ADNAN OKTARIN A9 TV, KAHRAMANMARAŞ AKSU TV VƏ KAÇKAR TV-DƏKİ CANLI SÖHBƏTİ
(21 APREL 2011; 22:00)
"Salam əleykum. Səhər günəşini qısqandıracaq qədər gözəl doğan, hörmətli Məhəmməd Adnan hocamız." Günəş qısqanmaz, qibtə edər, maşaAllah, inşaAllah. Biz də günəşə qibtə edirik, inşaAllah. "Bizim günəşimizsiniz, sizinlə get-gedə daha çox işıqlanırıq, inşaAllah. Hocam, bu ayəni bir çox dəfə açıqladınız bilirəm, amma "təkrarda fayda vardır" demişdiniliz. Xahiş etsəm, "yəhudi və xristianları dost tutmayın" (Maidə surəsi, 51) ayəsini təkrar açıqlayarsınızmı? Təşəkkür edirəm, canım hocam. Əllərinizdən çox-çox öpürəm. Murad Barış Coşğun." "Yəhudi və xristianları dost tutmayın." (Maidə surəsi, 51)
"Maidə surəsi, 51. Daha haradan gəlir, 49. Daha da geriyə baxdığımızda Maidə surəsi 44-cü ayənin ifadə şəkli çox vacibdir; axışı. Başlanğıcından etibarən baxmaq lazımdır ayəyə. Tam o anda deyil. Ayə bir mövzunu izah edər, izah edər, izah edər, izah edər, son nöqtəni orada qoyar bəzən və yaxud yenə davam edər. Şeytandan Allaha sığınıram. "Həqiqət budur ki, Biz Tövratı, içində bir hidayət və nur olaraq endirdik." Deməli, insanların hidayətinə səbəb olur Tövrat və bir nurdur. Haqq qisimlərinin xüsusiyyəti budur. "Tövrat deyə bir kitab yoxdur" deyə bilmərik indi, Tövrat var. Təhrif olmuş qisimlər etibarsızdır, amma etibarlı olan qisimləri hidayət və nurdur.
"Təslim olmuş peyğəmbərlər, yəhudilərə onunla hökm edərdilər. Məlumatlı rəhbərlər (Rəbbaniyun) və yüksək alimlər də (Ahbar), Allahın Kitabını qorumaqla vəzifəli olduqlarından," Tövratı qorumaqla vəzifəli olduqlarından, "və onun üzərinə şahidlər olduqlarından (onunla hökm edərdilər.) Elə isə insanlardan qorxmayın, Məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın." Baxın, insanlardan qorxmaq haramdır, Allahdan qorxmaq lazımdır, Quranın bir hökmüdür bu. "Və ayələrimi az bir dəyərə qarşılıq satmayın." Quranın hökmlərini dəyişdirməyin, yerinə xurafatlar qoymayın, Allahın hökmünə qarşı büt inanclar çıxarmayın.
"Kim Allahın endirdiyi ilə hökm etməzsə, məhz onlar, kafir olanlardır." Quran əxlaqına uymadığınızda, Qurana görə hərəkət etmədiyinizdə küfr içində olarsınız deyir Allah. 46-cı ayə; "Onların (peyğəmbərləri) ardından yanlarındakı Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik." Baxın, yanlarında Tövrat var, Tövrat dayanır; yəni Tövrat deyə bir kitab var, dayanır. "Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik." Haqq qisimlərini təsdiqləyici amma, etibarsız qismini deyil. "Və ona içində hidayət və nur olan, önündəki Tövratı təsdiqləyən," təsdiq edən, Tövratın hökmünü təsdiq edən, doğru qisimlərini təsdiq edən, "və müttəqilər üçün yol göstərici və öyüd olan İncili verdik." Nə imiş İncil? Yol göstərici və öyüd imiş. Nə imiş başqa? Hidayət və nur imiş.
Baxın, İncilin dörd xüsusiyyəti: Bir, hidayət, hidayət verici olması; iki, nur olması; üç, öyüd olması; dörd, yol göstərici olması. Deməli, İncil deyilən bir kitab var. Hansı hissəsi etibarlıdır? Haqq olan qisimləri. Batil olan qisimləri etibarlıdırmı? Deyil. Haqq olan qisimlərini biz ayırdıq, kitab halına gətirdik. "İncil sahibləri Allahın onda endirdikləriylə hökm etsinlər." İncilə görə hərəkət etsinlər, İncil sahibləri deyir Allah. "Kim Allahın endirdiyiylə hökm etməzsə, məhz onlar, fasiq olanlardır." Yəni İncilin haqq qisimləriylə hökm etsinlər deyir Allah, etməzlərsə fasiq olarlar deyir. Çünki İncilin haqq qismi ilə Quran tam razıdır. Peyğəmbərimiz (s.ə.v)-ə söyləyir Allah; "Sənə də (Ey Məhəmməd) önündəki kitab(lar)ı təsdiqləyici," Tövrat və İncili təsdiqləyici, "və ona “bir şahid-nəzarətçi” olaraq Kitabı (Quranı) endirdik." Quran nəymiş eyni zamanda? Tövrat və İncilin doğruluğuna şahid, belə bir kitabın var olduğunu söyləyir Allah və nəzarətçi. Səhv olan qisimləri və doğru olan qisimləri bir-birindən ayırd edici. "…olaraq "Kitab” (Quranı) endirdik. Elə isə aralarında Allahın endirdiyi ilə hökm et." Quranla hökm et.
"Və sənə gələn haqdan azıb onların həva (istək və ehtiras)larına uyma." Xürafatçıların uydurma və xurafatlarına, saxtakarların çıxardığı büt inanclara uyma. "Sizdən hər biriniz üçün bir şəriət və bir yol-üsul yaratdıq." "Hər birinizə ayrı bir yol, bir mənşə, bir yol yaratdıq" deyir Allah. Məsələn, xristianlara xristianlıq, yəhudilərə musəvilik olmuş, deyilmi? Əvvəl musəvilik dini gəlir, sonra xristianlıq gəlir. Yəhudilər nə edirlər? Xristianlıq gəlincə, xristianlığa uyurlar. Xristianlıqdan sonra nə gəlir? Müsəlmanlıq gəlir. Nə edir xristianlar? müsəlmanlığa uyur. Hər yeni gələn şəriətə insanlar uyurlar. Daha əvvəl nə var? Hz. Nuh (ə.s) var, hz. Nuh (ə.s)-a uyurlar. Hz. Nuh (ə.s)-dan sonra kimə uyurlar? Hz. İbrahim (ə.s)-a uyurlar. Qalmırlar yəni, hz. Nuh (ə.s)-da qalmırlar, hz. İbrahim (ə.s)-a uyurlar, yəni onun gətirdiyi kitaba uyurlar.
"Əgər Allah diləsəydi, sizi bir tək ümmət edərdi; ancaq (bu,) verdikləriylə sizi sınaması üçündür. Artıq xeyirlərdə yarışın." Yəni daima şəriətlər gəlmişdir, daima hökmlər gəlmişdir, bu sizi sınamaq üçündür deyir Allah. Bir rəng, bir gözəllik olaraq belə yaratmışdır Allah. "Artıq xeyirlərdə yarışın." 49-cu ayədə; "Aralarında Allahın endirdiyiylə hökm et və onların həvalarına uyma" deyir Allah, yenə. "Quranla hökm et" deyir. "Onlar hələ cahillik hökmünü mü axtarırlar?" deyir Allah, xurafatçılara. O dövrdə də var xurafatçılar; eyni, klassik mövhumatçılar. "Onlar hələ cahillik hökmünü mü axtarırlar?" Xurafat, murdar şeylər, millətin iyrəndiyi mövhumatçı düşüncələr var, eynisi Peyğəmbərimiz (s.ə.v) zamanında da var. Xurafatçılar Peyğəmbərimiz (s.ə.v)-ə təzyiq edirlər; "bunları dinə qoy, bunlar da dinin içərisində olsun" deyirlər. Peyğəmbərimiz (s.ə.v) də qəti şəkildə qəbul etmir.
"Qəti məlumatla inanan bir birlik üçün hökmü, Allahdan daha gözəl olan kimdir?" "Qurana uy" deyir Allah. Xurafatçılar, "yaxşı, Qurana uyaq, bir də əlavə mövhumatçılıq da olsun, nə fərqi var?" deyir. "Əgər onlara uysan, az da olsa uysan, sənə dünyanın da, axirətində əzabını ən şiddətli şəkildə daddıraram" deyir Allah. Hətta bir ayədə də, "az da olsa uyacaqdın" deyir, "az da olsa meyil edəcəkdin" deyir, deyilmi? "Allah səni qorudu" deyir. Səhv yadımda qalmadısa; tərcümə olaraq, təxminən, mənası bu şəkildədir. "Ey iman edənlər, içinizdən kim dinindən geri dönər (irtidat edər)sə," dinsiz olsa, mürtəd olsa, "Allah (yerinə) Özünün onları sevdiyi, onların da Özünü sevdiyi," türk millətinə işarə edir bu ayə; bu çox əhəmiyyətlidir, türk milləti izah edilir; "Allah (yerinə) Özünün onları sevdiyi, onların da Özünü sevdiyi möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə “güclü”," türk millətinin xüsusiyyətidir bu, "və şərəfli, Allah yolunda cihad edən," Osmanlı dövrü həmişə cihaddır, həmişə cihad, "və qınayıcının qınamasından qorxmayan bir birlik gətirər." Bir qövm gətirər.
"Bu, Allahın bir fəzlidir, onu dilədiyinə verər." Baxın, mehdiyyət də yenə türk millətinə nəsib olur. Mehdilik vəzifəsi də türk millətinə nəsibdir, inşaAllah. "Allah (rəhmətiylə) geniş olandır, biləndir. Kim Allahı, Rəsulunu və iman edənləri dost (vəli) tutsa." Baxın, Allahı, Rəsulunu və müsəlmanları dost və vəli tutsa. "Heç şübhə yoxdur, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır." "Hizbullahdır" deyir Allah, Allah hizbidir. Şəddəsiz 2007, şəddəli 2055-dir; tam dünya hakimiyyətinin olacağı aradır, inşaAllah. İndi bax, başlayır ayə şərhə; "Ey iman edənlər, sizdən əvvəl özlərinə kitab verilənlərdən dininizi lağ və oyun (mövzusu) edənləri və kafirləri dostlar (vəlilər) tutmayın." Ayədə nə deyir baxın, 51-ci ayədə; "Ey iman edənlər yəhudi və xristianları dostlar (vəlilər) tutmayın; onlar bir-birlərinin dostudurlar. Sizdən onları kim dost tutsa, şübhəsiz, onlardandır. Şübhəsiz Allah, zalımlar birliyinə hidayət verməz." İndi 51-ci ayədir bu, 57-ci ayəyə keçirik, açıqlayır; "Ey iman edənlər, sizdən əvvəl özlərinə kitab verilənlərdən dininizi," İslamı, "lağ və oyun (mövzusu) edənləri". Baxın, hörmətli olanları deyil; dinə, müqəddəsata hörmətli, inanclarına qarşı hörmətli olanları deyil; dinə, inanca qarşı hörməti olmayıb, "lağ və oyun (mövzusu) edənləri və kafirləri dostlar (vəlilər) tutmayın." İndi baxın, ayəni şərh etmişdir burada. Deməli, öz halında, dinimizə hörmət edən bir xristian, bir yəhudi bu hökm içərisində deyil. Onlarla evlənilir, onların yeməyi yeyilir, onlara qonaqlığa gedilir, onlarla ticarət edilir, inşaAllah. Amma rəhbər edə bilməzsən təbii, vəli edə bilməzsən, baş nazir edə bilməzsən. Çünki, inancın ilə ziddiyyət təşkil edər, sənin inancınla onun inancı ziddiyyət təşkil edəcək, tətbiq tam fərqli bir şey olar, deyilmi? Öz inancından birinin olması lazımdır.
"Dostlar (vəlilər) tutmayın. Və əgər inanırsınızsa, Allahdan qorxub çəkinin." Bir xristiana, bir yəhudiyə sırf xristian və yəhudidir deyə düşmən olun, onunla aradakı əlaqələri, kökləri qoparın mənasında bir ayə deyil. Çünki digər ayələr bunu açıqlayır. Baxın, deyir ki, Allah; "Əhli Kitabın yeməyi sizə halal qılındı." İndi, bu nə deməkdir? Biz evinə gedəcəyik, yeməyini yeyəcəyik. Düşmən olduğumuz adamın yeməyini necə yeyəcəyik? Baxın, hadisəni dəqiqləşdirən bir ayə daha var. Deyir ki, Allah; "Əhli Kitabdan xanımlarla, yəhudi və xristian xanım alıb evlənməyiniz sizə halaldır." İndi, nə deyir; "filan xanım, mən sizi eşqlə sevirəm, çox bəyənirəm, evlənmək istəyirəm" deyir, xəbər göndərir atasıyla, anasıyla; evlənir. Nə deyir yoldaşına? "Eşqim," "sevgilim," "bir dənəm" deyir, deyilmi? "Dostuq" deyir, bağrına basır. Eyni yataqda yatırlar, bütün ömürləri birlikdə keçir. Əhli Kitab deyilmi onlar? İndi səhvdirmi bu? Doğrudur. Dinlə lağ edirmi bu qadın? Etmir, dininə hörmət edir. Adam da onun dininə hörmət edir. Elə olunca problem yoxdur. Amma rəhbər edə bilməzsən. Ayrı bir hökm olaraq rəhbər edə bilməzsən. Onsuz da olmaz, adam "mən xristianam" deyir, tam fərqli bir inancda olacaq, necə idarə etsin o səni? Sənin inancını bilməz ki, sənə ona uyğun davransın. Bu məqbuldur onsuz da, belə olmalıdır. Amma ayənin hökmü burada çox açıq görülür.
Məsələn, deyir ki, Allah; "Onlar, siz bir-birinizi namaza çağırdığınızda onu lağ və oyun (mövzusu) edərlər." İndi burada bunu dost tuta bilməzsən təbii ki; adam dininə hücum edir, nifrət edərsən ona. Mən elə insanla danışmaram, iddia edərəm, məhkəməyə verərəm. Necə lağ edər, oyun oynayar, deyilmi? "Bu, həqiqətən, onların ağıl çatdırmayan bir birlik olmalarındandır." Şeytandan Allaha sığınıram. "De ki: "Ey Kitab Əhli,"" onlara xitab edin, "yalnızca Allaha, bizə endirilənə və əvvəldən endirilənə inanmağımız," "biz Tövrata və İncilə də inanırıq" deyir müsəlmanlar, deyilmi? Qurana inanırıq. "Və sizin çoxunuzun fasiqlər olmağınız," onsuz da dininizin hökmünü etməməyiniz, "səbəbiyləmi bizdən xoşlanmırsınız?" "Bu rəftarınız nədir?" deyir. Dost tutulmayan bir insanla necə danışılacağını da Allah göstərir. Lağ edən, fasiq olan bir xristianın; fasiq olan, fisq içində olan bir yəhudiyə necə cavab verəcəyimizi izah edir Allah.
Baxın, insanlara necə xitab etməyə davam edirik? Dinlə lağ edir və dini oyun mövzusu edir amma bunlar. 60-cı ayə: "De ki: "Allah Qatında, “dəqiqləşmiş bir cəza olaraq” bundan daha pisini xəbər verimmi? Allahın onlara lənət etdiyi, ona qarşı qəzəbləndiyi və onlardan meymunlar və donuzlar etdiyi ilə tağuta tapınanlar; məhz bunlar, yerləri daha pis və dümdüz yoldan daha çox azmışlar." "Baxın, "müsəlman nifrətini bu şəkildə açıqlasın" deyir Allah. "Allahın onlara lənət etdiyi, ona qarşı qəzəbləndiyi və onlardan meymunlar və donuzlar etdiyi," meymun və donuz hökmündə, hətta "daha da alçaqdır" deyir. Dinlə lağ edilməz, dinlə lağ edən küfrə girər. Küfr içində olan adamla, dininə təhqir edən adamla sən dost ola bilərsənmi? Olmayacağın açıqdır. Amma dininə hörmət edirsə, problem yoxdur. Müşrik də məsələn, adamın müşrik olması bizi maraqlandırmaz, dində məcburiyyət yoxdur.
Amma dinimizə hücum etsə, təhqir etsə, özümüzü qoruyarıq; hüquq, qanun ölçüsündə qoruyarıq. Amma müşrik dinimizə hörmət edirsə nə edirik? Ayə var, Quran ayəsi var; adamı təhlükəli bölgədən alırıq hərbi qüvvəylə; can təhlükəsini, mal təhlükəsini gözə alaraq. Canımızı vermə ehtimalı var, malımızın alınması ehtimalı var, buna baxmayaraq adamları ehtiyatla alıb, təhlükəsiz bir bölgəyə qədər aparırıq. Can və mal təhlükəsizliyini təmin edirik, vəzifəmiz bitir. Çünki dinimizə hörmət edir, oyun və əyləncə mövzusu etmir, mövzu budur.