Hz. İdris (ə.s)-ın kitabı olaraq bilinən Enoxda yer alan Mehdi bağlı bəzi sirlər
ucgen

Hz. İdris (ə.s)-ın kitabı olaraq bilinən Enoxda yer alan Mehdi bağlı bəzi sirlər

44201

Həzrəti İdris peyğəmbərin Kitabı adlanan kitab var. Bu kitabı bəzi yəhudi və xristianlar qəbul edirlər. Çox qədim kitabdır. Amma içərisində keçən məlumatlar heyrətamizdir.

 

“Diqqətlə baxdım və içində uca taxtın olduğunu gördüm. Görünüşü buza bənzəyirdi. Ətrafı parlaq günəş kürəsini xatırladırdı və Cherubimin səsləri vardı”. (Enox, səh. 62, 18)

 

“Bu qüdrətli taxtın altından alovlu atəş çayları çıxırdı. Ona gözlə baxmaq mümkün deyildi”. (Enox, səh. 62, 19)

 

Məsələn deyir ki, “Diqqətlə baxdım və içində uca taxtın olduğunu gördüm. Görünüşü buza bənzəyirdi” yəni metal görünüşlü, amma içində oturulan vasitə. “Ətrafı parlaq günəş kürəsini xatırladırdı”, yəni işıqlar var idi ətrafında; maşının qabaq işıqları, arxa işıqları. “və Cherubimin səsləri vardı”, yəni maşından çıxan səsləri söyləyir. “Bu qüdrətli taxtın altından alovlu atəş çayları çıxırdı.” Maşının bilirsiniz yanma yeri var, elə deyilmi? Yəni mühərriki və oradan da qaz çıxır, yanan qazlar. “Ona gözlə baxmaq mümkün deyildi” deyir Çox sürətlə gedir. Çox heyrətamiz açıqlama, 2000 illik kitab yəni, çox maraqlıdır.

 

“Şan ilə Şərəfi uca biri üzərində oturmuşdu. Kaftanı, günəşdən parlaq və qardan ağ idi”. (Enox, səh. 62, 20)

 

“Şan ilə Şərəfi uca biri üzərində oturmuşdu” deyir bu atın. “Kaftanı, günəşdən parlaq və qardan ağ idi”. Ağ kostyum geyinmiş, günəş kimi də parlayır inşaAllah.

 

“Bütün bu dərin amma geniş olmayan dərələr, sərt qayadan yaranmışdı və içlərində tikili bir ağac vardı.” (Enox, səh. 92, 5)

 

“Olduğu yerin içində ağac vardı” deyir, bu da çox təəccüblüdür, bir ev; “evin içində ağac vardı” deyir.

 

“Müqəddəslər və seçilmişlər, alovlu atəşə bənzər görünüşdə olan Onun qarşısında zikr edirdilər. Ağızları həmd ilə dolu idi və dodaqları Ruhların Rəbbinin adını tərifləyirdi. Onun hüzurunda doğruluq ucsuz-bucaqsız iqamət edirdi.” (Enox, səh. 112, 7)

 

“Müqəddəslər və seçilmişlər, alovlu atəşə bənzər görünüşdə olan Onun qarşısında zikr edirdilər” deyir. Mehdini alovlu atəşə bənzədir; “elə parlaq və təsiredici” deyir. “Qarşısında Allahdan bəhs edirdilər” deyir. “Onun qarşısında ağızları həmd ilə dolu idi” deyir. “Dodaqları Rəbbimin adını tərif edirdi”, yəni həmişə Allaha həmd edib Allahdan bəhs edirdilər deyir.

 

“...Eşitdiyim ikinci səs, Seçilmiş Olanı və Ruhların Rəbbi üçün əzab çəkən seçilmişləri ucaldırdı. (Enox, səh. 116, 4)

 

“O gün Seçilmiş Olanımı onların arasında iqamət etdirəcəyəm. Göyün üzünü dəyişdirəcəyəm. Onu əziz tutacağam və əbədi olaraq işıqlandıracağam.” (Enox, səh. 126, 4)

 

“Eşitdiyim ikinci səs, Seçilmiş Olanı və Ruhların Rəbbi üçün əzab çəkən seçilmişləri ucaldırdı” yəni onlar acı çəkəcəklər deyir Mehdi və Mehdi tələbələri üçün. “O gün Seçilmiş Olanımı onların arasında iqamət etdirəcəyəm” yəni Mehdini iqamət etdirəcəyəm. “Göyün üzünü dəyişdirəcəyəm”, yəni göydə, günəşdə, ulduzda və ayda əlamətlər olacaq deyir. Ay və günəş tutulmaları var hədisdə, “günəşdə əlamət olacaq” deyir. Günəşdə əsrin ən böyük partlayışı oldu. “Onu əziz tutacağam və əbədi olaraq işıqlandıracağam.” Onu müqəddəs hala gətirəcəyəm əbədiyyətə qədər mənasındadır.

 

“Eyni zamanda dünyanın üzünü də dəyişdirəcəyəm və onu əziz tutacağam. Onu, üzərində iqamət etsinlər deyə, seçdiklərimə verəcəyəm. Amma davranışlarını qeyd etdiyim üçün günah işləyənlər və haqsızlıq edənlər orada yaşamayacaqlar. Sadiqlərimi yanıma yerləşdirərək rahatlıqla təxmin edəcəyəm: Amma onları dünyanın üzündən yox edə biləcəyəm deyə günahkarların məzəmmətləri yaxınlaşacaq.” (Enox, s. 126, 5-6)

 

“Eyni zamanda dünyanın üzünü də dəyişdirəcəyəm və onu əziz tutacağam”, yəni dünyanın üzünü də dəyişdirəcəyəm, bütün dünya dəyişəcək deyir. “Onu, üzərində iqamət etsinlər deyə, seçdiklərimə verəcəyəm”, Mehdiyə verəcəyəm deyir. “Amma davranışlarını qeyd etdiyim üçün günah işləyənlər və haqsızlıq edənlər orada yaşamayacaqlar”, yəni dünyada onları təsirsiz hala gətirəcəyəm deyir, günah işləyənləri, dinə, İslama qarşı olanları.

 

“Onunla düzgünlüyün yaşadığı və gizli bütün xəzinələri açıqlayacaq olan İnsan Oğludur. (Enox, s. 126, 3)

 

“Onunla düzgünlüyün yaşadığı və gizli bütün xəzinələri açıqlayacaq olan İnsan Oğludur” deyir. Gizli xəzinələr var, Peyğəmbərimiz (s.ə.v) zamanından daha qədim olan hz. Süleyman vaxtından qalma, hz. Musa zamanından qalma, müqəddəs sandıq, o cümlədən müqəddəs əmanətlərin görüşünə işarə edir.

 

Sənin görmüş olduğun bu İnsan Oğlu, kralları və qüdrətliləri taxtlarından qaldıracaq və güclülərin boyunduruğunu boşaldacaq günahkarların dişlərini hissələrə ayıracaq. (Enox, səh. 128, 4)

 

“Sənin görmüş olduğun bu İnsan Oğlu”, burada Mehdidən bəhs edir. “kralları və qüdrətliləri taxtlarından qaldıracaq”, yəni iqtidarlar aradan qalxacaq onun zamanında deyir. “Güclülərin boyunduruğunu boşaldacaq”, Yəni onlar insanları əsarətə alır, güclü olanlar, məhz onu boşaldacaq deyir. Yəni əsarəti açacaq və insanlar rahatlayacaq deyir. “Günahkarların dişlərini parçalara ayıracaq”, yəni günahkarların viran etmə gücünü ortadan qaldıracaq, dişləri ilə zərər verdikləri üçün, zərər vermələrini ortadan qaldıracaq deyir.

 

“...Onlar, Ruhların Rəbbinin adını inkar edəcək; Onu və Ruhların Rəbbi adına acı çəkən insanları, içində yığdıqları məbədlərindən çıxaracaqlar.” (Enox, s. 128, 7-8)

 

Dəccaliyyətdən bəhs edir, “onlar ruhların Rəbbinin adını inkar edəcək”, Allahı inkar edəcək deyir dəccaliyyət. “Onu və ruhların Rəbbi adına acı çəkən insanları” Mehdidən bəhs edir; Mehdinin tələbələrini içində yığışdıqları məbədlərdən çıxaracaq, yəni evlərindən çıxaracaq, həbs edəcəklər, göz altına alacaqlar deyir. Çox təəccüblü deyilmi? Mehdi tələbələri evlərindən toplanaraq, həbs olunacaqlar deyir.

 

“O yerdə ki, bir çox hikmət bulağı əhatə olunmuş və heç vaxt kəsilməyən sadiqliyin çeşməsini gördüm. Onlardan susayıb içən hər kəs hikmətlə dolardı və onların qamətləri seçilmiş və müqəddəslərlə birlikdə idi.” (Enox, s. 130, bölüm 48, 1)

 

Baxın “... Onlardan susayıb içən hər kəs hikmətlə dolardı”, Yəni o məlumatı alan, onları dinləyən hər kəs, hikmətlə və bilgi ilə dolardılar deyir. Onların qamətləri seçilmiş və müqəddəslərlə birlikdə idi” Onların çağırışları seçilmiş və müqəddəslərlə birlikdə idi.

“O yerdə ki, bir çox hikmət bulağı ilə əhatə olunmuş və heç vaxt kəsilməyən sadiqliyin çeşməsini gördüm”, yəni həmişə hikmət axtaran. “heç vaxt kəsilməyən sadiqliyin” sadiq olan Mehdinin. Bədiüzzaman, Mehdinin sadiq olduğunu söyləyir. “Sədaqət, ixlas, təsanüt” deyir. “Sadiqliyin çeşməsini gördüm”, möhtəşəm bir güc və sədaqət var.

Onlardan susayıb içən hər kəs hikmətlə dolardı”, Yəni o məlumatı alan, onları dinləyən hər kəs, hikmətlə və bilgi ilə dolardılar deyir. Onların qamətləri seçilmiş və müqəddəslərlə birlikdə idi”. Onların çağırışları seçilmiş və müqəddəslərlə birlikdə idi.

 

“O, sadiqlər və müqəddəslər üçün, devrilməyən bir dəstək olacaq; O, millətlərin işığı olacaq. O, qəlbləri sıxıntılı olanların ümidi olacaq. (Enox, səh. 132, bölüm 48, 4)

 

“O (Mehdi) sadiqlər və müqəddəslər üçün, devrilməyən bir dəstək olacaq”, yəni Mehdi insanlıq üçün yıxılmayan dəstək olacaq deyir. “O millətlərin işığı olacaq”, bütün millətlərin işığı olacaq. “O, qəlbləri sıxıntılı olanların ümidi olacaq”.

 

“Dünyada yaşayanların hamısı, onun hüzurunda (yerə) düşəcək və ona ibadət edəcək. Onu, əziz tutacaqlar və Onu tərifləyəcəklər. Ruhlarının Rəbbi adına mahnılar deyəcəklər.” (Enox, səh. 132, bölüm 48, 5)

 

“Dünyada yaşayanların hamısı, onun hüzurunda (yerə) düşəcək”, yəni təsirsiz olacaqlar deyir. Darvinizmin, materializmin yıxılmasına işarə edir. “Onu, əziz tutacaqlar”, Allaha ibadət edəcəklər deyir. Allahı əziz tutacaqlar və Onu tərifləyəcəklər. O dövrdə “Ruhların Rəbbi adına, Allah üçün mahnılar deyəcəklər” deyir. Yəni birlikdə mahnılar söyləyəcəklər deyir.

 

Nə müharibə üçün dəmir, nə də sinə üçün zireh olacaq. Mis işə yaramayacaq. Eyni zamanda nə paslanan nə də aşınan işə yarayacaq və gülləyə da tamah olmayacaqdır. (Enox, səh. 140, bölüm 48, 8)

 

“Nə müharibə üçün dəmir, nə də sinə üçün zireh olacaq”, yəni insanlar özlərini qorumağa ehtiyac duymayacaqlar, silah sənayesində də dəmir istifadə olunmayacaq, çünki silahlar hazırlanmayacaq deyir. “Gülləyə də tamah edilməyəcək.” Çox əlamətdar, baxın, gülləyə tamah olmayacaqdır. İki min illik əsər bildirir bunu.

 

“...Dünyanın sütunu kökündən sarsıldı və o səs, dünyanın sərhədlərindən eyni anda eşidildi.” (Enox, səh. 150, bölüm 57, 2)

 

“Dünyanın sütunu kökündən sarsıldı və o səs, dünyanın sərhədlərindən eyni anda eşidildi.” Zəlzələlər olacaq deyir; “dünyanın sütunu sarsıldı” deyir, sarsıntı olacaq. “Və o səs” yəni zəlzələ, “dünyanın sərhədlərindən eyni anda eşidildi” deyir. “Dünyanın sərhədlərindən eyni anda eşidildi.” Yəni hər yerdə zəlzələ xəbərləri eşidiləcək deyir, dünyanın sərhədlərindən eşidiləcək.

 

Amma zaman gələndə, Ruhların Rəbbinin düzgünlüyün məhkəməsinə iman edənlər bu rəyi inkar edib Onun adını nalayiq ananlar üçün hazırladığı güc, cəza və hökm olacaq. O gün, seçilmişlər üçün bir əhd günü və günahkarlar üçün sorğu günü olaraq hazırlandı. (Enox, səh. 156, bölüm 57, 6)

 

“Amma zaman gələndə, Ruhların Rəbbinin düzgünlüyün məhkəməsinə iman edənlər bu rəyi inkar edib Onun adını nalayiq ananlar üçün hazırladığı güc, cəza və hökm olacaq. O gün, seçilmişlər üçün bir əhd günü və günahkarlar üçün sorğu günü olaraq hazırlandı”. Həm qiyamətə baxır, həm də dünyada da Mehdi əleyhdarlarının hüquqla təsirsiz hala gətiriləcəyi bildirilir.

 

Beləliklə Rəbb; Krallara, şahzadələrə, kübarlara və dünyada yaşayanlara əmr etdi: “Əgər Seçilmiş Olanı dərk edə bilsəniz, gözlərinizi açın və kəmərlərinizi yüksəldin.”  (Enox, səh. 166, bölüm 57, 1)

 

“Beləliklə Rəbb; Krallara, şahzadələrə, kübarlara və dünyada yaşayanlara əmr etdi”, yəni dünya idarəçilərinə əmr etdi. Əgər “seçilmiş olanı” yəni Mehdini idrak edə bilsəniz, “gözlərinizi açın”, yəni hiss edə bilsəniz, gözlərinizi açın.

 

Onlardan bir qismi digər bir qisminə baxacaq. Heyrətə düşəcəklər və üzləri əyiləcək. Bu Qadının Oğlunu, (Onun) Şan ilə Şərəfinin taxtında oturarkən görəndə sıxıntı onları bürüyəcək. (Enox, səh. 166, bölüm 57, 5)

 

“Onlardan bir qismi digər bir qisminə baxacaq. Heyrətə düşəcəklər və üzləri əyiləcək. Bu Qadının Oğlunu, (Onun) Şan ilə Şərəfinin taxtında oturarkən görəndə”, çünki Mehdinin atası yoxdur, anası var, ona işarə edir. Baxın Bu Qadının Oğlunu, (Onun) Şan ilə Şərəfinin taxtında oturarkən”, yəni İslamın taxtında oturarkən, yəni müsəlmanların mənəvi lideri olaraq “taxtında oturarkən görəndə, sıxıntı onları bürüyəcək” deyir. Boğulacaqlar deyir əleyhdarları.

“Onlardan bir qismi digər bir qisminə baxacaq. Heyrətə düşəcəklər və üzləri əyiləcək”, yəni sifətləri sürüşəcək deyir qəmdən.

 

Sonra krallar, şahzadələr və bütün dünyaya sahib olanlar, Onu, o pünhan olanı, bütün hər şeyin hakimi olaraq əziz tutacaqlar; Çünki başlanğıcdan bəri insanın Oğlu gizli şəkildə yaşayırdı. Ali Olan, onu öz qüdrətində gizlətmişdi və seçilmişə açıqlamışdı. (Enox, səh. 168, bölüm 57, 6-7)

 

“Sonra krallar, şahzadələr və bütün dünyaya sahib olanlar, Onu, o pünhan olanı, bütün hər şeyin hakimi olaraq əziz tutacaqlar”, yəni gizli, pünhan olan Mehdi, hamısı sonra əziz tutacaqlar deyir. Yəni onun mənəvi liderliyini qəbul edəcəklər deyir. “Çünki başlanğıcdan bəri insanın Oğlu gizli şəkildə yaşayırdı”, Mehdi gizli idi onsuz da deyir. Həmişə gizlənirdi deyir. “Ali olan, onu öz qüdrətində gizlətmişdi və seçilmişə açıqlamışdı”, yəni Mehdini sadəcə seçilmiş tələbələrinə göstərmişdi deyir. Bədiüzzaman da deyir; “müqərrəb və havası və seçkinlər onu imanın nuru ilə tanıyar” (Mektubat, səh. 60). Eynisi 2000 illik kitabda da var.

Mehdiyə tələ quranların mühakimə olunacağı deyilir. Allah, Mehdiyə zülm edənlərə bəla verib, onları təsirsiz edəcəyini deyir.

 

O günlərdə, dünyaya sahib olan krallar, Onun qəzəbinin mələkləri ilə cəzalandırılacaq. O qısa müddət dincəlsin və qarşısında günahlarını etiraf edib əyilərək Ruhların Rəbbinə ibadət etsinlər deyə, hər harada isə tutulub gətiriləcəklər. (Enox, səh. 170, bölüm 63, 1)

 

“O günlərdə, dünyaya sahib olan krallar, Onun qəzəbinin mələkləri ilə cəzalandırılacaq”.

 

O, hər gizli şeyi işıqlandıracaq. Sənin qüdrətin nəsildən-nəslədir. Və Sənin Şan ilə Şərəfin əbədidir. Sənin sirlərin dərindir və hədsiz-hüdudsuzdur və Sənin düzgünlüyün hesablana bilməz. (Enox, səh. 170, bölüm 63, 3)

 

“O, (yəni Mehdi) gizli olan hər şeyi işıqlandıracaq”, “Sənin qüdrətin nəsildən-nəslədir”, Mehdinin nəsli; Mehdi Peyğəmbərimiz (s.ə.v)-in nəslindən gəlir, hz. İbrahimin”. Baxın “nəsildən-nəslədir” deyir. “Və Sənin şan və şərəfin əbədidir. Sənin sirlərin dərindir və hədsiz-hüdudsuzdur və Sənin düzgünlüyün hesablana bilməz”.

 

Bunun ardından, Ruhların Rəbbi ilə yaşayan İnsanın Oğlunun adı, yer üzünün sakinlərinə qədər ucaldıldı. (Enox, səh. 194, bölüm 70, 1)

 

“Bunun ardından, Ruhların Rəbbi ilə yaşayan İnsanın Oğlunun adı”, yəni Mehdinin adı, “yer üzünün sakinlərinə qədər ucaldıldı”. Yəni hər kəs Mehdidən bəhs edəcək deyir, hədislərdə də eynisi var:

 

“Mehdi zühur edər, HƏR KƏS SADƏCƏ ONDAN (hz. Mehdi (ə.s)-dan) DANIŞAR, onun (hz. Mehdi (ə.s)-ın) sevgisini içər və ONDAN (hz. Mehdi (ə.s)-dan) BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR.”

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 33)

 

“Bir münadinin səmadan “Haqq, hz. Məhəmməd (s.ə.v) əhlindədir” şəklində bağırmasından sonra, hz. Mehdi (ə.s)-ın sevgisi insanların qəlblərinə yerləşəcək və ONDAN ((hz. Mehdi (ə.s)-dan) BAŞQA BİR ŞEYDƏN BƏHS EDİLMƏYƏCƏKDİR.”

(El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)

 

“Arxasından göylərə yüksələrkən ruhum izlədi. Geyimləri və kaftanları ağ və simaları kristal qədər şəffaf müqəddəs mələklərin oğullarını alovlu atəşi çeynəyərkən gördüm”. (Enox, səh. 194, bölüm 71, 1)

 

“Arxasından göylərə yüksələrkən ruhum izlədi. Geyimləri və kaftanları ağ”, yenə Mehdiyə diqqət çəkir. “Simaları kristal qədər şəffaf” tərtəmiz yəni nurludur üzləri deyir. “Kristal qədər aydın”, Mehdinin və tələbələrinin üzünü ifadə edir, baxın “Kristal qədər aydın”.

 

“Sonra Seraphim, Cherubim və Ophanin onu bürüdülər. Bunlar, heç yatmadan, Onun Şan ilə Şərəf taxtını qoruyanlardır.” (Enox, səh. 196, bölüm 71, 7)

 

Sonra Seraphim, Cherubim və Ophanin onu bürüdülər. Bunlar, heç yatmadan, Onun Şan ilə Şərəf taxtını qoruyanlardır.” Peyğəmbərimiz (s.ə.v) Mikayıl, Cəbrayıl, Mehdini qoruyar deyir hədislərdə:

 

“... Onun (hz. Mehdi (ə.s)-ın) yardımçıları Yəmən və Şam əhlindən olacaqdır. Önlərində Cəbrayıl, arxalarında Mikayıl olacaqdır...”

(El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

 

“CƏBRAYIL, ONUN (hz. Mehdi (ə.s)-ın) ÖNÜNDƏ OLACAQ, MİKAYIL SAĞINDA VƏ İSRAFİL İSƏ SOLUNDAN GƏLƏCƏKDİR. Və qorxu bir aylıq yoldan onun önündən, arxasından, sağından və solundan irəliləyəcək. (Allaha) yaxın mələklər də onun yanında olacaqlar...”

(Şeyx Muhammed ibn İbrahimi Numani, Qaybeti Numani səh. 274)

 

“Allah onu (hz. Mehdi (ə.s)-ı), 3 min mələklə dəstəkləyəcəkdir.”

(El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh.41)

 

Baxın, “bunlar heç yatmadan onu bürüdülər” deyir, mələklər heç yatmaz. “Yatmadan, onun şan və şərəfinin taxtını qoruyanlardır”, yəni həmişə Mehdini qoruyacaqlar, deyir. Çox uzun izah edilmişdir, çox əlamətdardır.

Enox, İdris peyğəmbərin kitabı deyə bilinir, Enox 1 Enox 2 şəklində. Enox 1 kitabının orijinal dili, Həbəşistandakı Aksum kralının rəsmi dili olan QEEZ dilidir. Bu dil Sami hərflərinin vokallarına görə fərqliləşdirilməsi şəklindədir. İlk olaraq İngilis kəşfiyyatçı Ceyms Brüs tərəfindən Həbəş monastırında kəşf edilmiş, sonra bu iki müəllif tərəfindən müxtəlif vaxtlarda tərcümələri edilmişdir. Təbii ki, bu tam dəlil deyil, lakin, 2000 illik əsərdə Mehdidən bu şəkildə ətraflı bəhs etməsi də çox təəccüblü və heyrətləndiricidir... (Adnan Oktar, 31 yanvar 2013, A9 TV)

PAYLAŞIN
logo
logo
logo
logo
logo