Adnan Oktarın 10 dekabr 2010-cu il Kaçkar Tv-dəki söhbətindən
Əraf surəsi, şeytandan Allaha sığınıram. “Allahın lənəti olsun zalımlara!” -deyir Allah, Əraf surəsi, 44-də. 45-də: “O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”. Əbcəd: 1945-ci il tarixini verir və 45-ci ayə. Yəni o dövrlərdəki, 45-ci illərdəki dünyanın içində olduğu vəziyyətə işarə edən bir ayədir. Yəni o vaxt faşistlərin, kommunistlərin ən azğın olduqları dövrlər idi. Yəni kommunizmin ən geniş vüsət aldığı dövrlər idi. “O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı”. Dinlərini əyləncə və oyuna necə çevirirlər? Çıxır televiziyalara, təlxəklik edir. Dinlə əlaqədar, axirətlə əlaqədar, cənnətlə əlaqədar lətifələr danışır, adamlar da qəhqəhələr ataraq gülürlər. Ayədə nə deyir Allah, Əraf surəsi 51-də; “O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı”. Məsələn, pul qarşılığında çıxıb "İslam Birliyinin olmayacağını" söyləyir. "İttihad-ı İslamın olmayacağını" söyləyir. “Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq” –deyir. "Mən də onlara bəla verəcəyəm" -deyir Allah. inşaAllah.