İslam sizə azadlıq verir
ucgen

İslam sizə azadlıq verir

1402

Dünya səviyyəsində İslama qarşı meydana gətirilən səfərbərliyə və xurafatçıların hücumlarına baxmayaraq, İslam sürətlə yayılır. İngiltərənin barlarından, Braziliyanın kəndlərinə qədər hər yaşdan, hər cinsdən və ictimai mühitdən insan bu gözəl dini get-gedə artan sürətlə qəbul edir.

Bunun səbəbi nədir?

İslamın cəlbedici bir sadəliyi var. Əsrlər ərzində ortaya çıxan, İslamı mürəkkəbləşdirməyə çalışan müxtəlif məzhəblərə baxmayaraq, Quranda təsvir edilən İslamın insanlara azadlıq bəxş edən gözəl sadəliyi var.

İslam insanlara yalnız tək bir Allah olduğunu və yalnız Ona hesab verəcəklərini öyrədir.

Bunun nəticələri genişdir. Bu gün dünyanın əksəriyyəti minlərlə fərqli qaydaya və insanların nəyin doğru, nəyin yanlış olduğuna dair fikirlərinə bağlıdırlar. Əgər insan Allaha təslim olarsa, bütün bu zəncirlərdən dərhal xilas olar. Artıq cəmiyyət tərəfindən qəbul edilmiş bir çox ideal obraz modelinə uyğun gəlmək üçün səy göstərməyə məcbur olmadığı kimi, sosial mediadakı son trendləri təqib etmək üçün çalışmağa və minlərlə fərqli insanın istəklərinə uyğunlaşmaq üçün enerji sərf etmək məcburiyyətində də deyil. İnsan xarakteri yalnız Allahın istəklərinə görə formalaşdığı üçün artıq hər kəsi məmnun etmək kimi bir məcburiyyəti yoxdur.

Allaha təslim olduqca ağlı tam azad olur, bütün lazımsız qorxu və təşvişlərdən təmizlənir. Məsələn, artıq bir gəncin daima dostlarının fikirləri, məktəbdəki son dəb trendləri və populyar izdihama uyğunlaşmaqla bağlı narahat olmasına ehtiyac yoxdur. Artıq həmyaşıdlarının təzyiqi, sosial mediadakı trendlər və ya internetdə mümkün qədər çox dost əldə etmə zərurətinin gətirdiyi ağırlıqla yaşamayacaq. İş dünyasındakı biri üçün bu, artıq müdirinin yanında özünü daha aşağı hiss etməməsi və həmkarları ilə daim rəqabət aparmağa məcbur olmaması və ya onların rəğbətini qazanmaq üçün əmək sərf etməsinə ehtiyac olmadığı mənasına gəlir. Bu eyni zamanda bir insanın, ixtisasının xarakterini göstərmək təzyiqindən da xilas olması mənasına gəlir. Ər-arvad  üçün artıq özlərinə cəmiyyət tərəfindən təqdim edilən mükəmməl ər-arvad obrazı modelinə tabe olmaq zərurəti yoxdur. Bunun əvəzinə artıq ailələrini özlərinə əmanət edilən Allahın təcəllisi kimi sevgilərini onlara yönəldə biləcəklər. Bütün insanların qəlbi və vücudu saxta bütlərin təsirindən təmizlənmiş olaraq onları yaradan, sevən və onlarla əbədi olan Allaha yönələcək və Ona təslim olacaq.

İnananlar zəncirlərdən xilas olmağın gözəlliyini yaşayarkən, azad olduqlarını düşünən halbuki başqa insanların istəkləri və fikirlərinin yükü altında əzilən milyardlarla insan başqalarının istəklərinin əsiri olmaqda davam edir. Son trendləri tutmaq, populyar televiziya proqramlarındakı obrazların davranışlarını təqlid etmək, valideynlərinin gözləntilərinə ayaq uydurmaq, əyləncəni sevən dostlarının yanında komik olmağa çalışmaq kimi saysız-hesabsız "məcburiyyət" altında əzilirlər. Bu duyğu burulğanının arasında qəlblərini və ağıllarını itirirlər. Sonunda istiqamətlərini o qədər səhv salırlar ki, artıq özlərini tanımırlar.

Halbuki İslamda insanın razı salacağı yalnız bir varlıq var. O da Allahdır. Azad insanın edəcəyi tək iş Allah tərəfindən göstərilən istiqamətdə irəliləməkdir. Başqalarını məmnun etməyə çalışmaq, başqalarının nə düşündüyü barədə narahat olmaq və ya davamlı olaraq dünyanın razılığını qazanmağa çalışmaq və buna nail olmamaq yoxdur.

Əlbəttə ki, inanclı biri də cəmiyyətin digər üzvləri kimi qanunlara, ictimai qaydalara və digər insanlara hörmət edərək yaşayır. Ancaq bədənini və ruhunu özü kimi gücsüz qul olan başqa insanların düşüncələrinə və arzularına əsir etmir.

Bu gün bir çox insan bu problemin fərqindədir və beyinlərindəki bu həbsxanadan çıxmağa çalışır. Halbuki əsl problemi nəzərə almadan necə uğur qazana bilərlər? Bataqlığı qurutmaq əvəzinə ağcaqanadlarla bir-bir məşğul olmağın boş iş olduğunu bilməlidirlər.

Əsl qurtuluş Allaha olan həqiqi sevgi ilə mümkün ola bilər. İnsan dünyaya, özünə, kainata baxmalı və gördükləri haqqında düşünməlidir. Kainatı qüsursuz mükəmməllik və gözəlliklə yaradan Allahın sonsuz gücünü dərk etməyə çalışmalıdır. Özünün və başqalarının həyatının Allahın daim qoruması olmasa, hər an məhv ola biləcək çox həssas tarazlıqlara bağlı olduğunu anlamalıdır. Hər şeyi yaradan Allahın sonsuz gücü olduğunu bilməlidir. Kainatdakı 300 milyard qalaktika, qüsursuz DNT, saniyədə 2000 km sürətlə hərəkət edən və bir-birilə əsla toqquşmayan elektronlar, bunların hamısının Allahın qorumasına bağlı olduğunu anlamalıdır. Eyni zamanda Allah istəmədiyi təqdirdə heç kimin hər hansı bir gücü olmadığını anlamalıdır. Ətrafını diqqətlə izləməli və dünyadakı 7 milyard insanın hər birinin ürək döyüntüsünü, açan hər çiçəyi, göydə qanad çalan hər bir quşu, hər kəsin qanında olmalı olan şəkər səviyyəsi kimi sözün əsl mənasında kainatdakı hər incəliyi, hər an hər şeyi Allahın idarə etdiyini, yaratdığını və nəzarət etdiyini görməlidir. Qurana baxaraq Allahın istədiyi tək şeyin Özünü sevməsi və ona verdikləri üçün Ona şükür etməli olduğunu görəcək.

Biz Allahı sevmək üçün yaradıldıq. Ancaq o zaman əsl xoşbəxt və azad ola bilərik.

O halda Allaha yönəlin, zəncirlərinizi qırın və əsl azadlığın dadını çıxarın. 

 

Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:

http://www.nst.com.my/node/87594

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr