Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən
Şeytandan Allaha sığınıram. Əraf surəsi, 44-cü ayə "Allahın lənəti zalımların üzərinə olsun" deyir, Allah. "Allahın lənəti zalımların üzərinə olsun". Bəli, "Onlar dinlərini bir əyləncə və oyun (mövzusu) etmişlərdi". Zarafat edir. Cəhənnəmlə əlaqədar zarafatlar edir. Cənnətlə əlaqədar zarafatlar edir, haşa Peyğəmbərlərlə əlaqədar zarafatlar edir.
"Onlar, dinlərini bir əyləncə və oyun (mövzusu) etmişlərdi və dünya həyatı onları aldatmışdı. Onlar bu günləriylə qarşılaşmağı unutduqları və Bizim ayələrimizi “yox sayaraq tanımadıqları” kimi, Biz də bu gün onları unudacağıq" deyir, Allah. Yalvarmasına əsla cavab verilməyəcək, inşaAllah. 56-cı ayə "Doğrusu, Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır". Heyrətamizdir, əbcədi də 1956-cı ili verir. Dəqiq 1956-nı verir. Bax "Doğrusu, Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır". 56-cı ayədir, əbcədi də 1956, maşaAllah. 1956-cı ili, Bədiüzzaman çox əhəmiyyətli görür. Risaləyi-Nurda da var. "Cərəyanı-münafiqanənin ölümünün başlanğıcı, haqqın da doğumudur" deyir. Miladidir, başlanğıcıdır. Yəni artıq bu tarixdən sonra cərəyanı-münafiqanə davamlı geriyə doğru gedəcək. Risaləyi-Nurun sərbəst buraxıldığı tarixdir, 1956. Çox böyük hadisələr olmuşdur 1956-cı ildə, ard-arda hadisələr olmuşdur. Amma ən əhəmiyyətlisi gördüyümüz, Risalə-i Nurun sərbəst buraxılmasıdır, inşaAllah.