Qış aylarında soyuqdəymənin təbii müalicəvi dərmanı - Portağal
ucgen

Qış aylarında soyuqdəymənin təbii müalicəvi dərmanı - Portağal

1927

Qar, qış, soyuq və yaxa qurtara bilməyəcəyimiz qrip, soyuqdəymə... Portağalın soyuqdəyməyə qarşı müalicədə istifadə olunduğunu hamımız bilirik. Portağalın tərkibində 20-dən çox mineral və vitaminlər var. Ləzzətli və möhtəşəm iyi olan bu meyvə həm qidalandırır, həm qoruyur, həm də müalicəvi əhəmiyyətli xüsusiyyəti ilə diqqət çəkir.

Portağal bəsləyici xüsusiyyəti ilə zəngin və çox sevilən bir meyvədir. Çox əhəmiyyətli askorbin turşusunun mənbəyidir. Əsasən, C vitamini ilə yanaşı P, B və E vitaminləri və fosfor, maqnezium, kalium mineralları baxımından zəngindir. Tərkibində mis, sink, dəmir, mis və manqan mineralları və zülal da mövcuddur. Liflər, üzvi turşular və şəkər ilə də çox zəngindir. Tərkibində olanların orqanizmimizə bir çox fərqli faydaları vardır. Portağal xərçəngin, qaraciyər çatışmazlığının qarşısını alır, dərini gözəlləşdirir, anormal doğuş hallarının yaranmasına mane olur. Əlbəttə bu faydaları ilə yanaşı böyrək xəstəliklərində ziyanlı olduğu kimi bir sıra başqa təsirləri də vardır. Buna görə də portağal da saglamlığa zərər verməyəcək dərəcədə istifadə olunmalıdır.

Portağal orqanizmi və immunitet sistemini gücləndirir. Enerji verir. İnsanın tez müddətdə sağalmasına kömək edir. Yüksək təzyiqi və xolesterolu aşağı salır. Damar sərtliyi (arterioskleroz) və damar tıxanmasının qarşısını alan portağal eyni zamanda ürək-damar xəstəlikləri və xərçəng xəstəliyinə qarşı da qoruyucu rol oynayır. Əsəbləri sakitləşdirir və yorğunluğu aradan qaldırır. Damarları gücləndirir. Qrip və soyuqdəyməni yüngülləşdirir, öskürməni azaldır. Dərinın qırışmasına imkan vermir, əksinə dərini daha yeni və hamar edir. Qaraciyərin öz fəaliyyətini davam etdirməsində kömək edir. Qanı artırır. Həzmi sürətləndirir. Tərkibində olan fol turşusu xüsusilə hamilələr və uşaq üçün çox faydalıdır... Dərman təsiri yaradır...

www.portakalmucizesi.imanisiteler.com

Meyvələrin hər birini ayrı ayrılıqda təhlil etsək, bir çox detallara sahib olduğunu görərik. Məsələn, portağal xüsusi olaraq dilimlənmişdir. Bütöv formada olsaydı, bu qədər sulu bir meyvəni yemək insan üçün çox çətin olardı. Amma Allah portağalı kiçik dilimlər şəklində yaradaraq insanlar üçün asanlıq yaratmış və onlara xüsusi bir gözəllik bəxş etmişdir. Şübhəsiz ki, portağaldakı bu qüsursuz və olduqca estetik dizayn üstün elm sahibi Allah`ın yaradılış dəlillərindəndir.

Portağaldakı C vitamini

İnsana enerji veren portağalın tərkibindəki C vitamini incə və qalın damarların yumşaq qalmasını təmin edir. Damar tıxanmasının qarşısını alır, bədən müqavimətini artırır. Qanın durulmasına və təmizlənməsinə yardım edir. Həzmi sürətləndirir, enerji verir. Portağal mürəbbəsi isə qaraciyərin fəaliyyətinə yardım edir.

Aparılan tədqiqatlar nəticəsində ayaqlarda yaranan periferik damar xəstəliyinin (Peripheral artery disease-PAD) damarlarda əmələ gələn yağdan qaynaqlandığı və həmçinin ürək və iflic riskini də artırdığı məlum olmuşdur. Tədqiqatlarda PAD xəstəliyi olan insanlarda həmin xəstəliyi olmayan insanlara nisbətən iki qat artıq C vitamini çatışmazlığı aşkarlanmışdır.

Bir başqa tədqiqatda isə C, E vitaminləri və beta karotenin damar tıxanmalarının qarşısını aldığı müşahidə edilmişdir.

Portağaldakı: Folik turşusu

Portağalda B vitamini növlərindən olan folat və folik turşusu da mövcuddur. Folik turşusu hamiləlik boyunca və xüsusilə ilk üç ay müddətində çox lazımlıdır. Uşaqda Spina Bifida kimi anormal halların yaranmasının qarşısını alır. Qırmızı qan hüceyrələrinin meydana gəlməsinə yardım edir, eyni zamanda yeməklərdəki qidalandırıcı maddələrin orqanizm tərəfindən udulmasını təmin edir. Folik turşusu portağal suyu ilə yanaşı, yaşıl yarpaqlı tərəvəzlər, ciyər, yumurta, taxıllar, portağal suyu, maya və pivə mayasında da mövcuddur. Qadınlar və kişilər üçün gündəlik doza 200 mikro qram olaraq müəyyən olunmuşdur.

Liflər

Liflər isə həzm sistemini nizamlayır və bəzi növ xərçəng və ürək xəstəliklərinə tutulma təhlükəsini azaldır.

Digər faydaları:

1. Qanı zəhərlərdən təmizləyir.

2. Qaraciyər xəstəliklərinə qarşı çox təsirli təbii dərmandır.

3. Bağırsaqların yumşaq qalmasını təmin edir.

4. Bədənə güc və enerji verir. Orqanizmin vitamin və mineral duz ehtiyacını təmin edir. Xüsusilə böyümə zamanı uşaqlara bol miqdarda portağal yedirtmək çox faydalıdır.

5. Portağal ağacı çiçəklərinin qaynadılması ilə əldə olunan su spazmın yaranmasının, damar sərtliyinin və iflicin qarşısını alır. Portağal qabıqlarının ətirində də eyni müsbət təsirlər mövcuddur.

Portağal hikmət gözü ilə baxan bir insan üçün Allah`ın yaratma sənətinə aid bir detaldır. Allah bizə qida kimi verdiyi nemətlər haqqında düşünməyimizi istəyir və düşünən insanlar üçün bunlarda böyük bir ibrət olduğunu bildirir. Bu, Quranda belə bildirilir:

Qoy insan yediyinə diqqət yetirsin!; Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. (Habelə) üzüm və yonca, zeytun və xurma (ağacları), sıx-sıx bağlar, meyvələr və otlar da (bitirdik). (Bu nemətlər) sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür.(Əbəsə surəsi, 24-32)

www.yaratilisvebilimsiteleri.imanisiteler.com

Çəhrayı və qırmızı rəngli portağal suyu daha faydalıdır

Çəhrayı rəngdə olan portağal və qreyfrut suyu sarı rəngdə olandan daha faydalıdır! Ən yaxşısı isə qırmızı rəngli olandır. Qreyfrut və portağalın içinin tünd qırmızı olması onda bol miqdarda "Likopen" olmasını göstərir. Pomidorda da bol miqdarda olan karotinoid bir çox xərçəng xəstəliyinə, xüsusilə də prostat xərçənginə qarşı qoruyucu xüsusiyyət daşıyır. Likopen antioksidləşdirici fəaliyyəti olan dəri və bədənin yaşlanmasını gecikdirən olduqca faydalı qidadır. Tərkibindəki karoten və qantəmizləyici xüsusiyyəti ilə portağal həm də dərini gözəlləşdirir və onda azca çəhrayı rəng effekti yaradır.

Portağal Allah’ın qüsursuz yaratma sənətinin dəlillərindən biridir

Portağal-4 Torpağa atdığınız kiçik bir portağal toxumu budaqları, yarpaqları, kökləri, meyvələri olan çox böyük bir ağac əmələ gətirir. O toxum yerin altında günəş işığına qarşı həssas olan qəbuledicilər vasitəsi ilə yuxarıya doğru cücərir və yerin cazibə qüvvəsinə qarşı həssas olan qəbuledicilər vasitəsi ilə isə aşağıya doğru kök salaraq böyüyür, amma bunların hamısını o haradan bilir? Uca Allah o toxumu ağac əmələ gətirə biləcək xüsusiyyətlərə sahib olaraq yaratmış və proqramlamışdır.

Allah Quranda bizi yaratdıqları ilə bağlı düşünməyə yönəldir. Yaradılmış hər şeyə Quran gözü ilə baxıldığı zaman isə insan səbəblərin sadəcə zahiri olduğunu anlayır və ülfət pərdəsini qaldıra bilir. Quran bizim bu pərdələri bir-bir qaldırmağımıza yardım edir və Allah`ın ayələrini görməyimizə yol açır. Məhz bu zaman zahiri səbəblərdən batini səbəblərə keçməyimiz mümkün ola bilər.

Uca Allah ağlımızın qavrayacağı şəkildə hər nəticəni səbəblərə bağlamışdır, diləsəydi səbəbsiz də yarada bilərdi. Amma hər şeyi "OL" əmri ilə yoxdan var edən Allah səbəblərdən münəzzəhdir və dilədiyi kimi yaratmağa da gücü olandır. Allah bunu bizə Quranda belə bildirir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah’dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah’ın hər şeyə qadir olduğunu və Allah’ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12)

TORPAQDAN ÇIXAN LƏZZƏT MÖCÜZƏSİ

Portağalın C vitamini mənbəyi olduğunu bildirmişdik. Bu meyvənin insan orqanizminin ən çox C vitamininə ehtiyac duyduğu qış fəsilinə aid bir meyvə olması, şübhəsiz ki, üzərində düşünülməli olan bir məsələdir və uca Allah`ın insanlara olan mərhəmətindəndir. Portağal insanın həzm sistemini gücləndirəcək vitaminlərlə zəngin olan bir meyvədir. Həmçinin sulu bir meyvə olması da bu cür narahatçılıqlarda qarşıya çıxan su itkisini də kompensasiya edəcəkdir.

Allah hər meyvəyə fərqli iy, fərqli rəng və insanın ağız zövqünə uyğun bir dad vermişdir. Məsələn; portağal acı ola bilərdi, ya da bildiyimiz gözəl dada sahib olardı, amma çox pis bir iyi ola bilərdi. Rəngi də torpaqdan çıxdığı üçün palçıq rəngi ola bilərdi, amma olduqca cazibədar bir rəngə sahibdir.

Torpağın çox da yaxşı iyi yoxdur, dadı da pisdir, amma portağallar, çiyələklər, armudlar, şaftalılar möhtəşəm iyə və ləzzətə sahibdirlər. Sonsuz mərhəmət sahibi olan Allah yaratdığı nemətlərlə bizə Özünü tanıdır və Cənnətdən nümunələr göstərir. Bizim edəcəyimiz isə bu nemətlərə şükür etməkdir.

Hər meyvənin özünəxas bir dadı və iyi vardır. Həmçinin rəngləri də olduqca canlıdır. Bundan başqa, hər meyvə mükəmməl şəkildə qablaşdırılmışdır. Mandalin, portağal və ya banan, hamısının olduqca gözəl və soyulması da rahat olan qabıqları var. Bu qabıqlar eyni zamanda meyvələri xarici təsirlərə qarşı qoruyur, xarab olmalarına mane olur, dad və qoxularını qoruyub saxlayır. Meyvələrin bu qabıqlarının olmadığını düşünək; ağacdan toplayıb bitirənə qədər olduqca çətin bir proses yaşanardı. Süfrəyə gətirilənə qədər də meyvə çürümüş, xarab olmuş bir halda olardı.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr