Hörmətli Adnan Oktar, xüsusi ilə son vaxtlarda, həm mədəni sahədəki işlərində, həm də açıqlamalarında Türk-İslam Birliyinin təsis edilməsinin bütün Türk İslam aləmi üçün olduqca vacib bir məsuliyyət olduğunu dilə gətirir. Bu, böyük birliyin reallaşması üçün ən əhəmiyyətli rolun Türkiyəyə düşdüyünü, Türkiyənin böyük qardaşlığı ilə Türk İslam ölkələrinin bir yerə gəlməli olduğunu deyən Hörmətli Oktar, bu gözəl birliyin yaxın gələcəkdə reallaşacağını da müjdələyir.
Eyni dili, eyni inancı, eyni mədəniyyəti paylaşan cəmiyyətlərin, bir-birlərindən ayrı olmasının heç bir məntiqi olmadığını tez-tez ifadə edən Hörmətli Adnan Oktar, cəmiyyətlərin də bu mövzudakı istək və şövqlərini gündəmə gətirmələri ilə birləşmənin çox sürətli olacağını deyir. BU BİRLİYİN İLK ADDIMI TÜRK BİRLİYİNİN QURULMASI OLACAQ. Türk İslam ölkələrinin ticarətdə, sərmayədə, təhsildə, elmdə, sənətdə ediləcək iş birlikləri ilə ölkələrarası əlaqələr güclənəcək, ortaq olan dəyərlərin ön plana çıxarılması ilə dostluqlar güclənəcək, Türk İslam aləmi hər mövzuda bir olacaq, birlikdə hərəkət edəcək. Yalnız Türk İslam coğrafiyasına deyil, bütün dünyaya gözəllik gətirəcək, bu birliyin yaranması ilə terror mövzusu tamamilə ortadan qalxacaq, iqtisadi böhranlar sürətlə aradan qaldırılacaq, anlaşılmazlıqlar və münaqişələr sona çatacaq, çox aydın, fərah, zəngin, mədəni bir dünya qurulacaq. Hörmətli Adnan Oktar açıqlamalarında Türk İslam Birliyinin bu xüsusiyyətlərinə diqqət çəkir:
Keçən həftələrdə, İstanbulda təşkil edilən Türkdilli Dövlətlərin Parlament Assambleyası Parlament Başçılarının Konfransı da bu gözəl mühitin yaranması üçün atılan əhəmiyyətli addımlardan biridir. Bəhs olunan yığıncağın İstanbulda təşkil olunması da, olduqca mənalıdır. Bu vəziyyət, Türk Dövlətlərinin Türkiyəni qabaqcıl kimi gördüklərinin, hörmət və sevgi duyduqlarının, Türkiyənin Türk aləminin birləşməyi üçün hərəkətə keçməsi vəziyyətində dərhal tabe olacaqlarının göstəricilərindən biridir. Hörmətli Abdullah Gül, bu yığıncaqda etdiyi çıxışında isə bunları demişdir:
“Bu müddət ərzində məsafə etibarilə ayrı düşsə də, BİR-BİRLƏRİNƏ DƏRİNDƏN BAĞLI, EYNİ SOYA, DİLƏ, MƏDƏNİYYƏTƏ, ORTAQ BİR KEÇMİŞƏ SAHİB OLAN QARDAŞ XALQLARIMIZI BİR-BİRİNƏ DAHA DA YAXINLAŞDIRMAQ ÜÇÜN BÖYÜK BİR ADDIM ATIRIQ… XALQLARIMIZ DA BU ORTAQ İRADƏNİ DƏSTƏKLƏYİRLƏR. BİZİM QARDAŞLIĞIMIZ HEÇ KİMİ HƏDƏF ALMIR. ƏKSİNƏ, BÜTÜN BÖLGƏLƏRİN SÜLH, SABİTLLİK VƏ RİFAHINI İSTƏYƏN KÖNÜL VƏ AĞIL BAĞINI TƏMSİL EDİR.
ADNAN OKTAR: … ƏVVƏL BİR TÜRK BİLİYİ MEYDANA GƏTİRİB, SÜRƏTLƏ, hətta prioritet sırasına da, ehtiyac yoxdur. Məsələn, Suriya ilə Azərbaycan eyni anda Türkiyəyə bağlana bilər. Eyni vaxtda, heç bir sıralamağa belə ehtiyac yoxdur. TÜRKİYƏNİN ÖNDƏRLİYİNDƏ, LİDERLİYİNDƏ BU BİRLİYİ DƏRHAL MEYDANA GƏTİRMƏK LAZIMDIR. Bu meydana gələndə onsuz da, yəni heç kimin bir problemi olmaz, olmaz… Bu olduqca məqbuldur. Avropa Birliyi ola bilir, Aralıq dənizi Birliyi ola bilir, heç əlaqəsi olmayan ölkələr bir araya gələ bilir, EYNİ SOYDAN, EYNİ DİNDƏN, EYNİ ƏNƏNƏDƏN, EYNİ ADƏTDƏN VƏ HƏR ŞEYİ EYNİ OLAN insanlar necə bir araya gələ bilmir. Həm də din qardaşıyıq, soy qardaşıyıq. Heç gözləməli bir şey yoxdur, dərhal birləşməliyik. BU BÖLGƏYƏ BÖYÜK BİR ZƏNGİNLİK, BƏRƏKƏT, HÜZUR VƏ KEYFİYYƏT GƏTİRƏCƏKDİR.
Heç görünməyən bir mədəniyyət yaranacaqdır. Yəni tarixdə, Türk tarixində görülməmiş bir mədəniyyət yaranacaq inşaAllah və bu da, Amerikanın, Rusiyanın, Çinin iqtisadi cəhətdən inkişaf etməsi deməkdir. Məsələn, Amerika indi iqtisadi cəhətdən çətin vəziyyətdədr. Çin topun ağzındadır, Çin əgər Amerika bazarını, Türkiyə və dünya bazarını hər hansı bir şəkildə itirsə, faciəvi şəkildə müflis olar. Amerika da elədir, çətinliklə ayaqda dayana bilir hal-hazırda. Rusiya onsuz da, kasıb bir ölkədir, amma TÜRK İSLAM BİRLİYİ YARANANDA BUNLARIN HAMISINA BƏRƏKƏT VƏ BOLLUQ GƏLƏCƏKDİR, HÜZUR GƏLƏCƏKDİR. AMMA HƏMİN YERLƏRİN BUNA DƏSTƏK OLMALARI ÇOX VACİBDİR.
Məsələn, Azərbaycanlı qardaşlarım var gücü ilə bu mövzuya dəstək göstərsinlər, biz də, buradan dəstək göstərək və bunu birləşdirib, yəni, iki gözəl ölkəni birləşdirib, iki dövlət, bir millət olaraq bir araya gələk. Yəni, məsələn indi İstanbuldan avtomobilə minib Azərbaycanın mərkəzinə kimi gedib bir restoranda birlikdə yemək yeyək. (Azərbaycan APA Xəbər Agentliyi, 16 avqust 2008-ci il)
“Yeni Şafak”, 22 noyabr 2008-ci il
ADNAN OKTAR: Bəli, bəli ikisi, iki dövlət bir millət olaraq birləşməlidir, bu gecikmişdir onsuz da, bir an əvvəl olmalıdır. Rusiya buna bir şey deməz, çünki, Rusiyanın lehinə olacaq bir şeydir, bu Ermənistanın da, lehinə olacaq. Çünki, bunun nəticəsində Ermənistan zəngin olacaq, rahatlanacaq. Hal-hazırda Ermənistan kasıbdır və çox gücsüzdür. İqtisadi cəhətdən də, sənayeləşmə cəhətdən də, çox zəifdir. Yəni Ermənistanda da, çox uzun müddətdir, bu böhran vəziyyəti davam edir. Bu cür Azərbaycan ilə Türkiyənin birləşməsi vəziyyətində, Ermənistan, indiki vəziyyətindən qat-qat zəngin olar və çox rahatlayar.
Çünki, Türkiyə, Azərbaycan orada sərmayələr qoyacaq. Avropalı sərmayəçilər də, orada sərmayələr qoyacaq və Ermənistan tanınmayacaq şəkildə həm zənginləşəcək, həm də inkişaf edəcək. Sənayedə, elmdə, sənətdə olduqca irəliləyəcək. Bunu Ermənistan istəyir. Hal-hazırda, Ermənistan Rusiyaya bir yükdür. Yəni, bu, Rusiyanın bəyənəcəyi bir vəziyyət deyil və Türkiyə-Azərbaycan birləşməsi Rusiyaya və Ermənistana qarşı təhdid deyil, əksinə, təhdidi ortadan qaldıran, onları zəmanətə qovuşduran bir sistemdir.
Çünki biz Rusiya ilə də dostuq. Rusiya bizim köhnə dostumuzdur. Yəni, Rusiya ilə bizim aparacağımız mübarizə düşüncəmiz yoxdur. Heç fikirləşmərik də, çünki düşmənçilikdən heç bir şey çıxmaz, heç bir şey qazanılmaz, dostluqdan çox şey qazanılar. Türkiyə ilə Rusiya əl-ələ versə, Rus iqtisadiyyatı da güclənər. Erməni iqtisadiyyatı da inkişaf edər. Eləcə də Türk iqtisadiyyatı da, böyüyər. Amma düşməçiliklə və mübarizə aparmaqla, iqtisadiyyat daralar, kasıblıq yayılar. Yəni, insanların hüquqları qalmaz, insanların başı işləməz. Düşmənçilik insanı xəstə edər, narahat edər. (Azərbaycan Dövlət İnformasiya Agentliyi, 14 avqust 2008-ci il)
ADNAN OKTAR: Bu zəncirvarı bir reaksiyadır. Yəni Azərbaycan ilə Türkiyə birləşsə, bu dünyanı, bütün dünyanı yerindən oynadar və Türk İslam aləmini də, yerindən oynadar, yəni çox böyük bir şeydir. Hamısını həvəsləndirər. Zəncirvarı, yəni domino daşı kimi zəncirvarı aşar, ondan sonra da hamısı həll olar. Yəni ilk nümunə çox əhəmiyyətlidir. Yoxsa Qazaxıstanın nəyinə lazımdır ki, oradır ya buradır, əlbəttə ki, Türk - İslam Birliyini seçər Qazaxıstan. Amma Qazaxıstanda çox sayda Rus əhalisi vardır, nə gözəl olar, onlar da bizim qardaşımızdır. Yəni, Ruslar, bizə uzaq millət, uzaq insanlar deyil ki, çox gözəl insanlardır.
Çünki, rusların orada olmağı böyük bir nemətdir, mühəndisləri var, professorları var, sənətçiləri var, çox yaxşı hər istiqamətdən yetişmiş bir insan birliyi, keyfiyyətli insan birliyi var, onların zənginliyini Rusiya görsə, belə bir birliyə qarşı sevgisi daha da artacaq. Etibarı da artacaq. Öz millətindən, öz irqindən olan insanlara sevgi və hörmət göstərildiyini görsə, Rusiyanın içində niyə bir qorxu olsun. Amma Rusiyanın üstündə əlbəttə milli bir refleks, milli bir qorunma qorxusu var, yəni özünümüdafiə instinkti var. Bu özünümüdafiə instinktinin lazımsız olduğuna Rusiyanı inandırmaq lazımdır. (Azərbaycan “525-ci qəzet”, 27 avqust 2008-ci il)
“Türkiyə”, 22 noyabr 2008-ci il
ADNAN OKTAR: Əlbəttə ki, bu, irq üstünlüyü iddiası deyil. Bu, sizi xilas etmək üçün olan sevgi və məhəbbət məntiqidir. Məsələn, biz deyirik ki, rusların kasıb olması bizi narahat edir. Qoy Rusiya zəngin olsun və Rus dövləti də güclü olsun. Biz zəif bir Rus dövləti istəmirik.
APARICI: Ermənistan da, zəngin olsun, elə deyilmi? Türkiyənin qanadları altına girsin. Burada 2 milyon, 3 milyon (erməni) milləti var, elə deyilmi hocam?
ADNAN OKTAR: Həm də necə, Ermənistan da, məsələn gedib orada erməni yeməkləri yeyək, söhbət edək.
APARICI: 5 zavod tikərik, elə deyilmi hocam?
ADNAN OKTAR: Əlbəttə, zavodlar tikək. Onlar bura gəlsinlər, qardaşıq. Yəni, baxıram təəssüflənirəm, günahdır. Yəni çox kasıbdırlar. Bunlara layiq deyil bu insanlar, belə bir mühitə layiq deyillər. Bu, masonların və şeytanın bir hiyləsidir. Lazımsız kasıblıq, lazımsız düşmənçilik var. Biz Ruslarla niyə düşmən olaq. Niyə o dövlətin əleyhinə olaq. Niyə Ermənistana düşmən olaq, niyə əleyhinə olaq. Niyə erməni dövləti zəif və gücsüz olsun, bu bizim niyə lehimizə olsun. Bunun hansı əyləndirici istiqaməti ola bilər. Bütün bölgədəki dövlətlər güclü və sağlam olsun. Millətlər zəngin olsun, qardaş olaq, yeyək, içək, ibadət edək, Allaha şükr edək, onsuz da, iki günlük dünyadır. Allahın razılığını tam qazanıb, axirətə gedək. inşaAllah (Azərbaycan APA Xəbər Agentliyi, 16 avqust 2008-ci il)
Ortadaoğu, 22 noyabr 2008
Önce Vatan, 26 oktyabr 2008