Bir ünsiyyət anının hekayəsi
ucgen

Bir ünsiyyət anının hekayəsi

2436

Hər insan tanışları ilə bir neçə dəfə qarşılaşıb salamlaşır. Bu bir-iki saniyənin uzun və mürəkkəb hekayəsi olduğunu bilirdinizmi?

 

Axşamüstü dəniz sahilində iki insanın oturduğunu fərz edək. Dost olmalarına baxmayaraq, hələ bir-birlərini görməyiblər. İnsanlardan birinin hələ görmədiyi dostuna doğru üzünü çevirməsi biokimyəvi hadisələr zəncirinin başlanmasına səbəb olur: Dostunun bədənindən əks olunan işıq saniyədə 10 trilyon foton (işıq zərrəciyi) şəklində göz bəbəyinə çatır. İşıq əvvəl göz bəbəyinin, sonra göz yuvalarını dolduran mayenin içindən keçir və tor qişanın üzərinə düşür.

 

Cisimlərdən asılı olaraq, tor qişanın fərqli nöqtələrinə fərqli işıq şüaları düşür. Nümunəmizdəki insanın dostunu gördüyü anı düşünək. Dostunun üzündəki bəzi nöqtələr, məsələn qaşları tünd rənglidir və tor qişanın üzərindəki bəzi hüceyrələrə zəif işıq düşür. Yoldaşının alnından isə daha çox işıq qəbul edilir. Dostunun bütün üz xətləri, bədəni də daxil olmaqla, tor qişanın fərqli hüceyrə qruplarına fərqli işıqlar salır.

 

Bəs tor qişanın üzərinə düşən bu işıqlar hansı təsirləri meydana gətirir?

 

Bu problemin cavabı həqiqətən çox mürəkkəbdir və başa düşülməsi də bir az çətindir. Amma gözdəki fövqəladə dizaynı qısa şəkildə araşdıraq:

 

Fotonlar tor qişadakı hüceyrələrə çatanda, sanki ustalıqla düzülmüş domino daşlarını hərəkətə keçirir. Bu vəziyyət müxtəlif zülalların dəyişməsinə və bəzi birləşmələrin yaranmasına səbəb olur. Bir çox kimyəvi reaksiya zəncirindən sonra görmə hadisəsinin son mərhələsində baş verən bəzi əməliyyatlar nəticəsində “elektrik xəbərdarlıqları” meydana gəlir. Sinirlər bunları beyinə ötürür və orada da "görmə" dediyimiz əməliyyat baş verir.

 

Qısaca desək, bir foton tor qişadakı hüceyrələrin birinə toxunmuş və ard-arda reallaşan zəncirvari reaksiyalar sayəsində hüceyrənin bir elektrik xəbərdarlığı əmələ gəlmişdir. Bu xəbərdarlıq fotonun enerjisinə görə dəyişir, beləliklə, bizim "güclü işıq", "zəif işıq" dediyimiz anlayışlar meydana gəlir. Ən maraqlısı isə odur ki, yuxarıda izah etdiyimiz bu mürəkkəb reaksiyalar saniyənin mində biri qədər qısa müddətdə reallaşır.

 

Burada qısa şəkildə izah etdiyimiz görmə əməliyyatının, əslində, mürəkkəb təfərrüatları vardır. Ancaq bu səthi xülasə belə, nə qədər möhtəşəm bir sistemlə qarşı-qarşıya olduğumuzu göstərməyə kifayət edir. Gözün içində elə mürəkkəb, elə dəqiq hesablanmış bir sistem vardır ki, bu kimyəvi reaksiyalar “Ginnesin rekordlar kitabı”na düşmüş domino daşlarının nümayişini xatırladır. Domino daşlarından ibarət olan zəncirin bəzi nöqtələrinə maraqlı qurğular qurulur, məsələn, bir daşın düşməsi kiçik qaldırıcı kranı hərəkətə gətirir, qaldırıcı kran uzağa daşıdığı domino daşını lazım olan yerə qoyduqdan sonra yeni zəncirvari nümayiş başlayır.

 

Əlbəttə, belə domino nümayişini izləyən bir insan bu daşların və qurğuların küləklə, sellə, ya da zəlzələ ilə "təsadüfən" reallaşdığını düşünməz. Hər daşın diqqət və şüurla yerinə yerləşdirildiyi aydındır. İnsanın gözündəki zəncirvari reaksiyada "təsadüf" sözünü işlətmək belə axmaqlıqdır. Sistem fərqli hissələrin həssas tarazlıqlarla bir araya gəlməsi ilə meydana gəlmişdir və bir "dizayn"ın göstəricisidir. Göz qüsursuz şəkildə üstün güc sahibi olan Allah tərəfindən yaradılmışdır.

 

Məşhur biokimyaçı Michael Behe “Darvinin quru qutusu” adlı kitabında gözün kimyası və təkamül nəzəriyyəsi haqqında belə deyir:

 

Darvinin XIX əsrdə açıqlaya bilmədiyi görmə hadisəsi və gözün anatomik quruluşu həqiqətən də heç bir təkamülçü məntiqlə açıqlana bilməz. Təkamül nəzəriyyəsinin qarşıya qoyduğu açıqlamalar o qədər bəsitdir ki, gözdə baş verən və yazılması  belə çətin olan inanılmaz dərəcədə mürəkkəb əməliyyatları əsla açıqlaya bilməz.

 

 

Görmədən sonra

 

Bura qədər deyilənlər yalnız sahildəki insanın dostundan əks olunaraq gözünə gələn fotonlarla ilk təmasıdır. Tor qişa hüceyrələri mürəkkəb kimyəvi əməliyyatlar sayəsində fotonları qəbul etmiş və elektrik siqnalları emal etmişlər. Bu siqnallarda elə bir məlumat vardır ki, dostun üzü, bədəni, paltarı, saçının rəngi, ya da üzündəki kiçik iz belə toplanmışdır. Yalnız bu adamın deyil, ətrafdakı hər cismin kiçik hissəsi belə unudulmamış və elektrik siqnallarında kodlaşdırılmışdır. Amma bu siqnallar həm də beyinə çatdırılmalıdır. Bəs bu siqnallar beyinə necə çatdırılır? Bu problemin cavabı həqiqətən çox mürəkkəbdir, ancaq gözdəki fövqəladə dizaynı tədqiq etmək üçün bu cavabı araşdırmağımız yerinə düşəcək.

 

Buynuzlu qişa və qüzehli qişa (gözün əlvan təbəqəsi)

 

Gözün 40 hissəsindən biri olan buynuz təbəqə gözün qabağında olan şəffaf bir təbəqədir. İşığı pəncərə şüşəsi kimi qüsursuz şəkildə keçirir. Bədənin heç bir yerində bənzəri olmayan bu toxumanın gözün qarşısında olması, əlbəttə, təsadüfi deyil. Gözün mühüm hissələrindən biri də gözün əlvan təbəqəsidir. Buynuzlu qişanın arxasında yerləşən qüzehli qişa ortasındakı boşluğu genişlədib daraldaraq gözə girən işıq miqdarını nizamlayır. Parlaq işıqda daralır, qaranlıqda isə gözün daha çox işıq ala bilməsi üçün genişlənir. Buna oxşar sistem kameralarda da istifadə edilir. Amma heç bir kamera qüzehli qişa kimi uğurlu deyil.

 

Buynuz qişa molekullarının hərəkəti ilə xəbərdar olunan sinir hüceyrələri (neyronlar) buna reaksiya verir. Bu reaksiya kimyəvidir, bir neyron hərəkətə keçdiyi anda səthindəki zülal molekulları birdən formalarını dəyişdirirlər. Bu hərəkət müsbət elektrik yükünə sahib olan natrium atomlarının axınını dayandırır. Elektrik yüklü atomların axınındakı bu dəyişiklik hüceyrənin içində gərginliyin dəyişməsinə səbəb olur. Gərginliyin dəyişməsi elektrik siqnalı deməkdir. Bu siqnal millimetrlə ifadə edilən bir məsafəni qət etdikdən sonra sinir hüceyrəsinin ucuna çatır. Ancaq burada bir problem var: iki sinir hüceyrəsi arasında boşluq var və elektrik siqnalının bu boşluğu keçmək üçün xüsusi ölçüyə ehtiyacı var. Burada belə tədbir alınmışdır: İki sinir hüceyrəsi arasındakı xüsusi sərbəst molekullar siqnalı daşıma işini görürlər. Bir millimetrin dörddə biri və ya qırxda biri qədər bir məsafə qət edərək digər neyrona çatır və mesajı çatdırır. Buynuzlu qişadan gələn elektrik xəbərdarlığı bu sayədə bir neyrondan başqa neyron hüceyrəsinə çatdırılaraq irəliləyir və beyinə çatır.

 

Burada xüsusi siqnallar görmə korteksinə gedir. Bu görmə korteksi 2.5 mm. qalınlığında 13 m² sahədə üst-üstə minmiş toxuma təbəqələrindən əmələ gəlmişdir. Bu təbəqələrin birinə təxminən 17 milyon neyron daxildir. Gələn siqnalı 4-cü təbəqə qəbul edir. Əvvəl analiz edir və məlumatı digər təbəqələrdəki neyronlara çatdırır. Hər mərhələdə hər bir neyron digər neyrondan siqnal ala bilir.

 

Bunun sayəsində adamın görünüşü qüsursuz şəkildə beyinin korteks adlanan mərkəzində meydana gəlir. Ancaq bir də bu adamın tanına bilməsi üçün yaddaş hüceyrələri yoxlanmalı, bu adamın üzü ilə yaddaşdakı məlumatlar müqayisə edilməlidir. Bu iş də uğurla edilir. Hətta adamın üzü beyin korteksindəki görünüşdə, yaddaşdakı üz məlumatına görə rəngsizdirsə, şəxs bu fərqi hiss edəcək və "dostumun üzü bu gün görəsən niyə solğundur" deyə düşünəcək. Beləliklə, bir saniyədən daha qısa zamanda "görmə" və "tanıma" kimi iki möcüzə reallaşır.

 

Bura qədər qısa şəkildə izah edilən görmə hadisəsi Allahın yaratma sənətində heç bir ortağı olmadığının, Allahın hər şeyi qüsursuz şəkildə yaratdığının sübutlarından sadəcə biridir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr