Mal yığıb-toplamaq din əxlaqını yaşamayan insanların həyatları boyu məşğul olduğu və onları ən çox qayğılandıran mövzulardan biridir. Dünyada və axirətdə insana fayda verməsə də, malı yığıb-toplamaq niyə bəzi insanlar üçün gözəl əxlaqa sahib olmaqdan daha vacibdir?
Allahın rizasını və cənnəti qazanmaq üçün mallardan necə istifadə etmək lazımdır?
Allah Quranda insanları dünyaya həvəslə bağlayan mövzuların olduğunu xəbər vermiş və onları bunlarla sınadığını bildirmişdir. Allahın bildirdiyi imtahan mövzularından biri də mal sevgisidir. Şübhəsiz, mal sahibi olmaq Quran əxlaqına uyğundur və hər müsəlmanın qanuni haqqıdır. Ancaq Quranda Allahın xəbər verdiyi təhlükə insanın, əslində, Allaha aid olan bütün mal və mülkə sahiblənərək imkanı olduğu halda, köməyə ehtiyacı olan insanlara kömək etməməsi, bu var-dövləti yığaraq həvəslə dünya həyatına bağlanmasıdır. Quran əxlaqından uzaq olan insanların mala olan sevgisi, ondan istifadə edilməməsi, pulun xərclənməməsi onları dünyaya bağlayan xəstəliyə çevrilir. Çünki artıq bu pul və mala çoxaltma istəyi də əlavə olunur. Bu istək həvəs şəklində həyatlarının sonuna qədər davam edir. Allah bir Quran ayəsində bu həqiqəti belə xəbər verir:
Malı yığıb-toplayanlar nə itirirlər?
Böyük ibadətdən məhrum olurlar
Malını yığıb xəsislik edərək Allah yolunda xərcləməyənlər böyük bir ibadətdən və Allahın rəhmətindən məhrum olurlar. Çünki Allah qullarını malların zəkat verilməsi mövzusunda “… Sizin ixtiyarınıza verdiyi maldan (xeyirxah işlərə) sərf edin! Sizdən iman gətirib xərcləyənləri böyük bir mükafat gözləyir (Hədid surəsi, 7)” ayəsilə xəbərdar edib müjdələyir. Bu səbəbdən, insanın özünü ətrafındakılarla müqayisə edərək: “Məndən daha varlı, mal-mülk sahibi var, mən niyə verim?” – kimi düşünməsi böyük səhv olar. Çünki burada əhəmiyyətli bir sirr var. Ancaq imani yetkinliyə çatmış möminlər bilirlər ki, insan hər ibadəti yalnız özü və axirəti üçün edir. Bu baxımdan, əgər bir insan xəsisliyinə görə müxtəlif bəhanələr uydursa, bu bəhanələr özündən başqa heç kimə zərər verməz. Malını Allah yolunda xərcləməyə ehtiyacı olan şəxsən özüdür. Bu ibadəti yerinə yetirən insan saf niyyətlə verdiyi hər sədəqənin Allah qatında böyük bir qarşılığı olduğunu bilməlidir. Bu səbəbdən, xəsislik edən də ancaq öz əleyhinə xəsislik etmiş olar. Bu həqiqət bir Quran ayəsində belə bildirilmişdir:
Dünyanı itirərlər
Malı yığan və varlı kimi görünən insan, əslində, Allahın ona verdiyi əmanətə sahibdir. Çünki kainatdakı mal və mülkün yeganə sahibi Allahdır və bu mülkü dilədiyi insana dilədiyi qədər və dilədiyi müddətə verər. Bu baxımdan, insanın xəsislik etməsi qeyri-məqbuldur. Bundan əlavə, Rəbbimiz diləsə, insanın yığdığı malıtamamilə əlindən alar. Təbii fəlakətlə insanın malının bir anda itirməsi buna nümunədir. Quranda bu mövzuda nümunə göstərilən insan Qarundur. “…Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi…(Qəsəs surəsi, 76)” ayəsilə Qarunun var-dövləti Quranda bildirilmişdir. Ancaq xəsisliyi ucbatından “Biz onu öz evi ilə birlikdə (yerə) batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi(Qəsəs surəsi, 81)” ayəsilə Qarunun mal və mülkünün Allahın qüdrəti qarşısında ona heç nə qazandırmadığı və nəticədə, dünyanı itirdiyi xəbər verilmişdir. İman gətirməyərək Allahın verdiyi dünya malında xəsislik edənlər ancaq Allahdan gələn fəlakətlərlə yanıldıqlarının fərqinə vararlar. Bu fəlakətlərə fikir verməyib xəsislik etməyə davam etsələr, axirətdəki yurdları Allahın əbədi əzabı ilə dolu olan cəhənnəm olar.
Axirəti itirərlər
İnsan malını yığsa belə, bu maldan faydalanacaq zamanı dünyada yaşayacağı bir neçə on illə məhdudlaşar. Ancaq iman gətirməyən insanlar bu həqiqətin fərqinə vara bilmirlər. Ölümlə dünyanı itirdikləri kimi, axirətdəki sonsuz həyatlarında da malları onlara heç bir fayda verməz, əksinə, dünyada mala həvəslə bağlandıqlarına görə cənnəti itirərlər. Allah Quranda bu həqiqəti belə xəbər vermişdir:
Malı Allah yolunda xərcləmək insana nə qazandırar?
Möminlər ehtiyacı olan insanlara sədəqə verməyin, Allah yolunda zəkat verməyin gözəl nəticələrini həm bu dünyada, həm də axirətdə görərlər. Dünya həyatında qazandıqları bərəkət və Allahın razılığı bunun əvəzidir. Axirətdə isə Rəbbimizin rəhməti və lütfü olaraq cənnəti qazanarlar.
Bolluq və bərəkət qazanarlar
İman gətirməyən insanlar dünyadakı meyarları həmişə səbəb-nəticə prinsipi ilə qiymətləndirdiklərindən mallarını heç kimlə paylaşmadıqlarında, saxlayıb-yığdıqlarında daha dövlətli olacaqlarını zənn edirlər. Ancaq vəziyyət zənn etdikləri kimi deyil. Çünki Allahın Quranda bildirdiyi kimi, Allah yolunda zəkat verən və sədəqə verən möminlərin malları artar, bərəkətli olar. Əslində, möminlərin hədəfi axirət olduğu üçün onlar mallarını verdikləri zaman onun əvəzini bu dünyada gözləməzlər. Ancaq sonsuz lütf sahibi olan Allah saf niyyətlə edilən bu ibadətin əvəzini dünyada bolluq və bərəkət olaraq verər. Quranda Allahın bu mövzu ilə əlaqədar bildirdiyi bir nümunə belədir:
Allahın razılığını və rəhmətini umarlar
Bütün mülkün Allaha aid olduğunu bilən möminlər malın dünyada ancaq qısa fayda və mənfəət verdiyini, axirətdəki sonsuz həyatın yanında dəyərsiz olduğunu bilirlər. Sahib olduqları malları onlara verənin Allah olduğunu unutmadan, verilən bütün nemətlərə şükür edər və bu malları Allah yolunda xərcləyərək Allaha yaxınlaşmaq üçün bir vasitə kimi istifadə edərlər. Dünyada var-dövlət arxasında qaçmaqdansa, axirətdə onları əsl zənginliyə qovuşduracaq əxlaqı hədəf seçərlər. Belə ki, bu mövzuda bizim üçün ən gözəl nümunə hz. Süleymanın rəftarıdır. Böyük var-dövlətə və mülkə sahib olan hz. Süleyman bu zənginliyi nə məqsədlə istədiyini: “…Mən mal sevgisini Rəbbimin zikrindən dolayı sevirəm… (Sad surəsi, 32)” – sözləri ilə ifadə etmiş və malını Allah yolunda din əxlaqının təbliğ edilməsi üçün istifadə etmişdir.
Cənnəti qazanarlar
Allaha iman gətirən və keçici dünyanın bərbəzəyinə lazımi qədərdən çox əhəmiyyət verməyən, hər şeyin yalnız Allahdan gəldiyini bilən və bu səbəblə mallarını Allah yolunda xərcləyən möminlər Allahın rəhmətini və cənnətini uma bilərlər. Qısa sürən dünya həyatı yerinə sonsuza qədər sürəcək axirət həyatını seçdikləri üçün, əslində, dövlətli olanlar da onlardır. Bütün malını Allah yolunda xərcləyən, dünya həyatı əvəzində axirəti satın alan möminlər keçici dünyanın yerinə sonsuz zənginliyi və qurtuluşu seçərlər. Bir Quran ayəsində möminləri Allah qatında gözləyən gözəl son belə xəbər verilmişdir: