Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Aralarından bir sözcü belə dedi: "Əgər (mütləq bir şey) edəcəksinizsə, öldürməyin Yusifi, onu quyunun dibinə atın ki, bir yolçu karvanı gəlib alsın". Quranda bu cür ifadələr əsasən həmişə hz. Xızır (ə.s)-a aiddir. Yəni belə bilməlisiniz. Məsələn; "aralarından bir sözcü". Kəhf surəsində də var; "aralarından bir sözcü". Yaşlı bir insan görünüşündəmi olar, küçədən keçən bir insan formasındamı olar, lakin "bir sözcü". "Aralarından bir sözcü dedi: "Əgər (mütləq bir şey) edəcəksinizsə, öldürməyin Yusifi". Bax əngəl törədir, razı salır; "öldürməyin Yusifi". Onların o xurafatçı düşüncəsinə bir maneə yaradır. "Onu quyunun dibinə atın ki, bir yolçu karvanı gəlib alsın", (Yusif surəsi, 10). Təkcə: "Öldürməyin" desə inanmazlar. Onlara başqa bir çıxış yolu verir, lakin bu çıxış yolunda həm hz. Yusif (ə.s)-ın qurtuluşu, həm də lider olma planı var. Yəni onun: "Quyunun dibinə atın ki, bir yolçu karvanı gəlib alsın" deməsində. Onsuz da nə olacağını bilir. Uşaq quyunun dibində ölə bilər, lakin o bilir. Yəni mütləq o quyudan çıxacağı qənaətindədir.