ADNAN OKTAR DEYİR Kİ…
Cənab Adnan Oktarın şirk haqqında mülahizələri
Şirk təkcə taxtadan yonulmuş bütlərə sitayiş etməklə məhdudlaşan məfhum deyil. İnsanın Allahın rizasına zidd olaraq kömək istədiyi, razılığını güddüyü hər varlıq, Allahın rizasından üstün tutduğu hər şey Allahdan başqa ibadət etdiyi saxta tanrıdır və həmin şəxs Allaha bu yolla şərik qoşur.
Şərik qoşmadıqlarına görə Allah müsəlmanları müvəffəq etdiyini deyir. Bu sirri insanlar heç cür anlamırlar. Sən Qurana tabe olsan, şərik qoşmazsan. Qurana tabe olmayıb, uydurma hədislərlə hərəkət etdikdə müşrik olarsan. (A9TV, 8 fevral 2015-ci il)
Suriya niyə yerlə yeksan oldu? İraq niyə yerlə yeksan oldu? Liviya niyə yerlə yeksan oldu? Misir niyə yerlə yeksan oldu? Çünki şirk var, şirk bəla gətirir. Müsəlman şirkdən qaçmalıdır. (A9TV, 8 fevral 2015-ci il)
İŞİD üzvü olan gənclər şirk içindədirlər, səhv yoldadırlar, xəta edirlər, zülm, qəddarlıq edirlər, ancaq yenə də müsəlmandırlar, cahil müsəlmandırlar. Onları maarifləndirəcəyik. (A9TV, 12 noyabr 2014-cü il)
Xurafatçı ilə müsəlman bir-birindən fərqlənir. Şərik qoşanla şərik qoşmayan müsəlman da fərqlənir. Mən şərik qoşanı tənqid edirəm. Dərk etmədən şərik qoşanı tənqid edirəm, xurafatçını tənqid edirəm. Müsəlman Qurana tabe olana deyilir. (A9TV, 1 dekabr 2014-cü il)
Şirkə qarşı daima ayıq-sayıq, diqqətli olmaq lazımdır. Xəstəliklərdə, universitetə qəbul imtahanlarında, dost seçimində - hər şeydə şirk başlarına bəla olur. Halbuki daima dua edərək Allah ilə yaxın olmaq lazımdır. Onda bərəkət olar. (A9TV, 1 yanvar 2015-ci il)
İnsan sevgisinə aludə olsan, şirk olar, Allah sevgisi ilə sevməlisən. Mahnılar belə daima ayrılıq haqqındadır. Allahın təcəllisi kimi sev. Allahın təcəllisi kimi sevsən, elə mahnıya ehtiyac qalmaz. O qədər əzab çəkməzsən. (A9TV, 1 noyabr 2014-cü il)
Bütün dünya müsəlmanlarının 99%-i kimi İŞİD də şirk içindədir, xətaları, qüsurları var. Hz. Mehdinin (əs) vəsiləsi lə bu bəladan, bu xəstəlikdən bütün İŞİD, Taliban da daxil olmaqla bütün müsəlmanlar xilas olacaqlar. (A9TV, 1 dekabr 2014-cü il)