And olsun, əgər münafiqlər, ürəklərində xəstəlik olanlar və şəhərdə təhrikedicilik edən (yalan xəbər yayan)lar (bu davranışlarına) bir son verməsələr, həqiqətən, səni onlara qarşı çıxmağa çağırarıq, sonra orada səninlə çox az (bir müddət) qonşu qala bilərlər. (Əhzab surəsi, 60)
Allah and içir. Ürəklərində xəstəlik olanlar münafiqi çox xatırladarlar. Amma Allah münafiqi əvvəlcə söyləyir. Çünki münafiqin mövqeyi qəlizdir. Onlar cəhənnəmin ən dərin təbəqəsində olanlardır. Amma xəstə olanlar müalicə ola bilirlər.
Şəhərdə təhrikedicilik edən: yalan xəbər yayanlar və ya fitnə çıxaranlar, müsəlmanlar haqqında şübhə və tərəddüd meydana gətirməyə çalışan, İslam haqqında şaiyələr çıxartmağa çalışan münafiqlər bu rəftarlarına davam etsə, deməli, müsəlman onlara qarşı elmlə, məlumatla , düşüncəylə hücum edəcək. Dayanmayacaq. Onun hücumunun qarşılığında sən də hücum edəcəksən. Bu fərzdir.