Husilərin iqtidar ilə razılığa gəlməsindən sonra bir neçə həftə davam edən münaqişələrin dayandığını görürük. Razılıqda teknokratlardan ibarət olan yeni hökumət qurulması, prezident Hadinin heç bir siyasi partiyaya nümayəndə olmayan birinə nazirlik vəzifəsi verməsi, neft məhsullarındakı qiymət artımının azaldılması, prezidentliyə Cənub Hərəkatından və Husilərin hərəsindən bir köməkçi təyin edilməsi və Husilərin paytaxt Sanada etiraz məqsədi ilə qurduqları çadırların ləğv edilməsi maddələri də var.
Razılıqla uzun müddət davam edən münaqişələrin sona çatması və Yəmənin yenidən sabitləşməsi gözlənilir. Ancaq hal-hazırki vəziyyətdə bu çox da asan olmayacaq. Çünki Yəmənin xarici mətbuatda bildirilən məlumatlara görə həm münaqişələrdə, həm də razılıqda Yəməndən başqa xarici amillərin böyük rolu var.
Xarici mətbuatdakı bir çox xəbərdə Yəməndə əslində, Səudiyyə Ərəbistanı və İranın bir-birinə zidd düşdüyü , Husilərin silahlı haqq axtarışı mübarizəsinin münaqişələrə səbəb olduğu görünsə də, əslində, yaşanılanların tamamilə məzhəb davası olduğu iddiaları var. Əgər bu iddialar doğrudursa, Husilərlə olan razılıqla bütün porblemləri bir anda həll etmək çətin görünür. Çünki mənbəyi xarici amillər olan münaqişələri bitirmək heç bir ölkədə asan olmur. Yəməndəkindən fərqli olaraq, bu müsəlmanlar ilə ortodoks və katoliklərin mübarizəsi olsa da, Bosniyada baş verənlər bunun ən böyük göstəricisidir.
Hərçənd ki münaqişə Bosniyadadır, ancaq münaqişəçiləri dəstəkləyənlər Bosniyadan xaricdə Serbiya və Xorvatiyada idi. Münaqişələr imzalanan Dayton müqaviləsi ilə bitdi, ancaq Bosniya indi bu müqaviləyə görə yaranan sıxıntılara qarşı mübarizəyə davam edir.
Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, siyasi müqavilələr yolu ilə irəli sürülən həll yolları “yuxarıdan aşağı” üsulu ilə işləyir, yəni müqavilə ilə dövlətin içindəki səlahiyyət bölüşdürülməsi, resurs istifadəsi nizamlanır. Qısası, siyasi müqavilələr dövləti nizamlayır, amma insanların düşüncəsini nizamlaya bilməz.
Yəməndə münaqişələrin mənbəyini şiə-sünni ayrı-seçkiliyini qızışdıran radikal və xurafatçı inanc təşkil edir. Müsəlmanların qardaş olduğu anlayışı müxtəlif xurafatçı fikirlər səbəbindən tərk edilib, digər məzhəblərin düşmən olduğu təlqini verilib. Məhz Yəmənin və bütün İslam aləminin ehtiyacı olan şey bu yanlış anlayışın aradan qaldırılmasıdır. Axan qanın qarşısını almağa vəsilə olacaqsa, müqavilənin imzalanması, şübhəsiz ki, sevindiricidir. Ancaq bu müqavilənin həyata keçirilməsi və Yəmənin daimi sülhə və sakitliyə qovuşması üçün fərqli addımlar atılmalıdır.
Atılan addımlarda şiələrin və sünnilərin kitablarının, peyğəmbərlərinin və dinlərinin eyni olduğu, Allah`ın Quranda müsəlmanların bir-birləri ilə münaqişə etməsi deyil, bir-birlərini qorumaq istədikləri danışılmalıdır. Çünki həm sünnilərin, həm də şiələrin inanclarına sızan xurafatçı din anlayışı onların bir-birinə düşmən olduğu fikrini yayıb. İraqda və Suriyada müsəlmanların bir-birlərini qətl etməsinin ən əsas səbəbi budur.
Xurafata əsaslanan anlayışın bütün İslam aləmində vəhşiliyi, dəhşəti, düşmənçiliyi və sevgisizliyi genişləndirməsinin və insanları kütləvi olaraq əsl dindən uzaqlaşdırmanın qarşısı ancaq elmlə alına bilər. Çünki xurafat dini yanlış təhsil sisteminin nəticəsidir. Ya şiə, ya da sünni olsun, bu anlayışa tabe olan bir çox insan yanlış yolda olduğunun fərqində belə deyil. Bu yanlış təhsilin yaratdığı təxribat sadəcə doğru təhsili, doğru məlumatı verməklə düzəldilə bilər. Bunun üçün Yəməndə siyasi müqavilələrlə kifayətlənmək əvəzinə, dərhal feli müdaxilələr də edilməlidir.
Sülhsevər siyasi liderlər və Husilərlə sünnilərin dini təmsilçiləri öz aralarındakı məlumatlandırıcı iclaslarında yanlış məlumatlandırılmış cəmiyyətlərə doğrunu çatdırmaq üçün yollar axtarmalıdırlar. Yəməndə doğru din anlayışını izah edən kitab, televiziya və danışıqlarda təlimə başlamaq lazımdır. Məsələn, münaqişə, adam öldürmək, nifrət və kinin dində haram olduğunu Qurandakı ayələrlə izah etməlidirlər. Xurafatçı sistemin zəifliyini və məntiqsizliyini sübutlarla Yəmən xalqına çatdırmalıdırlar.
Əgər Yəməndə daimi sülh istənilirsə, bunun yolu doğru din anlayışının izah edilib yanlış olanların aradan qaldırılmasıdır. Bu halda əsl din anlayışını müdafiə edən hər zeydinin və hər sünninin üzərinə böyük məsuliyyət düşür.
Yəməndə silaha xərclənən pulun belə təhsil səfərbərliyinə xərclənməsi təşviq edilə bilər, qeyri-hökumət təşkilatları bu məqsədlə bir yerə toplana bilər, əllərində olan mətbuat orqanlarından bu məqsədlə istifadə edə bilərlər. Unutmamalıyıq ki, doğrununun, haqqın anlaşılması, yayılması daha asandır. Buna görə də cəmiyyətləri sırf cahillik səbəbindən xurafatın, düşmənçiliyin içində buraxmaqdansa, o cəhaləti aradan qaldırmaq ən doğru üsul olacaq. Məhz o zaman Yəməndə silahın və münaqişənin mənasız olduğunu anlamaq mümkün olacaq.
Müsəlmanların dərhal məzhəb ayrılıqlarından əl çəkib bu yanlışı düzəltmələri və Allah`ın fərz buyurduğu kimi birlik qurmaqları lazımdır. Allah Quranda bütün müsəlmanlara birlik quraraq tək topluluq olmalarını belə bildirir:
Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.(Ali İmran surəsi, 103)
Adnan Oktar'ın National Yəməndə nəşr edilən məqaləsi: