Dünya həyatına həvəslə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq daima qaçmağa çalışdığı mühüm bir həqiqət var. Hər insanın bir gün mütləq qarşılaşacağı ölüm qəti həqiqətdir və inkar edənlər üçün Allah`ın izni ilə sonsuz əzabın başlanğıcıdır. Ancaq bəzi insanlar həyatı boyu ölümü mümkün olduqca az düşünməyə, az xatırlamağa və hətta unutmağa çalışırlar. Ta ki, ölüm onlara gələnə qədər...
Ölüm hər insanın dünyada bir müddət yaşadıqdan sonra qarşılaşacağı labüd həqiqətdir. Ölümlə həyatını dünyəvi istəklər üzərində qurmuş bir insanın bu dünyaya verdiyi əməyi bir anda silinib yox olacaq, tamamilə mənasızlaşacaq. İllərlə sərf etdiyi əmək, topladığı sərvət, insanların arasında təriflənən bütün dəyərlər ölümlə əhəmiyyətini itirəcək.
İnsan dünyanın ən varlı, ən gözəl, ən hörmətli, ən tanınmış şəxsi olsa da, bir anda bütün maddi dəyərlərini itirəcək. Bədəni qısa müddətdə pis vəziyyətə düşəcək, sonra torpağın altında çürüyüb məhv olacaq. Axirətə inanmayan bir insan dünya həyatında illər boyu etdiyi səyləri ancaq bu son üçündür. Həyatını həvəslə yaşamağa çalışmaq, bütün zövqləri dadmağa çalışmaq insanın qarşılaşacağı son üçün heç nəyi dəyişdirməyəcək. Ölüm bütün bu zövqləri qəti şəkildə yox edəcək.
Ən əsası, ölüm inkarçıların həvəslə bağlandığı dəyərin sona çatdığı, əvəzinə böyük peşmançılığın və çətin həyatın başladığı an olacaq. Allah bu insanların əbədiyyən davam edəcək əzabdan əvvəl ölüm anlarında da böyük əzab çəkəcəklərini Quranda bildirir:
Ölümü unutmağın nəticəsi: peşmançılıq
Bütün ömrünü dünya həyatından daha çox faydalanmaq həvəsi ilə yaşayan insanlar ölümlə qarşılaşdıqda həyatı boyu vicdanlarını daima susdurmağa, düşünməməyə çalışdıqları ölümün nə qədər gerçək olduğunu anlayacaqlar. Dərhal Allah`a sığınıb xilas yolu tapmağa çalışacaqlar. Ancaq Allah`ın Quranda “Sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası? O: “Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir” (Fəcr surəsi, 22-24) ayələri ilə bildirdiyi kimi, artıq bu peşmançılığın insana faydası olmayacaq. Çünki Allah insana doğru yolu və rəhmətini görməsi üçün bir ömür qədər vaxt vermişdir. Allah Quranda ömürlərini qəflət içində keçirən insanların peşmançılığını belə bildirir:
Allah onlara verilən müddəti əleyhlərində istifadə edən, ölümlə qarşılaşdıqda isə tövbə etməyə qərar verən insanların tələblərinin qəbul edilməyəcəyini bildirir. Bu səbəbdən, hər insan Allah`ın xatırlatdığı bu həqiqəti hələ vaxt var ikən düşünməli və geriyə dönüş olmayan an gəlməzdən əvvəl Allah`a təslim olmalıdır.
Peşman olmazdan əvvəl
Qəflət içindəki insanın yeganə məqsədi dünya həyatının zövqlərindən istifadə etməkdirsə, nə qədər istəməsə də və düşünməməyə çalışsa da, bunlar bir gün mütləq bitəcək. Allah`ın insan üçün müəyyən etdiyi ömür sona çatdıqda insanın həvəslə bağlandığı bütün zövqləri torpağın altındakı çürümüş bədəni üçün bütün mənasını və dəyərini itirəcək. Bu düşüncədə olan insanlar açıq-aydın həqiqəti görüb dərk etməlidirlər. İnkar dünya həyatında bədbəxtliyə, ölüm anında peşmançılığa, axirətdə isə əzaba səbəb olur. İman isə insanlara dünya həyatının nemətlərindən yüksək zövq alacaq ruh dərinliyi və axirət həyatında əbədi zövqlər qazandırır.
İnsan inkarla iman arasındakı açıq-aydın fərqi görməli və inkarın qaranlığından xilas olmaq üçün imanın nuruna təslim olmalıdır. Ümid edirik ki, ölüm anındakı peşmançılıqdan əvvəl bütün insanlar Allah`ın rəhmətinə təslim olar və İslam əxlaqı ilə yaşayarlar. Çünki bunun əksi olarsa, Allah inkarçıların peşmançılıq çəkib axirətdə mütləq müsəlman olmağı arzulayacaqlarını bildirmişdir ki, axirətdə artıq bir daha bu istəklərini həyata keçirmək imkanları olmayacaq:
Cənab Adnan Oktar:
Acizliyə və ölümə baxmayaraq, dünyaya həvəslə bağlanan insanlar
Sual: Bu gün ateist birinə Allah`ın varlığını izah edərkən mənə dedi: “Bütün dünyada minlərlə ölüm hadisəsi var. Allah nə üçün bunlara icazə verir?” Nə deməli idim, hikməti nədir?
ADNAN OKTAR: Bəs ölüm olmasa, xəstəlik olmasa, insanların nə hala düşəcəyini düşünürsənmi? Məsələn, insanın dişi ağrıyır, böyrəyi ağrıyır, qulağı, başı ağrıyır. Baş ağrısı üçün bir dərman içir, saçı üçün başqa dərman qəbul edir. Hətta kürəyi ağrıyır, elektromaqnit cihazlar taxır. Ayaqlarına dabanlıq qoyur. Hər yerində acizlik var, hər insan acizliklərlə doludur. Səhər oyanır, burnunu, ağzını, qulağını yuyur. Bu qədər acizliyə baxmayaraq, bəzi insanlar dəli kimi dünyaya bağlanırlar. Mal-dövlət, övladlar, evlənmək, övlad sahibi olmaq, varlı olmaq üçün necə çılğınlıqla dünyaya bağlanırlar. 70-80 yaşındakı insanlar belə...
Məhz bu imtahanın bir sirridir, möcüzədir. Allah`ın möcüzəsidir. Sən deyirsən ki, ölüm olmasın. Onda dünya fironlarla dolu olar, Allah qorusun. Ölümlərlə, acizliklə insanlar tənzimlənirlər. Buna baxmayaraq, insanların vəziyyətini görürsünüz. Bütün millət, əslində, üzü üstə yerə qapanıb səcdədən qalxmamalıdır, ancaq çoxlarının heç vecinə deyil. Məsələn, xanımlar görürəm. Boynunda yırtıq var, müalicə alır. Böyrəyində xəstəlik var, müalicə alır. Min cür dərman qəbul edir. Belində disk sürüşməsi olur, dizlərində kirəcləşmə, dişlərində infeksiya, buna baxmayaraq, yenə də dünyanı sevirlər. Sanki heç ölməyəcəkmiş kimi davranırlar. (Cənab Adnan Oktarın 25 aprel 2012-ci il tarixli A9 TV proqramından)
Ölümə hazır olmaq üçün dünyada hər an Quran əxlaqı ilə yaşamaq lazımdır
Möminin dünya həyatındakı gözəl əxlaqı axirətə, əbədi cənnətə və cəhənnəm həyatına tam yəqinliklə iman gətirməsi, bunu unutmaması və ölümü hər an yaxın görməsindən qaynaqlanır. Dünya həyatı boyu özünü hər an məhşər günündə toplanma yerində haqqında qərar verilməsini gözləyirmiş kimi görər. Sanki oraya getmiş, cənnətin gözəlliyini və cəhənnəmin qorxuncluğunu görüb dünyaya geri dönmüş kimi açıq şüurla və imanla axirət üçün hazırlıq görər. Beləliklə, hər hadisədə vicdanla davranar. Çünki bilir ki, ən kiçik laqeydlik, vicdansızlıq həmin gün peşmançılığa səbəb ola bilər.
Ölümə hər an hazır olmaq üçün Quranda “Allah`dan bacardığınız qədər qorxun”(Təğabun surəsi, 16) ayəsində bildirildiyi kimi, mömin var gücü ilə uca Allah`dan qorxub çəkinər və sonsuz məkanının cənnət olmasını arzulayar.
“Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!”(Ənbiya surəsi, 35) ayəsi ilə bildirildiyi kimi, insanın yoxdan yaranması, yəni doğulması kimi qocalıb ölməsi də Allah`ın insanlar üçün müəyyən etdiyi qədərin nəticəsidir. İnsan Allah`ın onun üçün müəyyən etdiyi qədər əsasında yaşayır, doğumu və ölümü kimi həyatı boyu etdiyi hər davranış tamamilə Allah`ın nəzarəti altındadır. Əməllərinə görə sorğu-sual olunacaq. Ona görə, hər insan Allah`ın ayədə bildirdiyi kimi, Quran əxlaqı ilə yaşamağa çalışmalıdır.
Ölümün yaxınlığını unutduran səbəblər
Hər məsələdə öz mənfəətini ən incə təfərrüatına qədər düşünən və hesablayan bəzi insanlar onlara çox yaxın olan ölüm haqqında laqeyddirlər. Allah bu vəziyyəti Quranda qəflət adlandırır. Rəbbimiz bir ayədə belə buyurur:
İnsanı qəflətə salıb ölümün ona nə qədər yaxın olduğunu unutduran başlıca səbəblər bunlardır:
1. Təfəkkür və dərk etmə çatışmazlığı.
Bəzi insanlar hər hansı birinin ölümü ilə qarşılaşdıqda və ya ölüm haqqında söhbət açıldıqda “Allah kimsənin başına gətirməsin”, “Allah uzaq etsin” və s. kimi sözlərlə özlərini ovundurur, mövzunu dərhal dəyişməyə çalışırlar. Halbuki, söhbət zamanı dərhal üstündən keçdikləri bu mövzu haqqında bir az dərin düşünsələr, həyata baxışları dəyişər. Ölüm haqqında düşünən kəs dünyəvi dəyərlərə möhkəm bağlanmaq əvəzinə, ölümlə başlayacaq sonsuz axirət həyatı üçün hazırlıq etməyin əhəmiyyətini anlayar.
2. Həyatın qarışıq və hərəkətli olması.
Həyat o qədər axıcı və hərəkətlidir ki, hadisələrə aludə olan insan xüsusi səy göstərməsə, gec-tez gələcək ölümü unuda bilər. Bu cür insanlar daima yeni dünyəvi planlar, mənfəətlər, hədəflər arxasınca qaçırlar, bunlara vaxt ayırdıqlarına görə ölümü düşünməyə fürsətləri olmur. Heç gözləmədikləri anda, hazırlıqsız, şaşqın vəziyyətdə ölümlə qarşılaşırlar. Ancaq artıq çox gecdir.
3. Doğum aldanması.
İnsanlara ölümü unutduran səbəblərdən biri də doğumların olmasıdır. Yer üzündə əhalinin daima artması, sanki doğumlar ölümləri bərpa edir, həyat bu cür tarazlanır kimi aldanmağa və bu da ölümə qarşı qəflətə səbəb olur. Halbuki, indidən etibarən doğum olmadığı bir dövr başlasa, daima azalan əhali ilə insan yaxında növbənin ona da çatacağını düşünərək ölümü bir an belə ağlından çıxarmaz.
4. Yaşlılığa ertələmə məntiqi.
Daha çox gənclərdə və orta yaşlı insanlarda rast gəlinən bu məntiqə görə bir çox insan 60-70 il yaşayacağını hesablayır və ömrünün ancaq son illərini dinə və ölümə hazırlıq üçün ayırmağı düşünür. Halbuki, bir saniyə sonra yaşayacağına zəmanət yoxdur, harada və nə vaxt öləcəyini bilməyən insanın belə uzunmüddətli, nəticəsiz hesablamalar aparması dərin qəflətdə olduğunu göstərir.
5. Dünyada sorğu-sual olunmamağın rahatlığı.
İşində daima səhv edən bir insan bu səhvini düzəltməsə, bir müddət sonra işdən qovulacağını bilir. Belə bir nəticə ilə qarşılaşmamaq üçün dərhal işinə daha çox diqqət ayırır, əlindən gələni edir. Ancaq dünya həyatında Quran əxlaqı ilə yaşayıb-yaşamadığı haqqında heç kimə cavab vermək məsuliyyəti olmadığına görə, bəzi insanlar laqeyd davranırlar. Bu cür insanlar yaşlılığa ertələmə məntiqində olduğu kimi, əməlisaleh müsəlman kimi yaşamağı da növbəti günə ertələyirlər. Məsələn, qəzəbini cilovlamalı olduqda “indi çox əsəbiyəm, qəzəblənməkdə haqlıyam, gələn dəfə qəzəbimi cilovlayaram” düşünməsi, yaxud ixlaslı əməllər etmək əvəzinə boş vaxt keçirən insanın “bu gün bir az dincəlim, sabah daha çox çalışaram” düşünməsi buna misaldır. Ancaq insanın xətalı olduğunu bildiyi halda, “necə olsa, dünyada bu barədə sorğu-sual olunmayacağam” şəklində yanılaraq laqeyd davranması ona ölümü unutduran qəflət halıdır.