PEYĞƏMBƏRİMİZ (S.Ə.V) İLƏ ƏLAQƏDAR RƏVAYƏTLƏR
Rəsulullah (s.ə.v) gecənin sonu da olsa, gözəl bir qoxu ilə ətirlənib elə çıxarmış. Mütləq ki, gözəl qoxu.
“Onun bir sürmə qabı var idi. Yatmazdan əvvəl hər iki gözünə sürmə çəkərdi.” “Başını sidr ilə yuyar və yüngül qoxulu müşk ilə ətirlənərdi.” Ağır iyi yoxdur, müşk qoxur saçı. Duşdan sonra Peyğəmbərimiz (s.ə.v) müşk qoxur.
“Gecənin əvvəlində yatar; axırında ayıq olardı” Gecədən bir az əvvəl yatır; amma axırında, saat 3-4-ə kimi, 5-ə kimi oyaq olur Peyğəmbərimiz (s.ə.v).
“Rəsulullah (s.ə.v) o, təzə qovunu sevərdi.” O isti yerdə, fövqəladə rahatladıcıdır, qoxusu da gözəldir.
“Ondan daha çox müşavirə edən bir kimsə görmədim.” Bax, peyğəmbər olduğu halda, hər kəsə sual verir. “Sənin qənaətin nədir?” Bir mövzu olan kimi hər kəs ilə müzakirə edir, danışır.
“Ondan bir şey istəniləndə, onu əsla rədd etməzdi.” Çox gözəl xasiyyətli, sevgi dolu. Hörmət əlaməti olaraq, ayıb olmasın deyə, bir şey dediklərində mütləq onu yerinə yetirir Rəsulullah (s.ə.v).
Sevdiyi bir şeyi gördüyü zaman Allaha həmd edərmiş. Məsələn, bir yemək, gözəl bir çiçək, gözəl bir insan görəndə Allaha həmd edərdi, deyir, “Əlhəmdülillah.”
“Onun sözləri tək-tək idi. Qulaq asan hər kəs başa düşərdi. Güzgüyə baxanda, Allahım yaradılışımı gözəlləşdirdiyin kimi əxlaqımı da gözəlləşdir” deyərdi, deyir. Hər güzgüyə baxanda, Allaha həmd edir.
“Rəsulullah (s.ə.v) bir xəstəni ziyarət edəndə əlini ağrıyan hissəyə qoyar, “Bismillah, bir şey yoxdur” deyərdi.” Xəstə özünü sıxar, onlar da bir şey var zənn edib, narahat edirlər xəstəni. Peyğəmbər (s.ə.v) “Bir şey yoxdur” deyəndə, həqiqətən, xəstənin ürəyində, üzərində bir rahatlıq yaranır. Üstündəki ağırlıq yox olur, bu Peyğəmbərimiz (s.ə.v)-in çox açıq görülən bir möcüzəsidir. Bu doğru olan bir sözdür.
“Ən çox sevdiyi içkilər soyuq və şirin olan içkilər idi.” Hava isti olduğu üçün rahat və soyuq olan şeyləri sevir.
“Mehdi (ə.s)-ın qövmü, Axırzamanda gələcək. Onlar payız buludları kimidirlər. Hər qəbilədən bir, iki, üç və axırda sayları doqquz nəfərə çatacaqdır.” Doqquz rəqəmi ilə bağlı əlaqə var. “Allaha and olsun ki, mən onların əmirlərini, adını və gedəcəkləri yerləri tanıyıram. Sonra ayağa qalxaraq belə buyurdu: Baqir, Baqir, Baqir. Sonra belə buyurdu: “O mənim nəslimdən biridir. Hədisləri yaracaqdır.” Yəni, hədisləri şərh edəcək, açıqlayacaq, xurafat olan hədisləri ayıracaq, doğru olan hədisləri insanlara bildirəcək.
“Allahın Rəsulu çox yaraşıqlı və cazibədar idi. Mübarək üzü ayın on dördü kimi, bütöv ay kimi parlayardı.” Dərisi par-par parıldayırdı. Uzaqdan baxanda, həm nurlu görünər, həm də çəhrayı-ağ kimi par-par parıldayar. Peyğəmbərimiz (s.ə.v)-in başı böyük idi. Ümumiyyətlə, Peyğəmbərlərin başı böyük olur, hz İbrahim (ə.s)-ın da başı böyük idi. Saçı yüngül dalğalı idi; yəni, qalın, dolaşıq dalğalı yox, qıvırcıq yox, yüngül dalğalı idi. Saçlarını uzadan vaxt qulağının alt hissəsini keçərmiş.
“Ağ rəngli və geniş alınlı. Qaşları gur.” Çox gözəl, anadangəlmə incə burunludur.
“Qaşlarına yaxın hissədə yüngül bir yüksəklik, parıldayan bir nur var idi. Gur saqqallı, iri gözlü, düz yanaqlı, geniş ağızlı idi.” Rəsulullah (s.ə.v)-in ağzı iridir. Dişləri ağappaqdır, par-par parıldayır. Dişlərinin çox təmiz olması Peyğəmbərimiz (s.ə.v)-in məşhur xüsusiyyətidir.
“İki çiyin arası geniş. Biləkləri uzun. Təlaşsız; amma sürətli, sanki yoxuş aşağı yeriyirmiş kimi rahat yeriyirdi.” Geri dönərkən bütün bədəni ilə dönür, sadəcə boynunu çevirərək baxmır.
“Çox mənalı baxardı” deyir, baxışları dərin idi.
“Rastlaşdığı insana ilk salamı o verirdi.”
Rəsulullah (s.ə.v) danışıqlarında yarımçıq danışmazmış, bütün, başa düşülən, aydın danışarmış; eyhamlı və üstüörtülü deyil. “Özü söyləyir, yığcam danışırdı.” Danışarkən heç kimi alçaltmır.
“Sevincli olduğu zaman üzünün qıvrımları işıl-işıl nur saçardı.” Sevincli olduğunda üzü daha da parıldayır.
Camaatın qarşısına çıxacağı vaxt saçını və saqqalını darayır, özünə baxıb, elə çıxır. “Allah qullarından bacı/qardaşının yanına çıxarkən gözəlləşənləri sevər” buyururdu, deyir. Rəsulullah (s.ə.v)-in sünnəti; amma bu, bir mövhumatçı üçün çox qorxunc bir şeydir.
“Pisliyə pisliklə qarşılıq verməzdi, ancaq əfv edər, imtina edər və genişlik verərdi” deyir. Yəni, “Elə də etsən olar, belə də etsən olar.” Onu qurtaracaq bir üslubdan istifadə edərdi, deyir.
“İki əmr arasında sərbəst qalarsa asan olanı seçərdi.” Dini təhfif etmək yəni, dini asanlaşdırmaq. Rəsulullah (s.ə.v) “Asan olan hökmü seçərdi” deyir, çətini yox.
Bir dəfəsində hz. Aişə, həyat yoldaşı olduğu üçün Peyğəmbərimiz (s.ə.v)-ə “Məni sevirsən mi?” deyə sual verir. Əfəndimiz (s.ə.v) “Sevirəm” deyə cavab verir. “Necə sevirsən?” deyə soruşur hz. Aişə. Əfəndimiz (s.ə.v) də “Açılmaz düyün kimi sevirəm” deyir. Hz. Aişə zaman-zaman Əfəndimiz (s.ə.v)-ə “Açılmaz düyün nə vəziyyətdə, nə aləmdədir?” deyə sual verərdi. Rəsulullah (s.ə.v) analarımız ilə çox zarafatlaşardı.
HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ ŞƏRHLƏRİ
(Əhzab surəsi, 45-46) “Ey Peyğəmbər, həqiqətən biz səni bir şahid, bir müjdələyici və bir xəbərdaredici olaraq göndərdik.” Əbcədi 1997 tarixini göstərir. Əgər şəddəli olsa, 2034. 1997-ci ildən 2034-cü ilə qədər böyük bir inkişaf olacağı başa düşülür. İnşaAllah. “Və öz izni ilə Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik).” Bir şam olaraq göndərdik, amma nur saçır. Allaha, İslama çağırır.
(Saffat surəsi, 14) “Bir (ayə) möcüzə gördükdə isə ona istehza edib əylənirlər.” Bu küfrün əsas xüsusiyyətidir, həqiqətən, fikir verin, elə hey lağ edirlər. Normal danışmırlar. Nəyə görəsə, anormal və azğın bir baxış bucaqları var. Onlarla uyğun bir əlaqə yaratmaq mümkün deyildir. Həmişə lağ edirlər.
ALLAHIN MÖMİNƏ DƏYƏR VERMƏ SƏBƏBİ; ONUN DUASIDIR
“De: “Əgər duanız olmasaydı, Rəbbim sizə dəyər verərdi mi?” (Furqan surəsi, 77). Deməli, mömin üçün dua çox əhəmiyyətli olmalıdır, çünki Allahın möminə dəyər vermə səbəbi duadır.
“Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!"
Allah ya bir fəlakət verir, ya fəlakət yüklü bir qasırğa meydana gətirir, ya bir savaş, ya da ki, iqtisadi krizis yaradır. Dua tərk ediləndə fəlakət gəlir.
TƏKAMÜLÇÜLƏRƏ CAVAB; ALLAH, “KEÇMİŞDƏKİ ATALARINIZ DA DİNDƏN MƏSUL İDİ” DEYİR, “ONLAR MEYMUN İDİ” DEMİR
Firon deyir ki; “Ətrafındakılara dedi ki: "Eşidirsinizmi?" Ədabazlıq olsun deyə söyləyir. Onsuz da qışqıraraq danışır. Əgər sən eşidirsənsə, təbii ki, onlar da eşidir. (Musa) Dedi ki: "O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir." Firon həmişə keçmişi də soruşur. “Bəs, keçmişdəkilərin vəziyyəti nə olacaq?” deyir. Darvinistlər də deyir ki, “Keçmişdə atalarımız belə idi, elə idi, meymun kimi idi.” “Keçmişdə də insanlar var idi” deyir Allah, “Dindən məsul idilər, siz də dindən məsulsunuz.” “Keçmişdəkilər meymun idi” demir Allah.
QURANDA ORDULARA İSTİQAMƏTLİ İŞARƏLƏR VARDIR
“Süleymana cinlərdən, insanlardan və quşlardan ordular toplandı və bunlar dəstələr halında dağıdıldı.” Yəni, Quran əsgərlərin dəstələr halında olmasının lazım olduğuna işarə edir. Fərqli siniflər olması; məsələn, cinlər, insanlar və quşlar. Quşlar sanki, hava qüvvələrinə işarə edir, elə deyil? İnsanlar quru qüvvələrinə, cinlər də kəşfiyyat işçilərinə işarə edir. Çünki hz. Süleyman (ə.s) cinləri kəşfiyyatda istifadə edir. Məsələn, hz. Süleyman (ə.s)-ın dalğıc kimi fəaliyyət göstərən cinləri də var, o da dənizaltı, dəniz qüvvələrinə işarə edir. Yəni, əslində, Quranda hamısı izah edilib.
QURANA GÖRƏ, MÖMİNLƏR CAHİLLƏR İLƏ HƏMSÖHBƏT OLMUR, GÖZƏL BİR XİTABLA YANLARINDAN AYRILIRLAR
“Möminlər boş və xeyirsiz söz eşitdikləri zaman ondan üz çevirirlər. (Qəsas surəsi, 55) Televizorlarda boş və beyin yoran söhbətlər olur. Allah nə deyir? “boş və xeyirsiz söz eşitdikləri zaman ondan üz çevirirlər.” Qulaq asmazlar. Ciddiyə almazlar. “və: “Bizim etdiklərimiz bizim, sizin etdikləriniz isə sizindir; sizə salam olsun, biz cahilləri mənimsəmərik” deyərlər. Yəni, “biz oturub cahil adamlarla məşğul olmuruq; amma, sənə hörmətim var. Sənin etdiklərin sənin, bizim etdiklərimiz isə bizimdir. Sənə salam olsun.” Bax, gözəl bir xitab ilə ayrılır. Amma, həmsöhbət olmur, dava etmir, əsəbləşdirməyə çalışmır, hətta, onun fikrinə hörmət etdiyini də söyləyir. Müsəlman dostca: “Sizə salam olsun” deyir.
AXİRƏTDƏ, ALLAHIN RAZI OLMADIĞI İNSANLARIN XƏBƏR ALMA AZADLIQLARI YOX OLACAQDIR
“O gün xəbərlər onlardan gizli qalacaqdır.” Artıq, axirətdə internetden ya da ki ordan-burdan xəbər alma imkanları yoxdur. Nə televizoru açıb xəbərləri öyrənə bilər, nə də internetdən xəbərləri öyrənə bilər. Artıq axirətə keçib. “bir-birlərindən də soruşa bilməzlər.” (Qəsas surəsi, 66) Yəni, Allah deyir ki, nə olur, nə bitir, bu hadisələr nədir? deyə soruşa bilməzlər, ona da qadağa qoyur. Axirətdə xəbər alma azadlıqları yox olur.
AXİRƏTDƏ, İNKARÇILARIN AĞIZLARI MÖHÜRLƏNİR, ETDİKLƏRİNİ BƏDƏNLƏRİ İZAH EDİR
“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.” (Yasin surəsi, 65)
Axirətdə bütün hadisələri vücud orqanları izah edir. Ağızları möhürlənir, danışa bilmirlər. Vücudu danışır, yalan danışma imkanı olmur. Vücudundakı Allahın ağlı hər yerdə təcəlli edir.
HZ. İBRAHİM (Ə.S)-IN ÖZÜNÜ XƏSTƏ TANIDARAQ KÜFRÜN ƏLİNDƏN QURTULMASI LEDUN ELMİDİR
Hz İbrahim (ə.s), o zəmanənin azğınlarından, küfrdən canını qurtarmaq üçün; "Aləmlərin Rəbbi haqqındakı zənniniz nədir?" “Sonra ulduzlara bir dəfə baxdı.” "Doğrusu, mən xəstəyəm" dedi.” Halbuki, İbrahim (ə.s) xəstə deyildi. Amma, özünü xəstə kimi tanıdır və beləcə, hz. İbrahim (ə.s) canını qurtarmış olur. Hz. İbrahimin (ə.s)-ın üslubudur bu üslub. Ledun elmidir bu, incə elmdir. “Beləliklə, arxalarını çevirib ondan qaçmağa başladılar.” “Aman, aman” deyirlər, “Madam ki, belə bir vəziyyət var, barı, biz qaçaq” deyirlər. Bundan sonra onların ilahlarının yanlarına gedib: "Yemək yemirsiniz?" dedi. "Sizə nə olur ki, danışmırsınız?" Əvvəl “xəstəyəm” dedi, sonra isə hərəkətlərə başladı. Dedilər ki: "Onun üçün (uca) bir bina inşa edin, onu da dəlicəsinə yanan alovun içinə atın." “Beləliklə, ona bir tələ hazırlamaq istədilər.” Onu alov dolu binanın içinə atmaq istəyirlər. “...Biz də onları rüsvay etdik.” (Saffat surəsi, 98) Biz onları alçaltdıq, kiçik qıldıq deyir. Çünki axmaqca inanırlar onun “xəstəyəm” deməsinə. Bu ledun elminə inanırlar.