HƏQİQƏTƏN, BİZ SƏNƏ AÇIQ-AŞKAR BİR ZƏFƏR BƏXŞ ETDİK.ALLAH (BUNUNLA) SƏNİN ƏVVƏLKİ VƏ SONRAKI GÜNAHLARINI BAĞIŞLAYACAQ, SƏNƏ OLAN NEMƏTİNİ TAMAM-KAMAL EDƏCƏK VƏ SƏNİ DÜZ YOLA MÜVƏFFƏQ EDƏCƏKDİR.ALLAH SƏNƏ YENİLMƏZ QƏLƏBƏ VERƏCƏKDİR. (FƏTH SURƏSİ, 1-3)
1. Şübhəsiz, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik.
Allahın Quranda bildirdiyi ayələrdə içində yaşadığımız axır zamanda insanlara rəhmət olaraq göndərilən Hz. Mehdinin (ə.s.) şəxsinə və onun yaşayacağı dövrə işarələr vardır.
Allah Peyğəmbərimizə (səv), Müsəlmanlara düşmənlik edənlərə qarşı o dövrdə açıq-aşkar zəfər vermişdir. Lakin Allah bu ayələrlə həm də axır zamanda inanmayanlara qarşı Hz. Mehdiyə (ə.s.) böyük bir üstünlük və qalibiyyət verəcəyinə də işarə edir. (ən doğrusunu Allah bilir)
Xüsusilə XVIII əsrdən etibarən Darvinizm və onu əsas götürən materializm, kommunizm, faşizm kimi dinsiz fəlsəfə və cərəyanlar bütün dünyada sürətlə yayılaraq insanların Allaha olan inancının zəifləməsinə və ya tamamilə yox olmasına səbəb olmuşdur. Ancaq XX əsrin sonlarından etibarən Allah Mehdiyyətin gücünü bütün dünyada hiss etdirməyə başlamış, Darvinizmin etibarsızlığı hər keçən gün daha da dəqiq şəkildə gün işığına çıxmış, beləliklə insanların müxtəlif yalan və oyunlarla dondurulmağa çalışılan beyinləri, Allahın varlığı və yaradılış həqiqəti ilə bir daha işıqlanmışdır. Təkamül nəzəriyyəsi elm sahəsi olaraq tarixə qarışmışdır, bu nəzəriyyəni hələ də müdafiə edənlərin olması ancaq nostalji və ya ideoloji səbəblərlə açıqlana bilər, ancaq nəzəriyyənin etibarsızlığını heç bir şəkildə ortadan qaldıra bilməz. Əsl ağıl sahibi olan vicdanlı insanlar həqiqəti artıq görmüşdür və bundan sonra bir daha həqiqətin əksinə heç nə ola bilməz.
2. (Bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir.
Allah, Hz Mehdini (ə.s.) çox çətin bir mühitə göndərərək sınayır. Dünyanın sonuna, yəni Qiyamətə çox yaxın olan bu dövrdə, insanlar arasında hər cür azğınlıq və əxlaqsızlıq haradasa qarşısıalınmaz bir sürətlə artmış, müxtəlif azğın inanc və hadisələr dünyada etibar qazanmış və ən əsası da Darvinizm kimi məntiq və elmə zidd olan bir nəzəriyyə geniş şəkildə qəbul edilərək kütlələr arasında ateizmin mənimsənməsinə vəsilə olub dünyada xaos mühitinin meydana gəlməsinə zəmin hazırlamışdır. Ancaq Allah Hz Mehdini (ə.s.) mükəmməl bir əxlaq, məlumat, xitab gücü və hikmətlə təchiz etmiş, onun Allaha olan dərin və səmimi imanına, İslamı və Allahın qəti varlığını insanlara izah etmək yönündəki səmimi səylərinə əvəz olaraq axır zamanda Darvinist inancın təməlindən dağılmasına və beləliklə insanların Allaha və dinə yönəlmələrinə səbəb olmuşdur. Allahın Hz. Mehdi (ə.s.) və onunla birlikdə olan Müsəlmanların üzərindəki nemətini tamamlayıb onları dümdüz yola yönəltməsi isə, İslami dəyərlərin bütün dünyada etibar qazanması və Quran əxlaqının bütün yer üzünə hakim olmasıyla mümkün olacaq.
3. Allah sənə yenilməz qələbə verəcəkdir.
Allahın yuxarıdakı ayələrdə diqqət çəkdiyi digər məqam, elçilərinə "yenilməz" bir zəfər verdiyidir. Sözügedən ayə yenə də Mehdiyyət mövzusuyla əlaqəli olaraq şərh olunduğunda, Allahın Hz. Mehdi (ə.s.) və onunla birlikdə hərəkət edən, onun tələbələri olan səmimi Müsəlmanlara böyük və şərəfli bir müvəffəqiyyət bəxş edəcəyi aydın olur. Müsəlmanların bu qalib mövqeyi, hal-hazırda günü-gündən daha aydın hiss etdirir. Bu mövqeyin kuliminasiya nöqtəsinə çatması isə Hz. Mehdinin (ə.s.) şəxs olaraq zühuru və bütün Müsəlmanları bir yerə yığıb Türk-İslam Birliyini quraraq hər yerdə İslam əxlaqının yaşanması və yaşadılmasına vəsilə olmasıyla olacaq.
Müsəlmanlara qarşı mübarizə aparan, Allah inancına qarşı var gücləriylə müqavimət göstərən və bu yolda Darvinizmə elmi deyil, ideoloji səbəblərlə dəstək olmağa çalışan insanların içində olduğu vəziyyəti təsvir edəcək ən doğru sözlərdən biri "yazıqlıq"dır. Elmin zəif inkişafından və kütlələrin məlumatsızlığından faydalanaraq Darvinizm adına müxtəlif uydurma ssenariləri ortaya atan şəxslər, elmin təxmin edilə bilməyəcək sürətdəki inkişafı qarşında hazırlıqsız yaxalanıblar və yalanlarının qəflətən ortaya çıxmasıyla özlərini gülünc bir mövqeyə düşməkdən saxlaya bilmirlər. Bu səbəbdən yuxarıdakı ayələrdə də ifadə edildiyi kimi, Allah həm Müsəlmanlara gözəl bir fəth vəd edərək onları möhkəm bir qalibiyyətlə mükafatlandırmış və İslamın dünya hakimiyyətini onlara nəsib etmiş, həm də inanmayanları biabırcasına məğlubiyyətə uğratmışdır.