12 fevralda imzalanan Minsk müqaviləsindən bir ay keçdi, amma Ukraynada hələ də çaxnaşmalar davam edir. Müqavilə çox az müddətlik ümid oyatsa da, əslində, hamı sülh əldə etməyin çox da asan olmayacağını bilir. Necə ki, tərəflər (ABŞ, Aİ, Rusiya, Ukrayna və s.) müqavilədən dərhal sonra qarşı tərəfi mühakimə edən açıqlamalar, müqaviləyə uyğun gəlməyən tələblər etməyə davam etdilər. Hər kəs bu razılığın da digərləri kimi mənasız olduğunu dilə gətirməyə başladı. Tək müsbət şey isə az sayda da olsa, məhbus dəyişikliyinin reallaşması idi. Minsk müqaviləsinin həyata keçirilməsi barədə danışıqlar aparmaq üçün tərəflərin Parisdə yığışmaq qərarları da müqavilənin davamlılığına səbəb olan mühüm bir hadisə kimi dəyərləndirildi. Bəs bu müddətdə nələr yaşanıldı?
Ukrayna prezidenti Pyotr Poroşenko “Ukrayna işğal altındakı Krımı bir gün geri qaytaracaq” kimi açıqlama verərək Rusiya prezidentinə qarşı etiraz səsini yüksəltdi. Putin isə Krım xalqının seçimini etdiyini bildirərək bu qərara hörmətlə yanaşılmasını tələb etdi.
Kiyev rejimi ölkənin şərqinə BMT-in sülhməramlı qüvvələrinin yerləşdirilməsini tələb etdi. Ancaq Rusiya bu tələbin müqaviləyə zidd olduğunu və qəti şəkildə qarşı olduğunu bildirdi.
Kanada radiosunda çıxış edən Ukrayna Xarici İşlər Naziri köməkçisi Vadim Pristayko dedi ki, “heç kimi qorxutmaq istəmirik, amma hamılıqla müharibəyə hazırlaşırıq.”
İngiltərə Müdafiə Naziri Maykl Fallon (Michael Fallon) Latviya, Litviya və Estoniya kimi Baltik dövlətlərinin Rus təhdidi altında olduğunu və NATO-nun buna hazır olmasını bildirdi.
NATO təcili müdaxilə qüvvələrindəki əsgərlərin sayının 13 mindən 30 minə qaldırılacağını və Rusiyanın yaxınlığındakı üzv dövlətlərdə 6 yeni hərbi mərkəzin qurulacağını elan etdi.
Ukrayna Baş Naziri Yatsenyuk milyonlarla insanı qətl edən Hitler Almanyasının Sovet İttifaqının hücumuna məruz qaldığını irəli sürdü. Rusiya idarəçiliyi isə bu açıqlamaya mənfi reaksiya verdi və Sovet əsgərlərinin xatirəsinə hörmətsizlik edildiyini bildirdi.
Kanada Rusiyaya yeni sanksiya tətbiq etmək qərarına gəldi. Rusiya Xarici İşlər Nazirliyi spikeri Lukaşeviç qərarı Mins müqaviləsinin tətbiqinə mane olmaq üçün bir cəhd kimi qələmə verdi.
- ABŞ və İngiltərə tərəfindən Rusiyaya qarşı gərginliyini artıran başqa bir həmlə edildi. Estoniyanın müstəqillik günündə təşkil edilən hərbi mərasim üçün Rusiyanın sərhədində yerləşən Narva seçildi. Mərasimdə Estoniya ordusu ilə yanaşı, ABŞ zirehli qüvvələri və ingilis əsgərləri də var idi.
İngiltərə Baş Naziri Kameron (Cameron) Ukraynaya ingilis əsgərlərini göndərərək hərbi təlimlərinə dəstək olacaqlarını açıqladı və “Putinin əgər qarşısı alınmasa, Baltik ökələrini, ya da Moldovanı hədəfə alacağını” iddia etdi.
- ABŞ Xarici İşlər Nazirliyinin spikeri Cen Psaki (Jen Psaki) isə “əgər Rusiya və separatistlər imzaladıqları müqavilələri pozmağa davam etsələr, bu daha çox bədəl ödənilməsinə və izolyasiyaya səbəb olacaqdır” dedi.
Minsk müqaviləsindən sonra hədələyici açıqlamalar, sanksiyalar, Rusiyanı narahat edən nümayişlər oldu. Bəs bu şəkildə Ukraynada sülh əldə edilirmi? - Təbii ki yox. Bu açıqlamalar münaqişələrin artmasına səbəb olur, gərginlik yaradır, sülh təşəbbüslərini puç edir.
Ancaq Avropadan bəzi doğru fikirlər də yüksəlir. Macarıstan prezidenti Viktor Orbanın “ Rusiya ilə yeni soyuq müharibə yaşayan, ya da avropalıları Rusiyaya düşmən edən bir Avropada yaşamaq istəmirəm, Avropanın gələcəyi Rusiya ilə olan münasibətinə bağlı olaraq formalaşacaq” şəklindəki açıqlaması bunlardan biridir. Latviya Müdafiə Naziri Raimonds Vejoniz isə İngiltərə Müdafiə Naziri Maykl Fallonun açıqlamalarına qarşı çıxaraq Rusiyanın Baltik ölkələri üçün təhlükə olmadığını bildirdi.
Çexiya Respublikası və Yunanıstan da Rusiyaya qarşı olan sanksiyalardan əl çəkilməsinin tərəfdarıdır. Merkelin başçılıq etdiyi bəzi Avropa İttifaqı liderləri də müharibənin Avropa İttifaqı üçün də, Rusiya üçün də fəlakət olacağının şüurundadır, bu səbəbdən Ukraynanın silahlandırılmasına qarşı çıxır və diplomatiyadan imtina etmirlər. Dolayısı ilə artıq Ukrayna barədə Avropa İttifaqı ilə ABŞ arasındakı fikir ayrılıqları kəskinləşib. Məhz bu fikir ayrılığının fərqində olan Rusiya Avropa İttifaqı ilə olan əlaqələrini heç vaxt kəsmədi. Avropa İttifaqı ölkələrindən idxal mallarına embarqo qoyaraq onları sülhə və uzlaşmağa məcbur etdi. Bu müddətdə heç şübhəsiz ki, Rusiya da zərər çəkdi, ancaq unutmaq olmaz ki, Putin ölkəsində əhalini 85%-i tərəfindən dəstəklənən liderdir və ona qarşı olan bu hadisələr onu müdafiə edənlərin sayını artırır. Güclü qızıl valyuta ehtiyatlarına sahibdir, işsizlik nisbəti isə cəmi 5,3 faizdir. Bu səbəbdən nə qədər iqtisadi cəhətdən çətinlik çəksə də, sanksiyalar qarşısında Rusiyanın süqut edəcəyini gözləmək olmaz. Həmçinin sanksiyaların ən çox rus xalqına zərər verəcəyini də düşünmək lazımdır. Həmçinin, hal-hazırda bölünən Ukraynaya nisbətən Putin daha güclüdür. Ukrayna- Rusiya sərhədini qoruya bilməyən Kiyev idarəçiliyinin bu münaqişədən qalib çıxması, ya da iki tərəf arasında hansısa seçim etməsi mümkün deyil. Ukrayna həmişə Qərb ilə Rusiya arasında tampon bir ölkə olaraq qalacaq və həmişə Rusiya ilə uzlaşmalı olacaq. Bu səbəbdən Ukraynanın silahlandırılması çıxış yolu deyil. Əksinə, bu müharibə alovu bütün Avropanı da ağuşuna alar. Çünki Putin belə vəziyyətdə müdafiə məqsədi ilə bütün dəstəklərindən istifadə edərək hərbi qüvvələri ilə bu hücuma qarşılıq verə bilər. Həmçinin Qərb ölkələrindən gələn silahlarla Ukraynanın Rusiyanı məğlub etməsinin mümkün olmayacağı hər kəsə məlumdur. Rusiya hava qüvvələrindən istifadə etsə, Qərb çox çətin vəziyyətə düşər. Bu səbəbdən Kiyevə qarşı hərbi müdaxilə Rusiyanın lehinə çevriləcək. Bunun bilən Avropa İttifaqı liderlərinin bütün Avropanı müharibəyə sövq etmək istəməmələri və Rusiya ilə razılıq yolu axtarmaları doğru addımdır. Putin ötən günlərdə rus televiziyasına verdiyi reportajda Ukrayna ilə müharibə olmayacağını bildirib və “belə ssenarilərin lazımsız olduğunu düşünürəm və ümid edirəm ki, heç vaxt gerçəkləşməz” deyib.
Bu, əlbəttə ki, çox gözəl bir təmənnadır. Həll yolu isə çox asandır. 2001-ci ildə Putinin Alman Parlamenti Bundeştaqda “Rusiyanın dost Avropa ölkəsi olduğunu və Avropada daimi sülh istədiyini” dediyi günlərə geri qayıtmaq mümkündür. NATO və Avropa İttifaqının Orta və Şərqi Avropada genişləməsi ucbatından özünü təhlükədə hiss edən Rusiyanın bu çəkingənliyi aradan qaldırılmalıdır. Hədələyici açıqlamalardan və hərəkətlərdən əl çəkilməlidir. Avropanın və dünyanın sabitliyi və təhlükəsizliyi üçün Rusiyanı başa düşmək, dinləmək, sülh tələbinə dəstək olmaq və razılıq yolları axtarmaq lazımdır. Bu gərginliyi davam etdirmək heç kimə fayda gətirməyəcək. Ukraynanın məzlum xalqını bu çaxnaşmaların ortasında buraxmağa isə heç kimin haqqı yoxdur. Məhz bütün bu səbəblərə görə artıq müharibə dilindən, hədə-qorxu gəlməkdən imtina edilməlidir.
[i] http://www.independent.co.uk/news/world/europe/ukraine-crisis-vladimir-putin-says-war-with-russia-would-represent-apocalyptic-scenario-for-eastern-europe-10067197.html
Adnan Oktarın MBC Times'da yayınlanan məqaləsi:
http://www.mbctimes.com/english/language-of-peace-should-prevail-among-nations