Hörmətli Adnan Oktarın yeni şərhləri (15 Noyabr 2013; 23:30)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (15 Noyabr 2013; 23:30)

1413

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS ŞƏRHLƏRİ

 

 

Qaybet Tusidə, İmam Məhəmməd Baqir (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in nəvələrindən, bildirmişdir: Ameli Sadık: Talikanidən, Jaludidən, Hişam ibn Caferdən, Hammaddan, Abdul ibn Süleymandan belə söylədiyi rəvayət edilmişdir: ''Uca Allah İsa Məsihə deyər ki: İsa, səni göyə yüksəldəcəyəm və sonra səni dünyanın son zamanlarında (Axırzamanda) yer üzünə endirəcəyəm ki, sən də o ümmətinin yaşadığı fövqəladə hadisələrə şahid ol və ona (Mehdiyə) Dəccal ilə savaşında yardım et. Əsil mübarizə aparan kimdir? Hz. Mehdi (ə.s). İsa Məsih (ə.s) nə edir? Mübarizədə yardımçı olur. Allah o şəkildə vəzifələndirmiş.

 

''Səni namaz vaxtında göndərəcəyəm ki, onlarla birlikdə namaz qıla biləsən, çünki onlar (Mehdi və tələbələri) özlərinə ilahi rəhmətin çatdığı insanlardır.'' Səni namaz vaxtında tanışdıracağam, deyir. Onlar namaz qılarkən, birlikdə namaz qılman üçün.

 

İbn İsadan, İbni Esbetdən, belə söylədiyi rəvayət edildi: İmam Əli Rza (ə.s) dedi ki: ''İmam Qaim (Mehdi) (ə.s)-ın, Süfyan gəlmədən əvvəl mi zühur edəcəyini düşünürsünüz? Elə olmayacaqdır. İmam Qaim (Mehdi)-nin zühuru Süfyanın çıxışından sonra həyata keçəcəkdir.'' Əvvəl Süfyan çıxacaq, sonra hz. Mehdi (ə.s) çıxacaqdır, deyir. “Süfyanın çıxışı və Qaim hz. Mehdi (ə.s)-ın çıxışı qaçınılmazdır” deyir. Hər ikisi də olacaqdır, deyir. Süfyanın çıxacağı yer olaraq Şam müəyyənləşdirilmişdir. Yəni, bu Hafiz Əsəddir. İndi də, oğlu eyni fitnəni, qarışıqlığı davam etdirir.

 

''Allah insanlar nəzdində həlim olan Qaim Məhəmməd Mehdini tələbələri ilə birlikdə göndərir.'' Yəni, sırf hz. Mehdi (ə.s)-ı göndərmir Allah, tələbələrini də göndərir. İnsan zənn edir ki, yalnız hz. Mehdi (ə.s) göndərilir. Elə olmur. 300 tələbəsi də göndərilir, 313. Allah onu, tələbələri ilə təvafüq kimi rastlaşdırır. Kimi ilə küçədə qarşılaşdırır, kimi ilə bir başqa cür qarşılaşdırır. Başa düşmür onlar. Halbuki, hamısı bərabər gəlib onsuz da. “Ortaya çıxanda insanlar onların düşmənlərinin əlində bir müddət sonra yox olacaqlarını düşünərək vəziyyətlərinə kədərlənib ağlayacaqdırlar.” “Yazıq bu uşaqlara” deyirlər. Hz. Mehdi (ə.s)-a da eyni şeyi deyirlər. “Dəccaliyyət onları məhv edər, həbsə atar, çürüdər, öldürər, iftira atar. Məhv edər onları, müvəffəqiyyətli ola bilməzlər” deyirlər. “Onların düşmənlərinin əlində bir müddət sonra yox olacaqlarını düşünərək” mütləq dağıdılacaqlarını, “ayaqda dura bilməz bunlar” deyirlər.  “Mütləq yox olacaqlarını düşünərək vəziyyətlərinə kədərlənib ağlayacaqdırlar.”

 

“Nə var ki, Allah onlar (Mehdi və tələbələri) üçün dünyanın şərqlərini və qərblərini fəth edəcəkdir”, mənəvi olaraq. “Bilin ki, onlar həqiqi inananlardır.” Bax, “İnanan” demir, həqiqətən iman edənlərdir. Çünki həqiqətən iman edənlərə Allah dünyanın idarəsini nəsib edir. Siyasət sahibi olmaq, təsislər sahibi olmaq, imkanlar sahibi olmaq, çox insana sahib olmaq; bununla əlaqəsi olmur. Məsələn, hz. Yusif (ə.s) tək başına idi. Allah onu bütün o bölgəyə sultan etdi. Məsələn, Zülqərneyn də tək insan idi, Allah ona bir əhatə yaratdı. Qısa müddətdə dünyaya hakim oldu.  Süleyman (ə.s) da yalnız idi, qısa müddətdə hakim oldu. Çünki həqiqi inananlar. Həqiqi inanır, çox imanlıdır. Onun üçün Tövratda keçər. Məsələn, on nəfər olarsa, həqiqətən inanan, Allah İslamı dünyaya hakim edəcəyəm, deyir.

 

Onlar həqiqi inananlardır. Bilin ki, cəhdin (səyin) ən yaxşısı Axırzamanda ediləndir.” Peyğəmbərimiz (s.ə.v) söyləyir; “Cəhdin, səyin, savaşın ən yaxşısı Axırzamanda ediləndir.” Hansı zamanları nəzərdə tutur? Bütün dünya zamanlarına görə söyləyir. Bütün dünya zamanlarına görə ən yaxşı zaman o zamandır deyir, yəni, Axırzaman. Çünki ən çox savab, ən çətin zamanda qazanılır. 

 

 

“Ey Cabir! Sənə izah edəcəyim bu əlamətlərə çatana qədər gözlə. Ey Cabir! O il dünyanın şərqinin hər yerində ixtilaflar çıxacaq. Viran olacaq ilk torpaq, Şam torpaqlarıdır.”

 

Allah Allah! Bax, görürsənmi, nə qədər təfərrüatlıdır. “Şam torpaqları” yəni, Suriya “viran olacaq” deyir. İndi viran olma tam mənası ilə həyata keçdi. Suriyanın hər yeri virandır. Hər yeri uçub-dağılıb, pərişan vəziyətdədir. Tamamilə hədisin izahı necə olur? Peyğəmbərimiz (s.ə.v) o səhnəni görür. Gördüyünü söyləyir. Zaman qalxır, görür. Şam torpaqları gözünün önündə olur. Onu izah edir. Və yaxud Cəbrayıl (ə.s) söyləyir, o şəkildə.

 

“Məhz minlərlə insan təchizatını geyinib, hər kəs qruplara ayrılanda, fitnələr çıxacaq, insanlar həlak olacaq. Sonra, arzulanan Qaim, İmam Mehdi qiyam edəcək, şərəf və fəzilət baxımından onun kimi övlad yoxdur.”

 

MaşaAllah. Peyğəmbərimiz (s.ə.v)-in ən sevdiyi övladıdır o. “Şərəf və fəzilət baxımından onun kimi övlad yoxdur” deyir. Mehdi (ə.s) gəlib-keçmiş ən böyük vəlidir, Peyğəmbərimiz (s.ə.v)-in ifadəsi ilə Hateme Vəli, son vəli və ən böyük vəlidir. “Məhz minlərlə insan təchizatını geyinib, hər kəs qruplara ayrılanda” İndi Suriyada nə edirlər? Təchizatını geyinir; mərmilər üstlərində, maşınlı tüfənglər, bombalar. Və qruplara ayrılmış vəziyətdədirlər. Minə yaxın qrup var aralarında. “Fitnələr çıxacaq” Bax, savaş, qarışıqlıq, bir-birləri ilə mübarizə. “İnsanlar həlak olacaq.” Həlak; ölmələri, yaralanmaları, ac-susuz qalmaları, pərişan olmaları. “Sonra arzulanan Qaim, İmam Mehdi qiyam edəcək” Gözlənən Rəsullullah (s.ə.v)-in nəvəsi, imam Mehdi (ə.s) zühur edir. “Şərəf və fəzilət baxımından onun kimi övlad yoxdur.” Peyğəmbərimiz (s.ə.v)-in açıq ifadəsi, 1400 il əvvəl. Tövratda da bu şəkildə keçir. Gəlib-keçmiş ən böyük vəlidir, inşaAllah.

 

 

“Mehdi insanlara və cinlərə qalib gələcək. Və heç bir yeri əkilməmiş buraxmayacaq. Mehdinin zamanına çatanlara və Mehdiyə qoşulub onun günlərini görənlər necə xoşbəxtdir.”

 

“Mehdi insanlara və cinlərə qalib gələcək.” İnsanlara nə ilə qalib gəlir? Elmlə, irfanla. Cinlərə nə ilə qalib gəlir? Elmlə, irfanla. “Və heç bir yeri əkilməmiş buraxmayacaq.” Mən belə, Mehdi qabaqcılıyam, həqiqətən, boş bir torpaq gördüyümdə, bilirsiniz məni, mütləq əkilməsini istəyərəm. Kiçik bir yer belə olsa, mütləq ya bir meyvə ağacı, ya da ki, bir çiçək. İnsan, o mehdiyyət tərbiyəsini fitrətən almışdır. Deməli, qabaqcılı olaraq, hz. Mehdi (ə.s)-ın tələbəsi olaraq, məndə belə varsa, bu, hz. Mehdi (ə.s)-ın nə qədər diqqətli olacağını, boş heç bir yer buraxmayacağını, hər yerin yaşıllanacağını başa düşməmək imkansız kimi, inşaAllah. 

“Mehdinin zamanına çatanlara və Mehdiyə qoşulub onun günlərini görənlər necə xoşbəxtdir.” Gününü görmək ayrı bir gözəllikdir, amma, qoşulanın savabının ölçüsü yoxdur. O ayrıdır, hədislərdə Peyğəmbərimiz (s.ə.v) tərəfindən israrla təriflənmişdir. Səhabələrə; “Sizdən bir nəfərin aldığı savabın əlli mislini alacaqlar” deyir. Səhabələr təəccüblənirlər; “Ya Rəsullullah, biz sənin yanındayıq, bu qədər çətin hadisələr olur. Bu niyə?” deyirlər. “Axırzaman çox çətindir” deyir Peyğəmbərimiz (s.ə.v). Baxırıq; min cür fitnə, min cür fəlsəfə, min cür pozğun inanc, internet, radio, televizor kanalı ilə bütün dünyaya izah edilir. Mehdiyyət də bir ovuc, çox kiçik, var gücü ilə onlara qarşı savaşır. Savabı çox olar təbii ki, o zaman. 

 

“Hz. Əli (ə.s)-ın nəvələrindən Əl Qaim, Əl Mehdi dünyanı başqa bir dünyaya çevirəcəkdir.” Müstəqilliyin, azadlığın olduqca geniş olduğu, nəşənin, sevincin olduqca geniş yayıldığı, təhlükəsizliyin tam olduğu, kimsənin kimsədən qorxmadığı, sadəcə Allahdan qorxulan bir sistem dünyaya təqdim edəcək Mehdi (ə.s). 

 

Kəbənin altında xəzinə olduğunu söyləyir Peyğəmbərimiz (s.ə.v). Daha o heç bilinməyən bir şeydir. Kim bilir nə çıxacaq? Mehdi (ə.s) dövründə, Kəbənin altında axtarış aparılacaq. Kəbənin altında, on min il, on beş min il, iyirmi min il əvvələ aid məlumatlar tapacağıq. O dövrə aid qalıntılar tapacağıq. O dövrdə də insanların inandığı tək Allah inancı olduğunu görəcəyik. Bunlar çox önəmli dəlillərdir. 

 

Qarşımızdakı günlərdə daha bir quyruqlu ulduz çıxacaq və çox böyük bir quyruqlu ulduz olacaq. Əhəmiyyətli bir quyruqlu ulduzdur. O da diqqəti çəkəcək bir əlamət olacaq. 

 

“Görünüş, xarakter və nəciblik baxımından İsa Məsihə ən çox bənzəyən Əl-Qaim (Əl-Mehdi)-dir.”

Bəli, İsa Məsihin gözləri bozdur, Mehdi (ə.s)-ın gözləri də yaşıl olacaq. Oradan bənzəyir. İkisinin də burnu kiçikdir. İsa Məsih kiçik və kübar üzlüdür; hədislərdə elə keçir. Amma, Mehdi (ə.s) boydan-boya geniş bir insandır. İsa Məsih elə deyil, incə bellidir. Onsuz da Məsih adının bir mənası da incə belli mənasını verir. O da orta boyludur. İsa Məsihin barmaqları incə və uzundur. Amma, çillidir, həm burnu çilli, həm də ayaqlarına qədər çillidir, deyir Peyğəmbərimiz (s.ə.v). Çox kəskin baxışlıdır, ona görə çox diqqət çəkir İsa Məsih. Dəhşətli dərəcədə zəkalı və çox ağıllı bir insandır. 

 

“Peyğəmbər–səllallahu əleyhi və səlləm-in yolundan gedəcəkdir. O heç yanılmayacaqdır.” İnsanlar onu tənqid edəcək, “Nə qədər yanılırsan, nə qədər yanlış hərəkətlər edirsən, nə qədər yanlış yoldasan” Halbuki doğrudur. “Çünki onun görmədiyi yerdə doğruldan mələyi vardır.” Bir mələk həmişə onun yanındadır. Bir səhv etməyə meyli olsa, dərhal mələk müdaxilə edir, izin vermir səhv eməyə. Bir vəsilə ilə doğrunu etdirir. Mehdi (ə.s) “Xəstəni belində daşıyacaq,” Xəstənin hər cür vəziyyəti ilə maraqlanacaq mənasındadır. Belində daşımaq çox çətindir. Yəni, iflic olan xəstələrə, ağır xəstələrə kömək edəcək mənasındadır. “Zəifə kömək edəcək,” maddi və mənəvi olaraq. “Qonaqpərvər olacaq.” Qonaqlara doymayacaq, həmişə qonaq çağıracaq.  “Haqqı ayaqda tutanlara kömək edəcək.” İslamı təbliğ edən, Qurana sahib çıxan insanlara kömək edəcək. “Dediyini edəcək.” Yəni, sözündə duracaq Mehdi (ə.s). Sözündən qaçması deyə bir söhbət yoxdur. “Bildiyini də söyləyəcək.” Doğru və mərd olacaq. Nədirsə bildiyi, onu gizlətməyəcək. Kitabları ilə, CD-ləri ilə izah edəcək. “Allah ona o qədər güc verəcək ki, bir gecə içində zülmü ortadan qaldıracaq.” Hər kəs əl çəkir o gecə Allahın izni ilə. Zülmü və zülm edənlərin özünü elm ilə ortadan qaldırmış olur. “Dini dirçəldəcək, İslamı canlandıracaq.” Yəni, gücləndirəcək, genişlədəcək.  “Fikir verilməyən hala gəldikdən sonra İslama təkrar qiymət qazandıracaq, daha əvvəl insanlar “Müsəlmanıq” deməyə utanarkən, İslamofobiya geniş yayılmışkən, müsəlmanlıq ilə öyünəcək hala gələcək insanlar. İslamın ölümündən sonra onu təkrar dirildəcək.” Müsəlmanlıq insanların dilində qalmışkən, bir çox məzhəblərə ayrılmış, paramparça olmuş, xurafat bataqlığında əzilərkən, Mehdi (ə.s) müsəlmanları o ölüm batağından çıxarır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr