Türkiyə ictimaiyyəti uzun müddətdir ki, 12 sentyabr çevrilişindən sonra qəbul edilən 1982-ci il Konstitusiyasını dəyişdirməyimüzakirə edir. Bütün siyasi partiyalar yeni konstitusiyanın qəbulu məsələsində həmfikir olduğu halda, məzmunu ilə bağlı ortaya çıxan fərqli düşüncələrə görə bunu həyata keçirmək bu günə qədər mümkün olmadı.
Xalqımız yeni konstitusiyadan çox şey gözləyir. Birlik və bütünlüyümüzün təminatı olan «tək bayraq, tək vətən, tək dövlət və tək millət» şərtinin qorunması ən vacib amildir. Həmçinin milli və mənəvi dəyərləri qoruyan, müstəqil, dünyəvi, demokratik, hüquqi, ən inkişaf etmiş demokratik həyat şəraiti irəli sürən konstitusiyanın qəbul edilməsi istənilir.
Türkiyənin geostrateji mövqeyi hər hansı bir səhvibağışlamaz
Bütün siyasətçilər kimi millətimiz də yerləşdiyimizcoğrafişəraitin çoxböyükçətinliklərinin olduğunun fərqindədir .
Cənubda Yaxın Şərq kimimüharibələrin, bölünmələrin artaraq davam etdiyi, dünyanın demək olar ki, ən qarışıq bölgəsi var. Yəmən, Livan, Suriya və İraqda çox millətli güclərin müdaxilə və işğalları ilə birlkdə vətəndaş müharibələri davam edir. İsrail və Fələstin arasındakı müharibə, Misirdəki çevriliş və terror şəraiti, Liviyadakı vətəndaş müharibəsi MENA bölgəsinə sülhün gəlməsinə mane olur.
Ölkəmiz başda olmaqla Suriya və İraqda fəaliyyət göstərən PKK terror təşkilatı dünya siyasətinə istiqamət verən bir çox dərin gücün istifadə etdiyi separatçı quruluşlardan təkcə biridir.
On illərdir Yəmənin, Suriyanın, Liviyanın, Səudiyyə Ərəbistanının, İranın, Fələstinin və Türkiyənin bölünməsi ssenariləri ortaya atılır. Son 30 ildir Türkiyəni parçalanmış kimi göstərən xəritələr dərc olunur. «1980-ci illərdə İsrail üçün strategiya» adlı bir hesabatda İraq və Suriyanın bölünəcəyi qabaqcadan yazılırdı.(1) «New York Times» qəzetində 2013-cü ilin sentyabrında xarici siyasət analitiki Robin Wright imzasıilə xəritəli təhlil yayımlandı.(2) Bu təhlilə görə 5 dövlətdən 14 yeni dövlət çıxacağı iddia edilirdi. Bölünəcəyi iddia edilən ölkələr arasında Suriya, İraq, Səudiyyə Ərəbistanı, Yəmən və Liviya göstəriliridi. Hazırkı dövrdə bu bölünmələrin böyük hissəsinin gerçəkləşməyə başladığı görünür.
Şimalda Qafqaz kimi hər an qarşımağa əlverişli, Qara dəniz kimi Ukrayna vətəndaş müharibəsinə və iki qütblü dünyanın çəkişmələrinə şahid olan bir bölgə mövcuddur. Gürcüstan-Rusiya çəkişməsi, Azərbaycan-Ermənistan arasındakı problemlər isə Qafqaz-Xəzər bölgəsini qeyri-sabit edir.
Qərbdə Balkanlar kimisabitliyin və hüzurun təmin edilmədiyi, iqtisadi böhranların yaşandığı və vətəndaş müharibələrinin izinin silinə bilmədiyi bir bölgə var.
Belə bir şəraitdə yanlış atılacaq tək bir addımın ən başda iqtidarı sonra isə Türkiyəni, ardından Yaxın Şərqi, İslam aləmini, Türk dövlətlərini və ən sonunda bütün dünyanı məhv edəcəyi çox açıqdır.
Türkiyə Cumhuriyyətinin bu şərtlər altında bölünüb parçalanmadan güclü qalması çox önəmlidir. Bu səbəbdən yeni qəbul ediləcək konstitusiyada yerli icra hakimiyyətlərinə müstəqillik, muxtariyyət verməyi asanlaşdıracaq maddələrin yer alması ən böyük təhlükədir. Dövlətimizi kantonlara, muxtariyyətlərə, federasiyalara və ya əyalətlərə ayırmağa səbəb olacaq maddələr ölkəmizin bölünməsinə səbəb olacaq. Bu səbəbdən millətimiz tərəfindən əsla qəbul edilməyəcək.
Dolayısilə «Yeni Türkiyə» üçün model seçərkən mütləq unitar quruluşu hədəf almaq lazımdır
Məsələn, G-20 ölkələrinə nəzər yetirdikdə də bizim üçün yeganə ağıllı seçimin unitar quruluşunu qoruyan ölkələrdir. G-20 içində prezidentli respublikalara baxdıqda bunların federativ dövlətlərin birləşməsindən ibarət bir quruluşa sahib olduğu aydın olacaq. Argentina 23, Braziliya 26, Meksika 31, İndoneziya 33, Kanada 10, Avstraliya 6, ABŞ 50 əyalətdən təşkil olunub. Rusiya Federasiyası 85 federativ quruluşdan ibarətdir. Kanadanın fransızca danışan tək əyaləti Quebec müstəqillik tələb edir. Rusiya yeni ayrılıqların olmaması üçün güclü təzyiq vasitələrindən istifadə edir. Argentina çevrilişlər ölkəsidir. Braziliya polis və mafiya dövlətidir. Meksika isə bütün dünya tərəfindən narko-demokratiyaya sahib dövlət olaraq bilinir. Cənubi Afrika Respublikası 3 fərqli dövlət, 3 fərqli paytaxtdan ibarətdir. Bütün bu saydığımız ölkələrin əyalətlərində fərqli qanunlar, fərqli hüquq sistemləri, fərqli mədəniyyətlər mövcuddur. Bu modellərdən biri kimi olmaq demək, yəni federativ dövlətlərə bölünmək demək, Türkiyənin parçalanması deməkdir.
G-20 ölkələri bizim üçün sadəcə iqtisadi model ola bilər
G-20 ölkələrinin əsas xüsusiyyəti sənayeləşmiş və iqtisadi cəhətdən inkişaf etmiş ölkələr olmasıdır. İnkişafdakı əsas meyarıÜDM (ümumi daxili məhsul) miqdarı təşkil edir. Yəni bu ölkələrdə meyar olaraq demokratiya səviyyəsi, adam başına düşən milli gəlir nisbətindəki ədalətli bölgü və hüquqi dövlət olma kimi ünsürlər nəzərə alınmamışdır. Bu ölkələrin demək olar ki, əksəriyyəti qızıl, neft, təbii qaz, dəmir filiz kimi dünyanın ən zəngin yeraltı ehtiyatlarına malikdir. Cənubi Koreya və Yaponiya isə işləmək mədəniyyəti hesabınasənayedə böyük irəliləyiş əldə etmişdir.
Üzv ölkələrin rejimlərinə baxdıqda Çin kimi kommunist tək partiyalı idarəçilikdən, Səudiyyə Ərəbistanı kimi krallıqla idarə edilən bir ölkəyə, Yaponiya kimi parlamentli monarxiyadan, İtaliya kimi parlamentli respublika və ABŞ,Fransa kimi prezidentli respublika sistemi ilə idarə olunan bir çox idarəçilik formasının bu birlik içində mövcud olduğu görünür. Buna görə G-20 ölkələrinin zənginliklərinin qaynağının siyasi rejimlər olduğunu söyləmək mümkün deyil.
İnsan hüquqlarının pozulduğu, hüquq sisteminin antidemokratik olduğu bütün dünya dövlətləri tərəfindən dilə gətirilən Çin, qadınların heç bir hüququnun olmadığı Səudiyyə Ərəbistanı, bütün əyalətlərində mafiyanın hakim olduğu Meksika, gəlir bölgüsündə ədalətsizliyinə görə dünyada ilk sıralarda olan Braziliya və Argentina da bu birliyin üzvüdür. İndoneziya prezident üsul idarəsinə keçib, amma ölkə 60 ildə iki çevrilişə və iki prezidentə şahid olub. Başa gələn Sukarno və onu devirərək prezident olan Suharto ömür boyu prezidentlik modeli yaratmışdır. Cənubi Koreya isə hərbi çevrilişlərlə ölkəni sanki fabrika sistemi halına gətirmişdir.
Bizim üçün Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriteriyaları həyati əhəmiyyət kəsb edir
G-20 ölkələri bizim üçün inkişaf etmiş demokratiya meyarı deyil. Bu ölkələringüclü idarəçiliyi model olaraq deyil, sadəcə iqtisadi cəhətdən inkişafıvə sənayeləşmədəki rolu model olaraq incələnməlidir.Bizim üçün model olacaq ölkələr inkişaf etmiş demokratiya ilə göz qamaşdıran Avropa İttifaqı və OECD ölkələri olmalıdır.
Bütün dünya tərəfindən inkişaf etmiş demokratiya olaraq qəbul edilən Avropa İttifaqı ölkələrindən təkcə iqtisadi böhran olan Cənubi Kipr bölgəsində prezidentli, sistemi kilidlənən Fransa və avtoritar quruluşlu Rumıniyada yarı prezidentli respublika idarəetmə forması var. Digər 25 ölkədə isə inkişaf etmiş demokratiya səviyyəsini gətirən parlamentli respublika idarəetmə forması mövcuddur.
Eyni şəkildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 34 üzv ölkəsindən sadəcə 4-ündə (Çili, Cənubi Koreya, Meksika, ABŞ) prezidentli, Fransada da qarışıq idarəetmə forması tətbiq edilir. Yerdə qalan 29 ölkənin hamısında parlamentli respublika idarəçilik forması mövcuddur.
Nəticə
Türkiyə üçün siyasət müəyyən edərkən türk millətinin mənəvi tərəfini və vicdan səviyyəsini nəzərə almaq lazımdır. Türkiyədəki insanlar digər bir çox ölkə insanları kimi sadəcə maddi mənfəət güdmürlər. Türkiyə «İlk öncə Allah eşqi, Allah'ın rizası bizim üçün vacibdir» deyən insanların ölkəsidir. Bu torpaqlar ilk öncə insanlıq, ilk öncə vicdan, ilk öncə səmimiyyət deyən Allah aşıqlərinin vətənidir. Allah'ın iznilə «çörəksiz yaşayaram, azadlıqsız yaşaya bilmərəm» düşüncəsinə sahib olanların yurdudur.
Bu əsilzadə, əziz, fədakar və cəfakeş millət üçün iqtisadi rifah və canının dərdinə düşmək önəmli deyil. Türk milləti maddi mənfəət, məqam, mövqe üçün vətəninin bir parçasından, ibadətlərindən və əxlaqından əsla güzəştə getməz. Onun xarakterində kiminsə hakimiyyəti altına girmək, təhdidlər qarşısında əyilmək əsla yoxdur. Millətimiz yarı ac qalar, amma Allah üçün, vətən üçün, bayraq üçün gözünü qırpmadan qazilik və şəhidlik məqamına nail olmaq üçün yaşayar və separatçıların təhdidlərinə əsla boyun əyməz. Bu səbəbdən millətimiz ölkəmizi getdikcə federasiyalara bölməyə səbəb olacaq prezidentli respublikanı əsla qəbul etməyəcək.
Millətimizin ən böyük amalı yaxşıların ittifaqını yaradıb şiddətin qarşısını almaq, məzlumları qoruyub, anlaşmazlıqlara vasitəçi olaraq problemləri həll edə biləcək çox güclü dövlətə sahib olmaqdır. Bu səbəbdən də yeni konstitusiyada millətimizin insanlıq, vicdan və imani məsuliyyətini yerinə yetirməsini təmin edəcək şərtlər olmalıdır.
Mənbələr:
1. http://m.harunyahya.org/tr/works/3268/Israilin-Ortadogu-stratejisi-ve-Suriye
2. How 5 Countries Could Become 14 http://nyti.ms/17cZAKW