Harun Yəhyanı (Adnan Oktar) təmsil edən nümayəndələr ABŞ, Kolorado Springs, Aydınlanma lojasında və East Denver lojasında İslam konfransı veriblər. Masonların konfranslardan əvvəl özlərinin hazırladıqları elanda İstanbuldan dəvət olunan qonaqların İslami yaradılışçılığın darvinizmə cavabı” və Sevgiyə əsaslanan İslam anlayışı” mövzularında mühazirə verəcəkləri bildirilib.

 17-21 sentyabr 2011-ci il tarixlərində mason lojalarında təşkil edilən bu konfranslarda “Darvinizmin elmi cəhətdən süqutu”, “Darvinizmin bəşəriyyətə gətirdiyi bəlalar”, “Sülh, sevgi və qardaşlıq dini: İslam” mövzuları izah edilib.

 Konfransı dinləyən masonlar danışılan mövzulardan çox təsirləndiklərini dəfələrlə ifadə ediblər. Konfransda Adnan Oktarın çox saylı kitabı qonaqlara pulsuz olaraq hədiyyə edilib. Konfransdan sonra masonların təşkil etdiyi ziyafətdə İslam haqqında suallar cavablandırılıb. Bu lojalarda daha əvvəllər yalnız Tövrat və İncil olduğu halda, şəkillərdən də göründüyü kimi, Harun Yahya nümayəndələri – Sadun Enginin verdiyi konfranslar sayəsində ilk dəfə olaraq lojadakı xüsusi hissəyə Qurani-kərim də qoyulub.