Əbu Əli əl-Eşari; Həsən İbn Əli əl-Kufi, Abbas İbn əmir, Rəbi İbn Məhəmməd əl-Musli vasitəsilə Əbu Rəbidən rəvayət edər: Əbu Abdullahın (Cəfər Sadiq əleyhissalam) belə buyurduğunu eşitdim: əl-Qaim (hz. Mehdi əleyhissalam) ortaya çıxdığında Allah möminlərin qulaqlarını və gözlərini açar (eşitmə və görmə barəsində möminlərə kömək edər). Beləcə onlarla Qaim (hz. Mehdi əleyhissalam) arasında hər hansı bir xəbərçi olmaz və o, olduğu məkandan (doğrudan) möminlərə səslənər, möminlər də onu eşidər və görərlər. 

(Kuləyni, Kafi, c. 8, səh. 240-241, hədis nömrə: 329)