Sümüklü balıqların hər üç sinfi də qalıq təbəqələrində eyni anda və birdən ortaya çıxır... Yaxşı bəs bunların mənşələri nədir? Bu cür fərqli və kompleks varlıqların ortaya çıxmasını nə təmin etmişdir? Və niyə təkamül keçirmiş canlıların izlərindən əsər-əlamət  yoxdur? Gerald t. Todd

 

Təkamülçülər Kambriyen Dövründə ortaya çıxan onurğasız dəniz canlılarının on milyon illər ərzində balıqlara çevrildiyini  iddia edirlər. Ancaq Kambriyen Dövrü onurğasızlarının heç bir atası olmadığı kimi  bu onurğasızlar ilə balıqlar arasında təkamül olduğunu göstərən aralıq-keçid forması da yoxdur. Halbuki skeletləri olmayan və sərt hissələri bədənlərinin xaricində olan onurğasızların, sərt hissələri bədənlərinin ortasında olan sümüklü balıqlara təkamülləşməsi çox böyük çevrilmədir və çox sayda aralıq-keçid forması olmalıdır.

 

Təkamülçülər bu xəyali formaları axtarmaq üçün 140 ildir qalıq təbəqələrini alt-üst edirlər. Milyonlarla onurğasız qalığı vardır, milyonlarla balıq qalığı vardır, amma bir ədəd belə olsa aralıq forma qalığı tapa bilmirlər.

Xəyali sudan quruya keçid ssenarisinə görə, bəzi balıqlar qidalanmada çətinlik çəkdikləri üçün  sudan quruya keçməyə ehtiyac hiss ediblər. Bu ssenarinin heç bir dəlili yoxdur. Buna görə də ortaya atılan bu iddianı, yuxarıda qeyd olunduğu kimi əsassız və spekulyativ şəkildə  dəstəkləməyə çalışırlar.

 

Təkamül ssenarisi  balıqların  müəyyən səbəblə sudan çıxıb quru canlılarına çevrildiklərini iddia edir. Halbuki bu keçidin qeyri-mümkün olduğunu sübut edən bir çox fizioloji və anatomik faktor vardır. Bundan əlavə sudan quruya keçid nağılını dəstəkləyən heç bir qalıq yoxdur.

Təkamülçülərin bu haqdakı ssenarisinə görə balıqlar əvvəlcə  amfibiyalara dönüşüblər. Amma aydındır ki, bu ssenarinin də heç bir dəlili yoxdur. Yarı balıq-yarı amfibiya bir canlının yaşadığını göstərən heç bir qalıq tapılmamışdır. Onurğalıların Paleontologiyası və Təkamül kitabının yazıçısı olan məşhur təkamülçü Robert L. Carroll bu həqiqəti “erkən amfibiyalarla balıqlar arasında aralıq-keçid  forma qalıqlarını tapa bilmirik ” deyərək istəmədən də olsa etiraf etmişdir. Təkamülçü paleontoloqlar Colbert və Morales isə amfibiyaların üç sinfi olan qurbağalar, semenderlersesilyenler haqqında bu fikirləri bildiriblər: Palezoik dövrü amfibiyalarının ortaq ataya sahib olduqlarını göstərən  heç  bir dəlil yoxdur. Bildiyimiz  ən qədim qurbağalar, semenderler və sesilyenler hazırkı dövrdə yaşayan nümunələrinə hədsiz dərəcədə bənzəyirlər. (Edwin H. Colbert, M. Morales, Evolution of the Vertebrates, New York: John Wiley and Sons, 1991, s. 99. )

Amma bundan 50 il əvvələ  qədər balıq-amfibiya arası qalığın  olduğunu düşünürdülər. Yaşı 410 milyon il olaraq hesablanan və Coelacanth adı verilən balıq qalığı, bir çox təkamülçü qaynaqda aralıq-keçid forması olaraq tanıdılırdı. Təkamülçülər  Coelacanthın primitiv ağciyərə, inkişaf etmiş beynə, qurudan çıxmağa hazır qan dövranı və həzm sisteminə, hətta primitiv yeriyişi olan aralıq-keçid forması olduğunu iddia edirdilər. Bu fikir 1930-cu illərin sonuna qədər bütün elm dünyasında müzakirəsiz qəbul edildi.

Təkamülçülər bu qalığa əsasən bunun sudan quruya keçişdəki aralıq-keçid forması olduğunu söyləyirdilər.  Ancaq 1938-ci ildən etibarən (sağda) bu balığın canlı nümunələrinin dəfələrlə tutulması, təkamülçülərin fərziyyələrində nə qədər irəli gedə biləcəklərini göstərdi.

 

Ancaq 22 dekabr 1938-ci ildə Hind Okeanında çox maraqlı bir kəşf edildi. Yetmiş milyon il əvvəl nəsli kəsilmiş ,aralıq-keçid forması olaraq tanıdılan Coelacanth ailəsinin canlı bir üzvü okeanda tutuldu ! Şübhəsiz ki,  Coelacanthın "qanlı-canlı"  nümunəsinin tapılması təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq J. L. B. Smith demişdi "yolda dinozavra rast gəlsəydim  daha çox  təəccüblənməzdim" ( Jean-Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Mmm., 1984, s. 120. ) 

Sonrakı illərdə başqa bölgələrdə də 200-dən çox Coelacanth tutuldu. Bu balıqların tutulmasıyla birlikdə təkamülçülərin xəyali düşüncələrində nə qədər irəli gedə biləcəkləri də aydın oldu. Coelacanth iddiaların əksinə nə primitiv  ağciyərə , nə də böyük beynə sahib idi. Təkamülçülərin primitiv ağciyər olduğunu düşündükləri orqan balığın bədənində olan yağ kisəsindən başqa bir şey deyildi. Bundan əlavə "sudan quruya çıxmağa hazırlaşan sürünən namizədi" olaraq tanıdılan Coelacanthın əslində okeanın ən dərinliyində yaşayan və 180 m dərinlikdən yuxarı  çıxmayan bir balıq olduğu aydın oldu.

 

SUDAN QURUYA KEÇİD NİYƏ MÜMKÜN DEYİL?

Təkamülçülər suda yaşayan canlıların  hər hansı bir yolla quruya çıxaraq quru canlılarına çevrildiklərini iddia edirlər. Halbuki bu cür keçidin qeyri-mümkün olduğunu göstərən saysız-hesabsız  anatomik və fizioloji faktor vardır. Bu faktorlardan bəziləri aşağıdakılardır:

1. Ağırlığın daşınması: Dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi  problemlə qarşılaşmırlar. Halbuki quruda yaşayanların böyük bir qismi enerjilərinin  40% -ni  bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçən su canlısının bu enerji ehtiyacını qarşılaya biləcək yeni əzələ və skelet strukturları təkmilləşdirməsi(!) qaçınılmazdır, lakin bu kompleks strukturların təsadüfi mutasiyalarla meydana gəlməsi də mümkün deyil.

2. İstiliyin qorunması: Quruda istilik çox tez-tez və çox böyük fərqlərlə dəyişir. Quruda yaşayan canlılarda  bu yüksək istilik fərqliliyinə uyğunlaşmanı təmin edən maddələr mübadiləsi vardır. Halbuki dənizlərdə istilik çox gec-gec dəyişir və bu dəyişmədə qurudakı qədər böyük fərqlər olmur. Dənizlərdəki sabit istiliyə uyğunlaşan orqanizm sisteminə sahib olan canlı, quruda yaşaya bilmək üçün, qurudakı istilik dəyişməsinə uyğunlaşmanı təmin edən qorunma sistemini qazanmaq məcburiyyətindədir. Şübhəsiz balıqların quruya çıxarkən təsadüfi mutasiyalar nəticəsində belə sistemə sahib olacaqlarını iddia etmək axmaqlıq olar.

3. Sudan istifadə: Canlılar üçün vacib olan su quru mühitdə az tapılır. Buna görə suyun hətta nəmişliyin  müəyyən miqdarda istifadə edilməsi zəruridir. Məsələn,  dəri  su itkisinin və buxarlanmanın qarşısını ala biləcək tərzdə  olmalıdır. Canlı suzmaq duyğusuna malik olmalıdır. Halbuki suda yaşayan canlıların suzmaq duyğusu olmur  və dəriləri də susuz mühitə uyğun deyil.

4. Böyrəklər: Suda yaşayan canlıların  ən əsas ammonyak olmaqla  bədənlərində yığılan lazımsız maddələri yaşadığı  mühitdə su bol olduğundan dərhal süzərək ata bilirlər. Quruda isə sudan minimum səviyyədə istifadə etmək lazımdır. Buna görə də bu canlılar  böyrək sisteminə sahibdirlər. Böyrəklər sayəsində ammonyak üreye çevrilərək yığılır və atılmasında minimum səviyyədə su istifadə edilir. Bundan başqa böyrəyin işini təmin edən yeni sistemlərə ehtiyac duyulur. Beləliklə, sudan quruya keçişin reallaşması üçün böyrəyi olmayan canlıların bir anda inkişaf etmiş  böyrək sisteminə  sahib olması vacibdir.

5. Tənəffüs sistemi: Balıqlar suda ərimiş halda olan oksigeni qəlsəmələriylə alırlar. Sudan kənarda isə bir neçə dəqiqədən çox yaşaya bilmirlər. Quruda yaşamaqları üçün bir anda qüsursuz  ağciyər sistemi əldə etməlidirlər.

Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində  və eyni anda meydana gəlməsi isə əlbəttəki  qeyri-mümkündür.

 

Təkamülün Etibarsızlığına  Nümunə:ÇANAQLI BAĞALAR 

Təkamül nəzəriyyəsi   balıqlar, sürünənlər kimi ilkin canlı qruplarını izah edə bilmədiyi kimi, bu qruplar içindəki növlərin mənşəyini də izah edə bilməz. Məsələn, sürünən sinfinin nümayəndəsi  olan çanaqlı bağalar, qalıq qeydlərində özlərinə xas çanaqlarıyla birlikdə bir anda meydana çıxırlar. Təkamülçü yayınların ifadəsiylə "çanaqlı bağalar digər onurğalılardan  daha çox və yaxşı qorunmuş qalıqlar buraxmalarına baxmayaraq, bu canlılar ilə özündən təkamülləşdikləri fərz edilən digər sürünənlər arasında heç bir keçid forması yoxdur". (Encyclopedia Britannica, 1992, c. 26, ss. 704-705)

Ən qədim çanaqlı bağa qalıqları ilə müasir canlı nümunələr arasında isə heç bir fərq yoxdur. Qısaca, çanaqlı bağalar təkamül keçirməyib, əksinə həmişə çanaqlı bağa olaraq yaşayıblar; çünki o şəkildə yaradılıblar.