Bir daha Ramazanı idrak edərkən
ucgen

Bir daha Ramazanı idrak edərkən

2530

İnananlara müjdə, rəhmət, nəsihət və xatırlatma olan Qurani-kərimin endirildiyi Ramazan ayına uca Rəbbimizin izni ilə bir daha quvuşduq. Müsəlman aləmi üçün ayrı bir əhəmiyyəti olan on bir ayın sultanı Ramazanın özünə məxsus mənəvi ruhu, coşğu və həyəcanı bütün İslam aləmini bürüyüb.

Fərqli mənəviyyatı ilə bu gün olduğu kimi, tarixin hər dövründə həsrətlə gözlənən Ramazan ayı boyunca bütün müsəlman qardaşlarımızla birlikdə oruc ibadətini yerinə yetirəcək, Rəbbimizin bəxş etdiyi nemətlərə şükür edəcək,  təkbir gətirərək namazlarımızı qılacağıq. Allahın ayələrində və Peyğəmbərimizin (səv) sünnəsində bildirdiyi sərhədləri qoruyaraq yardımlaşma, həmrəylik və qardaşlıq duyğularımızı möhkəmləndirəcək, sevgi ilə bir-birimizə bağlanacağıq. Birlikdə açdığımız iftar, etdiyimiz dualar qəlblərimizin Allah eşqi ilə dolub daşmasına səbəb olacaq.

Mübarək Ramazanın bütün müsəlmanlara xeyir və bərəkət gətirməsini arzu edərkən, şübhəsiz ağlımızda dünyanın dörd bir tərəfində zülm görən din qardaşlarımız var. Bu Ramazanda da amansız mühasirələr altında fitnə və bəlalarla sarsılan məzlum Yaxın Şərq xalqlarının, Rohincada, Suriyada, Fələstində, İraqda, Əfqanıstanda, Patanidə, Kəşmirdə, Şərqi Türküstanda, Moroda, Krımda və dünyanın bir çox yerində zülm və təzyiq altında yaşayan, soyqırımlara, qırğınlara, işgəncələrə məruz qalan, öz torpaqlarında ölüm qorxusu ilə yaşayan və yox edilməyə çalışılan müsəlmanların qurtuluşu üçün birlik və bərabərliyə nə qədər ehtiyac olduğunu xatırlayır, avtomatlarla, bombalarla məhv edilən insanları, yan-yana sıralanmış uşaq cəsədlərinin yaddaşlarımıza həkk olunan görüntülərini unutmuruq.

Milyonlarla qardaşımız zülm altında olarkən heç bir şey olmamış kimi davranmağımız əlbəttə ki, mümkün deyil. Hər iftar açdığımızda onları xatırlayacaq, onlar üçün dua edəcəyik. Söhbət məclisləri quraraq İslam aləminin yeganə qurtuluş yolunun İttihadı İslam olduğunu, müsəlmanların birlik olmalı olduğunu və bu birliyi gecikdirməyin haram olduğunu danışacağıq. İnanırıq ki, hər birimiz vicdanlarımızın səsinə qulaq verib bu yolda çox mühüm addımlar atacaq.

Belə ki, müsəlmanların bir olması, birlik olub qucaqlaşması İslam aləmi üçün ən böyük ehtiyacdır. Milyonlarla məsum, müsəlman qardaşlarından gələcək kömək əlini gözləyir. Özümüzü onların yerinə qoyaraq içində olduqları vəziyyəti dərk etməyimiz və bu mübarək ayda onların xilası üçün səy göstərmək üzərimizə düşən ən böyük vəzifələrdən biridir. Əks təqdirdə axan hər damla qandan, şəhid olan, yaralanıb şikəst qalan, aclıq içində yaşayan hər məzlumdan məsul olacağımızı düşünərək davranmağımız şərtdir.

Şübhəsiz ki, İslam dünyasının birlik olma vaxtı çoxdan gəlib. Bütün İslam aləmi ittifaq edib birlik və bərabərlik içində hərəkət etdikdə uca Allahın izni ilə şahlanacaq, dünyada fitnə sona çatacaqdır. Axan qanın durması, anarxiyanın, terrorun bitməsi, dünyada rifah, bərəkət və  təhlükəsizliyin hakim olması üçün müsəlmanların bir an öncə birləşməsi şərtdir.

Ümid edirik ki, bu ay müsəlmanların ayrılıqlara son verib bir araya gəldiyi, uca Rəbbimizin izni ilə dinclik, sülh dolu günlərə qovuşduqları bir ay olar, bütün müsəlmanlar bu Ramazanda müharibəni, münaqişəni, küskünlükləri bir kənara buraxıb bir araya gələr, birlikdə zülm altındakı qardaşlarını xilas etməyin yollarını axtarar, İslam aləmi üzərindəki fitnə yox olub gedər. Ümid edirik ki, dinimizin sülh və qardaşlıq dini olduğu nəzərə alınaraq bütün ayrılıqlar və küskünlüklər bir kənara atılıb, fərqliliklərin səbəb olduğu sevgisizlik, dava və münaqişələr aradan qaldırılar. Yenə ümid edirik ki, bu mübarək ay bütün İslam aləmində Əsri-Səadət dövrü kimi xoşbəxt, dinc, aydınlıq bir dövrün başlamasına səbəb olar.

 

Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:

http://www.nst.com.my/node/89801

 

http://www.harunyahya.org/tr/Makaleler/205582/Bir-Kez-Daha-Ramazan-i-Serifi-Idrak-Ederken-

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr