Möminlər bir-birlərini xeyirə dəvət edərkən hansı əsas cəhətlərə diqqət yetirməlidirlər?
İman gətirən insan ancaq ətrafına deyil, öz millətinə və digər xalqlara qarşı da özünü məsul hesab edər. Bu məsuliyyət bütün insanların İslam əxlaqından xəbərdar yaşamasına səbəb olmaqdır. İnsanlar istədikləri həyat tərzini seçməkdə azaddırlar. Ancaq əksəriyyət Allahı və İslam əxlaqını tanımadığı üçün dinsizliyi seçə bilər. Bir çoxu din əxlaqını bilmədiyi üçün səhv edir və ya problemlərin içindən çıxa bilmir. Quranda Rəbbimizin insanlara bildirdiyi hökmlərdən xəbərdar olmadığı üçün bədbəxt, əsəbi, ümidsiz yaşayan milyonlarla insan var. Möminlər bu kütlələrə İslam əxlaqını öyrətmək və ondan sonra seçimlərini etmələri üçün onlara imkan tanımaqla Allah qarşısında məsuldurlar. Çünki iman gətirənlər bu cür insanların həll edə bilmədiyi problemlərin həll yolunu Quran ayələrindən xəbərdar olduqları üçün bilirlər. Bu təqdirdə, bilənlərin bilməyənlərə bu həll yollarını öyrətməsi fərzdir. Ayədə belə buyurulur:
Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir. (Nisa surəsi, 84)
Təbliğin əhəmiyyətini vurğulamaq
İnsanların sıxıntılardan xilas olma yollarını bilib ancaq bu həqiqətləri onlardan gizlətmək və izah etməmək bir fəlakətdən xəbərdar olub insanları necə xilas olacaqlarını bildirməməyə bərabərdir. Əgər fəlakət baş versə və insanlar ölsə, onda bu həqiqəti bildirməyən şəxs ciddi məsuliyyət daşıyar. Buna görə, iman gətirənlər bütün bəşəriyyətə görə ağır və ciddi məsuliyyət altındadırlar. Bu məsuliyyətin ciddiliyi iman gətirənlərin çox az olması və dünyanın əksəriyyətinin inkar edənlərdən ibarət olmasından irəli gəlir. Ona görə, möminlərin qəlbindəki şövqün daima gücləndirilməsi, qəflətə düşmələrinə imkan verilməməsi və görəcəkləri işlərdə maddi və mənəvi cəhətdən dəstəklənmələri çox vacibdir. Belə ki, Allah möminlərin bu vəzifəni yerinə yetirmək üçün hazırlanıb təşviq edilmələrini “Ənfal” surəsinin 65-ci ayəsində fərz etmişdir. Allah həmin ayədə belə buyurur:
Ey Peyğəmbər! Möminləri döyüşə təşviq et. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır. (Ənfal surəsi, 65)
Möminləri gözəl sözlə xəbərdar edib vicdanlarını hərəkətə keçirən təsirli söz söyləmək
İman gətirənlər təbliğ edərkən məlumatsız olduqlarına və ya yanıldıqlarına görə, çox səhv edə bilərlər. Yanlış məlumat verər, yanlış izah edər, yaxşılıq etmək istəyərkən bilmədən yanlış davrana bilərlər. Bu təqdirdə, mütləq onları xəbərdar etmək və doğrusunu söyləmək lazımdır. Çünki İslam əxlaqını təbliğ etmək və insanları imana dəvət etmək çox mühüm və diqqət tələb edən xidmətdir. Bir çox insan İslam əxlaqına uyğun yaşayıb-yaşamayacağına ona bu əxlaqı təbliğ edən insanın üslubuna, münasibətinə və davranışlarına görə qərar verir. Əgər din əxlaqını təbliğ edən insana qarşı güvən və sevgi bəsləyirsə, İslam əxlaqına qəlbi isinməyə başlayar. Bu səbəbdən, din əxlaqını təbliğ etmək çox ciddi məsuliyyətdir.
Ona görə, İslam əxlaqının daha çox insan tərəfindən öyrənilməsi və bu əxlaqa uyğun yaşanması üçün hərəkət edən möminlərin dinlərini daha yaxşı təbliğ etmələri onların xəbərdar edilib hazırlanmalarından asılıdır. Çünki tövsiyələrlə bir insanın bilik, dünyagörüşü, müraciət, üslub, söz ehtiyatı, mimika, geyim kimi məsələlərdə çatışmayan cəhətlərinin düzəldilməsi mümkündür. Beləliklə, Allahın möminləri hazırlamaqla bağlı əmrini yerinə yetirmiş oluruq. Ancaq ayələrdə möminləri hazırlayarkən bunu təşviq edərək və şövqləndirərək etmək bildirilir. Ona görə, tövsiyə edərkən şövqləndirici, ruhlandırıcı tərzdə etmək lazımdır.
Əhvalını pozmadan, qəlbini qırmadan, şövqü azaltmadan öyüd vermək
İlk öncə, nəsihət edən insan səmimi olmalıdır. Allah rizası üçün nəfsini qatmadan, mərhəmət və şəfqətlə edilən nəsihət qarşı tərəfə fayda verə bilər. Ancaq həsəd, əsəb və kindən qaynaqlanan tənqiddə deyilən sözlər sərt və mərhəmətsiz olur. İnsanlara kömək etmək əvəzinə onları çıxılmaz vəziyyətə salır və tənqid edilən şəxs nə edəcəyini bilmir. Bu insanın fəaliyyət göstərmə istəyini azaldır, sevincini itirir və ya gücünü əlindən alır. Halbuki təşviq edərkən qarşı tərəfin gözəl xidmətləri dilə gətirilir, yaxşı niyyətli cəhdi təqdir edilir və çatışmayan cəhəti gözəl üslubla vurğulanaraq ona həll yolları göstərilir. Səhv danışan insanın doğru şəkildə necə danışacağı, yanlış üslubdan istifadə edirsə, doğru üslub ona izah edilir. Möminlərin hazırlanıb təşviq edilməsində bu şəkildə gözəl sözlə, səmimi qəlbdən edilən tənqidlərin faydası çoxdur.
Müsəlman yüksək ideal sahibidir
Din insanı həm gözəl əxlaqa uyğun yaşamaqdan, həm də bu əxlaqı ətrafındakılara xatırlatmaqdan məsul edir. Ancaq din əxlaqının izah edilməsi və ya xatırladılması dedikdə təkcə sözlə təbliğ etmək nəzərdə tutulmur. Çünki insan davranışı və baxışlarındakı ifadə ilə də Allahı, haqq dini təbliğ edə bilər. Hətta Bədiüzzaman Səid Nursinin də bildirdiyi kimi, bəzən “lisani-hal, lisani-qaldan (sözlü təbliğdən) daha güclü və təsirli danışır”. (Şualar, On üçüncü Şua)
Bu baxımdan, iman gətirən insan eyni zamanda hər kəsə nümunə olacaq şəkildə davranmalıdır. Şübhəsiz ki, bunun üçün gözəl əxlaqla yanaşı, yüksək idealı olmalı və bu ideala çatmaq üçün müntəzəm irəliləməyə çalışmalıdır. Ona görə, müsəlman Allahın bildirdiyi din əxlaqını təmsil edən şəxs kimi din əxlaqının qazandırdığı üstünlükləri ən gözəl şəkildə əks etdirməyi və Allah rizasının ən çoxunu qazanmağı hədəfləməlidir. Ayədə belə buyurulur:
Onlar Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)
Adnan Oktar hz. Mehdinin (ə.s.) məzhəb ayrı-seçkiliyi etmədən bütün müsəlmanları elmi mübarizə üçün hazırlayıb təşviq edəcəyindən bəhs edir:
ADNAN OKTAR: … “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et!.. (Nisa surəsi, 84)”. Hansı möminləri? Əhli-sünnə möminlərini, şiələri, vəhabiləri deyil, bütün dünya müsəlmanlarını. Allah burada nə əhli-sünnə müsəlmanlarına, nə şiələrə, nə cəfərilərə, nə ələvilərə, nə də bektaşilərə deyil, bütün dünya müsəlmanlarına müraciət edir, elə deyilmi? Bu xitab kimə ünvanlanır? Bütün müsəlmanlara. Allah Quranda nə deyir? “Möminləri də təşviq et…” Bütün dünya müsəlmanlarını hazırlayıb təşviq etmək mehdiyyətin vəzifəsidir. Mehdiyyət onları elmi-mənəvi cəhətdən hazırlayacaq, kitablarla, CD-lərlə, filmlərlə təchiz edəcək və Türk-İslam Birliyinə, ittihadi-İslama, gözəlliyə, sevgiyə, elmə, incəsənətə, demokratiyaya təşviq edəcək. “…Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış olsun…” Darvinistlərin, materialistlərin, kommunistlərin, faşistlərin gücünü qıracaq. Allah buyurur ki, “Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir”. Hal-hazırda da Allahın qəhredici qüvvəsinə şahid oluruq. Artıq darvinistlər dirçələ bilmir.
Bundan əvvəl müqavimət göstərir, qapını açdırmaq istəmirdilər. İndi artıq itələdikcə ayaqları sürüşür, qapı sonuna qədər açılır. “Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)” Bu ayə Peyğəmbərə (s.ə.v) itaət etməyə dəvət edir, bu, Peyğəmbərin (s.ə.v) ilahlıq xüsusiyyəti olmadığını, əksinə, onun bir qul və İlahi təbliği yerinə yetirən elçi olduğunu vurğulayır. Eyni zamanda ayə Peyğəmbərə (s.ə.v) ancaq təbliğ vəzifəsi aid edib, hökm vermə vəzifəsinin olmadığını iddia edənlərə, sünnəni adi məsələyə çevirənlərə ciddi xəbərdarlıqdır. Deməli, “Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar” ayəsindəki hökmünə görə, Peyğəmbər (s.ə.v): “Hz. Mehdinin (ə.s.) gəlişini müjdələyin”, -deyirsə, mütləq itaət etmək lazımdır. (Samsun AKS TV, 27 yanvar 2011-ci il)
Möminləri hazırlayıb təşviq etməyin müxtəlif metodları var. Bunlardan hər biri Allah rizası üçün edilən ibadətdir. Bir insanı yaxşı əmələ təşviq etmək bəlkə Allah qatında o əməlin də savabını almağımıza səbəb olar (doğrusunu Allah bilir). Bu səbəbdən, möminlərə əlimizdən gəldiyi qədər dəstək olmaq, onları daha çox çalışmağa və cəhd göstərməyə təşviq etmək bir mömin üçün axirətdə savabını alacağı çox böyük ibadətdir.
Möminləri təşviq edərkən uğurlu işlərini vurğulamaq və sevindirmək çox vacibdir
Etdiyi əməllərin qarşılığını Allahdan gözləyən və ancaq Rəbbimizin razılığını qazanmaq üçün çalışan insan ətrafdan tərif gözləməz. Ancaq əgər möminlər onun səmimiliyini və cəhdini görüb təqdir edirlərsə, bu, onun üçün böyük nemət və şövq mənbəyi olar. İş əzmi, qətiyyəti və möminlərə olan sevgisi artar, Allah qəlbindəki gücü artırar. Dəstəkləndiyini və sevildiyini bilərək rahatlıqla çalışar. Çünki möminlərin təqdiri və sevgisinin Allahın təqdiri və sevgisi olduğunu ümid edər. Allahın sevgisi isə bir mömin üçün ən böyük nemətdir.
Aşağıdakı ayə möminlərin qəlbindəki şövqü açıq-aşkar göstərir:
Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşmədən Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır. (Hucurat surəsi, 15)Möminlər Allahın razılığını qazanmağı həyatlarının əsl məqsədinə çevirərək var gücləri ilə bu məqsədə çatmaq üçün səy göstərən şəxslərdir. Allah Quranda onlardan“Allah yolunda malları və canları ilə cihad edən (Hucurat surəsi, 15)”, yəni səy göstərən, cəhd edən kəslər kimi bəhs edir. Çünki bütün həyatlarını Allaha həsr etmiş, Allahın rizasına, cənnətinə qarşılıq olaraq bütün maddi-mənəvi varlıqlarını fəda etmişlər.