İSLAM DÜNYASINDA ZÜLMƏ MƏRUZ QALAN MİLYONLARLA MƏZLUMDAN İSLAM ALƏMİNİN BİRLİYİ ÜÇÜN CƏHD GÖSTƏRMƏYƏN HƏR BİR MÜSƏLMAN MƏSULDUR
ucgen

İSLAM DÜNYASINDA ZÜLMƏ MƏRUZ QALAN MİLYONLARLA MƏZLUMDAN İSLAM ALƏMİNİN BİRLİYİ ÜÇÜN CƏHD GÖSTƏRMƏYƏN HƏR BİR MÜSƏLMAN MƏSULDUR

1343
Adnan Oktar hər gecə Türkiyənin yerli kanallarında canlı olaraq translyasiya olunan müsahibələrdə Müsəlman qardaşlarımızın yaşadığı bəlaları tez-tez gündəmə gətirir. Adnan Oktarın İslam dünyasına etdiyi bu çağırışlar yeni deyil. O, 2001-ci ilin iyulunda nəşr olunan "İslamın Kışı ve Beklenen Baharı" kitabında, internet saytlarında və illərdir müxtəlif qəzetlərdə nəşr olunan məqalələrində də İslam coğrafiyasında yaşanan bəlalara, şəhid olan qardaşlarımıza diqqət çəkmişdir. Bütün Müsəlman aləmini bu mübarək birliyin qurulması üçün cəhd göstərməyə, bu yolda aparılan işləri dəstəkləməyə dəvət edən Adnan Oktar zülmlə razılaşmağın da zülm olduğu gerçəyini dəfələrlə vurğulamışdır. Unudulmamalıdır ki, böyük İslam coğrafiyasında axan hər damla qandan, yıxılan hər bir evdən, şəhid olan hər bir günahsızdan, yaralanıb şikəst qalan hər bir məzlumdan, aclıq və yoxsulluq içində yaşayan hər bir insandan Türk-İslam Birliyi üçün cəhd göstərməyən hər bir Müsəlman məsuldur.
İnsanların böyük hissəsinin Pakistanda, Kəşmirdə, Patanidə, Myanmada, Şərqi Türküstanda yaşananlar haqqında heç bir məlumatı yoxdur. Hətta bir çoxu bu bölgələrin adını belə bilmir. Bu bölgələrdə yaşayan Müsəlmanların qarşı-qarşıya olduqları çətinliklərdən, təzyiqlərdən, hər gün baş verən şiddətli olaylardan, aclıq və səfalətdən xəbərləri belə yoxdur. İnsanların çox az bir hissəsi edilən zülm və haqsızlıqların fərqindədir. Ancaq bu insanlara kömək edə biləcəyini, zülmə qarşı səy göstərə biləcəyini ağlına da gətirmir. Üstəlik heç nə edə bilməyəcəyinə özünü o qədər inandırmışdır ki, nə oxuduğu xəbərlər, nə də gördüyü görüntülər vicdanında ən kiçik təsir belə meydana gətirmir. Halbuki iman edən insan hər eşitdiyindən və hər gördüyündən məsuldur. Allah Quranda Müsəlmanlara belə buyurur:
 
"Sizə nə olub ki, Allah yolunda və: "Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!"– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa Surəsi, 75)
 
Bu yazının yazılmasında məqsəd dünyanın hər bir tərəfindəki məzlum Müsəlmanların vəziyyətlərini bütün açıqlığı ilə ortaya qoymaq və vicdanlı insanları bu gerçəyi düşünüb çıxış yolu axtarmağa dəvət etməkdir. Yaşadığımız dövr qəflətə qapılmağa, laqeyd davranmağa, dünya həyatının müvəqqəti faydasının arxasınca düşməyə, eqoist mübahisələrlə vaxt öldürməyə uyğun bir dövr deyil. Milyonlarla Müsəlman bu qədər böyük bir zülm altında yaşadığı halda İslam əxlaqının yayılması üçün səy göstərməmək çox böyük bir vicdansızlıq olar və şübhəsiz ki, insanı axirətdə böyük günah içində buraxar.
 
PAKİSTAN
2009-cu ilin may ayında Pakistanın Svat bölgəsində baş verən qarşıdurmalar nəticəsində 2,5 milyondan çox Müsəlman evlərini tərk etmək məcburiyyətində qalmışdı. Bu, BMT nümayəndələri tərəfindən son on il içində görünən ən böyük qaçqın böhranı olaraq qiymətləndirilmişdir. Müsəlman qardaşlarımızdan 2 milyonu qaçqın düşərgələrinə sığınmışdı. Onların bir qismi son bir neçə ayda qarşıdurmaların sona çatması ilə evlərinə geri dönməyə başladılar. Ancaq 1,5 milyondan çox Müsəlman hələ də mühacir düşərgələrində yaşamaq üçün mübarizə aparır. Yeməyin çox çətin tapıldığı, içmək və təmizlənmək üçün suyun kafi olmadığı, epidemik xəstəliklərinin bir çox insanın həyatını itirməsinə səbəb olduğu bu çətin mühitdə yüz minlərlə insan qışın şiddətli soyuğunda, yazın qızmar istisində çadırlarda yaşamağa davam edir. Evlərini tərk etmək məcburiyyətində qalan Müsəlman qardaşlarımızın vəziyyəti o qədər çətindir ki, təsvir etdiyimiz qaçqın düşərgələrinə çatanlar özlərini xilas olmuş sayırlar. Çünki yurdlarından çıxanların bir qismi itkin düşmüş, bir qismi isə çox kasıb bölgələrə yerləşmək məcburiyyətində qalmış bu insanlara hər hansı bir yardım edilmir.
 
KƏŞMİR
Kəşmirdə son 2,5 aydır ki, davam edən qarşıdurmalar 140 Müsəlmanın həyatını itirməsinə səbəb oldu. Bundan bir müddət əvvəl 17 yaşındakı bir gəncin Hind polisinin atdığı qaz bombasına məruz qalması səbəbindən həyatını itirməsi Kəşmir xalqının etiraz edərək küçəyə çıxmasına səbəb oldu. Hind polisi isə şiddətə əl ataraq buna mane olmağa çalışır. Xahişimiz bölgədəki hadisələrin sakitləşməsi və daha çox can və mal itkisi meydana gəlmədən Kəşmirli Müsəlmanların dinc və rahat yaşaya biləcəkləri bir mühitin təsis edilməsidir.
Bilindiyi kimi, Hindistan Yarımadası II Dünya Müharibəsinin sonuna qədər ingilis hakimiyyəti altında idi. İngilislər yarımadanı tərk etdikdən sonra Hindli Müsəlmanlar Pakistanı qurmuşdular. Bundan sonra Hindistan sərhədləri daxilində yaşayan çox sayda Müsəlman Pakistana köç etmişdi. Hindistan, Pakistan və Çin sərhədlərində olan Kəşmirin "Cammu Kəşmir" adlanan bölgəsində əhalinin 67%-nin Müsəlmanlardan ibarət olmasına baxmayaraq Hind idarəçilərinin bəzi oyun və intriqaları nəticəsində bu ərazi Hindistan suverenliyində qalmışdı. O tarixdən bu yana Cammu Kəşmirdəki – 2001-ci ilin statistik hesablamalarına görə- təxminən 4 milyon Müsəlman Hindistan rəhbərliyinin zülm və təzyiqləri altında yaşamaqdadır.
Kəşmirli Müsəlmanlar zülmdən xilas olmaq və müstəqilliklərini qazanmaq istəmişlər, bu tələblərinin qarşılığında 1947, 1965 və 1971-ci illərdə Hind qüvvələri tərəfindən üç dəfə böyük qırğına məruz qalmışlar. Bu qırğınlarda on minlərlə Kəşmirli Müsəlman şəhid edilmiş, 4 mindən çox Müsəlman qadın işgəncə və təcavüzə uğramışdır.
90-cı illərdə isə Hind rəhbərliyi şiddət tətbiqlərini artırmış, minlərlə Müsəlman səbəbsiz yerə nəzarətə alınmış və işgəncə edilərək şəhid edilmişdir. İslami təhsil verən məktəblər, qəzetlər bağlanılmışdır. Zalım rəhbərlik bunlarla da kifayətlənməyərək su ambarlarını açaraq Cammu Kəşmiri və Pakistanı sular altında buraxmış, beləliklə minlərlə insanın həyatını itirməsinə və bölgədə çox böyük maddi ziyanların meydana gəlməsinə səbəb olmuşdur. Bu günə qədər Kəşmirdə təxminən 80 min Müsəlmanın şəhid edildiyi, minlərlə insanın Hindistan həbsxanalarında zülm çəkdiyi və 10 min nəfər insandan isə heç xəbər olmadığı məlumdur. Kəşmir xalqına tətbiq olunan bütün bu zülm, şiddət olaylarının, səbəbsiz həbslərin, işgəncələrin, iqtisadi embarqoların əsas səbəbi isə heç şübhə yoxdur ki, Müsəlman olmalarıdır. Zalım tətbiqlərlə Müsəlmanların birlik olub güclənmələrinə maneə törədilir.
 
ŞƏRQİ TÜRKİSTANın KAŞĞAR BÖLGƏSİ
 
Çində 2009-cu ilin iyul ayında qəsd xarakterli və mütəşəkkil şəkildə Şərqi Türkistan xalqına qarşı zülm, təzyiq və qırğın tətbiq edilmişdir. Müxtəlif bəhanələrlə çıxarılan hadisələr nəticəsində minlərlə Uyğur vətəndaşı küçələrdə insanların gözləri qarşısında qətl edilmişdir.
Bu anda Çin yeni qırğınlara zəmin hazırlamaq üçün başqa bir mövzunu bəhanə olaraq istifadə edir. Uyğur Türklərinin sıx olaraq yaşadığı Şərqi Türkistanın əvvəlki paytaxtı Kaşğar Çin əsgərləri tərəfindən sanki mühasirəyə alınmışdır. Şəhər buldozerlərlə yıxılmaqda, Şərqi Türkistan xalqı buradan zorla köçürülməkdədir. Çin hökuməti Kaşğar şəhərinin zəlzələlər nəticəsində yıxıla biləcəyi kimi bir bəhanəni səbəb göstərmişdir. Halbuki şəhər təxminən 2500 illik keçmişi olan 1000 illik saysız tarixi əsərə sahibdir. Buradakı tarixi əsərlər əsrlərdir dəfələrlə zəlzələlərə və təbii fəlakətlərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq binalar və əsərlər əsrlərdir heç bir zərər görməmişdir. Bu səbəbdən tarixi gözəlliklərin dağıtması üçün zəlzələlərin səbəb göstərilməsi son dərəcə məntiqsizdir. Oradakı Uyğur xalqının bu səbəblə atalarından özlərinə miras qalan bu torpaqlardan köçürülməsinin isə heç bir şərhi yoxdur.
Bu səbəbin Çin Hökuməti tərəfindən bir bəhanə olaraq istifadə edilməyə çalışıldığı aydındır. Çin hökuməti bu bəhanəni istifadə edərək açıqca Kaşğarı bir Çin şəhərinə çevirməyi, oranı Uyğur Türklərindən təmizləməyi və oradakı türk-İslam mədəniyyətini ortadan qaldırmağı hədəfləyir. Çin xalqının dinc şəraitdə gəlib Kaşğarda yaşamalarına Uyğur Türklərinin heç bir etirazları yoxdur. Quran əxlaqının gərəyi olaraq mülayim, mehriban, şəfqətli, gözəl xasiyyətli insanlar olan Uyğur Türklərinin Çinlilərə qarşı bir düşmənlikləri də yoxdur.
Onlarla birlikdə yaşamaqdan, qonşuluq əlaqələri olmasından da narahat deyillər. Ancaq Çin rəhbərliyi Uyğur xalqının evləri yıxaraq zorla bölgəni tərk etməyə məcbur edir və onların yerinə yenə də zorla Çinin başqa bölgələrindən insanları gətirib yerləşdirir. Belə bir tətbiqin hüquqa, ən fundamental insan haqları və demokratiyaya zidd olduğu açıqdır. Bu bir sürgün siyasətidir. Öz yurdlarından çıxmaq istəməyənlərə də şiddətli təzyiq edilməkdədir. Bu mövzuda bütün Avropa dövlətlərinin və Amerikanın Çindəki bu haqsız vəhşi siyasətini uzaqdan seyr etməməsi, bu mövzuda hərəkətə keçmələri, mövzunu gündəmə gətirmələri lazımdır. Toplu ictimaiyyətin reaksiyası Çinin bu mövzuda başıboş davrana bilməyəcəyini göstərəcək və təzyiq siyasəti daha da irəli getmədən sona çatacaq. Birləşmiş Millətlər, Avropa Birliyi və bütün dünya təşkilatları və vəqfləri bu mövzuda təcili olaraq lazımlı tədbirləri almaqdadırlar.
 
 Adnan Oktar İzah edir:
 
Hz. Mehdi (ə.s.) Zühur etmədən Əvvəl Ona da Zülm ediləcək
"İndi mən söyləyirəm, bu onsuz da lazımdır. Bu olmadan Hz. Mehdi (ə.s.) çıxmaz. Bu qan axacaq, bu hadisələr olacaq. Əfqanıstan işğal ediləcək, İraq işğal ediləcək, zülm artacaq. Şəxsən Hz. Mehdi (ə.s.)ın özünə zülm artır, işgəncə edilir Hz. Mehdi (ə.s.)a şəxsən. Peyğəmbər (s.ə.v)in gözləri dolur izah edərkən, Rəsulullah (s.ə.v)in. "Rəngi soldu" deyir. "Mənim Əhli Beytimə əzab verəcəklər" deyir, "işgəncə edəcəklər", Hz. Mehdi (ə.s.)dan bəhs edərkən. Peyğəmbərimiz (s.ə.v)a soruşurlar, rəngi solur mübarəkin. Hz. Mehdi (ə.s.)ı Peyğəmbərimiz (s.ə.v.) çox sevir. Onun canıdır, yəni çox sevdiyidir, həmişə sevgi ilə bəhs etmişdir." (Hörmətli Adnan Oktarın 26 İyul 2010-cu il tarixli Adıyaman ASU TV reportajından)
 
Türk İslam Birliyi Qurulduğunda Bir Müsəlmana Belə Zərər Gəlməyəcək
ADNAN OKTAR: Türk İslam Birliyi meydana gəldiyində Hz. Mehdi (ə.s.) də mənəvi lider olaraq başında olduğunda bir Müsəlmanın telinə toxunmaq mümkün olarmı?
OKTAR BABINA: Mümkün deyil Müəllim. Xəyal belə edə bilməzlər inşaallah.
ADNAN OKTAR: Evini-ocağını yıxmaq mümkünmü? Həbsxanalara doldurmaq mümkünmü? Deyilmi? Qoyun boğazı kimi boğazlamaq mümkünmü? Təxəyyülü belə mümkün deyil. Peyğəmbərlərlə guya, haşa, lağ etmək mümkünmü? Bundan xilas olmaq istəyiriksə o zaman nəyi istəmək lazımdır? Türk-İslam Birliyini. Türk-İslam Birliyi olmadan Avropa heç bir şeyi dinləməz. İnsanlardan mərhəmət dilənməklə olmaz. Güc, Allahın verdiyi bir güc vardır. Bax, Cənabı Allah deyir: "Birləşin, kimsə sizi məğlub edə bilməz" deyir. "Bölünsəniz pərişan edərəm sizi" deyir Allah. "Onları sizə müsəllət edərəm" deyir Allah. Bax "kənardakı insanları sizə müsəllət edərəm" deyir, çox-çox Quran ayəsi var. Elə də olmuşdur. Allah deyir: "Parçalayıcılar kimi olmayın" deyir. Parçalayıcılardan bəhs edir Allah. "Bölünməyin" deyir, "Ayrılıb dağılmayın, Allahın ipinə sıx sarılın" deyir, şeytandan Allaha sığınaram. " Kurşunla qaynadılmış binalar kimi" deyir, "lehimlənmiş kimi çiyin çiyinə gəlin" deyir Allah. "Birlikdə mübarizə edin" deyir, "Allah belə olanları sevər" deyir, deyilmi? "Çəkişməyin" deyir Allah, "gücünüz əlinizdən gedər" deyir. Haram etmişdir Allah. (Adnan Oktarın 20 Fevral 2010-cuil tarixli Qaziantep Hadise TV-dəki canlı reportajından)
           
FƏLƏSTİN
Fələstinli Müsəlmanlar təxminən yarım əsrdir ki, heç bir səbəb göstərilmədən evlərindən çıxarılmaqda, güllələnməkdə, hücuma uğramaqda, evləri başlarına yıxılmaqda, tarlaları və bağçaları yox edilməkdə, işgəncəyə və şiddətə məruz qalmaqdadırlar. Fələstin torpaqlarında yaşanan mənzərə bu ölkədə ateist-sionist İsrail rəhbərliyi tərəfindən hər istiqamətdə böyük bir soyqırım icra edildiyini gözlər önünə sərir.
Fələstində hücuma uğrayan, üzərlərinə atəş açılan, bombardmana tutulan uşaqların, gənclərin və qadınların ancaq çox az bir qismi dünya mediasına əks olunur.
Əhalisinin 70%-i gənclərdən ibarət olan Fələstində uşaqlar da 1948-ci ildən bu yana nəzarət, həbs, qırğın, köç və sürgün həyatı yaşamağa başladılar. Öz torpaqlarında ikinci dərəcəli insan rəftarı gördülər. Ağır şəraitdə mübarizə etməyi öyrəndilər. Ariel Şaronun 2000-ci ilin oktyabrındakı provokatif Məscidi Aksa ziyarətilə başlayan Aksa İntifadasında da şəhid olanların 50%-ni 16 yaşdan az uşaqlardan ibarət idi. Yaralıların 60%-i 18 yaşdan aşağı idi. Qarşıdurmaların hələ də sıx olaraq sürdüyü bölgələrdə isə hər gün ən az 5 uşaq şəhid olmaqda və 10-dan çox uşaq da yaralanmaqdadır.
Fələstin Sağlamlıq Təşkilatının hazırladığı hesabata görə Aksa İntifadasında həyatını itirən 400-dən çox adamın 34%-i 18 yaşından kiçikdir. Ancaq əsl əhəmiyyətli olan ölənlərin 47%-nin qarşıdurmalara aidiyyatı olmamalarıdır. Qərbi Şəriyədə yaralananların 38%-i güllə ilə yaralanmışdır və bunların da 75%-i bədəninin üst qismindən yaralanmışdır. Qəzzə Şeridində isə yaralananların 40%-i güllə ilə yaralanmış və bunların da 61%-i bədəninin üst qismindən, yəni sinəsindən vurulmuşdur. Yaralıların sayı 10 mini keçmişdir. 1.500 adamda isə qalıcı şikəstliklər meydana gəlmişdir. Bununla bərabər yaralıların müalicə edildiyi xəstəxanalar da tez-tez hücuma uğramışdır.
Bütün bu rəqəmlər açıq bir gerçəyi göstərir: Sionist İsrail rəhbərliyi Fələstin xalqına qarşı şüurlu və sistemli bir yox etmə siyasəti tətbiq edir. Yuxarıdakı rəqəmlər İsrail əsgərlərinin silahlarını təhlükəsizlik səbəbi ilə deyil, öldürmə və şikəst buraxma məqsədilə istifadə etdiklərini göstərir.
 
İRAQ - FELLUCE
 
Dünyanın bir çox yerində olduğu kimi İraqda da Müsəlmanlar çətinlik içində həyatlarını davam etdirirlər. Son günlərdəki bir araşdırma yaşananların gözlər önünə sərməsi baxımından çox əhəmiyyətli məlumatlar ehtiva edir. Bu hesabat 2004-cü ildə Fellucedə vətəndaşlara qarşı uran istifadə edildiyini ortaya qoyur.
The Independent qəzetində nəşr olunan xəbərə görə 2005-ci ildən bu yana uşaq ölümlərində və xərçəng xəstəliyində yaşanan artımla bağlı Ulster Universitetindən 11 nəfərdən ibarət araşdırma qrupu yaradıldı. Mövzu ilə əlaqədar xəbərdə bu məlumatlara yer verilir:
"Bu ilin Yanvar və Fevral aylarında reallaşdırılan araşdırmada şəhərdə 711 evə gedilərək xərçəng xəstəliyi və uşaq doğum və ölüm nisbətləri ilə bağlı ətraflı məlumatlar toplandı. Araşdırma nəticəsində şəhərdə xərçəng xəstəliyinin ümumi səviyyəsinin 4 qat, 14 yaş qrupu arasındakılarda isə 12 qat artdığı məlum oldu. Dr. Chris Busby xərçəng xəstəliyi və qüsurlu uşaq doğumlarının səbəbinin tam olaraq bilinmədiyini ifadə etməsinə qarşı belə bir təsirin ortaya çıxması üçün 2004-cü ildəki hücumun ardından çox əhəmiyyətli mutagenik dəyişməyə məruz qalınması səbəbini söylədi. Busby bununla ABŞın 2004-cü ildəki Felluce hücumunda istifadə etdiyi silahlara diqqət çəkir. Hücumda tam olaraq nə növ silahların istifadə edildiyini bilməməsinə qarşı Dr. Busby zərər çəkmişlərdə yaranan genetik zərərlər göz qarşısında saxlanıldığında müxtəlif ölçüdə uran istifadə edildiyinin aydın olduğunu söylədi... Araşdırmada leykemiya nisbətlərində 38 qat, yetkinlərdə beyin şişlərində isə əhəmiyyətli nisbətdə artım olduğu qeyd edildi. Xerosimada hücumdan sonra leykemiya nisbətində 17 qat artım olduğunu ifadə edən Dr. Busby Fellucedə diqqət çəkici olanın yalnız xərçəng xəstəliyinin çox olması deyil, bunun insanlara təsir etmə sürətinin olduğunu ifadə etdi."
(http://www.independent.co.uk/news/world/middle-east/toxic-legacy-of-us-assault-on-fallujah-worse-than-hiroshima-2034065.html)
 
Adnan Oktarın Fellucedə edilən bu vəhşi tətbiqlər haqqındakı şərhi belədir:
 
"Bu da dəccaliyyətin bir tətbiqidir. "Dəccal haradadır?" deyirlər. Dəccal qan tökür, "dəccal haradadır?" deyir. Dəccal anasını-atasını öldürür, "haradadır?" deyir. Dəccal şərəfini yerlə bir edir, "dəccal haradadır?" deyir. Budur,dəccal burada. Görürsünüz İraqda, Əfqanıstanda hər yerdə fəaliyyətdə, inşaallah." (Adnan Oktarın 31 İyul 2010-cuil tarixli Kocaeli TV canlı reportajından)
Patanidə məscidlər Tayland əsgərləri tərəfindən basılıb, Müsəlmanlar namaz qılarkən şəhid edilirlər. Qadın, kişi, gənc, yaşlı ayırd edilmədən Müsəlmanlar mərhəmətsizcə şəhid edilərkən, məscidlər basılıb ibadət edən Müsəlmanlar da başlarından vurularkən, İttihadi-İslamın reallaşması üçün çalışmamaq, belə bir mövzu heç yoxmuş kimi davranmaq Allah Qatında məsuliyyəti olan bir tutumdur.
Tayland əsgərləri Patanili Müsəlman gəncləri və kişiləri tutub çılpaq halda küçədə yerə yatırdıb, əllərini arxalarından bağlayaraq zülm edirlər. XV əsrdən bu yana Müsəlman olan Patani xalqı hər gün təzyiq və şiddətə məruz qalır.
 
TAYLAND - PATANİ
 
Taylanda bağlı avtonom bir bölgə olan Patanidə Müsəlmanların məruz qaldığı şiddət və təzyiq dünya ictimaiyyəti tərəfindən çox bilinmir. Halbuki Cənub-şərqi Asiyanın bu bərəkətli və zəngin torpaqlarında təxminən 200 ildir böyük bir zülm davam edir.
Patani Müsəlmanlarının yaşadığı zülm 1782-ci ildə Pataninin rəhbərliyini ələ keçərən Rama Xanədanı ilə başladı. Bu xanədan Banqkoku paytaxt etdi və mərkəzi bir rəhbərlik sistemi qurdu. Bu dövrdə Patanili Müsəlmanlarla Siyamlar adı verilən yerli xalq arasında günümüzə qədər davam edəcək qarşıdurmalar ortaya çıxdı. Bu qarşıdurmalar əsnasında bir çox Patani şəhəri yandırılıb yıxıldı, bir çox əsgəri müdafiə etmə mərkəzi korlandı və təxminən 4.000 Patanili Müsəlman Siyamlar tərəfindən əsir alındı.
Siyamlar əsir etdikləri Müsəlmanlara çox şiddətli işgəncələr etdilər. Bir növ Hind qamışından düzəldilmiş güclü bir iplə qulaqlarından və qıçlarından tikdilər. Bu faciəvi işgəncə altında Banqkoka gətirdikləri Müsəlmanları əllərində heç bir alət olmadan kanal qazma işlərində kölə olaraq işlətdilər. Patani Sultanı da bu döyüş sonunda Siyamlar tərəfindən vəhşicə şəhid edildi. Döyüşün ardından 7 bölgəyə bölünüb Tayland tərəfindən vergiyə bağlanan Patani 70 il boyunca tamamilə Siyamların rəhbərliyinə keçdi.
1909-cu ildə isə Siyamlar tərəfindən Pataniyə saxta bir müstəqillik verildi, ancaq Tayland rəhbərliyinin təzyiqləri eyni şiddətlə davam etdi. Tam müstəqillik üçün dəfələrlə qiyam qaldıran Müsəlman Patani xalqı hər vaxt şiddətlə basdırıldı, bu dövrdə Malaziyaya çox böyük bir köç artdı.
Tayland rəhbərliyi, xüsusilə də Patani xalqının İslam şəxsiyyətini yox etməyə istiqamətli bir təzyiq və assimilyasiya siyasəti izlədi. İlk tətbiq 1932-ci ildə Müsəlmanlara aid təhsil təşkilatlarının fəaliyyətlərini tamamilə qadağan etmək oldu. 1944-cü ildə isə Müsəlman xalqa istiqamətli geniş bir məhv hərəkəti başladıldı, Patani Müsəlmanlarının liderləri və ailələri bəzi Buddistlər tərəfindən vəhşicə şəhid edildi. İslami qaydalara uyğun gəlmək, ibadət etmək qadağan edildi, bir tərəfdən də xalqa Buddizm inancı söykədildi. Buddizm məktəblərdə zorla öyrədildi, hətta Müsəlman şagirdlər Buddist təlimlərə görə hərəkət etməyə məcbur edildi.
Tayland rəhbərliyi müxtəlif tarixlərdə Müsəlmanlara qarşı qorxunc toplu qırğınlar da təşkil etdi. 1944-cü ildə yalnız Bulikor Samik bölgəsində 125 Müsəlman ailə diri-diri yandırılaraq şəhid edildi. Tayland rəhbərliyinin assimilyasiya siyasətləri həyatın hər sahəsində özünü göstərdi. Patanidəki bir çox minarə yıxıldı. Tayland rəhbərliyinin qurduğu sağlamlıq quruluşlarında əhəmiyyətli Müsəlman alimləri şübhəli qismində şəhid edildi, itkinlər Patani xalqı üçün gündəlik hadisələr halına gəldi.
 
 BİRMA - MYANMA
 
Myanma əhalisinin təxminən 15%-ni meydana gətirən Müsəlmanlar Birma dövləti üçün bir gözəllik və bir nemətdir. Bölgədən gələn xəbərlər bu torpaqlarda yaşayan Müsəlman qardaşlarımızın layiq olduqları hörməti, sevgini, etibarı və dincliyi tapa bilmədiklərini göstərir. Ölkənin əsasən Arakan bölgəsində yaşayan Müsəlmanlar bir çox beynəlxalq təşkilatın hazırladığı hesabatlarda da görüldüyü kimi ağır təzyiq altındadır. XX əsrdə sürəti artan Müsəlman əleyhdarı kampaniya 100.000 Müsəlmanın şəhid olmasına səbəb olmuş, 1942-ci ildəki Arakan qırğınında isə yüz minlərlə adam ya şikəst qalmış, ya da torpaqlarından köç etmək məcburiyyətində qalmışdır.
1962-ci ildə dəyişən rəhbərlik tərəfindən hazırlanan "Birma Sosialist Partiya Proqramı" Müsəlmanların dini haqq və azadlıqlarını haradasa tamamilə əllərindən almış, dinlərini dilədikləri kimi yaşamalarına maneə törədilmişdir. Bu vəziyyət bütün İslami təhsil təşkilatları və məscidlərin bağlanılmasıyla nəticələnmiş, həccə getmək, qurban kəsmək, toplu namaz qılmaq və digər ibadətlər qadağan edilmişdir. Digər tərəfdən qanunlara və insan haqqlarına zidd olaraq edilən həbslər və bu əsnada -beynəlxalq təşkilatlar tərəfindən də təsbit edilib, isbat edilmiş işgəncələr Müsəlmanları Myanmaı tərk etməyə məcbur etmişdir.
İnsan haqları qurumunun verdiyi hesabatlara görə 1962-1984 illər arasında 20.000 Arakan Müsəlmanı şəhid edilmişdir. Yüzlərlə Müsəlman qadına təcavüz edilmiş və Müsəlmanların haradasa bütün mallarına əl qoyulmuşdur.
1992-ci ilin yanvarında Myanmada yaşayan Müsəlman azlığa mənsub 700 adamın Bangladeş sərhədi yaxınlarında boğularaq şəhid edildiyi ortaya çıxmışdır. 1994-cü ildə isə 1000-dən çox Müsəlman mühakiməsiz edam üsulu ilə şəhid edilmişdir.
Bu haqsız və şiddətə söykənən tətbiqlər 1990-cı illərdən sonra da davam etmiş və həyatlarını qurtarmaq istəyən 200.000 Müsəlman 1992-ci ildə Bangladeşə sığınmaq məcburiyyətində qalmışdır. Çox kasıb bir İslam ölkəsi olan Bangladeş Birmalı mühacirləri torpaqlarında saxlayır, ancaq onlara yemək mövzusunda kömək etməkdə çətinlik çəkir.
Ünsiyyət imkanlarının məhdud olması, internetin möhkəm yoxlama altında tutulması və bölgəyə girməyi bacara bilən jurnalistlərin də xəbər almalarının və çatdırmalarının qadağan edilməsi səbəbilə Myanmada yaşayan Müsəlman qardaşlarımız dünyaya səslərini eşitdirməkdə çətinlik çəkirlər. Az olsa da əldə edilən xəbərlər və şəkillər isə yaşanan zülmün və haqsızlığın ölçülərini gözlər önünə sərməkdədir.
 Dünyadakı Ağrıların Sona çatması Üçün Türk İslam Birliyini Meydana gətirmək Bütün Müsəlmanların Ən vacib Vəzifəsidir
 
NEPAL
 
Nepal Hindistan və Çin ilə qonşu olan və bu iki ölkənin də təsiri ilə illərdir Müsəlmanlara qarşı təzyiq siyasəti yeridən bir ölkədir. 80%-i Hind, 10%-i Buddist olan ölkədə bir milyondan çox Müsəlman yaşayır.
Daha əvvəl rəsmi olaraq bir Hind dövləti olan Nepal 2008-ci ilə qədər krallıqla idarə olunurdu. 2008-ci ildə krallıq rəhbərliyinə son verildi və Federal Demokratik Nepal Respublikası quruldu. Nepallı Müsəlmanlar 2008-ci ilə qədər heç bir haqqa sahib deyildilər, Nepal Krallığı tərəfindən dini şəxsiyyətləri qəbul edilmirdi. Yeni rəhbərlik iqtidara gələr-gəlməz Müsəlmanlara anlayışla yaxınlaşacaqlarına, hətta bəzi tələblərini yerinə yetirə biləcəklərinə dair vəd verdi. Fanatik Hindlilər yeni hökumətin bu demokrat rəftarından və dünyəviliyin rəsmi olaraq mənimsənməsindən narahatlıq duyaraq Müsəlmanlara qarşı şiddət tətbiqlərini artırdılar və ard-arda faşist hücumlar reallaşdırdılar. Hücumlarına məscidlərdən başlayan irqçi faşistlər 2008-ci ilin Mart ayında 50-dən çox Nepallı Müsəlman Biratnaqardakı bir məscidə axşam namazı vaxtı məscidə dörd bomba atdılar və üç Müsəlmanın şəhid olmasına, onlarla adamın da yaralanmasına səbəb oldular. Müsəlmanların ən çox yaşadıqları Biratnaqar və Bukraha şəhərlərindəki daha bir çox məscid radikal irqçi Hind təşkilatların hücumuna uğradı. Bu irqçi qruplar 2004-cü ildə də Nepalli Müsəlmanlara aid ev, iş yeri, dərnək və məscidləri atəşə tutdular.
Bu faşist təşkilatların Nepallı Müsəlmanlar üzərindəki zülmü bu gün də davam edir. İrqçi Hindlilər tərəfindən dayanmadan narahat edilməkdə olan Nepallı Müsəlmanlar dinlərini qorumaq üçün böyük bir mübarizə edir, üzərlərindəki təzyiqə baxmayaraq həyatlarını Müsəlman olaraq davam etdirməyə çalışırlar. Xüsusilə də Hindlilər arasından dinlərini dəyişdirib Müsəlman olan Nepallılar ağır təzyiqə məruz qalırlar.
Şübhəsiz burada verdiyimiz nümunələr İraqda, Pakistanda, Birmada, Patanidə və daha bir çox yerdə yaşananların yalnız kiçik bir nümunəsidir. İslam dünyasının qanayan yarası olan Fələstindəki qardaşlarımız başda olmaqla Müsəlmanların böyük bir əksəriyyəti 100 ildən çox bir zamandır, dərhal hər yerdə əzilir və təzyiq altında tutulur. Hər gün dünyanın bir yerindən Müsəlmanların şəhid edildiyinə, əziyyətə uğradıqlarına dair xəbərlər gəlir. Və bu xəbərlər bir daha İslam aləminin birlik içində hərəkət etməsinin nə qədər əhəmiyyətli olduğunu gözlər önünə sərir.
Peyğəmbərimiz (s.ə.v.) y   aşadığımız axır zamanda Müsəlman aləminin qarşılaşa biləcəyi bu zülm mühitini bildirmiş və bunlarla qarşılaşıldığında nələr edilməsi lazım olduğunu da Müsəlmanlara tövsiyə etmişdir. Bu dövrdə Allahın Hz. Mehdi (ə.s.)ı göndərərək İslam dünyasını və bütün insanları dəccaliyyətin bəlalarından qurtaracağını müjdələmişdir. Hədislərə və İslam alimlərinin şərhlərinə görə Hz. Mehdi (ə.s.) Hicri 1400-cü ildən vəzifəyə başlayacaq, dəccaliyyətin silahı olan Darvinizm və materializmi tam mənası ilə susduracaq bir fikri mübarizə icra edəcək, dağınıq vəziyyətdəki İslam aləmini birləşdirəcək, Quran əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq. "Hz. Mehdi (ə.s.)ın böyük mübarizəsinə necə kömək edə bilərəm?" deyə düşünən Müsəlman qardaşlarımızın edəcəyi ən əhəmiyyətli işlərdən biri Müsəlmanların arasında qardaşlığın bərkiməsi, sevgi və dostluğun güclənməsi, İslam aləminin birlik olması üçün fəaliyyət göstərməkdir. Allah Quranda Müsəlmanların bir olmalarının lazım olduğunu buyurmuşdur. Birlik olmamaları vəziyyətində isə mənəvi güclərini itirəcəklərini və əzilib məğlub olacaqlarını xəbər vermişdir:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal Surəsi, 73)
Elə isə dəccaliyyətin hər tərəfdən Müsəlmanları təzyiq altına aldığı axır zamanın bu ən şiddətli dövründə Müsəlmanların birləşmələri vacibdir. Yer üzündə təxribatçılığın sona çatması üçün iman edənlərin bir-birlərilə dost olmaları, ittifaq etmələri və birlik içində olmaları lazımdır. Türk-İslam dünyasının bu birliyi istəməsi lazımdır. Birlik istəməyən ayrılıq istəyir deməkdir və ayrılığın Türk-İslam dünyasına heç bir faydası yoxdur. MÜSƏLMANLARIN GÜCÜ, QÜVVƏTİ VƏ MƏNFƏƏTİ BİRLİKDƏDİR.
 
 Müsəlman Qardaşlarımızın Gördüyü Zülm Hz. Mehdi (ə.s.) Öndərliyində Sona çatacaq
"Cənabı Haqq bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmi) buludlarla doldurub boşaltdığı kimi bir saniyədə dənizin fırtınalarını təskinlik verər (dindirər) və bahar içində bir saatda yaz mövsümünün nümunəsini və yayda bir saatda qış fırtınasını icad edən QƏDRİ ZÜLCƏLAL (hər şeyə müqtədir olan Uca Allah) HZ. MEHDİ (Ə.S.) İLƏ DƏ ALƏMİ İSLAMın (İslam aləminin) ZULÜMATINI (zülm dövrünü, qaranlığını) DAĞIDA BİLƏR. VƏ VƏD ETmişdir VƏDİNİ ƏLBƏTTƏ EDƏCƏK." (Məktubat, s. 411-412)
Bədiüzzaman Cəlal və Qüdrət sahibi olan Rəbbimizin Hz. Mehdi (ə.s.) ilə dinsizlik və zülm dövrünü ortadan qaldıracağını ifadə etmişdir. Rəbbimizin yer ilə göy arasındakı bütün aləmi buludlarla bir dəqiqə içində doldurub boşaltdığı, bir saniyədə dənizin fırtınalarını dayandırdığı və bahar mövsümündə bir saatda yaz mövsümünün nümunəsini və yazın da bir saatda qış fırtınasını yaratdığı kimi bu hadisəni də dərhal reallaşdırmağa qadir olduğunu xatırlatmışdır. Bədiüzzaman,Allahın bu vədinin haqq olduğunu və vədini mütləq reallaşdıracağını ifadə etmişdir. Hz. Mehdi (ə.s.) Allahın iznilə İslam dünyasının qarşı-qarşıya qaldığı zülm və çətinliklərə son verməklə vəzifəli adam olacaq və işlərilə bütün dünya səviyyəsində təsirli olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr