DÜNYA BU DƏQİQƏ TAHA SURƏSİNİN 124-CÜ AYƏSİNİN HÖKMÜ ALTINDADIR
(Taha surəsi, 124)
“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.
Şeytandan Allaha sığınıram: “Kim Mənim Zikrimdən üz döndərsə”, deyir Allah, yəni, Allahı xatırlamazsa, Qurana yaxınlaşmazsa, mehdiyyəti sevməzsə, İsa Məsihi sevməzsə, Allahın əxlaqı ilə insanların əxlaqlanmasını istəməzsə, əmri bilmaruf, nəhyi anilmünkər etməzsə yəni, yaxşı olanı izah edib pis olan, yanlış olanlardan insanları nəhy etməzsə (çəkindirməzsə) Allah: “onun” -deyir, “güzəranı sıxıntılı olacaq”. Nə deməkdir? İqtisadi böhran. Əksi ola bilməz. Dünya bu dəqiqə bu ayənin hökmü altındadır. Nə deyir Allah; "Kim Mənim Zikrimdən üz döndərsə”, Məni xatırlamazsa deyir, Qurana uymazsa, Quran əxlaqı ilə yaşamazsa “onun güzəranı sıxıntılı olacaq”. Uyarsa bərəkət var, əgər uymazsa sıxıntı. Bu dəqiqə dünya bu bəlanın içinə girdi. Dünya heç cür anlaya bilmir bunu. Yunanıstan, İspaniya, İtaliya, Fransa, Hollandiya hamısı bu bəlanın içindədir bu dəqiqə. Bütün elm adamları ayaqda, iqtisadiyyatçılar ayaqda. Sərmayəçilər ayaqda. “Nə etmək lazımdırsa edək. Pul mu çap ediləcək, edək” deyirlər. Zərbxanalar trilyon hesabı ilə pul çap edir. “Pulu çap etdik” deyirlər, banklara paylayırlar. “Hadi” deyirlər, "Bir canlanın". Ölü. Ayağını dartırlar, ölü. Ayağını dartırlar, ölü. Çünki möcüzə meydana gəlir. Çünki Allahın bu hökmü yaranır. Bax deyir ki; “onun güzəranı sıxıntılı olacaq”. Bunu Allah möcüzə olaraq meydana gətirir. Elm adamları bu an həll tapa bilmirlər. Yəni, niyə iqtisadi böhran oldu, onu da başa düşmürlər. Nə vaxt aradan qalxacaq, onu da başa düşə bilmirlər. Mən 2014-cü il dedim, bütün dünya onu qəbul etdi. Bütün dünya mənim sözümü qəbul etdi; 2014-cü ilə qədər. Oradan bir ümidləri var. Amma bax, bir də şərt qoydum mən; Allahı anmağa başlasalar 2014-cü ildən etibarən. Mehdiyyətə tabe olsalar, İsa Məsihə tabe olsalar aradan qalxacaq. Yoxsa sürünməyə yenə davam edərlər. Amma, 2014-cü il cəzanın bitmə tarixidir. Amma şərtli. Əgər vaz keçsələr, 2014-cü ildən sonra həll olunacaq. Əgər vaz keçməzlərsə, bəla artaraq davam edəcək.
PEYĞƏMBƏR ƏFƏNDİMİZ (S.Ə.V)-İN İRQÇİ ZEHNİYYƏTİN DİNİMİZ TƏRƏFİNDƏN QADAĞA OLDUĞUNU BİLDİRƏN HƏDİSİ ŞƏRİFLƏRİ
Peyğəmbərimiz (s.ə.v): “Rəbbiniz də birdir, atanız da birdir. Dininiz və peyğəmbəriniz də birdir. Ərəbin Əcəmə, Əcəmin Ərəb üzərində bir üstünlüyü yoxdur. Yenə qızılın qara üzərinə, qaranın da qızıl üzərində bir üstünlüyü yoxdur. Heç bir millətin digərinə üstünlüyü yoxdur. Yalnız təqva baxımından biri digərinə üstün olar” -deyir.
“İrqçiliyə, qohumbazlığa çağıran bizdən deyildir” –deyir Peyğəmbərimiz (s.ə.v).
“İrqçilik üçün savaşan bizdən deyildir. İrqçilik uğruna, qohumbazlıq uğruna ölən bizdən deyildir”. (Müslim)
Rəsulullah (s.ə.v)-ə sual verildi: "İnsanın öz soyunu, sülaləsini (qövmünü, ulusunu) sevməsi qohumbazlıq (qövmiyyətçilik, irqçilik) sayılır mı?" Hz. Peyğəmbər bu cür cavab verdi: "Xeyr”. İnsan qövmünü sevə bilər, millətini sevə bilər. Sevməlidir də. “Lakin insanın qövmünə zülmdə yardımçı olması qohumbazlıqdır/qövmiyyətçilikdir". (Əhməd ibn Hanbel, 4/107, 160; İbn Mace, Fiten 7, hədis no: 3949) Əgər zülm edirsə, dəstəkləsən o zaman irqçilik olar deyir.
HÖRMƏTLİ ADNAN OKTARIN YUSİF SURƏSİNDƏN AYƏ TƏFSİRLƏRİ
(Yusif surəsi, 87)
Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.
“Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. Allahın rəhmətindən ümid kəsmək haramdır.
“Ey oğullarım! Yusifdən və qardaşından xəbər tutmaq üçün yola düşün”. Mehdi (ə.s)-dan və hz.İsa (ə.s)-dan bir xəbər gətirin. Onlar nə deyir? İkisi də yoxdur. Axırzamanda nə deyirlər bu dəqiqə? Hz. Mehdi (ə.s) da yoxdur, İsa Məsih (ə.s) da yoxdur. Allah nə deyir ayədə; “Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər". Axırzamanda insanlar Mehdi (ə.s)-ın çıxışından ümid kəsəcəklər. Peyğəmbərimiz (s.ə.v); “Zaman elə uzanacaq ki, artıq ümidlərini kəsəcəklər. Mehdi (ə.s) filan yox imiş deyəcəklər” -deyir. Ayədə də var ümid kəsmə ilə bağlı. Hətta, “Peyğəmbərlər, Allahın fəthi nə zaman dedilər? Allahdan gələcək qurtuluş nə zamandır dedilər” -deyir.
Yusif surəsində mehdiyyətə çox əhatəli işarə edilir. Yusif surəsinin əsl məqsədi bir istiqaməti ilə mehdiyyəti izah etməkdir, inşaAllah.
(Yusif surəsi, 89)
O dedi: “Sizin nadanlığınız dövründə Yusifə və qardaşına nələr etdiyiniz yadınızdadırmı?”
İndi də möhvumatçılar, cahillər ikən Mehdi (ə.s) və hz. Məsih (ə.s)-a qarşı nələr etdiklərini görürük. Məhz “Mehdi (ə.s) çıxmayacaq, İsa Məsih (ə.s) enməyəcək”. Gecə-gündüz eyni şeyi söyləyirlər. “Sizin nadanlığınız dövründə Yusifə və qardaşına nələr etdiyiniz yadınızdadırmı?” Onsuz da Mehdi (ə.s)-ın Tövratda keçən bir adı da Yusifoğlu Məsihdir.
(Yusif surəsi, 90)
Onlar dedilər: “Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
“Yoxsa sən özün Yusifsən?” Biz də Mehdi (ə.s)-ı gördüyümüzdə həqiqətən Mehdi (ə.s) mı deyəcəyik, inşaAllah. “Onlar dedilər: “Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm”” -deyir. Yusif adında da xüsusi bir işarə var təbii ki. “… bu da qardaşımdır”. İnşaAllah o da İsa Məsihə baxır. “Allah bizə mərhəmət etmişdir”. Mehdi (ə.s)-a və İsa Məsihə Allah lütf edir. “Kim Allahdan qorxsa”. Halala, harama diqqət edər “və səbir etsə”. Səbirli olmaq, səbrdə qərarlı olmaq. “Allah yaxşı iş görənlərin mükafatını puç etməz". Allah, o səbrin qarşılığını boşa çıxartmaram deyir.
(Yusif surəsi, 91)
Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”.
“Onlar dedilər: “Allaha and olsun ki”, Həm də Allah adına heyrət deyirlər o dövrün möhvumatçıları. “Allah səni bizdən üstün tutmuşdur.” Təəccüblənirlər. Allah səni necə Mehdi (ə.s) elan etdi, necə Mehdi (ə.s) seçdi deyə hz. Yusif (ə.s)-a heyrət edirlər. “Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”. Sonra demək ki möhvumatçılar də xətaya düşdüklərini başa düşəcəklər. Quran ona işarə edir.
(Yusif surəsi, 92)
Yusif dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir”.
“Yusif dedi:” O dövrün mehdisi hz. Yusif (ə.s): “Bu gün siz qınanılmayacaqsınız”. Yəni, “Nə ifadənizi alacağam, nə ifadə aldıracağam nə də qınama, yəni əleyhinizdə bir yol olmayacaq. Ədavət aparmayacağam sizinlə, sizə intiqamla yaxınlaşmayacağam” -deyir. “Allah sizi bağışlasın!” -deyir mərhəmətli olduğu üçün. “O, rəhm edənlərin ən rəhmlisidir”. Allahın mərhəmətini xatırladır.
(Yusif surəsi, 93)
“Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”.
Mehdi (ə.s) da, hz. İsa Məsih də gələndə yanlarında Müqəddəs Əmanətlər olacaq, inşaAllah. Mehdi (ə.s)-ın üzərində Peyğəmbər Əfəndimiz (s.ə.v)-in hırkası olacaq. O hırka, buradakı köynəyə uyğun gələn ifadədir. “Bu köynəyimi aparıb atamın üzünə atın”. Demək ki, paltar bir yerdən bir yerə gedəcək, inşaAllah. “… atamın üzünə atın”. Demək ki, Peyğəmbərimiz (s.ə.v)-in hırkası mübarək bir əmanət olaraq Mehdi (ə.s)-ın əlində olacaq və Mehdi (ə.s) onu uğur sayaraq, sevgisini ifadə edici şəkildə üzünə çəkəcək. Demək ki, bu bir sevgi ifadəsi olacaq. Demək ki, Hırkayi Şərifi Mehdi (ə.s) öpəcək və üzünə çəkəcək. “… gözləri açılsın”. Məhz o zaman insanların bəsirət gözü açılacaq. Bütün insanlıq o möhtəşəm hadisənin qarşısında Mehdi (ə.s)-ın həqiqətən zühur etdiyini başa düşəcək. Çünki Peyğəmbərimiz (s.ə.v)-in hırkasını bir insan öpür və üzünə çəkir. Ona nəsib olur bu. Və o hırkanı geyinir. Elə o zaman ümmətin gözü açılacaq. Mənəviyyat gözü açılacaq, inşaAllah. Ona işarə edir. “Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Demək ki, bütün alimlər, üləma gələcək bu mərasimi görmək üçün. Ayənin işarəsi.
(Yusif surəsi, 94)
Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”.
Yəni, Yusif (ə.s)-ın qoxusunu alıram. Demək ki, Mehdi (ə.s)-ın özünə xas bir qoxusu olacaq, uzaqlardan belə hiss ediləcək bu. İkincisi qoxu nəqli mümkün olacaq. Elmi olaraq bu ediləcək ki, bu dəqiqə elə bir çalışma var onsuz da. Qismən uğurlu oldular. "Bircə məni ağılsız saymayaydınız,” Demək ki, Axırzamanda bəzi dəyərli alimləri, bəzi çirkin insanlar ağılsızlıq ilə ittiham edəcəklər. Demək ki, bu cür bir məntiqdə olan insanlar olacaq. Məsələn, dəyərli şeyxlərə, dəyərli mürşidlərə, dəyərli böyük alimlərə Axırzamanda ağılsız iftirası atıldı bilirsiniz. Ən başda, haşa dəli olmadan və hər cür əskiklikdən hocamızı tənzih edirik Şeyx Nazim hocamıza deyil mi? Çox çirkin şəkildə.
(Yusif surəsi, 95)
“Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən”.
Demək ki, alimlərə qarşı dik başlı olan, alimlərin qiymətini bilməyən, onlara hörmətdə və ədəbdə qüsur edən bəzi insanlar olacaq. Sözünü bilməyən, çirkin insanlar olacaq.
(Yusif surəsi, 96)
Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”
“Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı”. Demək ki, İslam aləmində də o hırkanın Mehdi (ə.s)-ın üzünə uğur sayaraq, sevgi ifadəsi ilə dəyməsi ilə, Mehdi (ə.s)-ın hırkanı öpməsi və üzünə çəkməsi ilə bir fərahlıq, coşğu və rahatlıq olacaq, inşaAllah. O dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?” Yəni, “Allah mənə ilham etdi. Mən də bildirdim” -deyir. Bəzi alimlər, məsələn, Bədiüzzamanda olduğu kimi insanların bilmədiyi məlumatlar onlara ilham olaraq verilə bilir. Bunu gördük. Feili olaraq da isbatlıdır, hərkəsin bildiyi bir şeydir.
(Yusif surəsi, 97)
Onlar dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz günahkar olmuşuq”.
Məsələn, bu səmimi bir üslubdur. Xətaya düşdüyünü sonunda qəbul edir. Təkəbbür göstərmir. Və möminlərin günahlarının bağışlanmasını diləməklərinin gözəl bir ibadət olduğuna da Quranda işarə edilmiş olur.
(Yusif surəsi, 98)
"O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
Amma, baxın, Peyğəmbər İsrail yəni, Yaqub (ə.s) deyir ki; "Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm”. Daha qənaəti gəlməmiş demək ki. Hələ onların səmimiyyətini sınayır. “Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. Allahı da tərifləyir. Allahın bağışlayıcı olduğunu və əsirgəyici olduğunu söyləyir. Amma, bu dua üçün onların daha uyğun olmadığı qənaətindədir.
(Yusif surəsi, 99)
Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”
“Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi”. Demək ki, mehdiyyət dövründə bu cür coşğulu sevgilər olacaq. İnsanlar bir-birlərini bağırlarına basacaqlar, sarılacaqlar. Bu dəqiqə bu cür bir sevgi anlayışı yoxdur. Amma Axırzamanda olacaq. “… dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” Demək ki, hər yer təhlükəsiz olacaq. İnsanlar rahat şəkildə küçələrdə hüzur içərisində, can qayğısı olmadan, hər hansı bir qayğı çəkmədən gəzəbiləcəklər.
(Yusif surəsi, 100)
O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.
“O, ata-anasını taxtın üstündə əyləşdirdi”. Demək ki, mehdiyyət dövründə də taxt olacaq, gözəlliklər olacaq. Mebel gözəl olacaq. Saraylar olacaq, ehtişam olacaq. Mehdiyyətin bir göstərişi və ehtişamı olacağını Qurandan başa düşürük. Taxtın zikr edilməsi, Süleyman (ə.s) qissəsində də eyni zamanda zikr edilməsi mehdiyyət dövründə taxt istifadə ediləcəyini göstərir. Bir nemət olaraq, bir gözəllik olaraq. “O, ata-anasını taxtın üstündə əyləşdirdi”. Demək ki, bu cür yüksək məqamlar, yüksək məqamı ifadə edən yerlər sevdiklərinin o bölgəyə, oraya gəlməsi halında əgər təklif edilirsə, bu bir gözəllikdir. Məsələn, Baş nazir nə edir? Uşaqlar gəlir, kreslosuna oturdur. Prezident nə edir? Uşaqlar gəlir, kreslosuna oturdur. Onları o cür orada qarşılayır. Bu bir nəzakətdir. Quran bu cür incəliklərin gözəlliyinə diqqət çəkir.