SUDAN YARATMANIN TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ İŞARƏ ETDİYİ YANLIŞLIĞI
ucgen

SUDAN YARATMANIN TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ İŞARƏ ETDİYİ YANLIŞLIĞI

611

 

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu imtahana çəkəcəyik. Buna görə, onu eşidən və görən yaratdıq. (İnsan surəsi, 2)

 

Təkamül ilə yaradılış kimi səhv bir fikri müdafiə edənlər bir çox ayədə keçən “insanın sudan yaradıldığı” ifadəsini də öz iddialarına sözdə bir dəlil olaraq göstərməyə çalışırlar. Sudan bütün canlıların yarandığını iddia edirlər. İnsanın yaradılış mərhələlərinin izah edildiyi bir digər ayə də diqqətlə incələndikdə bu şərhlərdəki səhv fikir gözlər önünə çıxır. Ayədə belə buyurulur:

 

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

 

Ayədə bir insanın yaradılma mərhələləri təsvir edilir.

Birinci mərhələ olan torpaq, insandakı əsas mineralları və elementləri ehtiva edən xammaldır.

İkinci mərhələ isə bu elementlərin, ana bətnindəki yumurtanı mayalandırmaq üçün, lazımlı şəklə və genetik məlumata sahib olan, Quranda qarışıq bir su ilə təsvir edilən spermada bir yerə gəlməsidir. Qısaca, insanın təməl xammalı torpaqdır. Torpağın özü, bir damla spermada o insanı meydana gətirəcək formada toplanmışdır. Ayədə bu “su” mərhələsinin ardından insanın ana bətnindəki inkişaf mərhələləri göstərilmişdir. Halbuki, təkamül nəzəriyyəsi, canlılığın öz-özünə suda başlamasından insanın ortaya çıxması arasında milyonlarla xəyali mərhələ (ilk hüceyrə, tək hüceyrəlilər, çox hüceyrəlilər, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar və s., bunların saysız ara mərhələləri kimi) olduğunu iddia edirlər. Ayədəki ardıcıllıqda isə qətiyyən belə bir məntiq və izah olmadığı çox açıqdır. İnsanın bir damla su halından sonra ələq halına gəldiyi bildirilir.

Beləliklə, çox aydındır ki ayədə, insan növünün keçirdiyi təkamül mərhələləri deyil, tək bir insanın ana bətnindən əvvəlki, ana bətnində və doğumdan sonra yaşlılığına qədər davam edən yaradılış mərhələləri təsvir edilir.

Bəzi şərhçilər bu ayələrdəki “canlıların sudan yaradılması” ifadəsində, təkamül nəzəriyyəsinə paralel bir məna olduğunu zənn edirlər. Halbuki, bu çox yanlış şərhdir. Ayələrdə canlıların sudan yaradıldığı bildirilərək, canlıların əsas xammalının su olduğu xəbər verilir. Necə ki, müasir biologiya aşkar etmişdir ki, su dünyadakı hər canlının bədəninin ən fundamental ünsürüdür. İnsan bədəninin təxminən 70% sudur. Hər canlı, bədənindəki su sayəsində hüceyrə içi, hüceyrələr arası və toxumalar arası rabitəni həyata keçirirlər. Su olmadan canlılıq ola bilməz. İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələrdə də, yenə, təkamül nəzəriyyəsinə dayaq ola biləcək bir məna yoxdur. Bu ifadəni ehtiva edən bəzi ayələr belədir:

 

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirmirlər? (Ənbiya surəsi, 30)

 

Aşağıdakı ayədə isə “bir damcı suyun sperma olduğu” açıqca ifadə edilir:

 

O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı – axıdılan bir nütfədən. İnsanları yenidən diriltmək də Ona aiddir. (Nəcm surəsi, 45-47)

Min : dən, dan

Nutfetin : Nutfə, bir damcı

iza : -dığı zaman

tumna : spermanı axıtmaq

 

Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyilmi? (Qiyamə surəsi, 37)

 

nutfeten : nutfə, bir damcı su

min : dən, dan

meniyyin : sperma

yumna : axıb tökülən

 

Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır. Bu maye bel və köks sümükləri arasından çıxır. (Tariq surəsi, 5-7)

 

Hulika : yaradıldı

min : dən, dan

main : su

dafikın : Birdən boşalan, tökülən, bir dəfədən axan axıdılan

 

 

Əvvəl torpaqdan, sonra sudan yaradılmanın təkamüllü yaradılışa işarə etdiyi istiqamətindəki yanılma

 

Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə salmış Rəbbini inkarmı edirsən? (Kəhf surəsi, 37)

 

Ömər Nəsuhi Bilmən isə eyni ayəni belə təfsir edir:

... Sənin əslin və yaradılış səbəbin olan Həzrəti Adəmi (torpaqdan) yaradan (sonra) da, səni bir qətrə spermadan yaradan sonra da, səni bir insan olaraq nizamlayan, səni belə müxtəlif həyat tərzi nəticəsində tam yetkin bir insan olaraq bədənə gətirən Xaliqi Kərimi (inkarmı edirsən?) çünki, axirət həyatını inkar etmək, onun zühura gələcəyini xəbər verən və ona qadir olan Allah Təalanı inkar etmək deməkdir...

Ayədə keçən “torpaqdan yaradılma” Hz. Adəmin yaradılışını, sudan yaradılıb düz bir adam halına gəlməsi isə spermadan başlayan inkişafı göstərir. Aşağıdakı ayədə də Allahın palçıqdan bir bəşər yaratdığına işarə edilir. Hz. Adəmin yaradılışını açıqlayan bu ayədə də, bir mərhələdən bəhs edilir:

 

Bir zaman Rəbbin mələklərə dedi: “Mən quru bir palçıqdan, şəkillənmiş bir gildən bəşər (insan) yaradacağam! Mən ona biçim (surət, şəkil) verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)

 

Onsuz da, Quranda, izah edilən yaradılış mərhələləri diqqətlə oxunarsa, bir-birini izləyən ardıcıllıq nəzərə alınarsa təkamülçü şərhin səhv olduğu da dərhal başa düşülər.

Quranda Hz. Adəmin təkamüllü bir mərhələ ilə yaradılmadığını açıq şəkildə bildirən daha bir çox ayə vardır. Bu ayələrdən birində belə buyurulur:

 

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Əli-İmran surəsi, 59)

 

Yuxarıdakı ayədə Allah Hz. Adəm ilə Hz. İsanın eyni şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də vurğuladığımız kimi, Hz. Adəm hər hansı bir atası olmadan, torpaqdan və Allahın “Ol” deməsi ilə var edilmişdir. Hz. İsa isə yenə atası olmadan, Allahın diləməsi ilə, bir “Ol” əmri ilə yaradılmışdır.

Torpaqdan və sudan yaradılmanın bildirildiyi digər ayələrdə də, bir az əvvəlki maddədə incələdiyimiz kimi insanın, təkamül mərhələləri ilə deyil, yaradılışının ana bətninə düşmədən əvvəlki, ana bətnindəki və doğumdan sonrakı mərhələləri təsvir edilir:

 

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtıyla bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi 5)

 

 

Quranda təkamül nəzəriyyəsinə işarə edildiyi yanılması

 

Həqiqətən, İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (İnsan surəsi, 1)

 

Yuxarıdakı ayə bəzilərinin təkamülə dəlil olaraq göstərdiyi digər bir ifadədir. Şəxsi şərhlərinə əsaslanan bir tərcümə ilə “insanın heç kimə məlum olmadığı bir dövr” ifadəsi “insanın bir insan olmadan əvvəlki hallarının ifadə edildiyi” kimi açıqlanır. Halbuki, ilk iddia kimi bu təkamülçü iddia da gerçəklərdən uzaqdır.

Bu ifadənin ərəbcəsi belədir:

“lem yekun ey'en mezkuren”

Lem yekun : deyildi

ey'en : bir şey

Mezkuren : zikr edilən, adı keçən

Bu ifadəni “təkamüllü yaradılışa” sözdə bir dəlil olaraq göstərmək də çox məntiqsiz bir şərhdir. Necə ki, bu ayə İslam alimləri tərəfindən təkamüllü bir müddət olaraq şərh edilir. Məsələn, Almalı Həmdi Yazar bu ayədəki zaman ifadəsini belə təfsir edir:

 

“Başlanğıcda ilk maddələri olan ünsürlər və mədənlər, sonra onlardan mərhələ-mərhələ yaradılışın orta maddələri olan bitki mənşəli heyvani qidalar “palçığın özü” (Muminun surəsi, 12), sonra onlardan süzülən yaxın maddəsi olan spermaya doğru yavaş-yavaş və mərtəbələr içində gələn bir şey olub, lakin, insan deyə bir şey olmamışdır. Həqiqətdə insanın hər fərdi kimi cinsi də əzəli deyil, sonradan olmadır. Həm dünyanın başlanğıcından, aləmin yaradılışından çox sonra mövcud olmuşdur.”

 

Ömər Nəsuhi Bilmən isə ayəni belə təfsir edir:

 

“Bu ayələr, Cənabı Haqqın insanlar mövcud olmadan, məlum deyilkən bir qətrə sudan eşidən və görən bir halda yaratmış və onları imtahandan keçirdiyini bildirir... İnsan, başlanğıcda heç mövcud deyildi, sonra bir müddət içində bir qətrə sudan, torpaqdan və palçıqdan təsvir edilmiş və bir cəsəd halına gəlmişdir. O insan, o zaman məlum deyildi, onun nə kimi bir ada sahib olduğunu və nə üçün yaradıldığını göy və yer əhli bilmirdi. Sonra özünə ruh şüuru verilməyə başlanmışdır.”

 

Dəyərli İslam alimlərimizin də qeyd etdiyi kimi, Quranda qətiyyən təkamüllə yaradılışa işarə edilmir. Quranda bildirilən yaradılış, Rəbbimizin “Ol” əmri ilə həyata keçən yoxdan yaradılışdır.

 

 

Hz. Adəmin ilk insan olmaması ilə əlaqədar yanılma

Təkamüllü yaradılış yanlışlığı ilə əlaqədar olaraq ortaya çıxan digər bir iddia isə, Hz. Adəmin ilk insan ola bilməyəcəyidir (Hz. Adəmi tənzih edərik). Bu iddiaya sözdə dəlil olaraq aşağıdakı ayə göstərilir:

 

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm (yaradacağam)!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”(Bəqərə surəsi, 30)

 

Bu iddianı müdafiə edən insanlar ayədə keçən “bir canişin bərqərar edəcəyəm” ifadəsi Ərəbcə “ceale” hərəkətini, “təyin etmək” sözü ilə açıqlanır. Yəni Hz. Adəmin ilk insan olmadığı, bir çox insan içindən xəlifə olaraq “təyin edildiyi” yanlış fikri qarşıya qoymaqdadırlar. Halbuki, “ceale” sözünün Quranda istifadə olunan çox fərqli mənaları vardır və bunlar belədir:

Ceale: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, qılmak

Quranda “ceale” felinin istifadə edildiyi digər ayələrdən bir neçə nümunə göstərək:

 

Allah sizi tək bir nəfisdən (nəfərdən) xəlq etdi. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! (Zümər surəsi, 6)

 

 

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)

 

Yuxarıdakı ayələrdə də göründüyü kimi, “ceale” sözü bu ayədə yaradılma mənasında işlənmişdir. Bundan əlavə bir çox ayədə də Hz. Adəmin torpaqdan yaradıldığı ifadə edilmir. Hz. Adəmin, digər insanlar arasında xüsusi və fərqli bir yaradılışa sahib olduğu bu ayələrdən də görünür

 

 

Hz. Adəmin dünyada yaradıldığı haqqında səhv fikirlər

Quranda Hz. Adəmin ilk insan olduğu haqqında verilən bir digər əhəmiyyətli məlumat da etdiyi səhvə görə özünün və zövcəsinin cənnətdən çıxarılmasıdır. Ayələrdə belə buyurulur:

 

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o (şeytan) və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)

 

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”. (Bəqərə surəsi, 35-36)

 

Ayələrdəki ifadələr çox açıqdır. Allah Hz. Adəmi torpaqdan yaratmışdır. Hz. Adəm xüsusi bir yaradılışa malikdir və bu xüsusi yaradılış onun əvvəl cənnətdə olmasından, daha sonra da buradan çıxarılmasından görünür. Ancaq təkamül yalanına inanan bəzi Müsəlmanlar açıq olan bu həqiqətləri görməməzlikdən gəlirlər və ayələrdə keçən “cənnət” sözünün, axirətdəki cənnəti deyil, dünyadakı gözəl məkanları ifadə etdiyi kimi səhv bir şərh irəli sürürlər. Halbuki, Hz. Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyətləri Quranda ifadə edilir. Burada mələklər və şeytan vardır. Mələklər Allah ilə danışır. Ayələrdəki ifadələr bu qədər açıq ikən, Quran əxlaqına uyğun olmayan şərhlərlə təkamül nəzəriyyəsinə sözdə dəlil axtarılması cəhdi səhv bir hərəkətdir.

Bütün insanların Hz. Adəmdən gəldiyini, yəni Hz. Adəmin ilk insan olduğunu xəbər verən bir çox ayələrdən ikisi belədir:

 

Bir zaman Rəbbin, Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz. (Əraf surəsi, 172-173)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo