Təkamülçülər təbiətin yaradıcı gücə malik olduğunu iddia edirlər. Bu nağıla həm özləri inanır, həm də bütün insanları inandırmağa çalışırlar. Bunun üçün də bütün imkanlarını səfərbər edirlər. Əksəriyyətimiz bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana təbiətin möcüzəsidir”, “Təbiətin bəxş etdiyi bacarıqla qunduzlar özlərinə möcüzəvi bəndlər inşa edirlər” kimi ifadələr eşitmişik. Bəs təkamülçülərin yaradıcı qüvvə hesab etdikləri “ana təbiət” kimdir?
Təkamülçülərin möcüzə adlandıraraq (bütpərəstlər kimi) ilahlaşdırdıqları təbiət ağac, çay, çiçək, qaya, balıq, daş, torpaq, pişik, it,bir sözlə, təbiətdə mövcud olan, lakin heç bir şüuru və yaratma gücü olmayan canlı və cansız varlıqların məcmusudur.
Bəs bütün bu şüursuz, düşünmə qabiliyyəti olmayan varlıqlar böyük ağıl tələb edən işləri necə görürlər? Əlbəttə, bu iddia əsassız və cəfəngdir. Ətrafımızda və öz bədənimizdə gördüyümüzağılın təzahürləri sonsuz elm sahibi Allah`ın yaratmasıdır.
Təkamülçülərin “təbiət”, “ana təbiət” inanclarınınsosiologiyadakı qarşılğı “animizm”dir. Animizm təbiətdəki cansız varlıqların da ruh və şüuru olduğuna inanan inancdır. Əsasən, sivilizasiyadan uzaq qalan bəzi qəbilələrdə müşahidə edilən animist inanclar primitiv təfəkkür tərzinin məhsuludur. Müasir dövrdə animist fikirlərə ancaq uşaqlar üçün çəkilmiş cizgi filmlərdə və ya nağıllarda rast gəlmək olar. Təkamülçülərin nağılları və ana təbiətə olan inancları cizgi filmlərinin qəhrəmanı olan ağacların, çayların danışmasına və ya kədərlənməsinə olan inancdan fərqlənmir.
“Ana təbiət”in köməkçisi: təbii seleksiya (seçmə)
Təkamülçülərin yaradıcı güc kimi dəyərləndirdikləri mexanizm təbii seçmədir. Təbii seçmə təbiətdə, həqiqətən də, müşahidə edilən hadisədir. Lakin təkamülçülərin iddia etdikləri kimi yeni bir növ yaratma qabiliyyətinə malik deyil.
Təbii seçmətermininin uzun tarixi olsa da, bu mexanizmin “yaradıcı gücü” olduğunu iddia edən ilk insan Darvin olmuşdur. Çarlz Darvinin nəzəriyyəsiməhz bu mexanizmə söykənir. Təbii seçməyə əsasən, mövcud təbii şəraitə uyğunlaşan canlılar nəsillərini davam etdirə bilir, uyğunlaşmayanlar isə məhv olur. Yəni təbii seçmənin nəinki yeni növ, ümumiyyətlə yaratmaq gücü yoxdur.
Belə bir misalla bu mövzuya aydınlıq gətirək: müəyyən coğrafi ərazidə biri daha sıx və uzun tüklü, digəri isə nisbətən qısa tüklü iki oxşar it cinsinin yaşadığını fərz edək. Əgər havanın temperaturu normadan çox aşağı düşsə, sıx və uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha dözümlü olacaqlar.Çünki şəraitə daha uyğun xüsusiyyətə malikdir, yəni daha çox yaşayacaq, çoxalacaq və daha asan qidalanacaq. Bir müddət sonra qısa tüklü itlərin sayı azalacaqdır. Hətta bu itlər ya daha isti bölgələrə köç edəcək, ya da nəsilləri kəsiləcəkdir. Beləliklə, burada təbii şəraitə uyğun olaraq uzun tüklü itlər təbii seçmə vasitəsilə seçilir.
Ancaq bu proses nəticəsində ortaya nəinki yeni növ canlı, heç yeni it cinsi belə çıxmır. Təbii seçmə onsuz da mövcud olan iki cinsdən birini seçir, yəni təbii seçmə nəticəsində uzun tüklü itlər meydana gəlmir. Bu itlərin uzun zaman dilimində başqa canlıya çevrilməsi isə gülüş doğuran bir iddiadır.
Qısası, təbii seçmə yeni növ və xüsusiyyətlər yaratmır, mövcud olanlar arasından seçir. Burada hər hansı təkamüldən söhbət gedə bilməz.
Ancaq təkamülçülər təbii seçmədən bəhs edərkən bu həqiqətləri gizlətmək üçün yalana, saxtakarlığa əl atırlar. Bu mexanizmə əlavə “güclər” yükləyirlər. Guya təbii seçmə təkcə güclüləri seçmir, eyni zamanda minlərlə yeni canlı növü də yaradır. Daha doğrusu, təkamülçülər belə bir proses olduğuna inanmaq istəyirlər, çünki başqa heç bir dayaqları yoxdur. Darvinistlər təbii seçməni böyük ümid dəstəkləyirlər. Bu barədə dövrümüzün məşhur təkamülçülərindən Harvard Universitetinin paleontoloqu Stifen Cey Quld belə ifadə edir:
“Heç kim təbii seçmənin uyğun olmayanı seçib aradan çıxarmaqdakı mənfi rolunu inkar etmir. Ancaq darvinist nəzəriyyə “uyğun olanı yaratması”nı da istəyir.”
Lakin darvinistlərin bu arzuları, necə deyərlər, ürəklərində qaldı. Çünki təbii seçmə ilə bağlı iddialarına heç bir dəlil tapa bilmədilər. İndiyə qədər heç vaxt təbii seçmənin canlıları təkamül etdirdiyi müşahidə edilməmişdir. Məşhur təkamülçü alim, ingilis paleontoloq Kolin Patterson bu həqiqəti belə etiraf edir:
“Heç kim təbii seçmə mexanizmi ilə yeni növ yarada bilməmişdir. Heç kim belə bir şeyə heç yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə doğuran mövzusu da budur.” (Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982, BBC)
Maraqlı burasındadır ki, darvinistlər özləri də təbii seçmənin yaradıcı gücü olmadığını bildikləri halda bu cəfəngiyata inanır və iddialarında təkid edirlər. Bu gün bir çox təkamülçü təbii seçmə kimi ancaq zəif fərdləri aradan çıxaran mexanizmin insan kimi mürəkkəb və olduqca böyük sivilizisiyalar və mədəniyyətlər ərşə gətirən varlığı yarada bilməyəcəyini etiraf edir. Lakin bu etiraflar onların inanclarını qəti şəkildə təsir etmir. Nəzəriyyələrinin böhran içində olduğu və buna özləri də şahidlik etdiyi halda “insan təkamül nəticəsində yaranıb” kimi fikirlərdən imtina etmirlər. Darvinizmə kor-koranə bağlanan Houks bir məqaləsində fikirlərini belə ifadə edir:
“Quşlar, balıqlar, çiçəklər və s. göz qamaşdırıcı gözəlliklər üçün təbii seçməyə borclu olduğumuza inana bilmirəm. Bundan əlavə insan şüuru belə bir mexanizmin məhsulu ola bilərmi?” (J. Hawkes, “Nine Tentalizing Mysteries Of Nature,” New York Times Magazine, 33, 1957)
Amma bütün bu etiraflara baxmayaraq təkamülçülər təbiətin və təbii seçmə kimi mexanizmlərin eşidən, görən, kəşflər edən, dövlətlər quran, əsərlər yazan insanı yaratdığına inanırlar. Bu inanclarının bir gün elmi cəhətdən sübut olunacağına ümid edir və bunu özlərinə təlqin edərək əslində özlərini aldadırlar.