Hörmətli Adnan Oktar Türk-İslam Birliyini izah etdiyi əsərlərində və bu mövzuda etdiyi şərhlərdə müsəlman ölkələr arasındakı iqtisadi əməkdaşlıqların üzərində də əhəmiyyətlə dayanır. Müsəlman ölkələr arasında bir növ ortaq bazar yaradılması lazım olduğunu söyləyən hörmətli Oktar, ediləcək ortaq sərmayələrlə, iş qüvvəsi və xammal mövzusundakı əməkdaşlıqla, əhəmiyyətli inkişaf hərəkəti başlayacağına diqqət çəkir. Adnan Oktarın “İslam Birliyinə Çağırış” adlı əsərində geniş şəkildə yer verilən iqtisadi əməkdaşlıq mövzusu, xüsusilə son vaxtlarda ciddi irəliləyişlə həyata keçirilir. Son günlərdə Türk-İslam Birliyi yolunda atılan addımların bu dərəcə sürətlənməsində, hörmətli Adnan Oktarın həm əsərlərində, həm qatıldığı televiziya proqramlarında, həm də digər elmi işlərində israrla bu mövzunun üzərində dayanmasının əlbəttə böyük təsiri vardır.
HÖRMƏTLİ ADNAN OKTARƏN MÖVZUYLA ƏLAQƏDAR ŞƏRHLƏRİNDƏN NÜMUNƏLƏR
8 mart 2008-ci il tarixli mətbuat konfransı
Mətbuat: İslam Birliyinə əsaslanan siyasi sistemdən bəhs etdiniz, bu mövzunu bir az açıqlaya bilərsiniz? Bu sistem necə qurulacaq? Bugünkü xalqlar sistemə necə daxil olacaqlar? Bir az açıqlasanız.
Adnan Oktar: Bu sistemi açıqlayım. Bu sistemdə hər dövlət müstəqil dövlət olur. Yəni Türkiyə, Türkiyə olaraq qalar, Azərbaycan, Azərbaycan olaraq qalar, Türkistan Türkistan, hər kəs ayrı. Bu könül birliyi, sevgi birliyidir. Bir məhəbbət birliyi, insan sevgisinə əsaslanan, terrora və şiddətə qarşı əməkdaşlıq edən, iqtisadi inkişafda əməkdaşlıq edən, fədakarlıq inancını, comərdlik inancını daha çox ön plana gətirən, Allah sevgisini ön planda tutan bir düşüncədir.
Şərqi Türküstan, “Asia RFA” radiosu, 16 iyun 2008-ci il
Adnan Oktar: İlk Azərbaycandan başlamağı düşünürük. Daha əvvəl də söylədim. Şərq Türküstan, Türk dövlətləri və İslam ölkələrinin azadlığı üçün cəhd göstərəcəyik... Hal-hazırda Azərbaycan ilə Türkiyənin birləşməsi ən uyğun mövqedədir… Türkiyə ilə Azərbaycan birləşəcək, iki müstəqil unitar dövlət, dünyəvilik sistemi var. Amma pasport aradan qaldırılır. Viza əməliyyatı aradan qaldırılır. İstədiyi kimi yerləşmə azadlığı olacaq. TİCARƏT OLDUQCA SƏRBƏST və hərbi saziş… Türk İslam Birliyinin birinci mərhələsi…
“Tercüman” qəzeti, 18 iyun 2008-ci il
“Star” qəzeti, 6 iyul 2008-ci il
“Bugün” qəzeti, 18 iyun 2008-ci il
HÖRMƏTLİ ADNAN OKTARIN “İSLAM BİRLİYİNƏ ÇAĞIRIŞ” KİTABINDAN BİR HİSSƏ
Ediləcək ortaq sərmayələr və ortaq cəhdlər bu nöqtədə əhəmiyyətli addım olacaq. Ortaq cəhdlər sayəsində, həm ölkələr qarşılıqlı olaraq bir-birlərinin təcrübələrindən istifadə edəcəklər, həm də yaradılan sərmayə sahələri hər iki tərəfin iqtisadiyyatı üçün də gəlir qaynağı olacaq. Müsəlman ölkələrin bir-birlərinə iqtisadi dəstək vermələri, daha əvvəl də ifadə etdiyimiz kimi, İslam əxlaqına da uyğundur. Ehtiyac içində olana kömək etmək və ictimai həmrəylik müsəlmanların əhəmiyyətli xüsusiyyətlərindəndir. Quranda bir çox ayədə, ehtiyac içində olanların qorunması bildirilmişdir. Cəmiyyətdəki ictimai köməkləşmənin cəmiyyətlər arası səviyyədə də icra edilməsi lazımdır. Beləcə həm iş imkanları artacaq, həm də hər iki cəmiyyətdə də gəlir səviyyəsi yüksəlməyə başlayacaq. Bir ölkədə neft çıxarılarkən, bəlkə bir başqasında bu neft emal ediləcək, əkinçilik imkanları məhdud olan İslam ölkəsinin ehtiyacları əkinçiliklə zəngin ölkələr tərəfindən aradan qaldırılacaq. İş qüvvəsi məhdud olan bir ölkənin bu əskikliyi bir başqa İslam ölkəsi tərəfindən qarşılanacaq, iş qüvvəsi olan ancaq sənayesi inkişaf etməmiş ölkələrdə də, inkişaf etmiş olanlar müxtəlif sərmayələr yatırılacaq. Sərmayənin yatırıldığı ölkə kimi, sərmayəni yatıran və ya sərmayəyə iştirak edənlər də bu vəziyyətdən gəlir əldə edəcəklər. Bilgi təcrübəsi və təcrübə paylaşması bərəkəti artıracaq, texnoloji inkişaflardan bütün müsəlmanlar lazımı qədər faydalanacaqlar.
İslam dünyasının imkanlarını və gücünü birləşdirməsini təmin edəcək ortaq cəhdlərlə, yüksək texnologiya məhsulu olan bir çox vəsait müsəlman ölkələrdə də istehsal ola biləcək. Yaradılacaq İslam ortaq bazarı sayəsində, bir ölkədə istehsal olan məhsullar, gömrük, kvota kimi sərhəd maneələri olmasa da, bir başqa ölkədə asanlıqla satışa çıxarıla biləcək. Ticarət sahəsi genişlənəcək, bütün müsəlman ölkələrin bazar payı artacaq, ixracat inkişaf edəcək, bu, müsəlman ölkələrdəki sənayeləşmə müddətini sürətləndirəcək, iqtisadiyyatda təmin ediləcək inkişaf ilə texnologiyada da inkişaf yaşanacaq. Müsəlman ölkələr digər sərmayə qruplarına qarşı ortaq güc olaraq hərəkət edə biləcək və qlobal iqtisadiyyatın əhəmiyyətli parçası halına gələcəklərdir.
Bütün bunlar ancaq mərkəzi təşkilatın öndərliyi və koordinasiyasıyla reallaşdırıla bilər. Bunun təmin edilməsi isə, əvvəlcə İslam ölkələrinin həqiqi Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-ın sünnəsinin tələb etdiyi əxlaq quruluşunu cəmiyyətlərində yerləşdirmələri, qısacası İslam mədəniyyəti oyanışla mümkündür. Türk-İslam Birliyi, həm bu mədəni oyanışa, həm də onun nəticələri olan siyasi və iqtisadi əməkdaşlıqlara liderlik etməlidir.
HÖRMƏTLİ ADNAN OKTARIN ƏSƏRLƏRİNDƏN FAYDALANILARAQ HAZIRLANAN ELANLARDAN NÜMUNƏLƏR