Beş dəfə namaz Allahın Quranda fərz etdiyi əhəmiyyətli bir ibadətdir. Allah namazlarında davamlı olanlara və vasvası davrananlara əcr verəcəyini bildirər. Allah Quranda namaz qılanların sahib olacaqları bir qazancın daha olduğunu belə bildirmişdir:
Sənə Kitabdan vəhy ediləni oxu və namazı doğru qıl. Həqiqətən namaz, çirkin utanmazlıqlar (fahşa)dan və pisliklərdən saxlayar. Allahı zikr etmək isə şübhəsiz, ən böyük ibadətdir. Allah, etdiklərinizi biləndir. (Ənkəbut surəsi, 45)
Allahın ayəsində bildirdiyi kimi, namaz qılanlar çirkin utanmazlıqlardan və pisliklərdən uzaq dayanarlar. Allah onların ürəyinə bu cür pisliklərdən uzaq dayanmalarını ilham edər.
Quranda bildirilən namaz ibadətini vasvasılıqla yerinə yetirən insan, Allahdan qorxan insandır. Hər gün Rəbbimizin hüzurunda 5 dəfə qiyam edən, səcdə və rüku edən insan içində duyduğu hörmət dolu qorxu səbəbiylə, əlbəttə, pisliklərə də yaxınlaşa bilməz. Vicdanı, Allahın icazəsi və ilhamı ilə bu insanın pisliyə, çirkin bir utanmazlığa yönəlməsinə mane olar. Belə bir insan bir anlıq pislikdə etsə belə, Rəbbimizin hüzurunda dua edərkən, Onun sonsuz qüdrətini düşünərkən dərhal etdiyi pisliyi görər və tövbə edərək bunlardan bir daha dönməmək üzrə uzaqlaşar.