Tarixdə müəyyən dövrlərdə ortaya çıxan və hər dəfə hüsranla nəticələnən «ərəb irqçiliyi» və etnik təməlli «ərəb milliyətçiliyi»nin dövrümüzdə yenidən canlandırılmaq istənildiyinin şahidi oluruq.
Məlum olduğu kimi, ərəb irqçiliyinin təməli əməvilər dövrünə qədər gedib çıxır. Ərəbləri üstün irq elan edən əməvilər hakimiyyət bölgəsindəki türk, acəm, bərbəri, hindu kimi qövmləri «mevali», yəni «qul, aşağı irq» olaraq adlandırmışlar. Ərəb olmayan müsəlman, hətta müsəlman qövmləri alçaldan və təcrid edən ərəb irqçiliyinə əsaslan siyasətləri Əməvi İmperiyasının süqutunun səbəblərindən biri oldu.
Yaxın tarixə nəzər salsaq, 19-cu əsrin sonlarına doğru Avropada inkişaf edən radikal milliyətçi fikirlər ərəblər arasında tərəfdar qazandı və Osmanlıya qarşı qiyamlar da bu şəkildə başladı. Bu bölgəni təsiri altına almaq istəyən qərbli güclərin təsiri ilə inkişaf edən milliyətçilik Osmanlıya aid bir çox ərəb vilayətinin imperiyadan ayrılması ilə nəticələndi.
Aralarında birləşərək 1948-ci ildə İsrailə qarşı müharibə başladan Ərəb İttifaqı üzvləri böyük məğlubiyyətə məruz qalaraq İsrailin regiondakı hakimiyyət sahəsini 56%-dən 78%-ə çatmasını və 700.000 fələstinlinin yurdlarını tərk edib qonşu ölkələrə qaçqın kimi sığınmasına səbəb oldu.
Həmin dövrdə Misirdə hərbi çevrilişlə kralı devirərək hakimiyyətə gələn Camal Əbdül Nasir İsrail və Qərb düşmənçiliyini, Fələstin problemini bəhanə edərək yeni ərəb milliyətçiliyi dalğasının əsasını qoydu. Ərəblərin üstünülüyü fəlsəfəsinə əsaslanan Nasirin pan-ərəb sosializmi ərəb ölkələrində milyonlarla tərəfdar qazandı. Fələstin problemini irqçilik məsələsi halına gətirən Nasir ərəbləri İsrailə qarşı birləşdirdi. Ancaq bütün bunlardan sonra 1967-ci ildə Misirin Suriya və İordaniya ilə birlikdə İsrailə qarşı həyata keçirdiyi 6 gün müharibəsindəki ağır məğlubiyyət pan-ərəb ideologiyasının böyük hüsranı oldu.
Ancaq Nasirinkinə bənzər ərəb milliyətçiliyi modelləri İraq və Suriyadakı sosialist Bəəs rejimləri ilə və qismən də Liviyada davam etdirildi. Ərəb irqçiliyinin son nümayəndələrindən, özünü ərəb dünyasının öndəri hesab edən Səddam Hüseynin İraqda ərəb olmayan azlıqlara qarşı işgəncə və qətliamları tarixə düşdü. Səddam özü kimi sünni müsəlman olan kürdləri də qətlə yetirdi. Çünki ərəb deyildilər. Onun bu insalıqdan kənar hərəkətlərinə ərəb dünyası tərəfindən ciddi etiraz gəlmədi. Bu gün isə irqçi Bəəs zehniyyətinin Suriya və İraqı saldığı vəziyyət göz qabağındadır.
İşin qəribə tərəfi odur ki, yuxarıda da qeyd etdiyimiz kimi «ərəb irqçiliyi» tarix boyu uğursuz, hüsrana məruz qalmış ideologiya olmasına baxmayaraq, dövrümüzdə hələ də ərəb dünyasında özünə yer tapır.
Ərəb dünyasının böyük hissəsində ərəb irqçiliyinin və radikal ərəb milliyətçiliyinin hələ də təsirli ideologiya olduğu bir çox konkret nümunə ilə ortadadır:
· İsraildəki fələstinlilərin hüquqları üçün reaksiya verirmiş kimi davranan ərəb dünyası on illərdir Livan qaçqın düşərgələrində səfələt içində yaşayan və vətəndaşlıq hüququ verilməyən fələstinli qaçqınların məruz qaldığı haqsızlıqlara qarşı heç səslərini çıxarmırlar. Çünki ərəblərin etdiyi haqsızlıq və zülmlər ərəblər üçün problem təşkil etmir.
· İslam aləminin bir çox yerində acılar yaşandığı halda, İslam Birliyini qurmaq əvəzinə təkcə ərəbləri əsas alan Ərəb Liqasını qurmağı hədəf alıb, ərəb olmayan müsəlmanların yaşadıqlarını isə (Şərqi Türkistanlı, Rohinca müsəlmanları kimi) gündəmə belə gətirmir, hətta bir hissəsini düşmən kimi görürlər.
· Bölgədəki ixtilaf və qarşıdurmalar əslində çox vaxt məzhəbə yox, irqçiliyə söykənir. Ərəblərin İranla olan münaqişələri də əslində şiə olduqlarından yox, fars olmalarından irəli gəlir. Məsələn, Bəhreynin 80%-nin şiə olmasına baxmayaraq, İrandan ərəb olmadığı üçün xoşu gəlmir və Ərəb İttifaqına üzvdür. İran-İraq müharibəsi də əslində sünni-şiə müharibəsindən çox ərəb-fars müharibəsi idi.
· Oxşar şəkildə Misirdə də sünni və şiələr birlikdə yaşamağa öyrəşiblər. Ərəblər tərəfindən nüfuzlu qəbul edilən əl-Əzhər də ilk öncə şiələr tərəfindən quruldu. Misirdə bir çox yerdə şiələrə aid müqəddəs yerlər var. Qısası, sünni ərəblərin şiə ərəblərlə elə də problemi yoxdur. Ancaq söhbət İrandan getdiyi zaman Misir «perslər» deyərək irqçi yanaşma ilə onları təcrid edir.
· Eyni irqçi münasibəti əksəriyyəti sünni müsəlman olmasına baxmayaraq, türklərə qarşı da göstərir.
· Digər tərəfdən sünnilərin əksəriyyətinin inancına görə vəhabilik azğın cərəyan olaraq qəbul edilməsinə baxmayaraq, sünni ərəblər irqçi həmrəyliyinə görə vəhabi səudiyyə ərəblərinin ətrafında birləşə bilir.
- Körfəz ölkələrində bəzi çevrələr isə Ərəb İttifaqında olmalarına baxmayaraq, əslən ərəb olmayan Şimali Afrika ölkələrindən üstün görürlər. Bu səbəbdən bu ölkələr öz içlərində Ərəb İttifaqından daha fərqli xüsusi birlik kimi hərəkət edirlər. İqtisadi qərarları birlikdə alır, ortaq pul vahidi, ortaq ordu kimi sahələrdə birləşmək istəyirlər.
- Körfəz ölkələri öz torpaqlarında ABŞ və İsrail hərbi bazalarının yerləşməsinə icazə verir. İsrail ordusunun neft ehtiyacını da əsasən Körfəz ölkələri təmin edir. Ancaq müsəlman ölkə olmasına baxmayaraq, İrandan irqçi səbəblərə görə nifrət edirlər. İsrail-İran müharibəsi olsa, hər hansı bir ərəb dövlətinin İrana dəstək verməsi xəyal belə edilə bilməz. İsrailə dəstək vermələri isə daha real görünür.
Nümunələri çoxaltmaq mümkündür...
Göründüyü kimi, tarix boyunca faydadan çox dəfələrlə zərər vermiş irqçi zehniyyət ərəb dünyasında hələ də aktualdır. Halbuki demək olar ki, hamısı müsəlman olan bu ölkələrin Quranla, Peyğəmbərimizin (səv) hədisləri ilə tamamilə ziddiyyət təşkil edən belə bir yanlış anlayışı müdafiə etmələri və tətbiq etmələri öz-özlüyündə böyük məntiqsizlikdir. Üstəlik Yaxın Şərq kimi iç-içə keçmiş onlarla etnik qrupun yaşadığı bir ərazidə saf irqdən bəhs etmək texniki olaraq da mümkün deyil. Ətraflı genetik araşdırma aparılsa, nə saf ərəb, nə türk, nə pers, nə də saf kürd deyə bir şey olmadığı bəlli olacaq.
Bir insanı qanına, malik olduğu genetik xüsusiyyətlərə görə dəyərli və ya dəyərsiz görmək, irqə əsaslanan həmrəylik anlayışı şübhəsiz ki, vicdansızlıq və ağılsızlıqdır. Quran əxlaqına əsaslanan, hər insana, hər dünyagörüşünə dəyər verən dostluq və qardaşlıq ruhuna bölgənin böyük ehtiyacı var. İrq, soy, qəbilə anlayışına əsaslanan birliklər isə hər zaman dağılmağa və məhv olmağa məhkumdur.