Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq aydın düşməninizdir. (Yasin surəsi, 60)
Allah ayədə insanların şeytana qulluq etməməsini əmr etmiş, şeytanın açıq bir düşman olduğunu insanlara xəbərdar etmişdir. Şeytan insanın yaradıldığı gündən bəri heç dəyişməyən, ən təhlükəli düşmənidir. Şeytanın məqsədi insanları Allah’ın rizasından, sevgisindən, Qurandan uzaqlaşdırmaq, insanları qızışdıraraq aralarını vurmaq, qısası, özünə bacardığı qədər bənzədərək onları çaşdırıb doğru yoldan azdırmaqdır.
Şeytanı təhlükəli edən şey insanları Allah yolundan azdırmaq istəyindəki qərarlılığı və bunun üçün and içməsidir. Bunun üçün əlindən gələn hər cəhdi edərək, hər yolu sınayır. Şeytanın digər təhlükəli tərəfi isə bütün bunları edərkən çox hiyləgər hərəkət etməsidir. Şeytan hər insanın əskiklərindən, zəifliklərindən istifadə edərək hər kəsə fərqli aspektlərdən yanaşır. Hər insan üçün fərqli bir üsulu vardır. Şeytan bütün fəaliyyətlərini insanlara hiyləgərcəsinə fısıldadığı vəsvəsələrlə gerçəkləşdirir. Onları şübhəyə, boş xülyalara salır və boş işlərlə məşğul etdirərək zamanlarını alır. Şeytan insanları aldatmaq üçün daima zərər, ziyan, pislik və itki verməyə çalışaraq dayanmadan cəhd göstərməyə davam edəcək.
Şeytan verdiyi vəsvəsələrlə insanları aldadır və onları böyük sıxıntılara salır.Özünə ibadət edən insanları, verdiyi hüzursuzluqlarla Allah’dan və O’nun ayələrindən davamlı uzaqlaşdırır və onları Allah’a üsyan edən insanlara çevirir.
Əlbətdə şeytanın Allah’dan ayrı, müstəqil bir gücü yoxdur. Şeytanı da Allah yaratmışdır və ancaq Allah dilədiyi üçün insanlara düşmən olmuşdur. Allah diləmədikcə də insanlar üzərində müstəqil bir gücü ola bilməz. Allah’ın “Şübhəsiz ki,şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsi ilə bildirdiyi kimi, şeytanın hiyləsi möminlər üçün çox zəifdir. Allah şeytanı da möminlər üçün bir imtahan vəsiləsi olaraq yaratmışdır. Ona tabe olanlar doğru yoldan uzaqlaşacaq, vicdanlarının səsinə tabe olaraq Allah’ın rizasına uyğun hərəkət edənlər isə xilas olacaqlar.