İmam Rəbbani Hz. Mehdinin (a.s.) zühurunun ƏSRİN ƏVVƏLƏRİNDƏ OLACAĞINI bildirmiş, öz dövründə əsrin əvvəllərindən on səkkiz il keçməsinə baxmayaraq bu zühurun reallaşmadığını ifadə etmişdir:
Halbuki bu doğuş Mehdinin zühuru dövründə olan zühur deyil. Çünki ONUN ZÜHURU YÜZ İLLİYİN ƏVVƏLİNDƏ OLACAQ. Bu vəziyyətdə isə yüz illiyin başlanğıcından on səkkiz il keçmişdir.
(İmamı Rəbbani, Məktubatı Rəbbani, 381. Məktub, s. 1184)
İmam Rəbbani "ONUN ZÜHURU YÜZ İLLİYİN BAŞLANĞICINDA OLACAQ" ifadəsi HZ MEHDİNİN ZÜHUR ƏLAMƏTLƏRİNİN ƏSRİN BAŞLANĞICINDA TƏSDİQLƏNMƏYƏ BAŞLAYACAĞI MƏNASINDADIR, yoxsa əsrin əvvələrində Hz. Mehdi (ə.s.) dərhal zühur edəcək, İslam əxlaqı dərhal hakim olacaq və Hz. Mehdi (ə.s.) çıxar-çıxmaz dərhal xalq tərəfindən tanınacaq MƏNASINDA DEYİL.
İmam Rəbbaninin söylədiyi kimi HİCRİ 1400-CÜ İLDƏN DÖVRÜMÜZƏ QƏDƏR OLAN 30 İLLİK MÜDDƏT ƏRZİNDƏ HZ. MEHDİNİN ZÜHURU ÜÇÜN PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) BƏHS ETDİYİ BÜTÜN ƏLAMƏTLƏR BAŞ VERMİŞDİR. (Hz. Mehdinin (a.s.) çıxış əlamətləri üçün baxın. http://www.hazretimehdi.com/cikis.php)
İmam Rəbbaninin bu sözündə istifadə etdiyi "BU ANDAN DA YÜZ İLLİYİN BAŞLANĞICINDAN ON SƏKKİZ İL KEÇMİŞDİR." ifadəsi də əhəmiyyətlidir. İmam Rəbbaninin bu sözü ilə Mehdi çıxmış olsaydı kəşf və kəramət sahibi vəli bir insan olaraq özünün də əsrin başlanğıcından o ana qədər keçən 18 il içərisində yaşanan zühur əlamətlərinin reallaşdırmasından Hz. Mehdini imanın nuru ilə hiss edəcəyinə və fərqinə varacağına işarə edib. Halbuki, İmam Rəbbaninin öz dövründə əsrin başlanğıcından on səkkiz il keçmiş olmasına baxmayaraq Hz. Mehdinin çıxış əlamətləri reallaşmayıb, bu səbəbdən Hz. Mehdi (ə.s.) də zühur etməyib.
Buna görə İmam Rəbbani Hz. Mehdi (ə.s.) zühur edən kimi İslam əxlaqının bütün dünyaya hakim olacağı, Hz. Mehdiyə (a.s.) baxan hər kəs tərəfindən dərhal tanınacağı barəsində izah və eyhamı da yoxdur. Ancaq özü kimi dərin elmlərə sahib vəli şəxslərin Hz. Mehdinin (a.s.) fərqinə vara biləcəklərinə diqqət çəkib.
Hz. Mehdi (ə.s.) ilk zühur etdiyində hər kəs tərəfindən dərhal tanınmayacağı, xalqın arasında olmasına baxmayaraq bilinməyəcəyi ancaq KƏŞF VƏ KƏRAMƏT SAHİBİ VƏLİ İNSANLARIN ONU İMAN NURUNDAN, İMANIN DƏRİNLİYİNDƏN VƏ İMAN HEYBƏTİNDƏN TANIYA BİLƏCƏKLƏRİ Səid Nursinin ifadələrindən də aydın olur:
Halbuki demişdik: Bu dünya təcrübə meydanıdır. Ağla qapı açılar, lakin ixtiyarı əlindən alınmaz. ELƏ İSƏ O EŞHAS (yəni, axır zamanın mühüm şəxsləri -HZ. MEHDİ (Ə.S.) və HZ. İSA (Ə.S.)), hətta o müdhiş Dəccal da belə ÇIXDIĞI ZAMAN ÇOXLARI, HƏTTA ÖZÜ DƏ BİDAYETEN (BAŞLANĞICDA) Dəccal olduğunu BİLMƏZ. BƏLKƏ İMAN NURUNUN DİQQƏTİ İLƏ, O EŞHAS-İ AXIR ZAMAN (yəni axır zamanın mühüm şəxsləri HZ. MEHDİ (Ə.S.) və HZ. İSA (Ə.S.)) TANINA BİLƏR.
(Sözlər, ss. 343-344)
İmam Rəbbani kimi kəşf və kəramət sahibi olan Bədiüzzaman Səid Nursi Məktubat adlı əsərində Hz. İsanın da yenidən dünyaya gəldiyində dərhal hər kəs tərəfindən tanına bilməyəcəyini, ancaq yanındakı DƏRİN İMANLI TƏLƏBƏLƏRİ TƏRƏFİNDƏN İMANIN NURU İLƏ TANINACAĞINI ifadə etmişdir:
... HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT HƏR KƏS ONUN HƏQİQİ İSA olduğunu bilməyəcək. ONUN MUKARRƏB VƏ HAVASSI (dərin imanlı yaxın tələbələri) iman nuru (imanın işığı) ilə ONU TANIYAR. Yoxsa bedahet (birdən-birə və açıq-aydın) dərəcəsində HEÇ KƏS ONU TANIMAYACAQ...
(Məktubat, s. 60)
İSTƏR İMAM RƏBBANİNİN SÖZLƏRİNDƏN, İSTƏRSƏ DƏ SƏİD NURSİNİN İZAHLARINDAN AYDIN OLUR Kİ, HZ. MEHDİNİN (A.S.) ZÜHURU İLƏ BİRLİKDƏ İSLAM ƏXLAQININ BÜTÜN DÜNYAYA DƏRHAL HAKİM OLMASI, HZ. MEHDİNİN (A.S.) DƏRHAL HƏR KƏS TƏRƏFİNDƏN TANINMASI BAŞ VERMİR. Hz. Mehdi (ə.s.) zühur etdiyində İslam əxlaqı dünyanın dörd tərəfinə dərhal hakim olsaydı o zaman Hz. Mehdini (a.s.) hər kəs tanıyar və fərqinə varardı. Bu cür mühitdə Hz. Mehdi (ə.s.) heç bir çətinliklə qarşılaşmazdı. Halbuki, Hz. Mehdinin (a.s.) xalq tərəfindən tanınmayacağı hətta bu yöndən Hz. Yusifə bənzəyəcəyi, çətinliklər və təzyiqlərlə qarşılaşacağı, Hz. Musa kimi öldürülmə, tələ qurulma, sürgün edilmə kimi hər cür təhlükələrlə iç-içə olacağı, qeyb olacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində də açıq ifadə edilib:
... SONRA HZ. MEHDİ ƏLEYHİSSALAM HZ. YUSİFƏ BƏNZƏYƏR və ONUN (HZ. MEHDİNİN (A.S.)) XALQI GÖRDÜYÜNÜ, AMMA XALQIN ONU (HZ. MEHDİ (Ə.S.)) GÖRƏ BİLMƏDİYİNİ və Hz. Əlinin də buyurduğu kimi GÖYDƏN SƏS GƏLƏNƏ QƏDƏR ONUN (HZ. MEHDİNİN (A.S.)) TANINMAYACAĞI QƏTİDİR.
(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 167)
"Əbu Basar deyir ki: İmam Məhəmməd Bakir Əleyhissalamın belə dediyini eşitdim: "Bu GAYBETİN (MEHDİNİN) SAHİBİNDƏ DÖRD PEYĞƏMBƏRİN SÜNNƏSİ VARDIR:.. Dedim ki: "HZ. YUSUFUN SÜNNƏSİ NƏDİR?" BUYURDU Kİ: "ZİNDAN VƏ QEYB."...
(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 190)
İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurub: "Bizim Qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra bənzərliklər vardır. Nuh, İbrahim, Musa, İsa, Eyyub və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzun ömürlü olmasında, İbrahim ilə doğumunun gizli olması (doğumunun evdə olmasında) və xalqdan uzaq durmasında, MUSA İLƏ QORXU HALI (MEHDİYƏTLƏ BAĞLI TƏHLÜKƏLƏRİN ÇOXLUĞU ilə, ÖLDÜRMƏ, TƏLƏ QURMA, HƏBS OLUNMA, SÜRGÜN KİMİ HƏR CÜR TƏHLÜKƏLƏRLƏ ÜZ-ÜZƏ OLMASI İLƏ) VƏ QEYB OLARAQ YAŞAMASINDA (HƏR ZAMAN GİZLƏNƏRƏK YAŞAMASINDA); İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək”, bir qisminin “Mehdi sonra gələcək” ya da “gəlib getmişdir” deməsində, bir qisminin isə “Mehdi heç gəlməyəcək” deməsində); Eyyub ilə bəladan sonra qurtuluşun çatmasında (Hz. Mehdiyə də bir çox çətinlik və dərd gəlməsi, ancaq eyni Hz. Eyyub kimi Allahın rəhməti ilə hamısından xilas olması ilə); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimizin (s.ə.v.) müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və jiletinin Mehdinin yanında olması ilə) bənzərliyi vardır."
(Kemalud idin s. 322, 31. Babın 3-cü hədis)
Sidri Seyrefi deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamdan eşitdim ki: Belə buyurdu: "BU İŞİN SAHİBİNDƏ (HZ. MEHDİDƏ (A.S.)) YUSUFA BƏNZƏRLİK VARDIR." MƏN İSƏ BELƏ İFADƏ ETDİM: SƏN BİZƏ BİR QEYB HALINI VƏ YA HEYRƏTİ BİLDİRDİN.
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 189)
İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri
· Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi 55)
· Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur! (Saff surəsi 9)
· Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. (Tövbə surəsi 33)
· (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi 1-3)
· (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver! (Saff surəsi13)
· De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!”(İsra surəsi 81)
· …Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki,... (Yunus surəsi13-14)
· Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi105)
· And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” (Saffat surəsi 171-173)
· Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! Mücadilə surəsi 21)
· (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! İbrahim surəsi 47)
· Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!( Fəth surəsi 28)
· Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!” (Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı. (İbrahim surəsi 14-15)
· (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir! (Fəth surəsi 1-3)
· …O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq “inşAllah” demək lazımdır!)(Fəth surəsi 27)
· …Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!(Rad surəsi 42)
· Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! (Şuara surəsi 227)
· Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri (verdiyimiz vədə əməl edərək) belə xilas etmək Bizə vacibdir. (Yunus surəsi 103)
· Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq. (Əraf surəsi 137)
· Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. (Saff surəsi 8)
· (Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab surəsi 27)
· (Ya Rəsulum!) De: “Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz) olduğunu və kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!” (Taha surəsi 135)
· Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər. (Zümər surəsi 61)
· Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi18)
· Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” (Yunus surəsi 82)
· O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir). (Həcc surəsi 41)
· Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! (Ali-imran surəsi 139)
Bu ayələrdə Allah İslam əxlaqının bütün dünyaya hakim olacağını vəd etmişdir. Bu əsrdə bunun reallaşmayacağını düşünmək bu ayələrlə ziddiyyət təşkil edir. Müsəlmanlar Allahdan əsla ümid kəsməzlər. Allah müsəlmanların əsla ümidsizliyə qapılmayacaqlarını aşağıdakı ayədə bildirmişdir:
Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif surəsi 87)
Müsəlmanlar Allahdan İslam əxlaqının bütün dünyaya hakim olmasını ümid edir. İslam əxlaqı yer üzünə hakim olacağı zaman İslam aləminin bir lideri olacaq. Bu lider də Hz. Mehdidir (as). Bu əsrdə Hz. Mehdinin (a.s) çıxmasının qeyri-mümkünlüyünü deyən insan bütün bu ayələrə zidd getmiş olar.