
Bu səbəbdəndir ki, valideynlərin uşağına edəcəyi il xeyirxah iş Allah sevgisini və Allah qorxusunu kiçik yaşda ikən ona öyrətməkdir. Uşağa əvvəlcə onu Allahın yaratdığını, bütün kainatın yaradıcısının Allah olduğu açıqlanmalı, Ondan başqa heç kimin heç bir şeyə güc çatdıra bilməyəcəyi, bütün gücün Allahdan olduğu, Onun hər şeyi gördüyü, bildiyi, eşitdiyi, bütün insanlara qarşı çox mərhəmətli və çox ədalətli olduğu, sahib olduğu hər şey üçün Ona şükr etməsi lazım olduğu, axirətin qəti həqiqət olduğu, bir gün ölüb Allahın hüzuruna gedəcəyi və dünyada göstərdiyi bütün davranışlar üçün hesab verəcəyi öyrədilməlidir. Uşaq ətrafında gördüyü hər bir canlını Allahın yaratdığını, rəngarəng çiçəkləri, heyvanları, bitkiləri, torpaqdan mükəmməl dad və qoxuya sahib bir şəkildə çıxan çiyələkləri, almaları, portağalları, narları, bananları Allahın yaratdığını, xəstələndiyi zaman ona şəfa verənin Allah olduğunu, Allahın onu çox sevdiyini, dualarını eşitdiyini öyrənməli, tək dostu və köməkçisinin Allah olduğunu ən kiçik yaşlarından etibarən bilməlidir.

Qısa şəkildə təkrar etsək, uşaqlara ediləcək ən böyük yaxşılıq, onlara bütün gücün Allaha aid olduğunu hiss etdirmək və Onunla dost olmağı təmin etmək olacaq. Əgər bir uşaq inanclı və təvəkküllü yetişdirilsə möhkəm bir xarakterə sahib olar. Amma bütün gücün Allahdan olduğunu bilməzsə, həyatı boyunca insanlardan qorxacaq, onlardan kömək umacaq. Digər tərəfdən uşaq imanlı və təvəkküllü yetişdirildiyi təqdirdə, bu, onun bütün həyatı boyunca rahat və dinc yaşamasına vəsilə olacaq. Belə olduqda uşaq nə qədər kiçik olursa olsun, yetkin bir mömin ağılına və əxlaqına sahib olacaq, qarşılaşdığı hadisələr qarşısında romantik tərzdə məyusluğa uğramayacaq, xoşuna gəlməyən bir şeylə qarşılaşdığında ağlamayacaq, şikayətlənməyəcək, hadisələrin həmişə Allahın idarəsində olduğunu biləcək, təvəkkül edəcək, gözəl rəftar göstərəcək. Unutmamaq lazımdır ki, dinimiz hətta adi bir uşağın anlayacağı qədər açıq və asandır. Bu səbəbdən uşaqlara mütləq Quranı oxumaq, ayələri onlara açıqlamaq, Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqını izah etmək, hər şeyin həqiqi istiqamətini onlara öyrətmək lazımdır.