Kəhf surəsi
1- Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!
Allahın ilk diqqət çəkdiyi; Quran və Quranın yetərliliyidir. Bax, “heç bir nöqsana yol verilmədi” -deyir Allah. DÜNYADAKI PROBLEMLƏRİN HƏLLİ QURANIN YETƏRLİLİYİNİN QƏBUL EDİLMƏSI ÜSTÜNƏ QURULMUŞDUR. Quranın yetərliliyi qəbul edilmədiyi üçün dünyada bu qədər qarışıqlıq, bu qədər məzhəb, bu qədər camaat, bu qədər acı, bu qədər müharibələr olur. Əgər Quranın yetərliliyi qəbul edilər, Quranın dili səmimi anlaşılarsa heç bir şey qalmaz.
2- Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi.
“Dopdoğru bir kitabdır” -deyir Allah. Yenə Qurana diqqət çəkir. “Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq ...” ÇÜNKİ İNSANLAR ƏGƏR QORXUDULMAZSA, XƏBƏRDAR EDİLMƏZSƏ TƏKCƏ ALLAH SEVGİSİ İLƏ NORMAL HƏRƏKƏT ETMİRLƏR. Yəni cəhənnəm qorxusu olmadıqdan sonra namaz da qılmır, halala-harama da diqqət etmir. “Allah məni qoruyar necə olsa” -deyir, “Allah məni bağışlayar” -deyir. ALLAH QORXUSUNUN OLMAMASI SEVGİNİN, ŞƏFQƏTİN, AĞILIN BÜTÜN DƏRİNLİYİNİ YOX ETMİŞ OLUR. ALLAHDAN QORXULMAZSA İNSANİN ƏLİNDƏ OVCUNDA AĞIL QIRINTISI QALMAZ, Allahın diləməsi ilə. “... yaxşı (saleh) işlər görən möminləri” ən əhəmiyyətli kilid nöqtəni söyləyir Allah, arxasından. Saleh əməl, səmimi davranmaq. “... yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün”. İncilin mənası da müjdədir bilirsiniz. Müsəlmanlara müjdə vermək çox əhəmiyyətlidir. Mehdiyyətlə müjdə vermək, İsa Məsihin enişi ilə müjdə vermək, İslam Birliyi ilə müjdə vermək, cənnət ilə müjdə vermək, Allahın razılığı ilə müjdə vermək.
3- Möminlər orada əbədi qalacaqlar.
Allah əbədidir, Özü əbədidir, möminləri də Allah əbədi edir. Başlanğıcı var, sonu yox. Onsuz da Allahın ruhunu daşıyır mömin. Allahın ruhunu daşıyan bir şeyin sonlu olması mümkün olmaz. Çünki Allah “ruhumdan üfürdüm” -deyir. Ruhundan üfürdüsə bu varlığa sən sonlu desən haşa Allaha sonlu demiş mənasını verər. Çünki Allahın ruhunu daşıyır mömin. O zaman möminin sonsuzluğu aydın olur onsuz da Allahın bu ifadəsindən.
4- Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi.
Demək ki, xristianlarla ittifaq, xristiyanların düzəlməsi ilə İslam dünyaya hakim olacaq. Ən əhəmiyyətli kilid nöqtəyə, ən böyük fitnəyə Allah diqqət çəkir. Yəni xristianları Allah xəbərdar edir və cəhənnəm əzabı ilə qorxudur.
8- Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik.
Qiyamətdə meydana gələcək dünyanın halını izah edir Allah. Çünki dünya tamamilə dağılır, zəlzələnin təsiri ilə yaxşıca dağılır. Lakin kompleks quruluşunu itirmir. Yastılaşmaqla birlikdə dağılma olur. Yəni həm alovun dağılması həm o orta hissəsi od olaraq qalma torpaq hissəsi də dağılmış olur. Şoran bir torpaq ərazi meydana gəlmiş olur. Bu qiyamətdir, qiyamətdən bəhs edir Allah.
10- Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər.
Mağara, bir yerdə həyatı izah edən bir ifadədir. “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et”. Allahın rəhməti bir yerə hakim oldusa onsuz da mövzu bitər. Onun üçün Bismillahir Rəhmanir Rəhim deyirik. “... işimizdə bizə düz yol göstər!”. Demək ki, bir fəaliyyət göstərəcəklər, bir fəaliyyətləri var. Harada? Mağarada. Mağarada fəaliyyət olar bilərmi? Bir şey izah edilir burada. Bir məqsədləri var, bir idealları var.
11- Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).
BU DÜNYANIN EYNİ ZAMANDA BİR YUXU HALI OLDUĞUNA İŞARƏDİR. Çünki biz indi bir növ yuxu halındayıq. Hz. Əli də deyir, “Biz yatırıq indi, öldüyümüzdə oyanacağıq”. DÜNYA ÇOX KEYFİYYƏTLİ BİR YUXUDUR. KƏSKİN, ŞÜURU AÇIQ BİR YUXU GÖRÜRÜK.
12- Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.
HƏYATIN BİR YUXU OLDUĞUNA YENƏ ALLAH BURADA İŞARƏ ETMİŞ OLUR.