Körpələr niyə ölür? Körpələr onsuz da mələk kimi gəlir, mələk kimi də gedir. Axirətdə də, həyatları onsuz da mələk kimi olur. Uşaq ağlında, uşaq şirinliyində olurlar. Xüsusi yaradılırlar. Bir dəyişiklik yoxdur əslində. Dostlarımız zənn edirlər ki, bir dəyişiklik olur. Əvvəli də mələk kmi şirin olur, Allah qatında da elə olur.
Zər aləmındə, Allah: “Mən sənı vildan kimi yaratdım. qəbul edirsən?”-o da kiçik caniyla deyir: “Qəbul etdim ya Rəbbim”-deyir.
Onsuz da o, əvvəl orada olur. Dünyaya yenə vildan kimi gəlir, dünyadan vildan kimi alınır, cənnətə gedir. Lakin fərqli şəkildə. Yəni zər aləmində bir cür olur, dünyada da daha fərqli şəkildə olur. Yalnız görünüşü dəyişər, ruhu dəyişməz. Həmişə eyni vildan olar, həmişə vildandır. Vildan kimi gələr, vildan kimi də gedər. Sonsuza qədər vildan olar. Amma anası, atası təvəkkül etməlidirlər. “Ya Rəbbim, Sən bunu vildan yaratdın, vildan gətirdin, vildan apardın. Mənə mal gəldi” deməməlidir. Anası, atası “mən yaratdım” deməməlidir. Onlar yaratmadı, Allah yaratdı. Ananın, atanın heç bir təsiri yoxdur. Varmış kimi göstərilər, amma Allah yaradar. Bütün insanları Allah yaradar. Allah deyir: “Mən, vildanımı görün deyə göndərdim. Səbr etsəniz axirətdə də, sizi qarşılayacaq. Cənnətdə o, sizin vildanınız olacaq” -deyir. Mövzu budur.