İslam dünyası və keyfiyyət
ucgen

İslam dünyası və keyfiyyət

1237

Qərbin gizli güclərinin, xüsusilə də son əsrdə Yaxın Şərq mövzusunda daima fəaliyyətdə olduğu artıq sirr deyil. Dövrümüzün dəhşət verici qanlı görüntüləri, şübhəsiz ki, müəyyən edilmiş bir planın parçası olaraq ortaya çıxıb.

 

Amma bu planları bilərək bütün təqsiri Qərbin üstünə atmaq, o batil "düşmən"ə təhdidlər yağdırmaq və beləliklə baş verən faciədən azacıq da olsun dərs almamaq müsəlman cəmiyyətlərinə yaraşmır. İslam aləmi də öz üzərindəki məsuliyyəti görmək məcburiyyətindədir. Yaxın Şərq üzərində hazırlanan gizli planlara şərait hazırlamaq, fanatiklərin pəncəsinə düşmüş bəzi icmaların bilmədən və istəmədən də olsa etdiyi bir işdir. Buna görə gizli qərb qüvvələri Yaxın Şərq cəmiyyətlərini hər zaman "istismarı asan" olaraq görmüş, etdiyinin doğru olduğuna inanmışdır. Şübhəsiz ki, demokratiya nöqsanı, azadlıq çatışmazlığı, bəzi ərazilərdə qadına verilməyən dəyər buna ən çox səbəb olan amillərdir. Lakin burada üzərində durulacaq amil bəzi təbəqələrin bəzən din, bəzən də həyat tərzi olaraq təmsil etdiyi keyfiyyət problemidir.

 

Fanatik təfəkkürün hakim olduğu dünyada din bir növ pərişanlıqla əlaqələndirilir. Elə bu səbəbdən İslamın bəzi təbəqələr tərəfindən təmsil etmə forması problemlidir. Bu problemli görüntü tarix boyunca Qərb cəmiyyətlərində reaksiya yaratmış, bəzən məhz bu yanlış görüntü səbəbindən İslam əleyhdarlığı ön plana çıxmışdır. Bəzi təbəqələrin təqdim etdiyi bu pərişanlıq görüntüsü Qərbin İslam cəmiyyətlərinə müdaxiləsini də asanlaşdırmış, onların əlinə bəhanə vermişdir. Yaxın Şərqdə edilən ən böyük səhvlərdən biri bu pərişan müsəlman modelinin nümayəndələrinin çox vaxt ön planda olmasıdır.

 

İslamın pərişanlıq dini olduğunu zənn edənlərin Qurandan xəbərsiz olduqları və Allahı tanımadıqları açıqdır. Allah gözəldir, gözəli sevir. Buna görə də kəpənəklər, quşlar, ağaclar bəzəkli yaradılmışdır. Keyfiyyət demək gözəllik deməkdir. Keyfiyyət mövcud gözəllikləri qat-qat artırır. Keyfiyyətli insan yetkin, anlayışlı, ağıllıdır. Bu səbəbdən belə insanlar sülhə və bəşəri dəyərlərə zərər gəlməsindən qorxan insanlardır. Dostluq, sevgi və uzlaşmanı ayaqda tutan insanlardır. Məhz buna görə şərtlər nə qədər ağır olursa-olsun, müsəlman daim "sülh" insanıdır.

 

Keyfiyyətin pula yox, zövqə, sənətkarlığa, estetikaya ehtiyacı var. Bir insan çox pul xərcləmədən də keyfiyyətli hala gələ bilər. Tam əksinə çox pul xərcləyərək çox keyfiyyətsiz hala gələ bilər. Dolayısilə keyfiyyəti təmin etmək üçün zəngin olma şərti heç bir insan və heç bir ölkə üçün əsaslı şərt deyil.

 

Türkiyə daxil olmaqla bəzi İslam cəmiyyətlərində mövcud olan fanatiklər Avropanın keyfiyyətinə bir tərəfdən heyran olarkən, bir tərəfdən də var gücləri ilə keyfiyyətsizlik təbliğatı aparır və öz cəmiyyətlərinin Qərblə inteqrasiyasının önünə sədd çəkirlər. Bu insanlar öz millətlərinin dəyərsiz və əhəmiyyətsiz olduğu təəssüratını yaratmağa çalışırlar (dəyərli İslam ictimaiyyətini tənzih edirik). Bu yanlış təəssürat hər zaman bəzi Qərb cəmiyyətlərinin Yaxın Şərqə baxışına təsir göstərmişdir. Bu səbəbdən Qərb cəmiyyətlərində Yaxın Şərq insanlarına əhəmiyyət və dəyər verilməmiş, irqçilik getdikcə artmışdır. Bu, əlbəttə ki, Qərb üçün çox təhlükəli və yanlış fikirdir, ancaq dünyagörüşünün xətalı olması onun altında yatan səbəblərə etinasızlıq göstərilməsi mənasına gəlmir. Keyfiyyət çatışmazlığı cəmiyyətləri içdən-içə yeyib bitirən, onların inkişafına və gözəlləşməsinə mane olan, davamlı olaraq davakar, məmnuniyyətsiz və sevgisiz cəmiyyətlər formalaşmasına səbəb olan problemdir. Keyfiyyətsizlik İslamın ruhunu və qəlbini anlaya bilməməkdir. Dolayısilə keyfiyyətsizliyə reaksiya verənlərə qəzəblənmək yox, bu məsələdə təcili tədbir görmək lazımdır.

 

Keyfiyyət İslam cəmiyyətlərində dövlət siyasətinə çevrilməməlidir. Bu şəkildə fanatiklərin təhlükəli dünyagörüşünə İslam cəmiyyətləri daxilində güclü cavab verilə bilər. Keyfiyyət nazirlikləri, xalqın sənətə və elmə yönələcəyi imkanlar yaradılmalı, keyfiyyətli olan hər şey güclü şəkildə təşviq edilməlidir. Keyfiyyətin müsəlmanlığın mühüm xüsusiyyəti və Quran əxlaqının tələbi olduğu Qurandan dəlillərlə izah edilməlidir. Avropa əlbəttə ki, mükəmməl deyil. Amma Avropanın keyfiyyət və sənət anlayışı gözəldir. Dolayısilə mədəni olmağın ən mühüm ünsürlərindən birinin keyfiyyət olduğunu daim yadda saxlamalı və bu məsələdə Avropa nümunəsindən istifadə edilməlidir.

 

Keyfiyyət çatışmazlığının doğru düşünməyə mane olduğu, qəzəbə çox açıq olduğu unudulmamalıdır. Müsəlman cəmiyyətlərinə bu xüsusiyyətlər yaraşmır. İslamın təqdim etdiyi keyfiyyəti bütün dünyaya göstərmək, keyfiyyətlilərin ən keyfiyyətlisi olmaq bizim məsuliyyətimizdir. Ayrı-seçkilik, düşmənçilik, müharibə anlayışlarını yox edərək dünyaya uzlaşma ruhunu gətirə bilməyin ən birinci şərti bunu öz cəmiyyətimizdə yaşamaqdır. Yüksək keyfiyyət anlayışı bu səbəbdən lazımdır. Hər şeydən öncə bu Rəbbimizin istəyidir.

 

Adnan Oktarın «New Straits Times & Morocco World News & MBC Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/03/134020/islamic-world-must-prioritise-quality

http://www.nst.com.my/news/2016/03/134020/islamic-world-must-prioritise-quality

http://www.moroccoworldnews.com/2016/03/182751/islamic-world-must-prioritize-quality/

http://www.mbctimes.com/english/the-islamic-world-and-quality


PAYLAŞIN
logo
logo
logo
logo
logo