ildən çox, yəni milyonlarla il yaşı olan fosillərdən istifadə edəcəyi açıq şəkildə aydın olur. Hədis fosillərin sanki dil açıb “Ey Hüccət Mehdi (ə.s.), biz Allahdan bir dəlilik, bizim təkamül keçirmədiyimizi, ilk yaradılışdan etibarən dəyişmədən eynilə qaldığımızı bizi dəlil göstərərək insanlara izah edə bilərsən” deyəcəklərinə və hz. Mehdinin (ə.s.) də yerin altından çıxan fosillərlə bu həqiqəti rəsm, yazı, kitab, videofilm və digər faktlarla insanlara izah edəcəyinə işarə edir.
Hz. Mehdinin (ə.s.) bir adı da “dəlil gətirən”, yəni “Hüccət”dir. Mehdi (ə.s.) bu fosillərdən o dövrün ateist, materialist və darvinistlərinə qarşı təkzibedilməz dəlil kimi istifadə edəcək və bu yolla darvinistləri məğlub edib dinsiz materialist sistemi tamamilə aradan qaldıracaq.
Hz. Mehdi (ə.s.) dəccalın ordusu olan xurafatçılarla da elmi mübarizə aparacaq
Hz. Mehdi (ə.s.) bir tərəfdən darvinizm və materializm kimi cərəyanlarla dinsizliyin tərəfdarları ilə, digər tərəfdən də müsəlmanlar arasında fitnə-fəsad törətməyə çalışan xurafatçılarla elmi-ideoloji mübarizə aparacaq.
Bu “din alimlərinin” hz. Mehdiyə (ə.s.) qarşı çıxmasının ən mühüm səbəblərindən biri budur ki, hz. Mehdi (ə.s.) müsəlmanların mənəvi lideri olduqda bu insanların xalqın içində heç bir etibarı qalmayacaq. Ona görə də hz. Mehdiyə (ə.s.) o qədər qəzəblidirlər ki, hətta onun şəhid edilməsinə fətva verməyə çalışacaqlar, ancaq hz. Mehdinin (ə.s.) elmi çox güclü olduğu üçün buna cəsarətləri çatmayacaq:
ONUN (HZ. MEHDİNİN (Ə.S.)) AÇIQ DÜŞMƏNLƏRİ FÜQƏHA (FİQH ALİMLƏRİ) OLACAQ. ÇÜNKİ XALQIN İÇİNDƏ ETİBARLARI QALMAYACAQ. HƏTTA HÖKM VERMƏK ÜÇÜN ELMLƏRİ DƏ AZALACAQ. Bu imamın (hz. Mehdinin (ə.s.)) gəlişi ilə alimlərin hökmlərindəki anlaşılmazlıqlar da aradan qalxacaq… BƏLKƏ ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI, FƏQİHLƏR ONUN (HZ. MEHDİNİN (Ə.S.)) ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin Cənabi-Haqq onu (Hz. Mehdini (ə.s.)) kərəmi və qılıncı (qardaşları) ilə təmizləyəcək, ONLAR ONA (Hz. Mehdiyə (ə.s.)) İTAƏT EDƏCƏKLƏR. ÇÜNKİ XALQIN ARASINDA ETİBARLARI QALMAYACAQ, HƏTTA HÖKM VERMƏKDƏ ELMLƏRİ DƏ AZALACAQ. Hz. Mehdinin (ə.s.) gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da qalmayacaq. Ondan (hz. Mehdidən (ə.s.)) həm qorxacaq, həm də nəsə gözləyəcəklər. ÜRƏKLƏRİNDƏ İSƏ ONA (HZ. MEHDİYƏ (Ə.S.)) NİFRƏT EDƏCƏKLƏR. LAKİN BUNA BAXMAYARAQ İSTƏR-İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR. (Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 187, Pamuk Yayıncılık)
Peyğəmbərimiz (s.ə.v.) hədislərində axırzamanın mübarək şəxsi hz. Mehdinin (ə.s.) müxtəlif xurafatlara və batil inanclara malik xurafatçı kütlələrə qarşı çətin mübarizə aparacağını açıq şəkildə izah etmişdir:
“ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM DƏCCALA TABE OLACAQ”. (İmam Ahmed Bin Hanbel, Müsned, səh. 796) hədisində dəccala tabe olanları bildirərkən xüsusilə müsəlmanların içindən çıxan, özünü alim kimi göstərən insanlardan bəhs edilir. Peyğəmbərimiz (s.ə.v.) bu hədisi ilə dəccalın tərəfdarları kimi bütün Allah dostlarına qarşı fəaliyyət göstərən, din əxlaqına ən çox zərər verən əsas qrupun, özünü müsəlman kimi göstərən xurafatçılar olduğuna açıq-aşkar diqqət çəkir.
Dəccalın təsiri altındakı insanların əsas xüsusiyyətləri bunlardır:
· Üzlərində nur yoxdur, çirkin üz ifadələri var.
· Nifrət dolu baxışları, süni üz mimikaları var. Daima özlərini ön plana çəkirlər.
· Söhbətlərində heç vaxt Allahı zikr etmir, Allahın yaratdığını dilə gətirməkdən hər vəchlə çəkinirlər (Allahı tənzih edirik). Söhbətlərində Qədərdən (tale), cəhənnəmdən, cənnətdən bəhs etmir, bu mövzuları mümkün olduğu qədər izah etmək istəmirlər.
· Bir mövzudan bəhs etdikdə özlərini üstün görürlər. Nəzakətsiz və hər an mübahisəyə hazır üslubları var.
· Sevgini, hörməti, şəfqəti, mərhəməti bilmirlər.
· Azğın və təcavüzkar rəftarları ilə diqqət çəkirlər.
· Çoxbilmiş və təkəbbürlü davranışları var.
· Dini peşə və ya etibar vasitəsi kimi görürlər.
· Ərəbcə və ya başqa dil bilməyən biri ilə danışarkən qarşılarındakı insanın və əhalinin böyük hissəsinin xarici dil bilmədiyini bildikləri halda sırf göstəriş məqsədi ilə daima xarici dildə danışırlar.
· Qeybətçi və hiyləgərdirlər, gizli kin saxlayırlar.
· Estetikadan, sevgidən, mərhəmətdən, şəfqətdən, gözəllikdən bəhs etmək istəmirlər.
· Dinlə bağlı məsələləri Quranla, hədislə, vicdanla deyil, öz kirli məntiqlərinə və qeyri-kafi ağılları ilə dəyərləndirirlər.
· Dindən uzaq şəxslərə yaltaqlanmaq, onların rəğbətini qazanmaq üçün riyakarcasına danışırlar. Səmimi dindarlara qarşı isə lovğa və təcavüzkardırlar.
· Dünyanın müvəqqəti yer olduğundan heç bəhs etmək istəmirlər. İnanmadıqları şeylərə inanırmış kimi görünürlər.
· Ayrı-seçkilik salmağa meyillidirlər, birləşdirici deyillər.
· Sadəcə dindar olmayan şəxslərə hörmət edirlər, onlara rəğbət bəslədiklərini göstərməyə çalışırlar. Səmimi dindarlara isə alçaldıcı, nəzakətsiz davranırlar. Paxıllıqlarını, qısqanclıqlarını gizlətməyə çalışırlar, lakin bu hissləri açıq-aşkar bəlli olur.
· Dindar olmayanlar insanlara etibar edirlər. Dindarlara təzyiq göstərərkən əsasən bu cür insanlardan istifadə edirlər. Dindar olmayanlar dinə və dindarlara hücum etdikdə bu insanlar onların alətinə çevrilir və bu cür insanlardan gördükləri etibar eqoizmlərini daha da artır.
· Təfərrüata girərək demoqoqluq etməkdə ustadırlar. Dövrə və şəraitə görə buqələmun kimi cildlərini dəyişirlər. Dindar olmayanların lehinə, dindarların isə əleyhinə danışırlar. Dinsizlərin əlinin altında daima bu cür qrup olur.
Hz. Mehdi (ə.s.) bu insanları bir-bir xüsusiyyətlərinə görə müəyyən edəcək və onların xurafatçı düşüncələrini Quran və hədislərlə elmi cəhətdən darmadağın edəcək. Hz. Mehdinin (ə.s.) daima Allahın nəzarəti altında olacağı, hz. Mehdi (ə.s.) vasitəsilə çox təsirli kitablar hazırlatdıracağı hədislərdə müjdələnir. Bu hədislərdən biri belədir:
“Əbu Basir İmam Muhəmməd Baqir və İmam Cəfəri Sadiq əleyhissəlamdan nəql edir: “ONA (HZ. MEHDİYƏ (Ə.S.)) İMAMLIQ VERƏN ELM VƏ KİTABLAR VERƏCƏK VƏ ONU NƏZARƏTSİZ BURAXMAYACAQ”. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 387)
Hz. Mehdi (ə.s.) Quranı və hədisləri çox yaxşı anlayıb açıqlayacaq
Hz. Mehdinin (ə.s.) xurafatçılara qarşı ən təsirli mübarizə üsullarından biri Quranı və hədisləri çox yaxşı anlayıb açıqlamasıdır. Peyğəmbərimizin (s.ə.v.) hədisində bu təsirli elmi mübarizə belə xəbər verilmişdir:
İqmali-Din Muhəmməd ibn Sinandan, Əmir ibn Şamirdən, Cəbirdən, Əbu Cafirdən (ə.s.) rəvayət edilmişdir:
“ALLAHIN KİTABI HAQQINDAKI BİLİYİ VƏ ONUN ELÇİSİNİN (S.Ə.V.) SÜNNƏSİ MEHDİMİZİN (Ə.S.) QƏLBİNDƏ BİR BİTKİ KİMİ YETİŞƏCƏK.” (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cilt 51], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 72)
Peyğəmbərimizin (s.ə.v.) hədislərində verilən məlumatlara əsasən hz. Mehdi (ə.s.) haqq dinə qarşı mübarizə aparan dəccalı məğlub edəcək və onun qurduğu batil sistemə son qoyacaq. Hz. Mehdi (ə.s.) bütün insanları Allahın Quranda bildirdiyi haqq dinə dəvət edəcək, dəccalın və onun inkarçı sisteminin aradan qaldırılması ilə insanlar dəstə-dəstə din əxlaqına üz tutacaqlar. Yer üzündə Quran əxlaqı hakim olacaq və bu şəkildə bütün bəşəriyyət sülh və əmin-amanlığa qovuşacaq.
ALLAHPƏRƏSTLİK NƏFSPƏRƏSTLİYƏ ÇEVRİLDİKDƏN SONRA HZ. MEHDİ (Ə.S.) GƏLƏCƏK VƏ NƏFSPƏRƏSTLİYİ ALLAHPƏRƏSTLİYƏ ÇEVİRƏCƏK. QURAN FİKİR VƏ DÜŞÜNCƏLƏRƏ UYĞUNLAŞDIRILDIQDAN SONRA HZ. MEHDİ (Ə.S.) GƏLİB FİKİR VƏ DÜŞÜNCƏLƏRİ QURANA UYĞUNLAŞDIRACAQ… (Nehc-ül Belağa, Feyz’ül İslam baskısı, səh. 424, 425)
HZ. MEHDİ (Ə.S.) DƏCCALIN FİTNƏSİNİ ELMİ CƏHƏTDƏN MƏHV EDƏCƏK
Peyğəmbərimiz hz. Mehdi (ə.s.) və tələbələrinin dinsizliyin və xurafatın ideoloji sistemini Quranla, elmlə, ağılla, imanla aradan qaldıracağını bildirmişdir. Hz. Mehdi (ə.s.), Allahın izni ilə, qalib gələcək və batil düşüncə, ateist, darvinist, materialist ideologiya məhv olacaq.
Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdinin (ə.s.) dəccaliyyətin fitnəsini elmi cəhətdən məhv edəcəyini belə bildirmişdir:
İmam Müslümün Əbu Hureyrədən (r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (s.ə.v.) bir gün səhabələrinə müraciətlə:
… BU MÜCAHİDLƏR ƏRAZİYƏ GƏLİB MƏSKUNLAŞDIQDA SİLAHLA DÖYÜŞMƏZ, OX DA ATMAZLAR. LƏ İLAHƏ İLLƏLLAHU ƏKBƏR DEYƏRƏK TƏKBİR GƏTİRƏRLƏR. Bu təkbirlə şəhərin iki tərəfindəki qala sədlərindən biri dağılar. Sonra ikinci dəfə təkbir gətirərlər. Bu dəfə də şəhərin digər tərəfində olan sədd dağılar. Üçüncü dəfə təkbir gətirərlər. Bu zaman İslam ordusu üçün səddlərin arasından cığırlar açılacaq, onlar da bu cığırlardan girərək şəhəri fəth edəcəklər. (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 445-446)
Qurandakı bir ayədə Allah batil sistemləri ideoloji cəhətdən məhv etməyə diqqət çəkir:
“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz…” (Ənbiya surəsi, 18)