Tarixçilərin hesablamalarına görə kommunizm 20-ci əsrdə 120 milyona yaxın insanı öldürmüşdür. Bunlar müharibə əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri vətəndaşlardır.
Kommunizm Avropada meydana gəlmiş və 20-ci əsrə təzyiq, zülm və əzab damğasını vurmuşdur. 120 milyona yaxın kişi, qadın, yaşlı, uşaq, körpə yalnız "kommunizm" deyilən bu soyuq, sərt və vəhşi ideologiyaya görə həyatını itirmişdir.
Kommunizm ilk inqilabını şərqdə - Rusiyada reallaşdırmışdır. 20-ci əsrin ikinci yarısında isə Şərqə doğru daha da irəliləmişdir. Belə ki, 1949-cu ildə dünyada ən çox insan yaşayan ölkə Çin, Mao Tse-Tunqun rəhbərliyindəki kommunist partizanlar tərəfindən ələ keçirilmişdir. Bu ikinci böyük inqilabın nəticələri isə eyni ilə bolşevik inqilabı kimi olmuşdur: Cinayətlər, kütləvi qırğınlar, işgəncələr, qıtlıqlar, yoxsulluq, özünə qapalı, qorxaq cəmiyyət...
1917-ci ildəki bolşevik İnqilabından sonra dünya ikinci dəfə kommunist inqilaba şahid olurdu. Bu ikinci inqilabın da nəticələri ən az birincisi qədər qanlı olmuşdu.
"Böyük sıçrayış" və böyük qıtlıq
Mao iqtidara gəldikdən sonra hər şey çox dəyişdi. İnqilabdan sonrakı ilk illərdə Mao bütün Çinə hakim olmaq və kommunist nüfuzu hər bölgədə qurmaqla məşğul oldu. Bu zaman minlərlə insan "sinif düşməni" olmaqla günahlandırılıb həbs olundu və ictimai şəkildə edam edildi. Mao 1950-ci illərin ortalarında isə Stalinin Sovet İttifaqına tətbiq etdiyi kollektivləşdirməyə bənzər bir layihə hazırlamağa başladı. Mao, layihəsini "Böyük sıçrayış" adlandırmışdı. Amma layihə Çin xalqına yalnız qıtlıq və işgəncə gətirdi.
Böyük sıçrayış hərəkatı Stalinin Ukraynada yaratdığı qıtlıq kimi, insanların səbəb olduğu süni qıtlıq idi. “Kommunizmin qara kitabı”nda “Böyük sıçrayış” dövründəki Çin mənzərələri belə təsvir olunur: "Aclığın siyasi qaynaqlı olması yüksək ölüm nisbətlərinin maoçular tərəfindən idarə olunan əyalətlərdə artması ilə sübut edilmişdir, halbuki buralar adi vaxtlarda taxıl ixrac edən bölgələr idi... Henandakı aksiyaçılar, eynilə Mao kimi bütün çətinliklərin kəndlilərin taxılı saxlamasından qaynaqlandığına inanmışdı: Ölkənin ilk xalq kommunasının qurulduğu Xinyangın (10 milyon əhalisi olan) vilayət katibliyinə görə "Səbəb qida əskikliyi deyildi. Bol miqdarda taxıl vardı, amma burada yaşayanların 90 %-ində ideoloji problemlər var idi. 1959-cu ilin payız fəslində kəndlilərə qarşı hücum başladıldı. Hücumda yapon əleyhdarı partizan hərəkatının üsullarından istifadə edirdilər. 10000-dən çox kəndli həbs edildi. Bunların bir çoxu o zaman aclıqdan öləcəkdi. Bütün xüsusi ev əşyaları – mətbəx vəsaitlərinin (istifadə edilmiş polad halına çevrilməmişlərin), bütün istehlak və kooperativ məhsullarını icra etmə arzusunu qadağan edəcək şəkildə parçalanması üçün əmr verildi. Sərt qış yaxınlaşarkən hər növ od yandırmaq qadağan edildi. Təzyiq hərəkətləri dəhşətli idi: Minlərlə məhbusa sistemli işgəncələr edilirdi. Halbuki bu zaman milli kampaniya "Henandan ibrət götürülməsi" üçün təbliğat aparırdı. "Qırmızı bayrağın ölüm nisbəti 99 % olsa belə dirəkdə tutulacağının" elan edildiyi Anhuidəki heyətlər,canlı-canlı torpağa basdırma və qızğın dəmirlə işgəncə kimi qədim ənənələrə qayıtdılar."
Kambocada kommunizm vəhşiliyi
Əsası mərhəmətsizlik, zalımlıq, qarşıdurma və qan tökmək üzərində qurulan kommunizm ideologiyası maoçuluqla birlikdə daha da böyük vəhşilik səviyyəsinə çatmışdır.
Bu faktı daha da yaxşı anlamaq üçün Asiyadakı bir başqa kommunizm nümunəsinə nəzər salmaq lazımdır. Bəhs etdiyimiz nümunə Çinin dəstəyi ilə iqtidara gəlmiş və maoçuluğu mənimsəmiş rejimdir: Kambocadakı Qırmızı Xmer rejimi.
Qırmızı Xmer təşkilatı Pol Pot adlı maoçu tərəfindən qurulan və idarə olunan kommunist partiyadır. Uzun illər Kamboca meşələrində təşkilatlanan və iqtidar xəyalları quran Qırmızı Xmerler 1975-ci ildə bu arzularına qovuşdular. İqtidara gəldikdən sonra da Stalinin Rusiyada və ya Maonun Çində tətbiq etdiyi zülmdən daha dəhşətli dərəcədə totalitar və zalım rejim qurdular. Qırmızı Xmer rejimi kommunist vəhşiliyin son nöqtəsidir. Partiya, ölkə üçün yerinə yetirilməli olan tək kommunist vəzifənin düyü tarlalarında ölənə qədər çalışmaq olduğuna qərar vermiş və bütün Kamboca əhalisini tarlalarda işlətməyə başlamışdır. Şəhərlərdə yaşayan on minlərlə insan - dövlət adamları, bürokratlar, müəllimlər, ziyalılar kəndlərə aparılmış və yaradılan kollektiv fermalarda çox ağır şərtlərdə işlədilməyə başlamışdılar. İş əsnasında istirahət etmək, toplanan məhsullardan bir tikə belə olsun icazəsiz yemək və ya hər hansı bir dini ibadət etmək "inqilaba üsyan" sayılmış və bu kimi əsassız bəhanələrlə insanlar öldürülməyə başlanmışdır.
Şimali Koreya və Vyetnam
Asiyadakı vəhşilik yalnız Çin və Kamboca ilə də məhdudlaşmamış, Şimali Koreya və Vyetnamdakı kommunist rejimlər də öz xalqlarına qarşı mərhəmətsiz terror aktları tətbiq etmişlər. On illərlə Kim Li Sungun diktatorluğu altında idarə olunan Şimali Koreya rejiminin qətlə yetirdiyi insanların sayı 1.5 milyon olduğu hesablanmışdır. Yüz minlərlə insan isə Şimali Koreyanın həbsxanalarında işgəncəyə məruz qalmışdır. Kommunizmin Qara Kitabında Şimali Koreya həbsxanalarında insanlarla heyvan kimi rəftar edildiyindən belə bəhs edilir:
"... Termin rəsmi olaraq istifadə edilməsə də, bəhs edilən həqiqi həbsxana idi. 2000-i qadından ibarət olan 6000 insan bu cəza kompleksində səhər saat 05.30-dan gecə yarısına qədər başmaq, tapança örtüyü, çanta, kəmər, partlayıcı odlayıcıları, süni çiçəklər istehsal etmək üçün heyvan kimi işləyirdilər. Həbsxanada doğulan hər uşaq heç tərəddüdsüz ya boğulur, ya da başı kəsilirdi." (Harun Yəhya, Kommunizm Pusquda)
Təməli darvinizm olan, buna görə də mübarizə apararaq insanı qan tökməyə məhkum olan heyvan növü olaraq görən kommunizm Uzaq Şərqi Asiyanın düyü tarlalarını ölüm tarlasına çevirmişdi. Uzaq Şərqi Asiyada kommunizmin mədəniyyət və incəsənət düşmənçiliyi daha da irəli getmiş, cəhaləti, çirkinliyi, monotonluğu və düşünməməyi məqbul görən, mədəniyyət əvəzinə heyvan kimi yaşamağa üstünlük verən qorxunc ideologiya meydana gəlmişdi.