.jpg)
.jpg)
Müsəlman torpaqlarına edilən hücumlar böyük təxribatlara səbəb olur. Bununla ölkələrin idarəçiliyi, birliyi və nizamı sürətlə pozulur, minlərlə günahsız insan ölür. İslam dünyasında partlayan bombalar qədər zərər verən daha sarsıdıcı bir hadisə var.
Bu hadisənin tarixi 500 il əvvələ gedib dayanır. İlk olaraq Avropada başlamış, böyük ictimai və siyasi fitnəkarlığa görə bitib-tükənməyən təriqət müharibələrinə gətirib çıxarmışdır.
Avropadakı bu "silkələnməyin" başlanğıcı alman katolik din xadimi Martin Lüterin 1517-ci ildə kilsənin bəzi qanunlarına qarşı çıxması ilə başlamışdır. Katolik kilsəsinə qarşı tənqidi hərəkatın inkişaf etməsilə yaranan protestantlıq dünya tarixində böyük bir çevrilişə - reformasiyaya təkan verdi. Reformasiya özü ilə kapitalizm, dünyəvilik, millətçilik kimi yeni iqtisadi və siyasi modelləri gətirdi.
Protestantlığın yaratdığı reformasiyanın ən az bu sayılanlar qədər əhəmiyyəti olan, amma çox da gündəmə gətirilməyən digər bir nəticəsi isə xristianların həyatlarında və əxlaq anlayışlarında köklü dəyişikliklər yaratmasıdır.
Protestantlıq yaranmazdan əvvəl xristianlar İncilin insanın ruhuna səsləndiyinə və qurtuluşun ruhların təlimatlandırılması ilə reallaşacağına inanırdılar. Xristianlara görə İncil bu dünyanın keçici və dəyərsiz olduğunu, əsil yurda - o biri dünyada qovuşulacağını bildirir və insanları dünyaya meyilli düşüncələrdən uzaqlaşdırmağa çalışırdı. Bundan başqa, katolik təlimi də insanlara həyatın hər sahəsini dinə görə tənzimləməyin vacib olduğunu izah edirdi.
Avropa protestantlığın təsiri ilə "bu dünya"ya əhəmiyyət verən düşüncəyə üz tutmuş, ruha deyil, maddəyə yönəlmişdir, bunun nəticəsində də axirətin əhəmiyyətini unutmuşdur. Uzun müddətdir ki, İslam dünyasında da buna bənzəyən bir hadisə yaşanır. Bunun nəticəsi isə müsəlmanların dünyəviləşməsidir.
Bəs puritanlıq nədir? Puritanlıq - protestantlığın əsasında yaranmışdır. O, son zamanlar ABŞ-da olduqca təsirli olan dini təlimdir. Dövrümüzdə İslam dünyasında bəzi birliklərin puritanlarla eyni üsulları mənimsəmələri olduqca maraqlı, həm də diqqətçəkən məsələdir. Puritanlığın bugünkü güc və təsirinə çatmasının səbəblərindən biri 'keyfiyyətli peşə' əldə etməyə xüsusi əhəmiyyət verməsidir. Məşhur alman sosioloqu Maks Veber əsərlərinin birində "Sərmayə sahibləri və işəgötürənlər, hətta işçi sinfinin təlim-təhsil almış yüksək təbəqəsi, xüsusilə müasir iş sahələrində yüksək səviyyədə texniki və ya kommersiya təhsili almış kadrlar protestant xüsusiyyətləri daşıyır" [1] deyərək bu mövzunu vurğulamışdır. Son zamanlar dünyanın müxtəlif yerlərindəki bəzi müsəlman qruplar da puritanlar kimi üzvlərinin peşə sahibi olmasını və bu sayədə dövlətin müxtəlif sahələrində vəzifədə olmalarına xüsusi bir əhəmiyyət verirlər.
Digər bir ortaq cəhətləri ticarətdir. Puritanlar zamanla ticarətlə məşğul olmağa təşviq edilmişlər. Hətta puritanlar başqa şirkətlərdə vəzifədə irəliləyə bilməmələri ehtimalına qarşı öz işlərini özləri qurmuşlar. Buna görə də puritanlığa marağın artması üçün müəssisələrdə yüksək gəlirliliyin təmin edilməsinə diqqət yetirilmişdir.
Son günlər buna bənzər prosesləri İslam dünyasında da müşahidə etmək mümkündür. Hətta bu vəziyyət o həddə çatmışdır ki, hər cəmiyyət öz təşkilatlarını bir yerə toplayaraq kommersiya təşkilatları yaratmışlar.
İxtisaslı işçi yetişdirmə və maddi güc əldə edilməsində müəyyən bir məqama çatan protestantlar və puritanlar siyasəti də maraq dairələrinə əlavə etmişlər. Avropada protestantların siyasətə təsiri o qədər güclü olmuşdur ki, bir çox dövlətlərin quruluşları kökündən dəyişilmişdir. Son günlər Misirdə baş verən hadisələri müsəlmanların protestantlar kimi siyasətə olan maraqları əsasında dəyərləndirmək mümkündür. Amma Misirin ticarətini, turizm gəlirlərini artırmağını müsəlmanların birliyindən daha üstün hesab edən siyasi fəaliyyətinin nəticəsi gözləniləndən çox fərqli olmuşdur.
Burada diqqət yetirilməli məsələ protestanlarla bəzi müsəlman qrupların üsullarındakı bənzərliklər, həm də bu bənzərliklərin müsəlmanlar üzərində necə təsir yaratmasıdır.
Müsəlman cəmiyyətlərdə zənginliyin və güc-qüvvənin artması, müsəlmanlar üzərində İslamın təsirinin azalmasına səbəb olmuşdur. Ticarətə təşviq edilən bu insanlar qısa müddətdən sonra mənfəət əldə etməyi həyatlarının əsas məqsədinə çevirirlər. Din üçün ediləcək bir işin ticarətlərinə və əldə edəcəkləri qazanca zərər verəcəyini düşündükdə gələcək qorxusu ilə hərəkət edirlər. Nəticədə, sərmayələrini təhlükədə gördükləri anda müsəlman birliyi kimi deyil, daha çox qrup kimi davranmağa üstünlük verirlər.
Bu anlayış namaz qılıb oruc tutan, amma daha çox mal-dövlətinin çoxluğu ilə xoşbəxt olan və din əxlaqından uzaq bir həyat tərzinə malik olan müsəlman modelinin yaranmasına gətirib çıxarmışdır.
İslamı tanıyan, Allah’a inanan insanlar dünyadakı əsil məqsədlərinin Allah’a, dinə xidmət olduğunu unutmamalıdırlar. Dünyaya fabriklər işlətmək, ya da gələcəyimizi zəmanət altına almaq üçün deyil, gözəl əxlaqı, sevgini yaşamağa gəlirik. Əlbəttə ki, müsəlman varlı ola bilər, amma əldə etdiyi bu imkanları hər zaman Allah’ın razılığını qazanmaq, İslam əxlaqını insanlara sevdirmək və insanlara gözəl bir dünya təqdim etmək üçün istifadə etməlidir. Məqsədi Allah yolunda cəhd etmək olan hər bir müsəlman bilməlidir ki, Allah Öz dininə yardım edənlərə kömək edir. Səmimi müsəlmanlar şeytanın təlqin etdiyi "kasıblıq qorxusu", ya da "zənginlik həvəsinə" qarşı gözəl bir əxlaq nümayiş etdirər və mütləq Allah’ın bəyəndiyi kimi hərəkət edərlər. Əsil müsəlman heç bir maddi mənfəətə tamah etməz, Allah’a özünü tam təslim edər.
Şübhəsiz ki, varlı olmaq müsəlmanlar üçün qınanmalı bir vəziyyət deyil. Allah bütün dünya nemətlərini iman gətirənlər üçün yaratmışdır. Allah’ın bir çox ayəsində təriflədiyi hz. Süleyman Allah’dan zənginlik istəyərək dua etmişdir. Allah hz. Süleymanın bu duasını qəbul etmişdir. Quranda böyük bir sərvət sahibi olan hz. Süleyman haqqında belə bəhs edilir:
“Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı.” (Sad surəsi, 30)
“(Süleyman) dedi: “Mən, nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən ötrü üstün tutdum” (Sad surəsi, 32)
Mühüm olan bütün zənginliyi Allah’ın razı olacağı şəkildə istifadə etməkdir. Səmimi iman gətirmiş insanlar heç vaxt mal itkisi qorxusu ilə yaşamırlar. Onlar bu dünyada Allah’ın nemətlərindən faydalanıb zövq aldıqları kimi, özlərinə verilənləri Allah yolunda xərcləməkdən çox böyük zövq alırlar, çünki əsil məqsədləri budur.
Müsəlmanlar Amerikadakı puritanlar və Avropadakı protestantlar kimi əsil məqsədlərindən uzaqlaşmamalıdırlar. Müsəlmanları dünyada üstün edən əsas ünsür pul və ya mövqe deyil, səmimi iman və Allah’ın razılığına uyğun şəkildə yaşamaqdır.
[1] Protestan Ahlakı ve Kapitalizmin Ruhu, Max Weber, Ayraç Yayınevi, Kızılay-Ankara, Şubat 1997, s.29