Rəddin ardındakı qəbul
ucgen

Rəddin ardındakı qəbul

1544

Darvinistlərin, rədd üslublarının ardındakı gizləyə bilmədikləri qəbul, müxtəlif elm adamları və şəxsən darvinistlər tərəfindən bu şəkildə ifadə edilir.

 

Bioloq Villiam Fiks (William Fix):

“Araşdırmanın ön planında olan elm adamları klassik darvinizmə öldürücü bir zərbə vurmuşdur. Bu xəbəri doğrudan insanlara verə bilmirlər, bunu yalnız texniki yazılarına və gizli tövsiyələrinə saxlayırlar.”

 

Darvinist antropoloq Robert A. Martin:

“1972-ci ildə, Amerikan Təbiət Tarixi Muzeyindən Niles Eldredge və Harvard Universitetindən Stefan Cey Qould, “sıçramalı təkamül” anlayışını ortaya atan bir məqalə nəşr etdi. Təkamül yavaş, nizamlı və mərhələli bir şəkildə irəliləyirsə, bu vəziyyətdə növlər arasında olmalı olan bütün aralıq-keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmağın bu qədər çətin olmasının səbəbi, əslində mövcud olmamalarıdır”

 

İllinois Universiteti ekologiya Bölməsindən Darvinist T.H. Frazzetta:

Hər keçən il təkamülün olduqca sadə fikirləri məğlubiyyətə doğru getməyə davam edir.

 

Fransız darvinist Jean Pierre Lehman:

Keçmişdəki sadə halıyla Darvinizm artıq məğlubiyyətə uğrayır.

 

Elm redaktoru darvinist Qordon Ratrey Teylor (Gordon Rattray Taylor):

“Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə koordinasiya edilən strukturların və mükəmməl uyğunluq göstərən davranışların açıqlanması üçün təsadüflərin kifayət etmədiyini göstərir. İki Amerikalı biyoloqun qısa müddət əvvəl açıqladıqları kimi: “Əsl tapmaca, daha doğrusu təkamül mexanizminin nə olduğu problemi heç bir həllə çatmamışdır. Qısacası, bir əsrdən çoxdur, biologiya sahəsində hakim olan doqma çökməkdədir”.

 

Fizika professor, darvinist H. S. Lipson:

“Canlı varlıqların hər hansı bir xüsusiyyətinin əmələ gəlməsini ilə bağlı izahlara görə təkamül nəzəriyyəsindən həmişə bir az şübhələnmişəm (məsələn, zürafənin uzun boynu). Bu səbəblə keçdiyimiz otuz ildən çox müddət ərzində bioloji kəşflərin təkamül nəzəriyyəsinə uyğun olub-olmadığını başa düşməyə çalışdım. Lakin uyğun olduğunu sanmıram. ... Mənə görə, bu nəzəriyyə mövqeyindən artıq düşmüşdür”.

 

Ekologiya və təkamül biologiyası professoru darvinist E. O. Wiley:

“(Norman) MacBeth təkamülə başqa nöqteyi nəzərdən baxmağımızı və insanlara, lazım olsa özümüzə darvinizm və sintetik nəzəriyyə haqqında şübhələrimiz olduğunu, bu səbəblə də müzakirəyə hazır olduğumuzu etiraf etməyimizi təklif edir. Məncə bunlar mükəmməl təkliflərdir”.

 

Jurnalist Leri Vidam (Larry Witham):

“Onlarla, onlarla elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya güvəndikləri bir jurnalist ilə danışdıqlarında, “bu sadələşdirilə bilməz komplekslikdədir” və ya “molekulyar biologiya böhran içindədir” kimi ifadələr işlətdilər, amma bunu cəmiyyət içində açıqca dilə gətirə bilmirlər”.

 

Məhz Darvinizmin gəldiyi son nöqtə budur. Darvinistlər illərlə canla-başla müdafiə etdikləri öz nəzəriyyələrindən artıq şübhə edirlər. Darvinizmin yalanlarla dünyanı aldatması artıq sona çatmışdır.

Darvinizmin ehtiraslı tərəfdarları, bəlkə də indiyə qədər Allah inancına qarşı girişdikləri bu mübarizəndə (Allahı tənzih edirik) məğlub ola biləcəklərini fikirləşmirdilər. Sahib olduqları qaynaqlar, təsir etdikləri çevrələr, ovsunladıqları insanlar və bəzi dövlətlərin dəstəyi, zahirən özlərini güclü görmələrinə səbəb olmuşdur. Təkamül nəzəriyyəsinin məktəblərdə oxudulması, yeni yetişən gənclərin təkamül təhsili ilə böyüyüb, həyatı boyu bu təhsillə təmasda olmalarını təmin edirdi. Dünyanın tanınmış qəzetləri, jurnalları, televiziya kanalları həmişə darvinizm təbliğatı aparır, ən əsası da bir çox ölkədə rəhbərlikdəki təsirli kəslər darvinizmə dəstək olurdu. Son vaxtlarda olduğu kimi, ölkələri təmsil edən Avropa Parlamenti kimi güclər asanlıqla darvinizmə aid qərarlar alıb bunları rahatlıqla həyata keçirə bilirdilər.

Lakin artıq bu üsullar darvinistlərə bir fayda vermir.

İndiki dövrün keçmişdən fərqi, beynəlxalq yığıncaqlarda alınan bu qərarların keçmişdə insanlar üzərində təsirli olması və darvinizm cadusuna qapılmış insanları darvinizmə daha çox yaxınlaşdıra bilmək məqsədinə çata bilməsi idi. Halbuki hal-hazırkı vəziyyətdə, Avropa Şurasının yığıncağında, “Yaradılış Atlası” kürsüdə yuxarı qaldırılaraq bu kitaba qarşı necə mübarizə aparıla biləcəyi müzakirə edilmiş və darvinizmin uğradığı məğlubiyyətin yaratdığı hiddət açıq-aydın hiss edilmişdir. Əlbəttə ki, bütün bunlar bir məğlubiyyətin göstəricisidir. Bunlar, Darvinizmin əleyhinə aparılan elmi və rasional fikri mübarizənin təsirli olduğunu göstərir. Təkamülçü Professor Ümid Sayın, “Science” jurnalında dərc edilmiş bir məqalədə Harun Yəhya əsərlərinin təsiri ilə yaranmış vəziyyəti bu sözlərlə ifadə etmişdir:

 

“Artıq yaradılışçılara qarşı mübarizə aparılmır. Mübarizəni onlar qazandılar, 1998-ci ildə, Türkiyə Elmlər Akademiyasından altı professoru yaradılışçılara qarşı danışmaq üçün motivasiya etmişdir. Artıq, bu gün bir adamı belə motivasiya etmək mümkünsüzdür.

 

Əlbəttə, heç kim, doğru olmadığını bilə-bilə, yalanın deşifrə olduğunu görə-görə darvinizm yalanını konfrans salonlarında izah etməyəcək. Çünki darvinistlərin, yaradılış həqiqətinə qarşı gətirə biləcəkləri heç bir sübütu və heç bir elmi izahı yoxdur.  

Darvinizm cadusunun təsirinin məhv olması, əlbəttə darvinizmi tam mənası ilə aradan qaldırmışdır. Çünki bu azğın dini, dəccalın cadu sistemi ilə davam etdirmək istəyirlər. Dəccalın cadusu dağılanda isə, nəzəriyyənin elmi təməli olmadığına görə, artıq nəzəriyyəni ayaqda tuta biləcək heç bir səbəb qalmamışdır. Artıq dəccalın sistemi olan masonluğun, darvinizmi canlı saxlamaq üçün istifadə edə biləcəyi heç bir üsul işə yaramayacaq. Keçmiş əsrlərdə insanların canla-başla müdafiə etdikləri dünyanın nəhəng çanaqlı tısbağanın kürəyində dayandığı hekayələri hal-hazırda bizlərə nə qədər məntiqsiz gəlirsə, darvinizm də gələcək nəsillər üçün eyni şəkildə komediya ünsürü olacaq. İnsanlar, Nobel mükafatlı professorların, universitet müəllimlərinin, elm adamlarının belə bir komediyaya necə inandıqlarına və necə belə bir boş sözlərin arxasınca süründürüldüklərinə məna verə bilməyəcəklər. XX əsr, bütün darvinist elm adamları üçün bir utanc əsri olaraq xatırlanacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo