Bəzi sözlər var ki, hansı dildə deyilirsə-deyilsin, bütün dünyada milyonlarla insanın məntiqinə xitab etməyə müvəffəq olur. Şübhəsiz ki, «carpe diem» də bunlardan biridir. Bəs, Horatiusun bu ifadəsi bu gün nə dərəcədə düzgün dərk edilir?
«Carpe diem» əslində ölümün hər an gələ biləcəyinin şüurunda olmaq və hər saniyənin dəyərini bilməyə bərabər mənanı ifadə edir. Məşhur şair də «hələ biz söhbət edərkən keçən vaxta aldanmayıb, sabaha güvənməməyi, vaxtdan mümkün qədər səmərəli istifadə etməyi» misralarında ifadə edərkən dünya həyatının qısa müddətdə keçib gedəcəyi və insanın gec ya da tez torpaq olacağı həqiqətinə diqqət çəkmək istəyib. Belə ki, bu anlayış dövrümüzdə hedonizm fəlsəfənin müdafiəçisi kimi qəbul edilir və «kef elə», «anı yaşa, qalanını boş ver» mənalarında istifadə edilir.
Həyat tərzi, danışıq və davranışlarından göründüyü kimi, insanların əksəriyyəti həqiqətən heç ölməyəcək kimi yaşamağı və dünya nemətlərindən maksimum faydalanmağı seçir. Belə ki, bu, insanların düşünməkdən ən çox çəkindikləri mövzudur. Nəinki ölümü düşünmək, xatırlamaq belə istəmirlər. Tanınmış bir adam və ya yaxınları öldükdə isə əhvalları tamamilə alt-üst olur. Bir gün özlərinin də öləcəyi həqiqəti ilə üzləşmək onları sanki xəstə edir, psixoloji olaraq çökür və heç nədən zövq ala bilmirlər.
Ölümdən bu qədər qorxmalarının səbəbi şübhəsiz ki, ölümü bir son olaraq görmələri, ölümlə birlikdə yox olacaqlarını düşünmələridir. Bu səbəbdən də həll yolunu heç ölməyəcəkmiş kimi yaşamaqda görürlər. Amma dünya həyatının əsl üzü onların yaxasını buraxmır. İstəməsələr də hər fürsətdə özünü hiss etdirir. Yaşlanmamaq, xəstələnməmək, həmişə gənc və sağlam olmaq, həyatı əyləncə içində keçirmək istəyərkən bir neçə on il ərzində bütün gənclikləri gedir, xəstəliklər başlarından əskik olmur. Ən mükəmməl, ən sağlam görünən insan belə qocalıb ölür. Hər gün minlərlə ölüm baş verir. Yollar, küçələr qəbiristanlıqlarla dolur. 1,5 metr məsafə ara ilə bir-birlərinə bitişik olaraq dəfn edilən insanlar da bir zamanlar restoranlarda yemək yeyən, televizora baxan, kinoya gedən, gəzməyə getdikləri yerlərdə sevdikləri ilə şəkil çəkdirən, gələcəyə dair planlar quran insanlar olduğu halda, ölümləri ilə birlikdə bütün bunların bir anlamı qalmır. Təəccüblü olan isə geridə qalanların bütün bu izah edilənləri çox yaxşı bilmələri, ancaq buna baxmayaraq dünyaya bağlılıqlarının heç azalmaması, özləri də ölümə addım-addım yaxınlaşdıqları halda, dünyaya aludə olmağa davam etmələridir.
Halbuki ölüm dünyanın ən böyük həqiqətlərindən biridir. Bu həqiqəti yox saymaq, həyatın müvəqqəti olduğunu və ölümün insana hər an gələ biləcəyini unudaraq yaşamağa çalışmaq çox yanlışdır. Ölüm bəlkə də heç təxmin etmədiyiniz bir anda gələcək. Bu dünyada əldə edilən hər şey- mal-mülk, məqam və bütün imkanlar arxada qalacaq. Heç kim malını, məqamını, şöhrətini, sahib olduğu heç bir şeyi axirətə aparmayacaq. Məzara yalnız insanın kəfənə bükülmüş bədəni girəcək, o da çox qısa zamanda çürüməyə başlayacaq.
Qısası, ölümdən qaçmağın mümkün olmadığı açıq həqiqətdir. Bu gerçəyi bilərək yaşamaq insana çox gözəl xüsusiyyətlər qazandırır. Bunlardan biri açıq və aydın təfəkkürdür. Bu dünyadakı hər şeyin və hər kəsin sonlu olduğunu və ölümün insanı hər an yaxalaya biləcəyini bilən insanın ilk öncə şüuru açılır, dünyanın keçici həvəslərindən və nəfsani duyğulardan arınmağa, acizliyini anlamağa başlayır. Acizliyini anlayan insanın əxlaqı gözəlləşir, daha xolerant, əffedici, uzlaşmacı xarakteri olur. Daha sevgi dolu, daha mərhəmətli, şəfqətli olur. Fədakar olur, öz rahatlığını deyil, başqalarının rahatlığını düşünür. Ən vacibi də həyatın məqsədini axtarmağa başlayır və bütün kainatı əhatə edən heyrətamiz nizamın fərqinə varır. Digər tərəfdən sahib olduğu nemətləri görür və bunları ona bəxş edənin Allah olduğunu anlayır. Allahı tanıdıqca bütün həyatın buradakı qısa zaman kəsiyindən ibarət olmadığını, bu dünyanı yaradan Allahın ölümdən sonrakı sonsuz həyatı da yaradacağını və bu sonsuz həyatın ölümlə birlikdə başlayacağını qavrayır.
Göründüyü kimi, ölümü düşünmək insanı doğru yola aparır. Allaha inanan, ruh sahibi olduğunun şüurunda olan, bu dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğunu bilən, bu dünyaya imtahan olunmaq üçün göndərildiyini və bu imtahanın nəticəsinə görə axirətdə hesab verəcəyini bilən bir insan olmağı təmin edir. Bu insanlar üçün ölüm qorxulacaq bir hadisə deyil, hər şeydən çox sevdikləri, eşq və tutqu ilə bağlı olduqları Rəblərinə qovuşmaq üçün bir vasitə, sonsuzluğa keçid qapısıdır. Əsla bir son olmadığı kimi, əsas həyat olan sonsuz həyatın başlangıcıdır.
Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:
http://www.nst.com.my/node/93263